23 Aprel 2024

Çərşənbə axşamı, 12:47

ENERJİ TƏHLÜKƏSİZLİYİNİN ÜÇ BALİNASI

Azərbaycan ölkənin enerji resurslarına artan tələbatını müstəqil şəkildə ödəmək qabiliyyətinə malikdir

Müəllif:

23.10.2013

Asiya İnkişaf Bankının (AİB) proqnozlarına görə, 2035-ci ilə qədər Azərbaycan enerjidaşıyıcılarına ilkin tələbat 76,27% - neft ekvivalentində 20,8 mln. tona qədər artacaq. Müqayisə üçün: bankın qiymətləndirmələrinə görə, 2010-cu ildə bu göstərici 11,8 mln. tona bərabər idi.   

Azərbaycan iqtisadiyyatının artım tempini nəzərə alaraq, bu proqnozları haqlı hesab etmək olar. Ən əsası isə AİB-nin "Asian Energy Outlook" hesabatına görə, Azərbaycan böyük neft və qaz ehtiyatlarına söykənən, enerji ilə zəngin olan dövlət olaraq qalmaqda davam edəcək. Bankın mütəxəssisinin fikrincə, "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda istehsalın artımı ilə  Azərbaycanda neftin ümumi hasilatı 2015-ci ilə kimi sutkada 1,4 mln. barelə qədər artacaq. "Lakin 2020-ci ildən etibarən AÇG-də neft hasilatı azalmağa başlayacaq, ona görə də 2035-ci ildə Azərbaycanda neft hasilatının ümumi həcmi sutkada 1,26 mln. barel təşkil edəcək", - deyə sənəddə deyilir.  

 

Faydalı artım 

 

AİB proqnozlaşdırır ki, Azərbaycanda enerji mənbələrinə yekun tələbat standart ssenari üzrə ildə 3% artacaq. "Artımın ən sürətli tempi - ildə 4% nəqliyyat sektorunda gözlənilir ki, bu da avtomobillərin sayının 2035-ci ilə qədər 1000 nəfərə 161,4-ə kimi nəqliyyat vasitəsinin çoxalması ilə  şərtləşdirilib. Sənayedə enerjiyə olan tələbat illik olaraq 2,4%, digər sahələrdə (kommunal təsərrüfat, kənd təsərrüfatı və başqaları) - 2,3%, qeyri-enerji sektorunda 2,2% artacaq", - deyə hesabatda  bildirilir.  Bankın mütəxəssisləri hesab edirlər ki, tələbatın artım templəri  enerjinin mənbəsindən asılı olaraq fərqlənəcək. Eyni zamanda, onların fikrincə, elektrik enerjisinə tələbat ildə 3,5% artacaq. 

Hərçənd hadisələrin inkişafının alternativ variantı da var. Belə ki, 2035-ci ilə kimi ölkədə enerji resurslarına tələbat neft ekvivalentində 18,9 mln. ton artacaq. AİB-nin alternativ proqnozu təklifə əsaslanaraq hesablanır ki, bazar iştirakçılarının digər bərabər şərtlərdə, o cümlədən əsas istehlakçılarla, aparıcı texnolo-giyalar tətbiq olunur, ölkə hökumətinin planlarına isə enerjinin yeni və bərpa olunan mənbələrinin, o cümlədən atom elektrik stansiyalarının istifadəsi daxildir. 

Lakin istənilən halda AİB ekspertləri hesab edirlər ki, enerji effektivliyi sahəsində siyasət, tədbirlər və proqramın inkişafı istər tələbat, istərsə də təklif baxımından yekun olaraq Azərbaycanın sosial-iqtisadi inkişafına faydalı olacaq. "Ölkə enerji təhlükəsizliyinin sonrakı inkişafı üçün enerji effektivliyinin artırılması üzrə potensialın həyata keçirilməsindən əhəmiyyətli dərəcədə qazana bilər", - deyə onlar iddia edirlər.

