24 Aprel 2024

Çərşənbə, 08:13

"O, TƏRƏDDÜD ETMƏDƏN GETDİ"

"R+" rəssamın oğlu, Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor və rəssam Şamil NƏcƏfzadƏ ilə müsahibəni təqdim edir

Müəllif:

21.01.2014

Azər­bayca­nın xalq rəs­sa­mı, iki də­fə Döv­lət mü­ka­fa­tı la­u­re­a­tı, pro­fes­sor Ka­mil Nəcəf­za­də Azər­bayca­nın ilk pe­şə­kar qu­ru­luş­çu ki­no rəs­sam­la­rın­dan bi­ri olub. O, Mos­k­va­da dünya­nın ən yax­şı ki­no ali mək­təb­lə­rin­dən bi­ri­ni - ÜDKİ-ni (Ümu­mit­ti­faq Döv­lət Ki­ne­ma­to­qra­fiya İn­sti­tu­tu) bi­ti­rib. 40-dan ar­tıq bə­dii fil­min qu­ru­luş­çu-rəs­sa­mı ola­raq, Azər­baycan ki­no­su­nu ya­ra­dan­la­rın sı­ra­sın­da olub. Ey­ni za­man­da o, də­zg­ah rəs­sam­lığı, qra­fi­ka ilə mə­şğ­ul olub, te­atr səh­nə­lə­ri­ni tər­tib edib. Və­tə­nin­də və xa­ricdə təş­­kil olu­nan çox­say­lı şəx­si sə­rg­i­lə­ri ona tor­pağı­na vu­rğ­un olan rəs­sam şöh­rə­ti qa­zan­dı­rıb. Ona gö­rə də Ka­mil Nəcəf­za­də təkcə öz Və­tə­nin­də dey­il, həm də bütün dünya­da məş­hur­dur. Ka­mi­lin əsər­lə­ri ABŞ, Ya­po­niya, Türkiyə, Ru­siya, Al­ma­niya, Fran­sa, Vyet­nam, İng­il­tə­rə və s. öl­kə­lə­rin mu­zey­lə­rin­də və şəx­si kol­lek­siy­a­la­rın­da sax­la­nı­lır. Ar­tıq iki il­dir ki, bi­zim­lə dey­il - o, 29 de­kabr 2011-ci il ta­ri­xin­də dünya­sı­nı dəy­i­şib. Həy­a­tı­nın böyük his­sə­si­ni tə­d­ri­sə həsr edib və gö­zəl pe­da­qoq olub. Bu­na sübut - tə­s­vi­ri incə­sə­nə­tin müx­tə­lif sa­hə­lə­rin­də müvəf­fə­qiyyət­lə ça­lı­şan şa­g­ir­d­lə­ri­dir. Onun necə ata ol­duğu, in­san­lar­da nəyə dəy­ər ver­diyi və han­sı prin­sip­lər­lə ya­şa­dığı ha­q­da "R+"un müxbi­ri Ka­mil Nəcəf­za­də­nin oğlu, Azər­bayca­nın əmək­­dar incə­sə­nət xa­di­mi, ki­no­re­jis­sor və rəs­sam Şa­mil NƏCƏF­ZA­DƏ ilə söh­bət edir.

- Ka­mil Nəcəf­za­də necə bir in­san olub?   

