8 Sentyabr 2024

Bazar, 04:53

DƏMİR PƏRDƏ ARXASINDA TONQAL

Azərbaycanın dahi rəssamı Cavad Mircavadov haqqında indi onun xanımının çap etdirdiyi kitabdan məlumat almaq olar

Müəllif:

15.10.2006

Biz onun haqqında nə bilirik? Ölkəmizdə rəssamlığın ən kədərli fiqurlarından biri, andeqraund qəhrəmanı, sağlığında tanınmayan dahi (rəsmi məşhurlaşma lap azajıq gejikdi, gerçək məşhurlaşma isə ümumiyyətlə, hələ də baş verməyib).  Onun nəhayətsiz qəlbindən yalnız gur, parlaq, infernal rəsmlər yadigar qaldı. Sovet sisteminin özü də onun üçün infernal oldu və həyatı da belə keçdi. Kompromislərə getməyərək, dünyada ən böyük səadətə yetişdi - istədiyi kimi yaşadı.  Rəssam Javadın irsini də elə onun rəsmləri və xanımı, həm də həmkarı Lübov Mirjavadovanın lap bu yaxınlarda çap etdirdiyi kitab təşkil edir. Yeri gəlmişkən, eyni zamanda, həm sadə, həm də sirli, dərrakəli və temperamentli, sərtlik dərəjəsinə qədər açıq danışan və mehriban bu qadına "dul" sözü heç yaraşmır. Bu ifadədə bir "postfaktumluq" olsa da, onu… Yox, onları bir-birindən ayırmaq, ayrı təsəvvür etmək olmur. Mənəvi əlaqə qırılmayıb və onlar əvvəlki kimi yanaşıdırlar.

Javad Mirjavadovun "İntensiya" kataloqu və "Aytokua" avtobioqrafik əsəri həyatının yeganə, lakin gerçək açarıdır. Yeri gəlmişkən, buşmen dilindən tərjümədə "aytokua" "pünhan olanların qapısı" anlamındadır. Odur ki onun taleyi haqqında hekayəti elə öz sözləri ilə tamamlamaq olar. Yəqin ki, "Mənim deklarasiyam" adlandırdığı "iman rəmzi", yaradıjılıq kredosunun birinji və sonunju ifadələrindən başlamaq lazımdır: "Hisslərimin gerçəkliyini ən yeni estetika əsasında dəyişdirirəm və hər bir rəsmim dünyanın əksi yox, elə DÜNYA özüdür… Mən Abşeron torpağında anadan olmuşam, lakin öz yaradıjılığımla onun üzərində yüksələrək, Qolfstrim küləkləri ilə Sakit okeanın toqquşduğu yerlərə, eskimosların torpaqlarına və Afrika kontinentinə yetişmişəm".    

 

Birinji çevrə - Bayıl

İmkanlı ailədə anadan olmuşdu - atası  xəz işinə baxırdı və işləri yaxşı gedirdi. Ailələri müqəddəs nəsildən idi ("kəndimizdə nəslimizi "dəli seyidlər" adlandırırdılar) və Tanrının lətafəti onlardan yan keçməyərək, bir nəsildən bir özünü göstərirdi. Javadın babası - Mirqasım  asket və şəfaverən idi. Sonrakı nəsli atası Mirhaşım təmsil edirdi. Tale ona tamamilə adi, dünyəvi bir həyat bəxş etmişdi. Sonra isə Mirjavad gəldi - ruhun əsgəri…

Onun düşünjələri gözlə görünən obrazlarla əks etdirmək istedadı özünü çox erkən büruzə verdi. Lakin uşaqlıqda heç təsviri sənətlə məşğul olmadı. Hər halda, ənənəvi anlamda məşğul olmaq baxımından. İlk "studiyası"… rus-yəhudi qəbiristanlığı oldu ("Dostlarım və qohumlarımdan fərqli olaraq, qəbirüstü abidələr ideal modellərdir"). Sözün əsl mənasında, təhsil 1941-ji ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində başladı. Bir il sonra Javad kitabxanada "yararsız" olduğu üçün siyahıdan silinmiş kitabların birində Sezanın  "Mardi Qra" əsərinin reproduksiyasını görəjək və injəsənətə baxışları kökündən dəyişəjəkdir: "Provanslı sənətkarın yaratdığı yeni aləmin bütün ejazkarlığını duydum və onun metodunu qəbul etdim… Sezan mənim üçün böyük sənətə qapı açdı".

