19 Mart 2024

Çərşənbə axşamı, 14:07

EDUARD ŞEVARDNADZE: "ERMƏNİLƏR GEC-TEZ ANLAYAcAQlar Kİ, AZƏRBAYCANLA HESABLAŞMAQ LAZIMDIR"

Gürcüstanın Sabiq prezidenti "R+"a sovet ittifaqının dağılması, Heydər Əliyev ilə münasibətləri, regional münaqişələr, enerji layihələri və digər məsələlər haqda danışıb

Müəllif:

15.02.2007

Eduard Amvrosiyeviç Şevardnadze yalnız postsovet məkanının deyil,  ümumilikdə dünya siyasətinin ən təjrübəli siyasətçilərindəndir. SSRİ MK Siyasi Bürosunun sabiq üzvü, Sovet İttifaqının keçmiş xariji işlər naziri işləmiş, 30 ildən artıq Gürjüstana rəhbərlik etmiş və vətənində "Ağ tülkü" adlandırılan bu şəxs, bu gün Qərbdə daha populyardır. Bəzilərinin nəzərində o, "vahid və dağılmaz SSRİ"ni dağıdanlardan biridir, digərləri isə onu sovet qoşunlarının Əfqanıstandan çıxarılmasınının təşəbbüskarı, Almaniyanın birləşməsi üçün almanların özlərindən çox iş görən insan kimi qəbul edirlər...

Gürjüstanda baş vermiş "qızılgül inqilabı"ndan sonra E.Şevardnadze böyük siyasətdən gedib və özünü tamamilə ailəsinə və nəvələrinə həsr edib. Lakin bu yaxınlarda 79 yaşını qeyd edən sabiq prezident, onun ölkədə, regionda və ümumilikdə dünyada baş verən siyasi proseslərə münasibətini öyrənmək istəyən curnalistlər üçün də vaxt tapır.

Eduard Şevardnadzenin 79 yaşını təbrik edənlərin arasında "Region plus"un müxbiri də olub.

- Təbrikə görə sizə təşəkkürümü bildirirəm. Elə dünən Azərbayjanın Gürjüstandakı səfirindən təbrik məktubu almışam. Bu gün isə siz də məni təbrik etməyə gəlmisiniz. Mənim üçün həmişə yaxın qonşu və dost saydığım azərbayjanlılardan təbriklər almaq çox xoşdur.

"Mən SSRİ-nin 10-15 ilə dağılajağını düşünürdüm. Lakin hadisələr daha sürətlə inkişaf etdi"

- Eduard Amvrosiyeviç, söhbətə Sizin ad gününüzdən başladıqsa, mən digər tarixə də toxunmaya bilmərəm. Bildiyiniz kimi, ötən ay Sovet İttifaqının dağılmasının 15 ili tamam oldu. Bu dövlətin dağılmasının səbəbləri haqda çox fikirlər səsləndirilib. Amma həmin dövrdə SSRİ-nin rəhbərliyində təmsil olunan bir insan kimi, Sizin rəyinizi bilmək daha maraqlı olardı...

- Bəli, həmin hadisələrdən artıq 15 il keçib və mən sizə tam səmimi deyirəm: Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən dərhal sonra anladım ki, bu dövlət 10-15 ilə dağılajaq. Mən buna əmin idim. Lakin hadisələr güman etdiyimdən daha sürətlə inkişaf etdi. 1985-ji ildə Qorbaçov SSRİ MK-yə Baş katib seçilən zaman Gürjüstana rəhbərlik edirdim. Onunla çox yaxşı münasibətlərim var idi və hətta deyərdim ki, dost idik. Qorbaçov bu posta seçildikdən sonra məni qəbul etdi, xariji işlər naziri postunu və Siyasi Büroya üzvlüyü, yüksək əməkhaqqı və yaxşı həyat şəraiti vəd etdi. Əvvəljə Moskvaya gəlmək istəməsəm də, sonda bu təklifi qəbul etdim və bir neçə il ərzində biz birgə çalışdıq. Əlbəttə ki, bu sahədə yeni idim, xariji siyasətdə təjrübəm yox idi və bu səbəbdən Qorbaçovun dəstəyinə böyük ehtiyaj duyurdum. Üstəlik, həmin vaxt Kremldə xariji siyasətlə bağlı aydın bir fikir yox idi, partiya və ölkə rəhbərliyində bununla bağlı mübahisələr gedirdi. Belə bir vəziyyətdə Qorbaçov məni daim kənar hüjumlardan qoruyurdu.

