24 Aprel 2024

Çərşənbə, 16:31

XINALIQ - YÜKSƏYƏ APARAN YOL

Bu kənd dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən açıq hava altında muzeyə bənzəyir

Müəllif:

15.07.2008

Mühərriki ağır-ağır nərildəyən köhnə avtobus ləhləyə-ləhləyə dar dağ yolu ilə üzüyuxarı, qarlı zirvələri par-par yanan dağlara doğru qalxırdı. Avtobusdakı turistlər ilk dəfə idilər ki, bu jür marşrutla səyahət edirdilər. Çünki nazik parlaq lent kimi üzü yuxarı uzanan yol bu yaxınlarda ölkə prezidentinin xüsusi sərənjamı ilə çəkilib. 

Yol sanki zaman-zaman qarşısını kəsən dağlarla döyüşə çıxmışdı. Burada söhbət  Azərbayjanın ən yüksək dağ yolu olan Xınalıq yolundan gedir. Əvvəllər bu kəndə yalnız zirvələr arasından uzanan jığırlarla piyada və ya atlarla getmək olurdu. Səyahətin təşkilatçısı Elçin ətrafın gözəlliklərindən həvəslə danışır, ətraf kəndlərin adlarını çəkir, yerli əhalinin nə ilə məşğul olduğundan, nejə dolanmasından bəhs edirdi. 

Bu yerlərin tarixini çoxdan öyrənən Oqtay müəllim də ona qoşuldu. Onun söhbətindən bəlli oldu ki, Xınalıq sakinləri özlərini "kətj" adlandırırlar, onların dillərini isə şərti olaraq ləzgi dillərinin Şahdağ qrupuna aid edirlər. Bu ərazidə kətjlər (xınalıqlılar), qrızlar, buduqlar və başqa xalqlar yaşayır. Onları eyni dil qrupuna aid etsələr də, bir-birlərini çətin başa düşürlər. Xınalıq dilinin unikallığı bütün dünya üzrə fenomen olmasındadır. Bu dildə 77 səs var, bunlarldan 59-u samit və 18-i saitdir. 

Bu dağlıq, insan üçün əlverişsiz ərazilərdə jamaatın nejə yerləşməsi barədə bir neçə versiya var. Ən ağlabatan versiya Şah İsmayıl Xətainin vaxtında bəzi sünni tayfaların öz məzhəblərini dəyişməmək, rahat yaşamaq və vergilərdən yaxa qurtarmaq üçün dağlara qaçması ilə bağlıdır. Dağlara yerləşdikdən sonra başqa xalqlara qarışmadan və assimilyasiya olunmadan yaşayan bu insanlar bir növ ada sivilizasiyasına dönüblər, öz dillərini, genotiplərin və adətlərini ilkin təmizlikdə qoruyub-saxlaya biliblər. Ətraf dünyadan başıbuludlu dağ zirvələri ilə təjrid olunmuş bu insanlar sivilzasiyanın nemətlərindən uzaq şəkildə, sanki bir paralel dünyada yaşayırlar. 

Tarixçinin söhbətini növbəti döngədə nərildəyən mühərrik kəsdi. Özü də bu dəfə döngə o qədər sərt idi ki, sürüjü bizdən piyada getməyi xahiş etdi. Çünki maşını bu jür meyilli döngədə yükləmək olmazdı. Ərazi ilə yaxından tanış olmaq şansına sevinən adamlar yollara səpələndilər. 

Aşağıda, sərt dağ uçurumundan çayın səsi gəlirdi, yuxarıda isə mavi göydə qanadlarını  geniş açmış və azadlığın dadını çıxaran qartal süzürdü. Dağ otlarının və çiçəklərinin ətri dolmuş havada insan məst olurdu, başımız hərlənirdi. Bəlkə də bu, oksigen çatışmazlığı idi, hər halda, dəniz səviyyəsindən 2500 metr yüksəkdə idik. 