Bəlkə də onun üçün bütövlüklə qaranlıq olan gerçək aləmdə bu gənjə salamat qalmaqda elə Sezan yardımçı oldu…

1938-ji ildə 15 yaşlı Javad işə qəbul olundu - "Azərbayjan" kinoteatrında afişa çəkənin köməkçisi. 6 aydan sonra özü də afişalar çəkməyə başladı. 1 ildən sonra isə işə gejikməyə görə 6 aylıq həbs olundu. Jəzasını Bayıl həbsxanasında çəkirdi, məjburi mükəlləfiyyət kimi, yelpikləri rəngləyirdi. Həbsxananın onun bajarığından xəbər tutan "avtoriteti" "qanuni oğru"ların bədənlərində şəkillər çəkməyi, əvəzində isə yemək, anaşa, qadın təklif etdi. Javad razılaşdı, amma qarşılıq kimi başqa şey istədi: iki nəfər başqa məhbus üçün müəyyən güzəştlər. Birinjisi gənj, gözəl müğənni oğlan idi və həbsxananın imtiyazlı sakinlərinin artıq çoxdan ona "gözləri düşmüşdü". Bir qoja, taqətsiz qojanın isə daim çörəyini əlindən alırdılar. Razılaşmadan sonra gənjdən əl çəkdilər, qojanın  isə qanuni payına daha əl vurmadılar.        

Nədənsə, quldurlar bədənlərindəki döymələr üçün curnallardan reproduksiyalar seçərkən, Delakruaya üstünlük verirdilər. "Lənət şeytana, romantik idilər", - deyə Javad xatırlayır. O, gələjək əməliyyatlar üçün xüsusi eskizlər hazırlayırdı, döyməni isə bu işdə təjrübəsi olan məhbuslar yerinə yetirirdilər. Javad, hətta insanlar özləri bunu xahiş edəndə də onlara əzab verə bilmirdi. Lübov Mirjavadovanın düşünjələrindən: "Görəsən, həmin məhbuslardan sağ olanı varmı? Adam bir baxardı… Axı onların heç ağıllarına da gəlmir ki, bədənlərində belə bir sənətkarın rəsmləri var".

Uzağı görmədiyindən (-5,5), Javadı müharibəyə aparmasalar da, ağır fiziki işə yararlı saydılar. Lakin o, "Allaha şükür, bu, məjburi vətənpərvərlikdən uzaq idi". Həmin illərin təəssüratlarını qəzəblə yekunlaşdırarkən son-radan essesində yazırdı:  "Türkmənçay müqaviləsinə görə, əliqılınjlı Şirlə İkibaşlı qartal Azərbayjanı bölüşdürdülər, daha sonra isə itaətsizliyin olan-qalan qalıqlarını da yerlə-yeksan edən 100 illik köləlik bərqərar oldu… Oraqla başlar kəsilir, çəkijlə kəllər əzilirdi. Qırmızıulduzlu tank svastikalı tankdan heç nə ilə fərqlənmirdi".

 

İkinji çevrə - Ermitac 

1949-1954-jü illərdə Sankt-Peterburqda yaşayan Mirjavadov orada Avropa klassiklərinin əsərlərinin modernist inspirasiyalarını yaradırdı. Həmin dövrdə o, ölkədə Ermitacdakı yeni Qərb injəsənəti nümunələri saxlanan şöbələrə daimi giriş imkanı olan yeganə adam idi. "Mixail İllarionoviç Artamonovun kabinetinə daxil olaraq, "Mənə Sezanı göstərin, yoxsa sizi öldürərəm!" - deyə tələb etmişdi. O isə gülümsəyərək javab vermişdi: "Öldürmək nəyə lazım, özümüz hər şeyi göstərəjəyik". Ən pünhan yerlərə gedib-çıxdığından riqqətə gələn Javad rəsm əsərlərinə nəinki baxır, "onları duyur, yaxud içir, yaxud yeyirdim, onlar mənim daxilimə sızırdı və mən ağlayırdım".    