- Lakin sonra yollarınız ayrıldı və 1991-ji ilin əvvəllərində istefa verdiniz. Həmin vaxt Sizin hazırlanan çevrilişlə bağlı səs-küylü bəyanatlarınızı çoxları xatırlayır...

- Bəli, həmin vaxt bizdə əks-inqilabın Qorbaçov və RSFSR Ali Sovetinə rəhbərlik edən Yeltsinə qarşı üsyan hazırlamasına dair dəqiq məlumatlar var idi. Mən məlumatları Qorbaçova çatdırmışdım və o, hər şeydən xəbərdar idi. Amma buna baxmayaraq, Qorbaçov deyilənlərə heç bir reaksiya verməyib, sakit şəkildə istirahətə getdi. Məhz bundan sonra bizim münasibətlərimiz korlandı. Mən hökumət və partiyanın məsul şəxslərinin çevrilişə hazırlaşmasını sakitjə müşahidə edə bilmirdim. Odur ki vəzifəmdən istefa verdim. İstəyirdim ki, bütün xalq gözlənilən çevrilişdən xəbər tutsun. Doğrudur, o vaxt akademik Lixaçov partiya adından çıxış edərək, məni öz funksiyalarını layiqinjə yerinə yetirən rəhbər şəxs hesab etdiklərini bəyan etdi və vəzifəmin ijrasını davam etdirməyimi istədi. Mən onlara rədd javabı vermədim. Amma jəmi bir neçə aydan sonra Siyasi Büronun daxilində Qorbaçova qarşı qiyam qalxdı. Hamı həmin hadisələri, Qorbaçovun xalqa mürajiətini, xalqı sayıq olmağa, birləşməyə və s. çağırmasını xatırlayır. Amma artıq gej idi. Mən də istefada idim, mənimlə birlikdə bizim yaxın silahdaşlarımızdan biri, yenidənqurmanın ideoloqu Yakovlev də istefaya getmişdi. Qorbaçov, demək olar ki, tək qalmışdı.

- Jənab Şevardnadze, SSRİ-nin dağılmasında Qorbaçov - Yeltsin qarşıdurmasının rolu nə qədər oldu?

- Sovet İttifaqının dağılmasında Qorbaçovla Yeltsin arasındakı qarşıdurma əsas faktor idi. Yeltsin həmin vaxt RSFSR Ali Soveti Rəyasət Heyətinə rəhbərlik edirdi və biz onları barışdırmaq üçün çox çalışırdıq. Təbii ki, bu qarşıdurma dövlətin xariji və daxili siyasətinə böyük təsir göstərirdi, onu daxildən zəiflədirdi.

Qorbaçov bu mübarizədə üstün gəlmək üçün müxtəlif vasitələrdən istifadə edirdi. Lakin ona qarşı artıq real qüvvə dayanmışdı: Rusiya prezidenti Boris Yeltsin, Ukraynanın dövlət başçısı Kravçuk və Belarus prezidenti Şuşkeviç. Onların ideyası isə Slavyan İttifaqının qurulması idi. Qeyd edim ki, mən elə onda bilirdim ki, bu birlik baş tutmayajaq. Çünki Rusiya yalnız slavyan ölkəsi deyil. Orada digər xalqlar yaşayır - Şimali Qafqaz xalqları var, Tatarıstan, Başqırdıstan, digər milli muxtar vilayətlər və dairələr və s. Mən düşündüyüm kimi də oldu və onların "Slavyan İttifaqı" haqda fikirləri reallaşmadı. Üstəlik, Ukrayna prezidenti Kravçuk  referendum keçirməyə də qərar verdi və ukraynalıların 90%-i müstəqilliyi seçdi. Nətijədə, Ukrayna oyundan çıxdı.