- Ata­mı ta­nıy­an hər kəs ona hör­mət edər­di. O, do­stluğa son də­rəcə cid­di ya­na­şar­dı və əsl do­stla­ra dəy­ər ve­rər­di. Be­lə­lə­ri çox dey­il­di. Atam in­san ara­sın­da his­slə­ri­ni büru­zə ver­məy­ən­lər­dən idi. Hər­çənd o, emo­siy­a­la­rı­nı gö­s­tər­mir­di, am­ma ya­xın­la­rı və do­stla­rı onun əsi­rg­ə­mə­diyi böyük se­vg­i­si­ni və qayğı­sı­nı hiss edir­di­lər. Atam nə­və­lə­ri ilə də şi­rin da­nış­maz­dı. On­lar­la böyük ki­mi, ya­şı­dı ki­mi da­nı­şar­dı. O, nə­və­lə­ri­ni se­vir­di, hə­mi­şə iş­lə­rin­dən xə­bər­dar olur­du, la­zım gə­lən­də kö­mək də edir­di. Ata­mın sək­kiz nə­və­si var idi. Hə­lə üç nə­ticə­si də üstə­lik. Ya­dım­da­dır, böyük qı­zım Ay­sel Mə­də­niy­yət və İncə­sənt İn­sti­tu­tu­nun rəs­sam­lıq fakültə­si­nə da­xil ol­maq qə­ra­rı­nı ve­rən­də, atam onun­la mə­şğ­ul ol­ma­ğa baş­la­dı. O, şa­g­ir­d­lə­ri­nə meh­ri­banca­sı­na ya­na­şır­dı, on­la­ra kö­mək edir­di, boya alır­dı. On­lar da ata­mı se­vir­di­lər və hör­mət edir­di­lər. Onun və­fa­tın­dan so­nra, dip­lom işi­nin mü­da­fi­ə­si­nə qə­dər gə­ti­rib çı­xar­dığı tə­lə­bə­lə­ri, öz he­sab­la­rı­na onun xa­ti­rə­si­nə it­haf olun­muş "İz" sə­rg­i­si­ni təş­kil et­mə­lə­ri son də­rəcə tə­sir­li idi... Atam və ana­mı ol­duqca riq­qət­li müna­si­bət bir­ləş­di­rir­di. On­lar ta­ma­mi­lə bir-bir­lə­ri­ni an­layır­dı­lar. Atam ana­mı çox se­vir­di. He­sab edi­rəm ki, o, ana­mı ha­mı­dan çox se­vir­di. Bi­lir­si­niz, özümdə hiss et­mi­şəm ki, bir qə­­dər uy­du­ru­ram... Təm­kin­li­liyi, cid­­di­liyi ilə ya­na­şı, o, çox zi­rək, şən  idi və həy­at­dan zövq ala bi­lir­di. Ən əsa­sı, o, sev­məyi baca­rır­dı...

- Uşaq­lı­q­da si­zə nəyi isə qa­dağan edib?

- Xeyr. Ancaq bir də­fə ÜDKİ-yə da­xil olub, Mos­k­vaya ge­dər­kən, atam mə­nim­lə çox cid­di şə­kil­də al­ko­qol və si­qa­ret ­çək­mə­yin ziy­a­nı ha­q­­­da da­nış­dı. La­kin onun ni­g­a­ran­lığı əbəs idi: hə­mi­şə özümə göz ye­tir­mi­şəm və azad­lığım­dan sui-is­ti­fa­də et­mə­mi­şəm. Axı, Mos­k­vaya nə üçün get­diy­i­mi dərk edir­dim - mən təh­sil al­mağa ge­dir­dim. Atam mə­nə eti­bar edir­di, am­ma ye­nə də vax­tı ikən özünün keç­diyi yol­lar­dan çə­kin­dir­məyi də unut­mur­du. Anam, atam­dan fər­q­li ola­raq hə­lim və yo­lay­o­vuq idi. Bu cür on­lar bir-bir­lə­ri­ni ta­mam­layır­dı­lar. Ümu­miyyət­lə, va­li­deyn sa­rı­dan bəx­tim ya­man gə­ti­rib.

- Si­zi dəcəl­liy­i­ni­zə gö­rə, hət­ta küncə be­lə qoy­mayıb­lar?

- Be­lə bir şey xa­tır­la­mı­ram. Mən, bacım Ay­nur və ki­çik qar­da­şım El­nur ara­sın­da uyğun ola­raq dörd və doq­quz il fərq var. Bacım böyüyən­də onun­la tez-tez da­laş­mağa baş­la­dıq. Ya­şı­na bax­may­a­raq, son də­rəcə tərs xa­siyyə­ti var­dı və mə­ni qıcıq­lan­dır­mağı se­vir­di. Ata­mın qar­şı­sın­da da­la­şır­dıq­sa, onun bi­zə acıq­lan­mağı bəs idi. Dər­hal sa­kit­lə­şir­dik. La­kin xa­tır­la­mı­ram ki, va­li­deyn­lə­ri­miz bi­zə əl qal­dı­ra.

