2 May 2024

Cümə axşamı, 23:07

İNSAN İÇİNDƏ İNSAN

Rəssam Arif Ələsgərovun işlərindən ibarət sərgisində zamanın və nəsillərin varislik əlaqəsi haqda

Müəllif:

06.11.2014

Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar rəssam, professor Arif Ələsgərovun fərdi yaradıcılıq sərgisinin açılışı olub. Bu tədbir istedadlı rəssamın 70 illik yubileyinə həsr edilib. 

 

Avtoportret 

Portretdə təsvir edilən insanın gözlərinə bir qədər baxsaq, görərik ki, qarşımızda tamamilə safqəlbli və həyatdan tam razı insan dayanır. Adətən, epikürçülərə aid edilən birisi. Daha doğrusu, həyatı onun istənilən təzahürlərində ehtirasla sevən. Amma yenə də o, Romen Rollanın mebel ustası, Kola Brünyon adlı qəhrəmanına çox bənzəyir. Adilik və bayağılığa nifrət etməyən əsl rəssam. Ona görə onun hər bir işi incəsənət əsəridir. Kola köhnə burqund "krujka"sı və dadlı yemək arxasında, dostlarının ətrafında istirahət etməyi xoşlayır. O, yaşanan hər gününə sevinir, özü ilə yaxşı yola gedir və bütün dünya ilə də belə olmağa çalışır. Romanın finalında öz evini və həyat yoldaşını itirən Kola, bütün uşaqlarının və nəvələrinin köçdüyü qızının evindəki masanın başında əyləşib. Başında isə piroq formasında tac var. O içir və çox xoşbəxtdir. Çünki hər fransız, həmçinin rəssam da kral doğulur. Burada o, ağadır və bura onun evidir. Avtoportretlə tanış olarakən, təxminən, ağlından bu fikirlər ötür. Və budur, baxışlar portretin gözlərinin ifadəsində bir qədər yubanır. Və sanki, gülüş ancaq onun dodaqlarında yaşayır. Gözlərində isə kədər və gərginlik var. Onlar nə deyir?

 

Çox da uzaq olmayan 80-ci illər

Bu dövrdəki işlərin sayına görə səksəninci illər rəssam üçün yaradıcılığının ən xoşbəxt və məhsuldar dövrüdür. "Onun hər bir işi - İçərişəhərdə yaşayan insanlara, həyat tərzinə, ənənələrə, ruhi, əxlaqi, mənəvi istiqamətdə yaxşı nə varsa, əsrlər boyu ötürülən nəsillərin varisliyinə həsr olunan himndir.

1982-ci il. "Çəkmə ustası". Gündəlik, amma elə sakit həyatı olan insandır ki, bu günün və sabahın necə olacağı haqda hər şeyi bilir. Ustanın hər şeyi sadədir: əmək və gündəlik qayğılarla ahəngli gün, məşğul olduğu işə diqqətinin cəmlənməsi, bütün poza və hərəkətlərində sakit əminlik. Bu işdə elə bir şey var ki, ustanın hisslərinin və fikirlərinin möhkəmliyinə inandırır. Sabahkı günə arxayınlıq adlandırmaq mümkün olan hisslərə. 

"Dulusçu". Budur, daha bir personaj. Bədəni güc və sağlamlıqla doludur. Ayağının altında dulusçuluq dairəsi, səhəngin formasını tənləşdirən əlləri, ətrafda - saxsı qab. Bu insanın öz əcdadlarından miras aldığı sənət. Onu xoşbəxt edən sənət. Bu sadə, sanki adi həqiqətdə, əslində, böyük məna gizlənib: insan bu dünyaya xoşbəxt olmaq üçün doğulur və gəlir. Nə yaxşı ki, məhz sevimli işi onu elə biri edir. 

"Sənətkar" corab geyinmiş ev başmaqlarında, papaqda əl ağacına söykənərək oturub. Əsanın başında taqətdən düşmüş əlləri nə vaxtsa təlxək tərəfindən kral Lirə danışılan insan həyatının dövründən bəhs edən Şərq tapmacasını xatırladaraq dincəlirlər: səhərlər dördünə, günortalar - ikisinə, axşamlar isə - üçünə. Sənətkarın ömrünün qürubu heç nə ilə qüssələnməyib. Ətrafında yaradıcılığının bəhrələri var: tiyənin köməyi ilə milli ornamentlərlə bəzədilmiş metal qab. O, varislərinə, sadəcə, peşə və ancaq ənənə saxlamır. Sənətkar zamanların əlaqəsini saxlayır. Onun əməyi - bu, keçmiş və indiki arasında halqadır. İndiki və gələcək arasında.

"Kəndirbazlar". Odlar ölkəsi qədimdən təkcə sənətkarları və əsnafları ilə məşhur deyil. Müğənnilər, musiqiçilər, pəhləvanlar, odpüskürənlər və kəndirbazlar - bu bacarıqlar da sənət kimi nəsildən-nəslə ötürülüb. Ata və oğullar qorxmadan kanatın üzərində gələcəyə doğru hərəkət edərək, yüngül, demək olar ki, rəqs edərək göy və yer arasında süzürlər. Onların romalıların ancaq sağlam fiziki bədəndə sağlam ruh olar fikirlərini vurğulayan qabarıq bədənləri gözəl şəkildə cizgilənib. Həyat sevinci. Birgə yaradıcılıq xoşbəxtliyinin himni.