 

Elektrik və fasiləsiz qaz 

 

Səslənən proqnozlar, prinsipcə, Azərbaycan iqtisadiyyatının illik artım templəri ilə məntiqli şəkildə uzlaşır. İstehsal sektorunda müəssisələrin sayının artırılması, kommunal şərtlərin yaxşılaşdırılması, əhalinin rifah səviyyəsinin qalxması - enerji resurslarının istehlak artımının tendensiyasına təsir edən daha çox parlaq faktorlardır. 

"Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyasına uyğun olaraq, artıq bu on illiyin sonuna əhalinin adambaşına düşən ÜDM-nin həcmi iki dəfədən çox artacaq və 13 min dollara çatacaq, ölkə Dünya Bankının təsnifatı üzrə "yüksək orta gəlirli ölkə"lər sırasına tamhüquqlu şəkildə daxil olacaq, BMT-nin İnkişaf Proqramının təsnifatına görə "insan inkişafının yüksək səviyyədə olduğu ölkələr" qrupunda yuxarı yerləri tutacaq. 

Həmçinin ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə ixracın həcminin əhalinin adambaşına 1 min dollara kimi çatdırılması planlaşdırılır. Bu isə uyğun olaraq yeni istehsal gücləri yaradılmadan, neft və qazla birbaşa bağlı olmayan iqtisadiyyatın ayrıca sahələrinin inkişafı  olmadan heç bir halda mümkün deyil. 

İlk növbədə, bu, enerji istehlakının həcmində öz əksini tapır - bu gün ölkənin elektrik enerjisinə tələbatı 4200-4400 meqavat səviyyəsindədir, lakin bu rəqəm hər il artım istiqamətində dəyişir. Bununla əlaqədar olaraq, ölkədə yeni  generasiya güclərinin tikintisi üzrə işlər aparılır ki, bu da enerji sisteminin gücün əhəmiyyətli dərəcədə artmasına və onu artıq 2015-ci ilə qədər 7 min və daha artıq meqavat səviyyəsinə çatdırmağa imkan verəcək. Hələlik "artıq" meqavatlar tamamilə cəlb olunmayıblar, lakin ehtimal ki, yaxın illərdə onlar da iqtisadiyyata cəlb olunacaqlar. 

Elektrik enerjisinin istehlakının artımı özü ilə həm də təbii qaza olan tələbatı da artırır. "Mavi yanacaq"ın daxili bazarının genişlənməsinin formalaşdırılmasının ikinci mühüm cəhəti  var - Azərbaycan ölkənin qazlaşdırılmasının, təxminən, 90%-lik səviyyəsinə çatıb. SOCAR vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun sözlərinə görə, 2020-ci ilə kimi ölkədə qazın daxili istehlakının həcmi ildə 15 mlrd. kubmetrə çatacaq. Əlbəttə, SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərini nəzərə alsaq, 2015-ci ilə kimi hasilatın həcmi laylarda bitən qaz nəzərə alınmadan 20 mlrd. kubmetrə, 2025-ci ilə kimi isə - 40 mlrd. kub metrə çatacaq ki, Azərbaycan sadəcə olaraq  mövcud olan ixrac öhdəliklərini yerinə yetirməyəcək, həm də yenilərini üzərinə götürmək imkanına malik olacaq. Təbii ki, daxili qaz təchizatının imkanlarından, ümumiyyətlə, narahat olmaq lazım gəlmir. 

 

Gözlənilməyən neft 

 

Müəyyən narahatlıqlar doğuran yeganə an - neft hasilatıdır. Yenə də sənaye artımı, Azərbaycanın avtonəqliyyat yüklərinin daşınması üçün rahat tranzit ölkəyə çevrilməsi, ölkənin yollarında avtomobillərin sayının artması - birmənalı olaraq daha çox neft məhsulları lazım olacaq. Deyilənlərin sübutu olaraq, ancaq bir göstəricini misal gətirəcəyik - təkcə son 10 ildə Azərbaycanda avtomobillərin sayı 2,4 dəfə artıb - 2003-cü ildə 511 mindən 2012-ci ildə 1,1 mln.-a qədər çoxalıb. Hər 100 ailəyə düşən avtomobillərin sayı 2,6 dəfə - 2003-cü ildə 22-dən 2012-ci ildə 46-ya qədər artıb. 

