19 Aprel 2024

Cümə, 11:53

DAVAMLI DƏSTƏK

NATO məsələləri üzrə ekspert Tomas FEDİSİNİN "R+" jurnalına müsahibəsi

Müəllif:

21.01.2014

Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­ev ötən həf­tə NATO-nun Brüssel­də yer­lə­şən mən­zil-qə­ra­rg­a­hı­na sayca 5-ci sə­fə­ri­ni et­di. Şi­ma­li At­lan­ti­ka Al­yan­sı­nın baş ka­ti­bi An­ders Foq Ras­mus­sen­lə da­nı­şıq­lar za­ma­nı iki­tə­rə­f­li əmək­daş­lığın ge­niş­lən­di­ril­mə­si per­spek­tiv­lə­ri müza­ki­rə edil­di, va­cib ra­zı­laş­ma­lar əl­də olun­du. Bu ra­zı­laş­ma­lar ara­sın­da Azər­bayca­nın Əf­qa­nı­s­ta­na yar­dım pro­qram­la­rın­da iş­ti­ra­kı­nın ge­niş­lən­di­ril­mə­si də var.

Sə­fə­rin nə­ticə­lə­ri ha­q­da Müda­fiə Sa­hə­sin­də Təh­si­lin Tək­mil­ləş­di­ril­mə­si Pro­qra­mı üzrə həm­sədr  To­mas Fe­di­sin  bu  görüşün nə­ticə­lə­ri ha­q­­da fi­kir­lə­ri­ni "R+" jur­na­lı­na mü­sa­hi­bə­sin­də açıq­layıb.

- Pre­zi­dent İl­ham Əliy­e­vin Brüs­se­lə sə­fə­ri fo­nun­da NATO-Azər­baycan müna­si­bət­lə­ri­nin ha­zır­kı du­ru­mu­nu necə qiy­mət­lən­di­rər­di­niz?

- Azər­baycan NATO ilə müna­si­bət­lə­rə 20 il əv­vəl, alyan­sın 1994-cü il­də "Sülh na­mi­nə tə­rəf­daş­lıq" pro­qra­mı­nı ya­rat­dığı za­man baş­layıb. O za­man ke­ç­miş So­vet İt­ti­fa­qın­dan ye­nicə müstə­qil­lik əl­də et­miş Azər­baycan Qər­blə ya­xın­laş­ma üçün eh­tiy­at­la me­xa­nizmlər ax­ta­rır­dı. İl­ham Əliy­e­vin NATO-nun mən­zil-qə­ra­rg­a­hı­na bu ya­xın­lar­da et­diyi sayca 5-ci sə­fə­ri Ba­kı ilə alyans ara­sın­da stra­te­ji tə­rəf­daş­lığın ye­ni, da­ha yüksək sə­viyyə­li əmək­daş­lığın gö­s­tə­rici­si­dir. Azər­baycan Əf­qa­nı­s­tan­da Bey­nəl­xalq Təhlükə­siz­liyə Yar­dım Qüvvə­lə­rin­də (ISAF) iş­ti­rak­la, hə­m­çi­nin yüklə­rin böyük bir his­sə­si­nin tran­zi­ti­nin təhlükə­siz­liy­i­ni tə­min et­mək­lə, eti­bar­lı tə­rəf­da­şa çe­v­ri­lib. Azər­baycan Əf­qa­nı­s­ta­nın təhlükə­siz­lik qüvvə­lə­ri­nin ha­zır­lığı­na də­s­təyə, sülhün də­s­tək­lən­mə­si üçün di­g­ər əmə­liyyat­la­ra ha­zır ol­maq­la, NATO ilə an­ti­ter­ror əmə­liyyat­la­rı sa­hə­sin­də də əmək­daş­lıq edir. NATO-nun de­mo­kra­tik is­la­hat­lar və pe­şə­kar hər­bi təh­sil sa­hə­sin­də yar­dım tək­li­f­lə­ri Ba­kı­nı Av­ro­at­lan­tik in­sti­tut­la­ra da­ha da ya­xın­laş­dı­rıb. Ümu­mi­lik­də Azər­bayca­nın NATO ilə müna­si­bət­lə­ri­ni in­ki­şaf edən və tək­mil­lə­şən day­a­nıq­lı mü­na­­si­bət­lər ki­mi xa­rak­te­ri­zə et­mək olar. Alyan­sın baş ka­ti­bi An­ders Foq Ras­mus­sen də Azər­bayca­nı Əf­qa­nı­s­tan­da­kı "dəy­iş­məz də­s­təy­i­nə" gö­rə al­­qış­layıb, bu stra­te­ji tə­rəf­daş­lığın da­ha da möh­kəm­lə­nəcəy­i­nə ümi­di­ni ifa­də edib.