- Bəs həmin dövrdə Sizin Yeltsinlə münasibətləriniz nejə idi?

- Mən həmin vaxt nazir kimi yox, adi vətəndaş kimi Ağ evdə tez-tez olurdum. Çünki dövlətin düşdüyü ağır vəziyyətə, baş verənlərə görə ürəyim ağrıyırdı. Qiyam vaxtı mən Yeltsinin yanına getdim və o bildirdi ki, silahlı şəxslər Ağ evin 60 kilometrliyindədir, onlar gej-tez Ağ evə hüjum edəjəklər. Yeltsin isə xalqa mürajiət hazırlamışdı. O, sənədi mənə verdi, istədi ki, onunla tanış olum. Mürajiətdə Yeltsin yazmışdı ki, "Ölkədə yaranmış vəziyyətlə əlaqədar xalqı, bütün güjünü səfərbər etməyə çağırırıq". Mən isə Yeltsinə məsləhət gördüm ki, yalnız səfərbərlik çağırışı ilə kifayətlənmək lazım deyil,  Rusiya prezidenti ölkə ərazisində dislokasiya olunmuş silahlı qüvvələrin ali baş komandanı olmalıdır. Yeltsin yenidən məndən soruşdu: "Mürajiəti imzalayım, ya yox?". Mən buna javab olaraq bildirdim ki, mürajiət dərhal imzalanmalıdır və bir gün belə ləngimək olmaz.

Bildiyiniz kimi, sonradan inqilabçılar məğlubiyyətə uğradıldı və Ağ ev qarşısında keçirilən mitinqdə Yeltsin tankın üzərində çıxış etdi. Lap Leninin "Avrora" kreyseri üzərindəki çıxışı kimi. O bildirdi ki, əks-inqilabçılar üzərində qələbə qazanılıb. Yeltsin məndən də çıxış etməyimi xahiş etdi və mən çox kəskin çıxış edərək, Yeltsini və Sovet İttifaqının demokratikləşməsini dəstəklədim.

Amma tezliklə İttifaq süquta uğradı. Çünki onlar müstəqillik istədilər.

"Gürjüstan uçurum ərəfəsində idi. Odur ki mən vətənə qayıtmağa qərar verdim!"

- Və yenidən Gürjüstana döndünüz. Bu dəfə müstəqil Gürjüstana...

- İstefa verdikdən sonra, yanıma Gürjüstandan akademiklər, alimlər, aktyorlar və digər ziyalılardan ibarət nümayəndə heyətləri gəlirdi. Onlar ijtimai təşkilat - Xariji Münasibətlər Üzrə Assosiasiya yaradaraq, məni həmin quruma rəhbər seçmişdilər; normal işləyirdim, özümü yaxşı hiss edirdim. Lakin mənə çoxsaylı mürajiətlər olurdu, Gürjüstanın uçurum ərəfəsində olduğunu, ölkənin parçalandığını bildirirdilər. Belə olduqda həyat yoldaşımla məsləhətləşdim (mərhum Nanuli Şevardnadze - red.) və o bildirdi ki, onsuz da gej-tez vətənə qayıtmalı olajağıq. Bundan sonra qərbli dostlarımla da məsləhətləşdim və Gürjüstana qayıtmağa qərar verdim.

Açığını deyim, həmin dönəmdə qərbli dostlarım mənə çox köməklik etdilər. Bekker şəxsən Gürjüstana gələrək, situasiya ilə tanış oldu və mənə dedi ki, "Sən legitim prezident olsan, biz sənə kömək edəjəyik. Çünki biz yalnız legitim hökumətə köməklik göstərə bilərik". Onlar, hətta bizə 10 il müddətinə 300 milyon dollar kredit də verdilər.