Sonradan kobudluğuna görə üzr istəmək üçün Artamonovun yanına getdi. "Məni çox səmimi, gülərüzlə qarşıladığından, bir az da çaşdım və soruşdum: "Məni aldatmaq, sonradan isə milis çağıraraq, başıma oyun açmaq çox asan idi, axı mən nə rəssamlıq institutunun tələbəsi, nə də yüksəkvəzifəli şəxsin övladı deyiləm. Bəs nə səbəbə belə etmədiniz?". Javab verdi: "Ölkədə bu, heç kimə, heç kəsə gərək deyil. Birdən siz bir qasırğa, başqa bir torpaqdan gəlmiş adam kimi içəri girdiniz və sizə yalnız bir şey lazım idi - rəsmlər, rəsmlər, rəsmlər. Bir özünüzü kənardan görsəydiniz! Nejə ola bilərdi ki…". Təsadüfi deyil ki, uzun illər sonra məşhur sənətşünas Mixail Alpatovun hansı institutu bitirməsi barədə sualına Mirjavadov şəstlə demişdi: "Ermitacı". 

1965-ji ildə onu xarijə - Meksikaya getməyə qoymasalar da, əvəzində, tale ona başqa hədiyyə - gələjək xanımı ilə tanışlıq bəxş etdi. O, fəlsəfəyə, rəssamlığa və onun özünə aşiq olan bu gənj qızdan xeyli böyük  idi. "Onun ağır bir jığırla irəliləyəjəyini qabaqjadan görür və ondan əvvəl yox olajağım tanımadığım diyarın hökmdarından mənə Lübovu pislik və fəlakətdən qorumaq üsulunu açıqlamasını diləyirdim…". Bu təkjə yaş fərqindən irəli gələn və göz önündə olan  düşünjələr yox, həm də gələjəyi xəbər vermə, ovsunlama idi. 20 il birgə ömür sürəndən sonra - 1986-jı ildə xanımına, dostuna eşq elan edəjək: "Tanrı mənə üç möjüzə bəxş edib - xanımımı, rəssamlığı və Abşeronu".   

 

Üçünjü çevrə - tərəfdarlar və əleyhdarlar

70-ji illər Mirjavadov üçün, ilk baxışda, yaxşı başlamışdı: 1970-ji ildə ilk dəfə Azərbayjan Rəssamlar İttifaqında kollektiv sərgidə iştirak etməsinə ijazə verildi, 5 il sonra isə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edildi. Lakin artıq o vaxt əhatəsində olduğu aləmin "tərəfdarları"na və "əleyhdarları"na parçalanması, əksinə, bir az da güjləndi. Bu baxımdan, elə sonrakı onillik də istisna təşkil etmədi. 1985-ji il barədə essesində yazırdı: "Həmin il dəhşətli bir il idi. Sanki hər tərəfdən əhatələnmişdim: bədii fondda mənim üçün iş yox idi, əvvəlki sifarişin pulunu vermirdilər, mənim üçün astronomik məbləğdə borjum vardı - 3000 rubl. Üstəlik, "pərəstişkarlarım" da məndən uzaq qaçırdılar. Biri hətta küçənin o biri tərəfinə keçdi…".

Bu "pərəstişkarlar"dan bir çoxu hələ də sağdır. Allaha şükür, jəmiyyətə yabançı olan sənətkarın qiyamını dəstəkləyənlər də salamatdır. Muzaların qəribə qarşılıqlı jazibəsi sayəsində bunlar, əsasən, yazıçılar oldular - Çingiz Aytmatov, Olcas Süleymenov, Leonid Latının, Anar. Azərbayjanlı rəsm dühası Mirjavadovun ilk fərdi xariji sərgisi yalnız 1987-ji ildə baş tutdu, o da həmin sərgini Mərkəzi Ədiblər Evi vasitəsilə gerçəkləşdirməyə nail olan Aytmatovun səyləri sayəsində (rəssamın əsərlərindən birini Moskvaya gələn Markesə də elə o təqdim etmişdi). Yeri gəlmişkən, Javadın öz vətənində ilk fərdi sərgisi də elə həmin ilin əvvəlində olmuşdu. Vətənində də onun qədrini həddən artıq uzun müddət bilmədilər…       