- Ye­ri gəl­miş­kən, bu il NATO qüvvə­lə­ri­nin Əf­qa­nı­s­tan­dan çı­xa­rıl­ma­sı­na baş­la­nı­lacaq. Bu­nun­la əla­­qə­dar ola­raq, Azər­baycan-NATO əmək­daş­lığın­dan nə göz­lə­mək olar? Mə­sə­lən, İl­ham Əliy­e­vin NATO baş ka­ti­bi ilə görüşü za­ma­nı Azər­bayca­nın Əf­qa­nı­s­tan mil­li or­du­su­na də­s­tək fon­du­na da­ha 1 milyon av­ro ayır­maq niyyə­tin­də ol­duğu­nu açıq­layıb.

- Azər­baycan­la NATO ara­sın­da Əf­qa­nı­s­tan­la bağlı əmək­daş­lıq bütün müna­si­bət­lər üçün nümu­nə­vi­dir. Onun xüsu­si­lə Əf­qa­nı­s­tan mil­li or­du­su­nun də­s­tək­lən­mə­si və ma­liyyə­ləş­di­ril­mə­si sa­hə­sin­də 2014-cü il­dən so­nra da da­vam et­di­ril­mə­si də yük­sək qiy­mət­lən­di­ri­lir. Bu il ər­zin­də bir çox döv­lət­lə­rin Əf­qa­nı­s­ta­na də­s­təy­i­ni tə­d­ricən azal­dacağı­nı nə­zə­rə al­saq, bu, da­ha vacib xa­rak­ter alır. NATO-da təhlükə­siz­lik sa­hə­sin­də is­la­hat­lar və ener­ji təhlükə­siz­liyi hər za­man vacib mə­qam­lar sayı­lıb. Azər­baycan isə NATO-nun Av­ro­pa­dan olan üzvlə­ri­nə vacib qaz və neft ix­racat­çı­sı­na çe­v­ri­lir. Alyan­sın xüsu­siyyə­ti­nə əsa­sən, iki­tə­rə­f­li müna­si­bət­lə­rin in­ki­şa­fı­nı  şər­t­lən­di­rən əsas amil Ba­kı və Brüssel­dən gə­lən si­q­nal­lar­dır. Azər­baycan əmək­daş­lıq üçün nə qə­dər ge­niş sa­hə is­təy­ər­sə, əmək­daş­lıq o qə­dər ge­niş ola bi­lər. Şəx­si müşa­hi­də­lə­rim gö­s­tə­rir ki, NATO-nun bir çox üzvlə­ri mil­li təhlükə­siz­lik­lə bağlı ge­niş xid­mət­lər spek­tri tək­lif edir və "Sülh na­mi­nə tə­rəf­daş­lıq" pro­qra­mı­nın Azər­baycan ki­mi üzvlə­rin­dən bu tək­li­f­lə­rə mü­va­­fiq re­ak­siya göz­ləy­ir.

- Azər­baycan­la NATO-nun əmək­daş­lığı da­ha da möh­kəm­lən­di­rə bi­ləcək­lə­ri sa­hə­lər han­sı­lar­dır?

- ISAF ba­şa çat­dı­q­dan so­nra, gü­man ki, Cə­nu­bi Qaf­qaz­da ener­ji təhlükə­siz­liy­i­nin tə­mi­ni ən ak­tu­al mə­sə­lə olacaq. Bu, çə­tin mə­sə­lə­dir və yal­nız qaz və neft ha­si­la­tı ilə bağlı dey­il. Bu, həm də ha­sil olun­muş neft və qa­zın qo­run­ma­sı­na, sax­la­nıl­ma­sı­na və Cə­nu­bi Qaf­qaz va­si­tə­si­lə Av­ro­paya nəq­li­nə aid­dir. Şübhə­siz ki, bu­ra­da söh­bət Azər­bayca­nın şi­mal və cə­nub sər­həd­lə­rin­də ter­ror­çu qrup­la­rın mö­vcud­luğu ilə əla­qə­dar ola­raq, məh­su­lun təh­lü­kə­siz­liy­i­nin tə­mi­nin­dən ge­dir.

- Ener­ji və təhlükə­siz­lik möv­zu­su­nu da­vam et­dir­sək, bu mə­sə­lə­nin hər iki­si Azər­bayca­nın NATO ilə, hə­m­çi­nin ABŞ ilə əmək­­daş­lığı­nın vacib sa­hə­lə­rin­dən­dir.