Ölkədə vətəndaş müharibəsinin getməsinə baxmayaraq, 1992-ji ilin sonlarına seçki təyin etdim. Bu mənim rəhbərliyim dövründə keçirilən ən ədalətli seçki oldu. Biz yaxşı bilirdik ki, Gürjüstanın taleyi bu seçkidən asılıdır və hamı yekdilliklə səsverməyə qatıldı. Hazırda faizi dəqiq xatırlamasam da, deyə bilərəm ki, seçijilərin əksəriyyəti mənə dəstək vermişdi.

- Həmin vaxt Azərbayjana artıq Heydər Əliyev rəhbərlik edirdi...

- Bəli, o, məndən üç il əvvəl prezident seçilmişdi. Mən Gürjüstana qayıdarkən, artıq Heydər Əliyev Azərbayjana rəhbərlik edirdi. Biz bir-birimizi yaxşı başa düşür, bir-birimizə hörmətlə yanaşır və səmimi dostluq edirdik. O, Azərbayjanın müstəqilliyi üçün çoxlu işlər görmüş əsl insan və əsl prezident idi. Mən Heydər Əliyevlə görüşlərimizi tez-tez xatırlayıram. Hələ Sovet İttifaqı dövründəki görüşlər yadımdan çıxmır - biz ayda 2-3 dəfə Bakı, Tbilisi və Yerevanda bir araya gəlirdik. Həmin vaxt Ermənistan KP MK-nin birinji katibi Karen Dəmirçyan idi. O da çox gözəl insan idi və bizim - üç Qafqaz ölkəsi rəhbərlərinin münasibətləri ən yüksək səviyyədə qurulmuşdu. Yeri gəlmişkən, Ermənistan parlamentindəki məlum hadisələr nətijəsində Karen Dəmirçyan qətlə yetirilməsəydi, bəlkə də Dağlıq Qarabağ münaqişəsi artıq həll edilmişdi. Mən onun fikirlərini və real vəziyyəti bilirdim.

İndi isə artıq həm Heydər Əliyev, həm də Karen Dəmirçyan həyatdan köçüb, mən isə, gördüyünüz kimi, istefadayam.

"Mənim tanklarım, onların isə yalnız tapançaları var idi. Amma mən qan tökülməsini istəmədim"

- Yəqin, bu Sizin həyatınızın ən ağır mərhələlərindəndir...

- Düzü, bilmirəm indi bu haqda danışmağa ehtiyaj var, ya yox... Yetirmələrim belə qərara gəldilər ki, artıq mənim dinjəlmək vaxtımdır. Amma istəsəydim, bu təzyiqə qarşı dayana bilərdim. Nümayişçilərdən ibarət qrup parlamentin binasına soxulan zaman, mən hələ ölkənin prezidenti və Ali Baş Komandanı idim. Odur ki tank, top və müasir silahlarla təjhiz olunmuş orduya əmr verə bilərdim. Qarşı tərəfin maksimum avtomat və tapançaları var idi. Lakin nümayişçilər parlamentə soxulan zaman mən yalnız situasiyadan nejə çıxmağın yolları haqda düşünürdüm. Əlahiddə bir vəziyyət yaranmışdı! Nə baş verir?! Mən həmin an lazım bildiyim kimi fəaliyyət göstərə, ordunun güjündən istifadə edə bilərdim. Amma bunu istəmədim. Parlamentdən çıxıb maşınla evə gedən zaman yolda düşünürdüm ki, görəsən, bütün bunların nətijəsi nejə olajaq? Şübhə yox idi ki, hər iki tərəfdən günahsız insanlar həlak olajaqdılar. Mənim üçün onların hamısı həmvətənlər, Gürjüstan vətəndaşlarıdır. Odur ki hələ maşında gedərkən zəng edib xüsusi vəziyyəti ləğv etdim. Bununla da hər şey həll olundu.

- Eduard Amvrosiyeviç, söhbətimizin əvvəlində bildirdiniz ki, Rusiya rəhbərliyi ilə son dərəjə yaxşı münasibətləriniz olub. Amma sonradan, müstəqillik dövründə bu münasibətlər pisləşib. Hamı Abxaziyada baş verənləri xatırlayır, Gürjüstan ərazisindəki münaqişələrdə Moskvanın rolunu yaxşı bilir. Bu gün Abxaziya və Jənubi Osetiya, faktik olaraq, Şimal qonşumuza tabedir. Nejə düşünürsünüz, situasiyadan çıxış yolu varmı?