- Bir süfrə ar­xa­sın­da əy­lə­şər­kən, ata və oğul nə ha­q­da da­nı­şar­dı?

- Həy­at­dan, incə­sə­nət­dən, ümu­miyyət­lə, atam çox da­nış­maz­dı... O, hər şey­də prin­sip­li in­san idi. Çə­ki­liş mey­dan­ça­sın­da o, fil­min mühi­ti­ni, şə­ra­i­ti­ni son də­rəcə də­qiq ya­ra­da bi­lir­di. Bir də­fə filmlər­dən bi­ri­nə qu­ru­luş­çu - rəs­sam­lıq edən atam, bə­dii rəh­bə­rin və­zi­fə­lə­ri­ni icra edən təcrübə­li re­jis­sor gəl­məy­ə­nə­dək, gənc, işə can yan­dır­may­an qu­ru­luş­çu re­jis­so­ru çə­ki­liş mey­dan­ça­sı­na bu­rax­mayıb. O, son də­rəcə əda­lət tə­rəf­da­rı idi və həm­kar­la­rın­dan bi­ri­nə qar­şı haq­sız­lıq olur­dur­sa, müdi­riyyət ilə müba­hi­sə edə bi­lir­di. Ata­mın və­fa­tın­dan so­nra in­san­lar da­nı­şır­dı­lar ki, çə­tin və­ziyyət­də atam on­la­ra necə kö­mək edir­di və də­s­tək­ləy­ir­di. Yal­taq­la­rı gözü götürmürdü, be­lə­lə­ri­ni gö­rən­də son də­rəcə sərt re­ak­siya ve­rir­di. O, öz əqi­də­si ilə tam ahə­ng­də ya­şayır­dı. Bu mə­na­da atam ta­ma­mi­lə xoş­bəxt in­san idi. Heç vaxt ya­lan da­nış­mır­dı və ancaq düzgün he­sab et­diy­i­ni dey­ir­di. Hə­lə gənci­kən öz prin­sip­lə­ri­ni qo­ruy­ur­du. ÜDKİ-yə da­xil olan­da müəl­lim­lə­rim - ata­mın ke­ç­miş do­stla­rı və kurs yol­daş­la­rı, onun ha­mı­nı necə "dü­zəlt­di­y­in­­dən" da­nı­şır­dı­lar. Atam elə o vaxt­dan möh­kəm oğlan olub, hər şe­yi və ha­mı­nı nə­za­rət­də sax­layıb. O za­­man­lar pis vax­tlar idi - müha­ri­bə­dən so­nra­kı dö­nəm... Ömrünün axı­rı­na qə­dər də be­lə olub.

- Valideynləriniz necə tanış olub­lar? Yə­qin ki, bu ha­q­da si­zə da­nı­şıb­lar ...

- Anam, qar­da­şı və nə­nəm ilə o vax­tkı 1 May küçə­sin­də ya­şayır­dı­lar. Ba­bam, ana­mın ata­sı tez rəh­mə­tə get­miş­di. Atam isə ya­xın­da, qon­şu­lu­q­da­kı Aşağı Dağlı mə­həl­lə­sin­də ya­şayır­dı. Anam uni­ver­si­tet­də, bio­lo­g­iya fakültə­sin­də təh­sil alır­dı, dər­s­dən qayı­dar­kən, atam onu küçə­də görmüşdü. Ana­mı çox bəy­ən­miş­di. On­la­rın ara­sın­da 8 yaş fərq var idi. Anam çox gö­zəl idi. Atam uzun müddət onun da­lınca gə­zib, na­zı­nı çə­kib. Bir müddət­dən so­nra isə ev­lən­mək tək­lif edib və ai­lə qu­rub­lar. Anam ali təh­sil müəs­si­sə­si­ni müvəf­fə­qiyyət­lə bi­ti­rən­də, mən doğul­mu­şam. O, karye­ra­sın­da çox şeyə na­il ola bi­lər­di, am­ma həy­a­tı­nı bi­zə həsr et­məyi qə­ra­ra al­dı. Bütün ömrüboyu o, ana, da­ha so­nra isə nə­nə "iş­ləy­ib".  