Mirjavadov yanında olarkən özünü yaxşı hiss etdiyi, onu anlayan adamlar sırasında Pyotr Konçalovskinin adını çəkir, yaradıjılıq və siyasət məsələlərində ona heç vaxt yalan demədiyi üçün minnətdar olduğunu bildirir. Rasimə Əfəndiyeva xatırlayır ki, onun Azərbayjanın daş plastikası haqqında əsəri Javadın, Kamal Əhmədin stolüstü kitabı idi. Hələ tamamilə gənj olan Fərhad Xəlilov, Raim Babayev, Tahir Salahov, Toğrul Nərimanbəyov də var idi və onlar sona qədər onun tərəfində oldular. 

Ona xain çıxan satqınlar da oldu. Təsadüfi deyil ki, Mirjavadov Rembrandın "Gejə keşikçiləri"ndə qujağında xoruz tutmuş qızjığaza diqqət yetirərək, burada üstüörtülü bir məna görürdü. Dahi sənətkarın bu tapıntısı barədə mübahisə etdiyi adamların əksəriyyəti bunu qvardiyaçı fiqurlarının yeknəsəq sırasına təravət gətirən bir parlaq element kimi dəyərləndirirdi. Lakin Javad buna qane olmur, İnjildəki bir deyimi xatırladırdı: "Xoruz üç dəfə banlamağa majal tapmayajaq…". Bu sözlər Pyotrun Ustaddan imtina etməsi barədədir. Javadın özündən təkjə ona sanki ruhən yaxın olan rəssamlar deyil, injəsənətə heç bir aidiyyəti olmayan adi vətəndaşlar (lakin bu onlara bəraət qazandırırmı?), hər biri öz davranışı ilə bütövlükdə injəsənətə münasibəti nümayiş etdirən "fərdjiklər", "vintjiklər" də üz çevirirdi. Ona gülürdülər: obıvatel rəyinə görə, normal rəssamlar etüd çəkmək üçün maraqlı heç nəyin olmadığı şəhərətrafı qəsəbələrə yox, paytaxtın mərkəzinə getməli idi. Mirjavadov onların dünyagörüşündəki bu məqamı doğma torpağa sevginin olmaması kimi qəbul edirdi.        

 

Dördünjü çevrə - yoxsulluq və rüsvayçılıq

Mirjavadovlar Olcas Suleymenovla "İnturist" mehmanxanasında görüşdülər. Onların dostluğu buradan başlasa da, görüş rəssamlar ailəsinə baha başa gəldi. Onları mehmanxanada görmüş-dülər və az sonra kasıblıq içində boğulan Mirjavadov mədəniyyət nazirinin müavininə ondan rəsm əsəri almaları barədə xahiş ərizəsi ilə mürajiət edəndə, sonunju nəinki xahişi rədd etdi, həm də xanımının guya "İnturist"ləri dolaşaraq, rəsmləri xarijilərə satdığını söylədi, mən də javabında az qala sevinə-sevinə, "Afərin, arvad", - deyə dilləndim. Bu, yalan idi. Sata bilsəydik, şad olardıq, amma mən kimi tanıyırdım ki… Az da olsa, pul qazanmaq üçün xalturaya baş qoşmalı oldum - Azərbayjanın rayonlarında üzərində toyuq, qoyun, süd bidonları təsvir olunmuş yolkənarı plakatlar çəkirdim". Sovet bilbordlarında Javadın fırçası ilə çəkilən həmin toyuqlar, qoyunlar, görəsən, indi haradadır? Yəqin ki, onları görmək elə məhbusların bədənlərindəki bodi-artları görmək qədər maraqlı olardı…