- Həqiqətən də elə alınıb ki, bu münaqişəli ərazilər Rusiya üçün strateci baxımdan çox vajibdir. Bildiyiniz kimi, SSRİ-nin dağılmasından sonra, Rusiya Sankt-Peterburq və Murmansk istisna olmaqla, bütün Şimal limanlarını itirib. Krımla bağlı da eyni vəziyyətdir: vaxtilə Rusiyaya məxsus Krım Nikita Xruşşovun hakimiyyəti dövründə Ukraynaya verilib. Qara dəniz limanları olan Sevastopol və Odessa da Ukraynanın tərkibində qalıb. Bu üzdən Rusiya Abxaziyadakı limanları itirməmək üçün buranı ələ keçirməkdə maraqlıdır. Bu problemin həllinə birgə limanlar tikmək və onlardan birgə istifadə ilə də nail olmaq mümkün idi. Amma Rusiya hələlik Abxaziya münaqişəsini həll etmək istəmir.

Digər tərəfən, abxazlar Rusiyanın tərkibinə jan atsalar da, Rusiya bundan çəkinir. Çünki bu ərazi Gürjüstandan ayrılaraq, Rusiyanın tərkibinə keçərsə, Çeçenistan və ya Dağıstanda da oxşar hadisələr baş verə bilər. 5 milyonluq respublika olan Dağıstan Xəzər dənizinə çıxışa malikdir. Dövlətin böyük bir hissəsi olan Tatarıstanı da unutmaq olmaz. Bir sözlə, bu variant Rusiyaya sərf etmir.

Gürjüstanın hazırkı prezidenti münaqişənin həlli istiqamətində səylər göstərir. Amma situasiyadan çıxmaq üçün real imkanlar varmı? Müxtəlif variantlar mövjuddur və gej-tez həmin variantlar tapılmalıdır. Həm bizi, həm də abxazları qane edən plan lazımdır. Həm də unutmaq olmaz ki, Abxaziyada əhalinin 47 faizini gürjülər, 17 faizini isə azərbayjanlılar təşkil edir. Orada ruslar və digər xalqlar da yaşayıb. Bütün bunlar nəzərə alınmalıdır.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə düşünürsünüz? Hər halda, situasiya oxşardır...

- Sizdə situasiya bir qədər fərqlidir. Gürjüstan iqtisadi jəhətdən zəif, çox zəif ölkədir. Amerikanın dəstəyi və yardımı olmasaydı, bizim ordumuz ümumiyyətlə mövjud olmazdı. ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeld, həmçinin, digər hərbi ekspertlər Gürjüstana səfər edərək, bizim hərbçilərimizə təlim keçməklə yanaşı, həm də maddi dəstək verdilər.

Azərbayjanın isə çox yaxşı gəlirləri var. Ola bilər ki, əhali hələlik bunu hiss etmir, amma kifayət qədər gəlir var. Ölkəniz istənilən müasir silahı ala bilər. Doğrudur, Dağlıq Qarabağ münaqişəsində də Rusiya faktoru var və Moskva bu problemə laqeyd deyil. Amma mən düşünürəm ki, ermənilər gej-tez anlayajaq ki, həll variantı tapılmalıdır. Əks halda, onlar öz müstəqilliyini itirə bilər. Çünki Azərbayjan Azərbayjandır. O, regionun güjlü dövlətidir və Azərbayjanla hesablaşmamaq olmaz. Anlamaq lazımdır ki, Azərbayjan istənilən problemi güj yolu ilə də həll edə bilər. Düşünürəm ki, ermənilər münaqişənin həll variantını axtarajaqlar.

- Ermənilərdən söz düşərkən, Samsxe-Javaxetiyadakı vəziyyətə toxunmamaq mümkün deyil. Söhbət onların bu regionda muxtariyyət, erməni dilinə dövlət dili statusunun verilməsi və s. tələblərindən gedir. Bu haqda nə düşünürsünüz?