- Bacı­nız ABŞ-da ya­şayır. Yə­qin, ata­nız tez-tez ora qo­naq ge­dər­di...

- Doğru­dan da, anam və atam bacı­mın ya­nı­na tez-tez ge­dir­di­lər. Anam or­da çox qa­lır­dı, bacı­ma, uşaq­la­ra kö­mək edir­di. Doğma, heç bir kə­sin ol­ma­dığı, özgə öl­kə­də ba­cı­­ma anam ki­mi heç kim nə kö­mək edə, nə də də­s­tək­ləyə bi­lir­di.

Atam ABŞ-a ilk də­fə 1978-ci il­də, bacım Bir­ləş­miş Ştat­la­ra kö­ç­mə­miş­dən lap əv­vəl get­miş­di. Ora­da da fə­a­liyyə­ti­nə da­vam edir­di, rəsmlər çə­kir­di. İş­lə­mək üçün bütün şə­ra­i­ti var idi. La­kin çox tez­lik­lə atam Ba­kı üçün da­rıx­dı və ge­ri qayıt­dı. O, Azər­bayca­na və Ba­kıya bağlı idi. Ümu­miyyət­lə, səhv et­mi­rəm­sə, atam ABŞ-da şəx­si sə­rg­i­si ke­çi­ri­lən ilk rəs­sam olub. Bu, 1994-cü il­də olub. Ümu­mi­lik­də, sağ i­kən üç şəx­si sə­r- g­i­si,  və­fa­tın­dan so­nra isə - 2012-ci il­də ABŞ-ın Kon­qres bi­na­sı­nın ya­xın­lığın­da­kı Va­şinq­to­nun ən iri qa­le­re­-y­a­la­rı­nın bi­rin­də da­ha bir sə­rg­i­si ke­çi­ri­lib.

- Siz ata­nı­zın izi ilə get­mi­si­niz.  Onun həy­at­da­kı əla­qə­lə­ri və ta­nış­lıq­la­rı si­zə kö­mək et­di­mi?

- Əl­bət­tə ki, incə­sə­nə­tə gəl­mə-y­im büsbütün atam­la bağlı­dır. Elə bir mühit­də böyümüşəm ki, baş­qa yol se­ç­mək çə­tin idi. Uşaq vax­tım­dan atam mə­ni qu­ru­luş­çu rəs­sam­la­rın iş­lə­dik­lə­ri çə­ki­liş mey­dan­ça­la­rı­na apa­rır­dı. İn­diyə ki­mi hə­min ki­nostu­diy­a­la­rı­nın pa­vilyon­la­rı­nı xa­tır­layı­ram. Ki­noçə­ki­liş pro­se­si­ni çox se­vir­dim. Bun­dan baş­qa, tez-tez onun ema­lat­xa­na­sın­da olur­dum və çox er­kən özüm rəsm çək­məyə baş­la­dım. Səhv et­mi­rəm­sə, beş ya­şım var­dı... Ən azın­dan,  bu yaş­da çək­diy­im şə­kil­lər qa­lıb. Ki­no və re­jis­sor­luq hə­və­si­mə gəl­dik­də isə o, hə­lə 11 ya­şın­da ikən ata­mın mə­nə hə­diyyə et­diyi 8 mil­li­metrlik ki­no­ka­me­ra ilə bir­ba­şa bağlı­dır. Odur ki, ki­no­da ilk ad­dım­la­rı­ma hə­lə 12 ya­şım­da, ilk filmlə­ri­mi çə­kər­kən baş­la­mı­şam.

