19 Aprel 2024

Cümə, 08:53

30 İL SONRA

Dinamik süjet, çoxsaylı təqiblər və döyüşlər "Qorxma, mən səninləyəm!" filminin əbəs yerə Qafqazın vesterni adlandırılmadığını bir daha təsdiqlədi

Müəllif:

26.11.2013

Ötən əs­rin 80-ci il­lə­ri­nin əv­vəl­lə­rin­də "Qor­x­ma, mən sə­nin­ləy­əm!" fil­mi So­vet İt­ti­fa­qın­da ən po­pulyar film idi. Oğ­lan­­lar "San Sa­nıç ki­mi" döyüşməyi, "Rüstəm ki­mi" at çap­mağı ar­zu­layır, qız­lar isə "Tey­mur­la Tel­li­nin se­vg­i­si"nə hə­səd apa­rır­dı­lar. O za­man "Qaf­­qa­zın ve­s­ter­ni" ad­lan­dı­rı­lan bu film is­tis­na­sız ola­raq, hər kəs tə­rə­fin­dən bəy­ə­ni­lir­di. Hər də­fə xoş­bəxt hep­pi-end­dən so­nra ta­ma­şa­çı­lar fil­min əsas qəh­rə­man­la­rı­nın gə­ləcək ta­ley­i­nin necə olacağı ha­q­da fi­kir­lə­ri­ni bölüşürdülər. "Qor­x­ma, mən sə­nin­ləy­əm!"in re­jis­so­ru Yu­li Qu­s­man son də­rəcə böyük uğu­run­dan düz 30 il so­nra fil­min da­va­mı­nı çək­mək qə­ra­rı­na gəl­di. Azər­bayca­nın Mə­də­niyyət və Tu­rizm Na­zir­liyi ilə Hey­dər Əliy­ev Fon­du re­jis­so­run idey­a­sı­nı də­s­tək­lə­di­lər. Be­lə­lik­lə, noy­a­b­rın 15-də Hey­dər Əliy­ev Sa­rayın­da Cə­fər Cab­bar­lı adı­na "Azər­baycan­film" ki­no­stu­diy­a­sı­nın Ru­siy­a­nın "Vayt Media" şir­kə­ti  ilə bi­rgə çək­diyi "Qor­x­ma, mən sə­nin­ləy­əm! 1919" bə­dii fil­mi­nin tə­q­di­ma­tı ke­çi­ril­di. Tə­q­di­met­mə mə­ra­si­min­də Azər­bayca­nın bi­rinci xa­nı­mı, Hey­dər Əliy­ev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban Əliy­e­va, Fon­dun vit­se-pre­zi­den­ti Ley­la Əliy­e­va və Ar­zu Əliy­e­va iş­ti­rak edib­lər.

Tə­q­di­mat mə­ra­si­min­dən - fil­min nümay­i­şin­dən əv­vəl çı­xış edən Yu­li Qu­s­man "Qor­x­ma, mən sə­nin­ləy­əm! 1919" fil­mi­nin ek­ran ta­ley­i­nin ilk filmdə ol­duğu qə­dər uğur­lu alı­na­ca­ğı­na ümi­di­ni di­lə gə­ti­rib. O, fil­min Azər­bayca­nın 6 ray­o­nun­da - Xə­zər sa­­hi­lin­dən tut­muş, öl­kə­nin ən qərb nöq­tə­si olan Gürcüstan­la sər­hə­də­dək - çə­kil­diy­i­ni söy­ləy­ib. "Çə­ki­liş qru­­pu­muz hər yer­də sə­mi­mi qo­naq­pər­vər­lik­lə qar­şı­la­nıb, hər yer­də ona qucaq açı­lıb", - deyə re­jis­sor qeyd edib. Azər­bayca­nın Ru­siy­a­da­kı sə­fi­ri Po­lad Bülbüloğlu­nun söz­lə­ri­nə gö­rə, bu öl­kə­də də fil­min da­va­mı­na böyük ma­raq var. "İna­nı­ram ki, ikin­ci film bi­rinci­dən heç də az po­pul­yar ol­may­acaq və ta­ma­şa­çı­lar tə­rə­fin­­dən se­vi­ləcək", - deyə o, qeyd edib.