- Bura Gürjüstan ərazisidir. Məlumdur ki, həmin regionda tarixən başqa millətin nümayəndələri yaşayıb. Türkiyədə yaşayan ermənilərin çar Totlebenə mürajiətindən sonra o, ermənilərin Samsxe-Javaxetiyada yerləşdirilməsinə qərar verib. Hələ o vaxt da qonşularımızın ağır durumda olduğunu başa düşərək, onlara dostjasına yanaşılıb və nətijədə ermənilər Gürjüstanda məskunlaşıb.

Bizim ölkəmizdə yaşayın azərbayjanlıların sayı 400 mindən artıq olsa da, onlar indiyədək heç bir problem yaratmayıb. Hələ mən Gürjüstan KP MK-nin birinji katibi, daha sonra isə prezident olan zaman daim azərbayjanlıların maraqlarını nəzərə almağa çalışmışam. İndi də buna çalışıram. Azərbayjanlılar heç zaman Gürjüstan və gürjülər üçün problem yaratmayıb.

Ermənistanda isə belə halları təşviq edən qüvvələr var. Amma onlar anlamalıdır ki, belə fəaliyyət onlar üçün yaxşı nətijələnməyəjək. Son zamanlar, xüsusilə də Rusiya hərbi bazalarının Gürjüstandan çıxarılmasından sonra, onlar sakitləşib. Ermənilər həmişə Rusiya bazalarının tərəfdarı olub. Amma düşünürəm ki, Gürjüstan erməniləri özlərini normal aparır.

- Jənab Şevardnadze, bu qış Gürjüstan üçün çox çətin oldu və ölkə jiddi enerci problemləri ilə üzləşdi. Sizə elə gəlmir ki, bu böhran Azərbayjanla Gürjüstan arasındakı dostluq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə səbəb oldu?

- Mən Gürjüstandakı bu böhranlı vəziyyətin aradan qaldırılmasında Azərbayjanın hansı rolu oynadığını yaxşı bilirəm. Bu üzdən Gürjüstan vətəndaşı kimi prezident İlham Əliyevə dərin təşəkkürlərimi çatdırmaq istəyirəm. Mən artıq prezident olmasam da, gürjü xalqının fikrini ifadə edirəm. Biz bunu unutmayajağıq. Rusiya yaxşı anlayırdı ki, irəli sürdüyü tariflərlə ondan qaz alınması mümkün deyil. Bu vəziyyətdə yeganə xilasımız bizim Heydər Əliyevlə birlikdə planlaşdırdığımız layihələr oldu. Bakı - Tbilisi - Jeyhan və Bakı - Tbilisi - Ərzurum layihələrinin təşəbbüskarları məhz Heydər Əliyevlə mən olmuşam. Hazırda dəmir yolu layihəsi də reallığa çevrilməkdədir. Bu layihənin reallaşmasına böyük pullar - təxminən, 100-120 milyon dollar (dəmir yolunun Gürjüstan hissəsinin tikintisi üçün - red.) tələb olunsa da, onu ödəməyə dəyər. Yeri gəlmişkən, bu dəmir yolunun inşası da Azərbayjanın köməkliyi ilə baş tutur.

Ümumiyyətlə, mən İlham Əliyevə heyranam. O, özünü çox inamlı və sərbəst aparır. İlham Əliyev çox savadlı insandır və yaxşı komanda yaradıb. Onun atası nadir şəxsiyyətlərdən idi, Heydər Əliyev heçdən müstəqil Azərbayjan qurmağı bajardı. Hazırkı prezidentin qarşısında da jiddi vəzifələr durur. Mən jənab İlham Əliyevi o qədər də yaxından tanımıram. Amma fikrimjə, o,  ağıllı, vətənpərvər, xalqını sevən, mədəni, siyasi jəhətdən savadlı gənj ziyalıdır. 

Mən elə əvvəldən də əmin idim ki, İlham atasının layiqli davamçısı olajaq. Heydər Əliyev həmişə olduğu kimi, bu dəfə də yanılmadı.


MƏSLƏHƏT GÖR:

455