Sək­ki­zinci sin­fi bi­ti­rər­kən, Əzim Əzim­za­də adı­na Rəs­sam­lıq Mək­tə­bi­nə da­xil ol­maq is­tə­diy­i­mi açıq­la­dım. Müəl­lim­lə­rim dəh­şət için­də idi­lər, çünki "əla" oxuy­ur­dum. Hə­min vaxt dey­il­diyi ki­mi, qı­zıl me­da­la ge­dir­dim.

Ata­mın re­ak­siy­a­sı bir­mə­na­lı de-y­il­di: o, açıq şə­kil­də eti­raz et­mə­di, la­kin mə­ni xə­bər­dar et­di ki, çox çə­tin yol se­çi­rəm. Bu "baş­la" is­tə­ni­lən ali təh­sil müəs­si­sə­si­nə da­xil ola bi­lə­rəm. Və düşünmək üçün mə­nə vaxt ver­di. La­kin qə­ti qə­ra­rı­mı ver­miş­dim. Da­ha so­nra ÜDKİ-də "qır­mı­zı dip­lom"la bi­tir­diy­im, təh­sil il­lə­rim ol­du.  O, hə­mi­şə mə­ni müstə­qil­liyə öy­rə­dir­di. Ki­şiyə ya­ra­şan ki­mi. Ona gö­rə də pri­o­ri­tet­lə­ri­mi müəy­yən­ləş­dir­dim və öz hə­rə­kət­lə­ri­mə gö­rə özüm mə­su­liyyət da­şı­dım. Təh­si­li­mi bi­tir­dik­dən so­nra evə qayıt­dım, beş filmdə qu­ru­luş­çu rəs­sam ki­mi iş­lə­dim, rəs­sam­lıq sə­rg­i­lə­rin­də iş­ti­rak et­dim. La­kin re­jis­sor­luğa hə­və­sim üstün gəl­di - 1989-cu il­dən filmlər çək­məyə baş­la­dım. Atam he­sab edir­di ki, yax­şı rəs­sa­mam və özümü tə­s­vi­ri incə­sə­nə­tə həsr et­mə­liy­əm. Əv­vəlcə o mə­nim re­jis­sor işi­mi cid­di qə­bul et­mir­di. La­kin müəy­yən vaxt keç­dik­dən so­nra, mə­ni müx­tə­lif bey­nəl­xalq fe­s­ti­val­la­ra də­vət et­məyə baş­la­dı­lar. Bu sa­hə­də müəyyən uğu­ra na­il ol­dum və atam an­la­dı ki, hər şey onun düşün­dü­yün­dən də cid­di­dir. Ancaq 1996-cı il­də çə­kil­miş "Ley­li və Məcnun" ki­no­ope­ra­sı­na bax­dı­q­dan so­nra, mə­ni pe­şə­kar ki­no­re­jis­sor ki­mi qə­bul et­di. "Qa­la" fil­mi­mə gö­rə hət­ta fəxr edir­di. Onun qə­bul et­mə­si ol­duqca də- y­ər­li idi. Çünki o, nə özünə, nə ya­xın­la­rı­na - ümu­miyyət­lə, incə­sə­nət key­­fiyyə­ti ba­xı­mın­dan heç ki­mə üz ver­məz­di. 

- Ka­mil Nəcəf­za­də­nin ömrü­nün son günlə­rin­dən da­nı­şın. Nəyi xa­tır­layır­dı? Nə ha­q­da da­nı­şır­dı?