- Va­şinq­ton­la Ba­kı ara­sın­da iki­tə­rə­f­li müna­si­bət­lər rə­s­mən 1992-ci il­də, Azər­bayca­nın müstə­qil­lik qa­zan­ma­sın­dan so­nra in­ki­şaf et­məyə baş­layıb. Bu əmək­daş­lığın böyük bir his­sə­si NATO ka­nal­la­rı va­si­tə­si­lə, ilk növ­bə­də, hər­bi ope­ra­tiv stan­dar­t­lar, sülhün də­s­tək­lən­mə­si əmə­liyyat­la­rı ilə, müda­fiə sa­hə­sin­də is­la­hat­lar və pe­şə­kar hər­bi təh­sil­lə bağlı tə­şəbbüslər va­si­tə­si­lə həy­a­ta ke­çi­ri­lir. La­kin ABŞ-ın de­mo­kra­tiy­a­nın möh­kəm­lən­mə­si­nə, açıq ba­zar iq­ti­sa­diyya­tı­nın for­ma­laş­dı­rıl­ma­sı­na sa­diq­liyi Va­şinq­ton­la Azər­baycan şir­kət­lə­ri ara­sın­da da tə­rəf­daş­lığa yol açıb. Ame­ri­ka­nın əsas iq­ti­sa­di ma­raq­la­rı də­niz­də neft ha­si­la­tı və te­le­kom­mu­ni­ka­siy­a­lar in­ki­şa­fı ət­ra­fın­da dövr edir. Azər­baycan nef­ti­nin, onun İran və Ru­siya ki­mi föv­qəl­döv­lət­lər­lə qon­şu ol­duğu­nu nə­zə­rə alan Ame­ri­ka Ba­kı ilə müna­si­bət­lə­ri­nə stra­te­ji önəm ve­rəcək. Av­ro­pa­nın tə­bii qaz eh­tiy­a­tı­na olan tə­lə­ba­tı­nın, təx­mi­nən, 10%-nin ödə­nil­mə­si­ni tə­min edəcək Trans­ad­ri­a­tik bo­ru xət­ti lay­i­hə­si­nin in­ki­şa­fı­na Bir­ləş­miş Ştat­lar tə­rə­fin­dən həl­le­dici də­s­tək ve­ri­lib. Ame­ri­ka Azər­bayca­na eti­bar edir. Çünki onu, hə­qi­qə­tən, müstə­qil öl­kə, dünya­nın po­ten­si­al qey­ri-sa­bit bö­lg­ə­si­nin stra­te­ji vacib bir his­sə­si sayır.

- Cə­nu­bi Qaf­qaz­da­kı hər­bi-si-y­a­si və­ziyyə­ti necə qiy­mət­lən­di­rir­si­niz? Re­g­i­on­da ye­ni müha­ri­bə təhlükə­si nə də­rəcə­də re­al­dır? Azər­baycan­la NATO ara­sın­da gə­ləcək əmək­daş­lığa nə ma­ne ola bi­lər?

- Cə­nu­bi Qaf­qaz­da təhlükə­siz­lik və sa­bit­liyə cid­di təhlükə Er­mə­ni­s­tan­la Azər­baycan ara­sın­da Dağlıq Qa­ra­bağ uğrun­da da­vam edən "don­du­rul­muş müna­qi­şə"dir. ABŞ, Fran­sa və Ru­siy­a­nın həm­sədrlik et­diyi ATƏT-in Minsk Qru­pu bu prob­le­min həl­li üçün va­si­tə­çi qu­rum se­çi­lib. Ru­siya Er­mə­ni­s­tan hö­ku­mə­ti­nə cid­di hər­bi və iq­ti­sa­di yar­dım­lar gö­s­tər­mək­lə, İrə­va­na cid­di siy­a­si tə­sir im­kan­la­rı əl­də et­sə də, re­g­i­on­da tez­lik­lə hər­bi əmə­liyyat­la­rın baş­la­nacağı­nı göz­lə­mək üçün əsas­lar yox­dur. Bu, hər iki li­de­rin müna­qi­şə­nin həl­li­nə da­ir di­a­lo­qun bər­pa­sı­na ha­zır ol­ma­la­rı, ey­ni za­man­da Azər­bayca­nın hər­bi po­ten­si­a­lı­nın güclən­mə­si­lə bağlı­dır. Yə­ni hər iki tə­rəf an­layır ki, hər­bi əmə­liyyat­la­rın bər­pa­sı on­la­ra da­nı­şıq­la­rın (uğur­suz ol­sa be­lə) da­vam et­di­ril­mə­sin­dən da­ha çox zi-y­an gə­ti­rəcək. Bu və­ziyyət Azər­baycan-NATO əmək­daş­lığı­na ma­ne ol­ma­ma­lı­dır. Müna­qi­şə­nin həl­li re­- g­i­o­nal təhlükə­siz­liy­in ar­xi­tek­tu­ra­sı­na aid bir çox ye­ni bi­rgə im­kan­lar açacaq. 

 

* Bu müsahibədə səslənən fikirlər müəllifin şəxsi fikirləridir və ABŞ-ın rəsmi siyasətini əks etdirmir.

 

 

HAQQINDA 

Doktor Tomas Fedisin Nyu-Port Hərbi Dəniz Kollecində (Rod-Aylend, ABŞ) milli təhlükəsizlik məsələləri üzrə professordur. Dəniz zabiti olduğu dövrdə iki müddət NATO-nun Brüsseldəki mənzil-qərargahında çalışıb. Hazırda Fedisin Azərbaycan üzrə Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi Proqramının akademik həmsədridir. 


MƏSLƏHƏT GÖR:

652