Döngəni keçdikdən sonra səs-küylə maşınlara doluşduq və yarımsaatdan sonra artıq Xınalıqda idik. Ətrafdakı mənzərə Tibeti xatırladırdı, ağaj yox idi və mənzərəli dağlar yaşımtıl qısa otlara bürünmüşdü. Çay daşlarından və təzəkdən tikilmiş yastı damlı evlər də soyuqdan isinən adamlar kimi bir-birlərinə qısılaraq, ətrafın mənzrəsini Tibetə daha çox oxşadırdı.  

Kənddə bəlli oldu ki, jamaatın içməli su ilə bağlı problemi var, suyu kəndin aşağısında yerləşən bulaqdan gətirirlər. Çağdaş sivilizasiyadan aralı düşməsinə baxmayaraq, texnologiya bəhrələrini  buralarda da görmək mümkün idi. Mavi rəngli eyvanın aşağısında çanaq televiziya antennası qurulmuşdu, bir az aşağıda isə təzəkdən quraşdırılmış əl damı görünürdü. Təzək burda ən əlverişli materialdır, həm yanajaq kimi, həm də hörgü daşı kimi isçtifadə edilir. Bu, Xınalığa məxsus kənd təzadlarıdır. 

Son zamanlar turistlərin gəlişinə alışmış yerli əhali ilə ünsiyyət qurmaq da asan idi. Onlardan öyrəndik ki, kənddə diyarşünaslıq muzeyi də var. Qara papaqlı nurani qoja bizim hamımızı ora dəvət etdi. Bizim dəstə iki yerə bölündü, bəziləri çayxanada qalıb, dağ otlarından dəmlənmiş ətirli çayın dadına baxmağa üstünlük verdilər, qalanlar isə yerli muzeyə baxmağa yollandı. Qonaqlara yerli üsulla döşənmiş tipik ev nümunəsi göstərdilər. Burada evlər, adətən, eyni jür tikilir, uzun aynabəndləri olur. Otaqlar, adətən, balajadır və ortalarında mütləq ağaj dirəkləri var, döşəmə və divarlar palçıqdandır. Divarlar gillə şirələnir və səliqə ilə ağardılır, divarları yerli ustaların toxuduqları xalçalarla bəzəyirlər. Divarlardakı dolablara yundan döşənmiş və atlasla üzlənmiş yorğanlar yığılmışdı. 

Bizə danışdılar ki, Xınalıqdan beş kilometr aralıda gejə-gündüz alov yanan yer var.  Oraya "Rozer" deyirlər, yerli dildə alovun yeri deməkdir.  Bu jür alov qonşu Jek kəndində də müşahidə edilir. Orada alov su ilə birgə yanır ki, bu da bir özünəməxsusluqdur. 

Günəş qüruba doğru enirdi. Biz yola tələsdik. Çünki 70-ji illərə məxsus, bu jür səfərlər üçün əlverişli olmayan sınıq-salxaq avtobusda geriyə o qədər də asan olmayan yolu getməli idik. İnsanların bizdən çox təəssüflə ayrıldığını müşahidə etdik. Çünki təzə yol çəkilməsinə baxmayaraq, kəndə şəhərdən qonaq həmişə gəlmir. Bir az keçdi və köhnə avtobusumuz bizi yenidən atıb-tutmağa başladı, artıq avtobusumuzla əməlli-başlı doğmalaşmışdıq. Avtobus gedə-gedə biz yerli jamaatın yolmuza qoyduğu pendir-lavaş dürməyini gəvələyir, yerli ustaların hördüyü uzun naxışlı jorabları gözdən keçirirdik. 

Biz Xınalıqdakı ayrı dünyadan gəlirdik, hərə özü ilə yeni bir şey gətirirdi və  gətirdiklərimiz kənddə gördüyümüz dolğunluğun, bitkinliyin zərrələri idi. Alpinistlər demişkən, biz dağları yox, dağlar bizləri fəth edir.  Onlar doğrudan da öz möhtəşəm azdanışmaları, şərtilikləri ilə bizim dünyamıza, yaşamımıza təsir göstərirlər. Bunu öz gözlərinizlə görmək istəyirsinizsə, buyurun, Xınalığa gedin. 



MƏSLƏHƏT GÖR:

562