- Ümu­miyyət­lə, ma­raq­lı­dır ki, uşaq­lı­q­dan ata­mın böyük qar­daş­la­rı da yax­şı rəsm çə­kə bi­lir­di­lər. La­kin pe­şə­kar rəs­sam ancaq o ol­du. Bu iş­də onun böyük qar­da­şı Yu­nu­sun xü­su­­si ro­lu olub. Ba­ba­mın vaxtsız ölü­mündən so­nra o, de­mək olar ki, dörd ki­çik qar­da­şı və iki bacı­sı­nı bö­yü­düb. Məhz Yu­nus əmim ata­mın əv­vəl­cə Rəs­sam­lıq Tex­ni­ku­mun­da (mək­­tə­bin­də) oxu­ma­sı­nı, da­ha so­nra isə Mos­k­va­da Rəs­sam­lıq İn­sti­tu­tu­na qə­bul olun­ma­sı­na tə­kid edib. Və hə­min 6 il­də ata­ma mad­di yar­dım edib. Ata­ma həsr olun­muş "Kə­tan­da­kı in­san" sə­nəd­li fil­mim­də o dey­ir: "Hər bir in­san ça­lış­ma­lı­dır həy­a­tı­nı elə ya­şa­sın ki, so­nra onun uşaq­la­rı və so­nra­kı nəs­li hər han­sı bir çir­kin ad­dım­la­rı­na gö­rə utan­ma­lı ol­ma­sın". Əmin­lik­lə deyə bi­lə­rəm ki, o, bu­na na­il olub. Bu gü­nə ki­mi onun haq­qın­da mə­nə gö­zəl söz­lər, böyük eh­ti­ram, hör­mət, bə­zən də hey­ran­lıq duy­duq­la­rı­nı ifa­də edir­lər.

Onun rəsmlə­ri­nin əsas möv­zu­su mə­həb­bət idi. O, doğma tor­pağı­nın gö­zəl­liy­i­ni - pey­zaj­lar­da se­vir­di, in­san­la­rın gö­zəl­liy­i­ni - por­t­ret­lər­də, əşya­la­rın gö­zəl­liy­i­ni - natürmor­t­lar­da, qa­dın vücu­du­nun gö­zəl­liy­i­ni - çıl­paq fi­qur­lar­da se­vir­di.  O, çox gö­zəl ko­lo­rist idi və onun boy­a­la­rı iz­ləy­ici­lə­rə müsbət ener­ji və həy­at se­v­g­i­si bəxş edir. O, incəsənətə olan bö­yük sevgisini ailəsinə olan mə­həb­bətlə birləşdirməyi bacardı. Bu filmdə də o dey­ir­di ki, ai­lə - ki­çik döv­lət­dir. Və heç də hər kəs onu ya­rat­maq, in­ki­şaf et­dir­mək və qo­ru­mağın öh­də­sin­dən gəl­mir. Öz incə­sə­nə­ti­nə fə­da­karca­sı­na və­fa­lı olan K. Nəcəf­za­də uzun müd­­dət ki­no çə­ki­liş­lə­rin­də olur­du. La­kin ev­də­ki­lər üçün da­ha xoş şə­ra­it ya­ra­dır­dı. O, bu­nu necə edir­di? Həy­at yol­­da­şı­nı, uşaq­la­rı­nı və rəs­sam ol­maq hə­və­si­ni çox se­vir­di.

Ana­mın göz­lə­nil­məz ölümü onu sar­sıt­dı. Anam al­tı il əv­vəl ABŞ-da if­lic ol­du və dünya­sı­nı dəy­iş­di. Atam bir­dən bir ne­çə il qocal­dı. O, doğma in­sa­nın ge­di­şi­nə gö­rə çox na­ra­hat idi. Am­ma ema­lat­xa­na­sın­da iş­lə­məyə da­vam edir­di. O, xə­s­tə­xa­na­ya düşər­kən, ye­kun­laş­dı­ra bil­mə­diyi kə­ta­nı­nı sax­layı­ram. Düşünürəm ki, o, elə bir his­slə bi­zi tərk et­di ki, nə­zə­rin­də tut­duğu iş­lə­rin ha­mı­sı­nı ye­kun­laş­dı­rıb. Həy­at­dan qə­tiyyən ya­pış­ma­mış­dı. Mə­nə gö­rə, bacı­ma və qar­da­şı­ma gö­rə ra­hat idi, nə­və­lə­ri­nə gö­rə də na­ra­hat­lığı yox idi. Hə­lə sa­ğ­ i­­kən Azər­baycan incə­sə­nə­ti­nə də-  y­ər­li töh­fə ver­di. O, yer­də­ki ta­ley­i­ni icra et­di və düşünmə­dən ra­hat get­di..



MƏSLƏHƏT GÖR:

763