1983-cü il. "Novruz". Ölkədə ən şən və sevimli bayram. Novruz - ailə və dostların əhatəsində ünsiyyət sevincidir. Qadınlar bayram nemətləri hazırlayan zaman - kişilər samovar və nəğmə söyləyərək istirahət edirlər. Buradaca - İçərişəhər hamamının damında yaxalanan oğlan uşaqları! Bu isə qadınların istirahət edən kişilərə məcməyidə göndərdikləri Novruz nemətlərini aparan oğlan. Bu oğlanlardan kiminə məcməyidəki şirniyyatlar, kiminə isə hamamda baş verənlər maraqlıdır. Həyat öz axarı ilə gedir. Və hər şey düzgün və həmahəngdir. Rəssamın ömürlük təcəssüm etdiyi anlar! Məhz bu işlər sayəsində gələcəyin insanları onlardan əvvəl kimlərin yaşadığını və həmin həyata dəyərli və maraqlı olanlar haqda təsəvvürlərə malik olacaqlar...

1989-cu il. "İçərişəhər". Həyat. O, dəyişkən və gözəldir. Keçmiş. İndi. Gələcək. Evlər və insanlar. Quşlar və ev heyvanları. Qadınlar. Uşaqlar. Kişilər. Qocalar. Əsrdən-əsrə, nəsildən-nəslə onlar burada yaşayırlar və taleyin yazdığı müddəti yaşayıb, başqa dünyaya köçürlər. Sezdirmədən bir-birlərini əvəz edən Qala bakılıları (xalq içində Köhnəşəhərdə yaşayanları belə adlandırırlar), əxlaqi qanun, ənənələri, adətləri, həyat tərzinin,bir növ, estafetini ötürürlər. Varislik İçərişəhəri təkcə cəlbedici deyil, həm də sehrli şəkildə cəkiçi edir. Onun təkrarolunmaz, özünəməxsus mühiti var! Bir çox nəsillərin energetikası bu yeri hər şeyi xüsusi göründüyü unikal yerə çevirir: memarlıq da, insanlar da.

 

Sərhəd zonası

1991-ci il. "Dünyanın sonu". Dünya dağılıb. İsti, duyulan, hər şeyin aydın, nizamlı və anlaşılan olduğu həmahəng dünya - yox olub. Yaradıcı enerji onu tərk edib. Tərk edərəksə, korlayıb onu. İdealları dağıdaraq, əvəzində heç nə təklif etməyib. Və dünya ruhun enerjisinin mənəviyyatsızlıq, praqmatizm, iti hesablaşma ilə dəyişdirilən həyata bənzər səthi struktura dönüb. On hökmün daha yer almadığı dünya. Çünki onlar indi lazım deyil. Onların əvəzinə comərdliyin içüzü altında ruh və mənəviyyatın formalaşmasında əsas mövqelərə sahib olan insan günahları gəlib. Onları əvəz edən qudurmuş, kefçəkən diletantlar kimi.

2008-ci il."İpək yolu". Rəssam bədii simvolların dili ilə izləyicisi ilə danışır. Bədii yaddaşın məkanında keçmişə gedən kölgələr əmələ gəlir, sanki onlar gələcəyə informasiya aparırlar: xalçalar, kitablar, kilimlər, ikinci planda insan məskənlərinin çevrələri və iki çarx: böyüyü qabaq, balaca olanı isə ikinci plandadır. Çarx insan dünyasının simvolu və nəsillərlə toplanan informasiyanın ötürücüsüdür. Nəsillərin əsrlərlə qazandığı mədəniyyət tələb edilməlidir. Əcdadlarımızın kökləri möhkəmlətmək, öz tarixini əsrlər boyunca davam etdirmək naminə qazandığı bütün informasiya da tələb edilməlidir. 

2011-ci il. "Əntiq dükanı". Qədim əşyalar dükanında qoca ticarətçinin arxasına çoxlu müxtəlif samovarlar yığılıb. Onlar "ƏNTİQ" yazılmış ipdən düzəldilən maneənin o tayından səbirli və etinasız şəkildə bizə baxırlar. 

Zamanın lal şahidləri: uzaq və uzaq olmayan keçmişin. Maddi və maddi olmayan dünya haqda xatirələr. Fani dəyərlər haqda. Və ən əsas olan şey haqda: bu dünyada ədəbi ancaq ruh ola bilər.Ancaq onun ruhu. İstənilən maddi ifadə - bu yaradıcı ruhun, intellektin işinin şəfəqidir. Fantaziya və ağlın. Bu ancaq o halda baş verir ki, samovar qismində adi məişət əşyası, rəssamın yaradıcılığının əsrlər boyu iz buraxan obyektinə çevrilir. Onda avtoportretdə gülümsəyən rəssamın gözləri nədən kədərlidir? İzləyicilərinə nə demək istəyir? Zamanların əlaqəsindən. Dəyərlər barədə: insan nəslinin davam etdirilməsi naminə maddi və qeyri-maddi olanlar. İnsanın bu həyatdakı yeri haqda. Və insanda insana layiq olanların qorunması haqda. Özünün özündə qoruyub-saxlaya bildiyi haqda.

 

 

ONUN HAQQINDA 

Arif Ələsgərov Bakıda doğulub və böyüyüb. İndi A.L. Ştiqlis adına Bədii-Sənaye Akademiyası adlandırılan, V.İ. Muxina adına Leninqrad Ali Sənaye Məktəbini bitirib. Onun əsərləri ölkədə və onun hüdudlarından kənarda müxtəlif sərgilərin daimi iştirakçısı olanda, Arifin heç 28 yaşı tamam olmamışdı. 33 yaşında isə həyatının 24 ilini verdiyi Dövlət Mədəniyyət vəİncəsənət Universitetinin pedaqoqu olub. Yeddi il - 2001-ci ildən 2008-ci ilə kimi Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri vəzifəsində çalışıb. 2008-ci ildən indiyədək - professor Qaradəniz (Türkiyə) şəhərində Texniki Universitetin bədii fakültəsinə rəhbərlik edir.



MƏSLƏHƏT GÖR:

668