 

Çə­ki­liş­lər Azər­baycan­da ge­dir­sə... 

Yu­li Qu­s­man ye­ni film üzə­rin­də iş­lə­mək üçün 32 il əv­vəl ilk "Qaf­qaz ve­s­ter­ni"nin çə­ki­li­şi za­ma­nı ça­lış­mış ko­man­da­nı ye­ni­dən bir araya top­layıb. Filmdə ha­mıya yax­şı ta­nış olan aktyor­lar - Lev Du­rov, müğən­ni və bə­s­tə­kar Po­lad Bülbüloğlu,  məş­­hur ka­s­kadyor və at­lı te­a­t­rın ya­ra­dı­cı­­sı Mux­tar­bek Kan­­te­mi­rov çə­ki­lib­lər. Bu­də­fə­ki fil­min ope­ra­to­ru isə Ru­­siy­a­nın Xalq ar­ti­s­ti Va­dim Ali­sov olub. O, in­diy­ə­dək "Sərt ro­man", "İki nə­­fər üçün vağzal", "Əziz Ye­le­na Se­rg­ey­ev­na" və di­g­ər ki­no­şe­­devrlər çə­kib. Azər­­baycan aktyor­la­rın­dan film­də Xalq ar­ti­s­ti Hacı Mu­rad Yegi­za­rov (hər­bi na­zir), Ağa­xan Sal­­man­lı (ba­lıq­çı), Nu­riyyə Əh­mə­do­va və Ma­bud Mə­hər­rə­mov (qo­çu Mir­zə), Əmək­­­dar ar­tist Nü­bar No­v­ru­zo­va, akt­yor­lar Sa­diq Əh­mə­dov, Sal­man Bay­­ra­mov, məş­hur "KVN"çi Bəh­­ram Bağır­za­də (Qa­fur bəy), Ta­hir və Ca­bir İma­nov qar­daş­la­rı (gömrükçü­lər), Mu­rad Da­da­şov (kon­fe­ransye), aktyor İl­qar Mu­say­ev (gə­mi ko­man­di­ri), id­man­çı­lar Füzu­li Mu­say­ev, Rə­fa­el Ağay­ev və di­g­ər­lə­­ri yer alıb­lar.

Po­lad Bülbüloğlu bə­s­tə­kar, Azər­­baycan De­mo­kra­tik Re­s­pub­li­ka­sı Par­la­men­ti­nin de­pu­ta­tı Tey­mur Məm­­məd­bəy­o­vun ro­lu­nu can­lan­dı­rıb. Onun xa­nı­mı Tel­li ro­lun­da Azər­bay­ca­nın Xalq ar­ti­s­ti Hə­mi­də Ömə­ro­va çə­ki­lib. Tey­mu­run do­stla­rı isə ilk film­də olan­lar­dır: SSRİ Xalq ar­ti­s­ti Lev Du­ro­vun can­lan­dır­dığı San Sa­nıç və Ru­siy­a­nın Xalq ar­ti­s­ti Mux­­­tar­bek Kan­te­mi­ro­vun oy­na­dığı Rüstəm. San Sa­nı­çın şa­g­ir­di ro­lun­da məş­hur hey­va­nöy­rə­dən Ed­qard Za­paş­nı çə­ki­lib. İkinci filmdə Tey­mur­la Tel­li­nin oğlu ("İb­rus" te­a­t­rı­nın aktyo­ru Za­ur Şə­fiy­ev) və qı­zı (mos­k­va­lı mək­­təb­li, 16 yaş­lı azər­baycan­lı Kri­s­ti­na Gü­lə­liy­e­va) da var. Bütün ha­di­sə­lər də məhz on­la­rın ət­ra­fın­da baş ve­rir. Filmdə ye­ni mən­fi qəh­rə­man da pey­da olub. Bu, qul­dur Qa­fur bəy­dir (ro­lu Bəh­ram Bağır­za­də can­lan­dı­rır). Onun oğlu ro­lun­da isə "Eu­ro­vi­si­on" mah­nı müsa­bi­qə­si­nin qa­­li­bi El­dar Qa­sı­mov çə­ki­lib. Tey­mur ta­nın­mış bə­s­tə­ka­ra çe­v­ri­lir, de­pu­tat olur və mə­də­niyyət ko­mis­siy­a­sı­na rəh­bər­lik edir. Da­im əda­lət ax­ta­ran Rüstəm bu də­fə bol­şe­vik ob­ra­zın­da­dır. San Sa­nıç isə ar­zu­su­nu həy­a­ta ke­­çi­rə­rək, Xə­zər də­ni­zi­nin sa­hi­lin­də­ki sa­kit, ra­hat bir ev­də mə­s­kun­la­şır, azər­baycan­lı uşaq­la­ra ka­ra­te dər­si ke­çir. Xo­şa­g­əl­məz ha­di­sə­lər ya­şa­nan za­man do­stlar şər­lə müba­ri­zə apar­maq üçün ye­ni­dən bir araya gə­lir­lər.