 

 

SOCAR-ın məlumatlarına əsasən, son 10 ildə benzindən illik istifadə 10%-dən çox artıb, öz növbəsində dizel yanacağından istifadədə artım isə 13% təşkil edib. Məlum olduğu kimi Azərbaycanda neft məshulları ümumi emal gücü ildə 16 mln. ton olan iki Bakı NEZ-də istehsal olunur.  Hər iki müəssisə Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir və ildə SOCAR-ın hasil etdiyi, təxminən, 7 mln. ton neft emal edir. Son illər Bakı NEZ-in neft məhsullarını xaricdə satmaq getdikcə daha da problemli məsələyə çevrilir - daxili bazarın tələbatı elə sürətlə artır ki, zavodlar güclə çatdırır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2012-ci ildə Azərbaycanın daxili bazarına 4,8 mln.ton neft məhsulları göndərilib ki, bu da 2011-ci ilin göstəricisindən 8,8% çox olub. Xüsusən, keçən il avtomobil benzini, dizel yanacağı, neft bitumu,  sürtkü yağı və digər neft məhsullarının tədarükü  də artıb. 

Azərbaycan daxili tələbatını təmin edə biləcəkmi, neft və neft məhsullarının ixracatçısından idxalatçısına çevriləcəkmi? Azərbaycan Sənaye və Energetika Nazirliyinin məlumatlarına əsasən, 2015-ci ilə kimi ölkədə neftin hasilatının səviyyəsi, təxminən, 51 mln. tona qədər artacaq. Belə ki, 2013-cü ilin yekunlarına görə neft hasilatı 41,06 mln. ton, 2014-cü ilə qədər 49,5 mln. və 2015-ci ilə qədər 50,86 mln.ton təşkil edəcək. Eyni zamanda SOCAR  günlük orta perspektivdə neftin hasilatını 8 mln. tondan aşağı olmayan səviyyədə saxlayacaq. 

Sonra necə olacaq? Sonra AİB-nin proqnozlarına görə neft hasilatı düşəcək. Prinsipcə, Azərbaycanın yeraltı sərvətlərinin sonsuzluğuna heç kim ümid etmir, yəni "qara qızıl"ın hasilatının həcminin tədricən azalması qaçılmazdır.  Düzdür, bu, çətin ki, Asiya bankının təklif etdiyi ssenari üzrə baş verəcək - yerli ekspertlər iddia edirlər ki, yeni kəşflər və mövcud olan yataqların daha dərin istismarı sayəsində əvvəl ehtimal olunandan daha çox davam gətirmək mümkün olacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi "BP" şirkəti AÇG-də neft hasilatının düşməsi ilə bağlı problemin nizamlanandan sonra, məhz 2013-cü ildən neft sənayesində stabilləşmə mərhələsi başlayacaq.  "Gələcəkdə,  uzun illər ərzində sabit neft hasilatı təmin olunacaq", - deyə İ.Əliyev bir qədər öncə bildirib. 

Bir sözlə, Azərbaycan ən azı yaxın 20 il ərzində neft idxalçısına çevrilməyəcək. Qeyd edək ki, bu gün Azərbaycanın sübut edilmiş neft ehtiyatları 2 mlrd. ton təşkil edir. 

Bundan başqa, ölkə məlum olduğu kimi neft emalı üzrə imkanlarını genişləndirir, gücü 1,7 mln. ton hazır məhsul gücündə olan neft-kimya müəssisəsi, gücü ildə 10 mln. ton gücündə olan ilkin  emal üzrə neft emal edən zavod, eləcə də gücü ildə 10 mlrd. kubmetr qaz emal edən zavod da daxil olan 17 mlrd. dollarlıq yeni kompleks inşa edir. Onun istismara buraxılmasından sonra ölkə enerji resursları ilə təmin olunma planı baxımından təkcə sayca deyil, həm də keyfiyyətcə istehsal etdiyi məhsullarının səviyyəsinin dünya standartlarına yaxınlaşdıracaq.  



MƏSLƏHƏT GÖR:

747