25 Aprel 2024

Cümə axşamı, 19:19

QADINDAN KƏNARDAKI HƏYAT

Britaniyalı rəssam Sara Nill-Consla bakılı Natavan Əliyevanın qadın tənhalığı və özünütəsdiqə fərdi yanaşmaları

Müəllif:

12.05.2015

"Natavan" qalereyasında keçən sərgidə iki gənc qadının işlərindən ibarət sərgi təşkil edilib: bizim həmyerlimiz Natavan Əliyeva - dizayner və rəssam, eləcə də britaniyalı rəssam Sara Nill - Cons. Sərginin "Qadın rəssam və subyekt qismində" adı sufrajist (sufrajistlər qadınların ümumilikdə siyasi və iqtisadi həyatda ayrı-seçkiliyinə qarşı çıxırlar - müəl.) hərəkatının yarandığı zamanlara istinad etdiyindən bir qədər provokasiyalıdır. Lakin bu qiymətləndirmə də subyektivdir. 

 

Sara Nill-Cons

Azərbaycanda yaşayan britaniyalı. O, yağlı boya üzərində rəqəmsal çap texnikasında çalışır. Sadə dillə desək, bu, materialın (parça, polimer material) üzərinə çəkilən təsvirdir (şəkil, foto).

Onun tədqiqatının predmeti - dəyişən dünya məkanında qadındır. Onun konret siması yoxdur, nəticə etibarı ilə konkret ünvanı da. Biz qarşımızdakının qadın olduğunu anlayırıq, çünki cinsin müəyyən əlamətlərini izləyirik: vücudun, saçların, geyimin konturları. Sara Nill - Consun qadınları mövcud olduqları dünyalarında narahatdırlar. Onlar qərarsız və tənha görünürlər. Onlar sanki heç yaşamırlar da, bir növ müvəqqəti olaraq həyat onlara konkret görünməyən yerdədirlər. Həyat onlardan ayrı keçir. Onları təklif edilən şəraitlərdə gördüyümüzə baxmayaraq, onlar yanlarında və ya ətraflarında baş verənlərə yad müşahidəçilər olaraq qalır. 

 

"Torqovıda"

Birinci planda qadın əlvan gödəkcədədir. O, başını tamaşaçıya tərəf tutub, lakin qəhrəmanın üzü yoxdur. Onun əvəzinə - rəngli ləkədir. O, sanki ikinci planda olan kifayət qədər konkret insanların fonunda olan yad cisimdir. Və ya - özgə reallığın dairəsində gözlənilmədən yaranan xəyaldır. Məgər xəyalın hissləri, emosiyaları, arzuları, ehtirasları ola bilərmi? Xəyalın real dünyaya bağlanmasına nə gərək var?

 

"Fantanlar meydanında"

Son dərəcə konkret insanların ağ-qara fonunda qadın vücudunun rəngli ləkəsi qeyri-təbii görünür. Qəhrəmanın konkret olmayan məğzini masqaraya qoymaq kimi. Burada, onun üçün yad olan dünyada yaranması anlaşılmayan və bu dünya ilə təmas nöqtəsi olmayan. O, öz-özünədir. Zamanın strukturlarından kənarda qalan qadın. O, hara gedir? Nə üçün... 

 

"Qeybolma"

Üzü olmayan qadının oturduğu otaqda hava məkanı sanki yoxdur. Otağın perimetrində fiziki bədən var. Üzün cizgiləri silinib, azca düşmüş çiyinlər və aşağı salladılmış baş bu qadının heç də gözəl ruhundan xəbər vermir. O, havasız məkanda əbədi olaraq ancaq yox olmaq üçün sanki orada asılır. Bəlkə də tənhalığa qaçış məhz belə görünür...

 

"Qeybolma-II"

Sara Nill-Consun qəhrəmanı üçün, deyəsən, yoxolma probleminin alternativ həlli yoxdur. Onların hamısı yoxa çıxır. Tədricən, lakin şəxsi istəklərinin simasız və qeyri-müəyyənliyində düzgün həll olunaraq. Arxasında çox güman ki, bir vaxtlar cənnət bağlarında Həvvanın Adəmə uzatdığı həmin almatək interpretasiya edilməli olduğu almalarla dolu paketlər kimi real əşyalar şəklində təqdim olunan real, hiss olunan dünya. Ancaq burada almalar bərk-bərk şəffaf paketlərlə qablaşdırılıb və bağlanıb. Və yanındakı kişi, həmin Bibliya günahına işarə kimi, itən qadın naturasına heç bir maraq göstərmir. Bu yuyulan, itən Həvvaya kişi tamamilə nə maraqlıdır, nə də lazım.

 

Natavan Əliyeva

Dizayner-rəssam kollaj texnikasında işləyir. Natavan iddia edir ki, yaradıcı zövq verən, fikirləri həyəcanlandıran, fantaziyanı oyadan bədii fikrin ifadə formasını özü üçün tapıb. O, şəkillərin detallarını, jurnallardan, bəzən də mətnlərdən kəsimləri ilə birləşdirir. Fraqmentlər Natavanın olduqca çətin, lakin əyləncəli hesabat etdiyi həmin nəticəni ərsəyə gətirərək, pazl kimi yığılır. 

 

"Natavanın müasirləri"

Onları mütləq müəyyənlik yaxşı tərəfdən göstərir. Dekorasiya edilmiş məkanda köpük və parçaların burulğanından gənc qadınların fiqurları çıxır, sanki onların tamaşaçı qarşısında təqdim etdikləri geyimlər qadın özünütəsdiq hüququndan başqa bir şey deyil: gözəl geyim, heyrətə salan üslub, müxtəliffakturalı parçaların birləşməsinin orjinallığı və keçmiş əsrlərin, indiki və gələcək zamanın dəb elementləri vasitəsilə. Natavan Əliyevanın qəhrəmanları çox şeydə qeyri-adidirlər. Onlar təkcə təəccübləndirmək və şoka salmaq üçün deyil, həm də özlərini büruzə vermək üçün həyatın reallığına soxulmağa hazırdılar. Özləri və daxili aləmləri haqda. Titrəyən, qorxaq, hürkək. Natavanın müasirləri - yoxa çıxmaq istəməyən, ikinci plana keçmək, şəxsiyyətinin yuyulmasına və ya ümumi kütlə səviyyəsinə düşməsinə qədər ətraf mühitlə qarışmaq istəməyən gənc qadınlardır. Onlar burada və indi olmaq istəyirlər. Həyat kənar müşahidəçi qalmaq üçün olduqca qısadır.



MƏSLƏHƏT GÖR:

773