İlk filmdə ol­duğu ki­mi, Qu­s­man doğma Ba­kı­sı­nın au­ra­sı­nı se­vgi ilə can­lan­dı­rır, Azər­bayca­nın son də­rə­cə gö­zəl tə­bi­ə­ti­ni tə­rənnüm edir. O, men­ta­li­te­ti­mi­zin incə­lik­lə­ri­ni, əsas qəh­rə­man­la­rın güclü, məğrur xa­rak­te­ri­ni, do­stluq et­mək baca­rığı­nı, azad­lıq müba­ri­zə­lə­ri­ni üzə çı­xa­rır. Re­jis­sor bil­di­rir ki, Azər­baycan xal­qı filmdə mə­la­hət­li, şən, qəh­rə­man və xoş­bəxt xalq ki­mi tə­q­dim olu­nur. "Fil­mi­miz iki xal­qın do­st­lu­ğu­nu tə­rənnüm edir və se­vg­i­nin, əsl möh­kəm do­stluğun is­tə­ni­lən ma­ne­ə­ni aş­mağa, an­la­şıl­maz­lığı ara­dan qal­dır­mağa qa­dir ol­duğu­nu gö­s­tə­rir", - deyə o, qeyd edib: "Mən ömrümün 4 ili­ni ye­ni fil­mə ver­dim. Yal­nız mən yox, böyük bir qrup. Biz cə­sa­rət­lə, dostca­sı­na, hə­vəs­lə iş­lə­dik. 4 ay Azər­baycan­da çə­ki­liş­lər apar­dıq,  yüzdən ar­tıq azər­baycan­lı və əl­li­dən ar­tıq ru­siy­a­lı aktyor­la, ope­ra­tor­la çiy­in-çiy­i­nə ça­lış­dıq. Bütün bu iş­lə­rin böyük mə­na­sı var. Çünki biz da­ha da do­stlaş­dıq, qo­naq­la­rı­mız Azər­bayca­nı da­ha ya­xın­dan ta­nı­dı­lar, Azər­baycan ad­lı məm­lə­kə­tin ha­va­sı, dağla­rı, tə­bəssümü, rə­ng­lə­ri­ni hiss et­di­lər", - deyə Yu­li Qu­s­man “R+“ jur­­na­lı­na açıq­la­ma­sın­da bil­di­rib.

Filmdə bir tə­sir­li mə­qam xüsu­si­lə yad­da qa­lıb. Fil­min qəh­rə­ma­nı Po­­lad Bülbüloğlu - Tey­mur Məm­məd­­bəy­ov tri­bu­naya qal­xa­raq Azər­bayca­nın him­ni­ni oxuy­an za­man oraya top­lan­mış adi in­san­lar qə­f­lə­tən göz yaş­la­rı axıt­mağa və him­ni onun­la bir­lik­də ifa et­məyə baş­layıb­lar. Bu göz­lə­nil­məz­lik de­mək olar ki, bütün çə­ki­liş qru­pu­nun "do­nub qal­ma­sı­na" sə­bəb olub. Bu tə­sir­li ek­s­promt filmdə də yer alır.