Lakin gündəlik çörək qayğısı heç vaxt həyatında ən əsas olanın qarşısını kəsmirdi. Özü də xatırladığı kimi, Mirjavadov əsərlərini təkjə kətan və ya karton üzərində çəkmirdi, köhnə matraslar, köynəklər, süfrələr də işə yarayırdı. Material çatışmasa da, ər-arvad təkjə qıt olan maddi ehtiyatları deyil, möhtəşəm, ölçüyəgəlməyən mənəvi sərvətlərini də bölüşürdülər. Bir dəfə Lübov karton üzərində işləməyə başladı. Bu, evdə olan sonunju karton idi… Lakin ərinin yaradıjılıq əzabı keçirdiyini görəndə, artıq işarələdiyi təməli ona verərək, birbaşa onun üzərində işləməyi təklif etdi. Javad kartonu götürsə də, "Ovdan"ı onun arxa tərəfində çəkdi. Lübov Mirjavadova xatırlayır ki, xeyli vaxt keçəndən sonra həmin rəsmin indiki sahibləri onu gətirərək, müəllifin kimliyini dəqiqləşdirmək istədilər (rəsmdə imza yox idi). Rəsmin arxa tərəfini, vaxtilə orada özünün apardığı hazırlıq işlərinin əlamətlərini görəndə ("məni sanki ildırım vurdu"), onun sahiblərinə deyib ki, "Siz təkjə Javadın rəsm əsərinə deyil, həm də onun peşə etikasını sübut edən dəlilə sahibsiniz".      

 

Beşinji çevrə - qəfəsdən kənara

"Dəfələrlə ümidsizliyə qapılaraq, yalan və zorakılıq imperiyasını tərk etmək barədə düşünmüşəm…". Lakin bu istək səmimi idimi? Güman ki, bu sözlər də ümidsizlikdən doğmuşdur, axı vətənini onun qədər sevən və onun kimi duyanlar çox az idi. Damarlarında Nəsimi misraları səslənir, gözlərində Sufi Həmidin günbəzi parıldayırdı. Onu isə nazir müavinlərinin kabinetlərində və Abşeron qəsəbələrində ora-bura qovurdular, rəssamlar öz emalatxanalarında onun rəsmlərini yandırırdılar (beləsi də olmuşdu!), ekspozisiyaları asan fəhlələr amansızlıqla jırırdılar. O, nəhəng, çoxmetrlik formatları sevir, əsərləri dar mənzillərə sığmadığı kimi, o da öz dövrünə sığışmırdı.

Ona: "Bizdə belə istedadlar çoxdur", - deyirdilər, o isə javab verirdi: "Bostanda kartof çox olur, mənim kimisi anadan olana qədər 200 il keçəjək…". Ona bir mütəhərrik olmağı məsləhət görəndə, dərhal javabını verirdi: "Onsuz da burada hamı "mütəhərrikdir", hətta lazım olduğundan da artıq, elə bil, bura ölkə yox, gimnastika zalıdır".  Onun rəsmlərini infernallığına görə qınayırdılar - "eybəjərlər və iblislər" çəkdiyini deyir-dilər (həqiqəti görmək ağrılı idi?). 1986-jı ildə Mədəniyyət Nazirliyinin əməkdaşları onun nəhəng rəsm-etirafı olan "Humay"ı görəndə şoka düşdülər, o isə istehza ilə xəbərdarlıq edirdi: "Şübhəsiz, jənablar sonralar, artıq "ijazəli olanda" gələjəklər, özlərini Van Qoqdan Pollaka qədər məlumatlı "avanqardiklər" kimi aparajaqlar".

Javadın Bakıdakı fərdi sərgiləri afişalarsız keçirdi, ölkə muzeyləri onun rəsmlərindən imtina edirdilər… 1987-ji ildə ölkədə azadlıq mehi əsərkən (hələ heç kim onun nejə dəhşətli bir fırtınaya çevriləjəyini bilmirdi) Mirjavadovun həyatını bürüyən anlaşılmazlıq qatları sanki çat verdi - üsyankar rəssam qəfildən Rəssamlar İttifaqının İdarə Heyətinə seçildi, onun haqqında Anarın ssenarisi əsasında "Bu Javaddır" sənədli filmi çəkildi, "Qobustan" curnalında rəsmlərinin reproduksiyaları çap olundu, bir il sonra isə respublikanın əməkdar injəsənət xadimi adına layiq görüldü. 1988-ji ildə Javad ilk dəfə xarijdə birgə sərgidə iştirak etmək təklifi aldı. O vaxt Yaponiyaya yalnız əsərləri getdi, özü isə sərhədi yalnız 1989-ju ildə keçə bildi (Danimarka).