 

Maraqlı məqamlar 

Ye­ri gəl­miş­kən, Ru­siy­a­nın əmək­­dar ar­ti­s­ti Mi­xa­il Ye­f­re­mov (po­li­s­mey­ster) çə­ki­liş­lər­də iş­ti­rak et­mək üçün Ba­kıya gə­lə bil­mə­dik­də hiy­lə­g­ər Qa­fur bəy ro­lu­nu oy­nay­an Bəh­ram Bağır­za­də Mos­k­vaya uç­ma­lı olub. Azər­baycan­da çə­ki­liş­lər yay­da apa­rı­lır­dı. Mos­k­va­da isə hə­min vaxt qar yağır­dı. Bu üzdən də Qa­fur bə-y­in ka­bi­ne­tin­də po­li­smey­ster­lə çə­ki­li­şin apa­rıl­dığı za­man ot­ağın pəncə­rə­lə­ri­ni pər­də ilə ör­t­mək la­zım gə­lib. Ka­bi­ne­tin di­var­la­rın­dan isə Bəh­ra­mın ulu ba­ba­sı­nın re­al fo­to­la­rı ası­lıb. Bağır­za­də on­la­rı öz ev ar­xi­vin­də sax­layır.

Tey­mur Bə­dəl­bəy­li­nin qəh­rə­ma­nı olan Ço­ni ilə Qa­fur bəy­in görüş səh­nə­si Ba­kı­nın "Fan­ta­ziya" ha­ma­mın­da çə­ki­lib.  Bəh­ram kad­rda də­s­ma­la bürünmüş şə­kil­də ol­duğun­dan, bir qə­dər uta­nır­mış. Am­ma re­jis­sor­lar, id­man­çı ka­s­kadyor­lar onu elə ürək­lən­di­rib­lər ki, epi­zod ki­fay­ət qə­dər uğur­lu alı­nıb.

Di­g­ər epi­zo­dun çə­ki­li­şi za­ma­nı isə Mux­tar­bek Kan­te­mi­ro­vun şa­g­ir­di Ma­ir­bəy əsl atoy­nat­ma baca­rığı nü­ma­y­iş et­dir­mə­li olub.. İpə-sa­pa yat­may­an atın hər im­kan­da tər­sliy­i­ni nümay­iş et­dir­mə­si­nə rəğmən, bu alı­nıb: Ma­ir­bəy bu höcət atı əhil­ləş­dir­məyi baca­rıb.

Di­na­mik süjet, çox­say­lı tə­qib­lər və da­va­lar "Qor­x­ma, mən sə­nin­lə- y­əm!" fil­mi­nin əbəs ye­rə "Qaf­qa­zın ve­s­ter­ni" ad­lan­dı­rıl­ma­dığı­nı bir da­ha tə­s­diq­ləy­ib. Film ki­fay­ət qə­dər ma­raq­lı, cəl­be­dici və tə­bii alı­nıb.

"Qor­x­ma, mən sə­nin­ləy­əm! 1919" fil­mi­nin tə­q­di­mat mə­ra­si­min­də Azər­bayca­nın mə­də­niyyət və tu­rizm na­zi­ri Əbülfəs Qa­ray­ev Yu­li Qu­s­ma­na "Şöh­rət" or­de­ni­ni tə­q­dim edib. Qu­s­man bu müka­fa­ta pre­zi­dent İl­ham Əliy­e­vin sə­rənca­mı ilə Ru­siya ilə Azər­baycan ara­sın­da qar­şı­lıq­lı mə­də­ni əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­sin­də­ki xid­mət­lə­ri­nə gö­rə lay­iq görülüb.



MƏSLƏHƏT GÖR:

385