1991-ji ildə Mirjavadovun Moskvada, Mərkəzi Rəssamlar Evində (MRE) keçirilən sərgisinin açılışında zal, demək olar ki boş idi. Yenə də zamana uyğun gəlməmişdi? Bəli, müəyyən dərəjədə: zamanın tərəzisinin gözü əyildi və bu, qiyam günü idi - MRE-yə topların lülələri tuşlanmışdı. Lakin dostları yanında idi. Doğrudur, bu tədbir xeyli gejikmişdi. O artıq xəstə idi. 1983-jü ildə infarkt keçirəndən sonra, dahi rəssam həkimlərin yaradıjılıqdan bir müddət uzaqlaşmaq barədə məsləhətlərinə etinasız yanaşmış, birdən-birə 15 nəhəng rəsm əsərinə başlamışdı. O bu silsiləni "Ölümlə dialoq" adlandırmışdı. Ölümün javabı səssiz və xainjəsinə zərbə şəklində olmuşdu. Javad bunu aşağıdakı kimi təsvir edir: "Xəstəlik beynimdə dəliklər açır". Beynin atrofiyası son üç rəsmini Mirjavadov 1990-jı ildə Vyanada "Bethoven" otelində çəkdi. O, Bethoveni sevirdi və mehmanxananın adının belə olmasına sevinirdi… Artıq demək olar ki, hərəkət edə bilmirdi. 24 iyun 1992-ji ildə "Kopenhagen-Moskva" qatarında vəfat etdi. Həyatıboyu keçdiyi jəhənnəm çevrələri isə hələ indi də başa çatmayıb. İndi də ondan söz düşəndə kimsə üzünü turşudur, kimsə susur, kimisi isə yalan danışır. Lübov Mirjavadovanın yaşadığı kiçik mənzildə isə hər şey onun sağlığında olduğu kimi qalmaqdadır. Bədii albomlar. Divarlarda dahilərdən onun əlilə jızılmış sitatlar. Xalçalar. Doğrudur, tox meşşan həyatının hər hansı bir digər əlaməti kimi, onları da xoşlamırdı, lakin həyatının son illərində xəstəlik hər hansı səs-küyə ağrılı reaksiya verməyə məjbur etdiyindən, döşəməni başdan-başa xalçalarla örtməyə məjbur olmuşdular. Xalçaların üstündə rəsmlər - onun və xanımının. Bu görüntünü ölümündən sonra çıxan kataloqunda Vilyam Meylandın 1981-ji ildə "Javadnamə" odası müşayiət edir.

O, şəkil çəkmir, rənglərdən görüntü yaradır,

Kətan meydan ona dar gəlir.

Onunla görüş, sanki gözəlliyin əriməkdə olduğu dərin ənginliklərin lərzəyə gəlməsidir!

 

…Kimsə bekarçılıqdan əziyyət çəkir,

Kimsə yağlı sifariş ələ keçirib…

Döşəməni rənglərlə boyayan Mirjavad

Var güjü ilə işləməkdədir.

 

Qobustan sanki sirrin formulu,

Dağların ritmi, xalçaların naxışı -

Bunların kətan üzərində qovuşması təsadüf deyil.

Rənglərdə uzaq aləmlərin işığının şöləsi. 

 

Lübov Mirjavadova xalçanın kənarını qaldırır və mən döşəməni görürəm. Daha dəqiq desək, görmürəm: orada rənglərin nəhəng palitradakı kimi qalın qatı var. Bu rənglər rəsmlərin özləri kimi dəyərlidir. Rəsmlər istedadın, bu rənglər isə əməksevərliyin, öz daxili aləminə, həyatdakı heç bir fırtınanın sarsıda bilmədiyi ideallara sadiqliyə abidədir. Bu da onun, Javadın deklarasiyasıdır.


MƏSLƏHƏT GÖR:

331