26 Aprel 2024

Cümə, 17:34

MÜQAVİLƏ MÜHARİBƏSİ

Ermənistanda Rusiyanı Türkiyə ilə bağlanmış Qars və Moskva müqaviləsini ləğv etməyə çağırırlar

Müəllif:

15.03.2006

Bioloqların dediyinə görə, təbiətdə, praktik olaraq hər şey mövsüm ritminə tabedir. Siyasətdə belə “silsiləvi”lilik daha gej-gej müşahidə olunur: qış tətilləri, yay məzuniyyətləri dövründə siyasi fəallıq nisbətən azalır. Anjaq bu fonda Ermənistan maraqlı istisnadır. Burada uzun illərdir, məhz yaz siyasi aktivliyin ən gur dövrüdür: hər il Ermənistanda aprelin 24-də növbəti ildönümü qeyd olunan əsilsiz, uydurma “erməni genosidi” ətrafında irimiqyaslı isteriya başlanır.

Anjaq bu dəfə Ermənistanda “siyasi tarixin ibrət dərsləri” həmişəkindən bir ay tez başlandı. Martın 15-də “daşnak komsomolu” adlanan “Nikol Ağbalyan” tələbə ittifaqının fəalları nə az, nə çox, birbaşa 1921-ji ildə bağlanmış Qars və Moskva müqavilələrinin etibarsız elan olunmasını tələb etdilər. Tələbə ittifaqının sədri İşxan Saqatelyan öz giriş nitqində qeyd etdi ki, 1921-ji ilin 16 martında Türkiyə və Sovet İttifaqı arasında bağlanmış müqavilə beynəlxalq hüququn normalarına ziddir, çünki bu sənəddə erməni xalqının taleyi, heç demə, Ermənistanın iştirakı olmadan həll edilib. 

“Bu müqavilə hələ də lazımi siyasi qiymətini almayıb”, - deyə Saqatelyan bəyan edib və xatırladıb ki, 1991-ji ildə “Nikol Ağbalyan” birliyi çoxminli mitinq keçirərək, Ermənistanın Ali Sovetindən 1921-ji il tarixli Moskva müqaviləsinin etibarsız olduğunu tanımağı tələb edib. İşxan Saqatelyan qeyd edib ki, Azərbayjanın, Naxçıvan da daxil olmaqla, ərazi iddiaları irəli sürdüyü bir şəraitdə, qonşu ölkəyə xatırlatmaq gərəkdir ki, Naxçıvan heç vaxt Azərbayjanın olmayıb və ona əvvəljə Moskva, daha sonra isə Qars müqavilələri ilə birləşdirilib. Daha sonra “tədbir” iştirakçıları Ermənistanın Xariji İşlər Nazirliyinə və parlamentinə müvafiq məktub göndəriblər. 

Daha sonra, martın sonunda erməni mətbuatı Asiya və Afrika Ölkələri İnstitutunun direktoru, professor Mixail Meyerin belə bir bəyanatını yaydılar ki, Moskva müqaviləsinin ilkin planı Ermənistan hissəsində Türkiyəyə daha az güzəşt nəzərdə tuturmuş: guya ki, Sovet Rusiyasının xariji işlər üzrə xalq komissarı Geor-gi Çiçerin “Qərbi Ermənistan” adlanan ərazini, Muş və Qars da daxil olmaqla, Ermənistana verilməsini təklif edib. Meyer qeyd edir: “Anjaq məsələyə neft amili qarışdı. Bakı-Həştərxan keçidini saxlamaq üçün bolşeviklər hər şeyə getdilər. Qərbyönümlü Ermənistana qarşı kamalçı Türkiyə ilə qurulan ittifaq külli miqdarda silah və qızıl alan bolşeviklərə də, türklərə də sərfəli idi. Ermənistan isə, təəssüf ki, böyük neft oyununda xırda kart oldu. Bolşeviklər bu prinsipi əldə rəhbər tutdular: «Bakıdan ötrü hər şeyi qurban vermək olar”. 

Əlbəttə, nəzəri baxımdan “Nikol Ağbalyan”ın mitinqlərinə, sadəjə olaraq, fikir verməmək də olar: “daşnak komsomolu”ndan bundan artıq nə gözləyəsən? Anjaq Moskva və Qars müqavilələrinə yenidən baxılmasına nail olmaq jəhdləri heç də erməni siyasi marginallarının “marker”i, ölkə siyasətinin “meynstrim”i, yaxud siyasətətrafı mövzuda ritorika deyil. Hər halda, “National Geographij”in 2004-jü ilin yazında çapdan çıxmış qalmaqallı nömrəsini yada salmaq artıq olmaz. Bu dərgidə bir çox materiallarla yanaşı, təxminən, 20 səhifəlik mətnə malik olan “Ermənistanın dirçəlişi” başlıqlı məqalə də çap olunub. Həmin məqaləni müşayiət edən illüstrasiyalara görə, “Ermənistan keçmişini xatırlayır və yüksək texnologiyalar barədə düşünür”. Hərçənd, məqalə müəllifləri özləri də “bilmədən” Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatıblar. Hekayət jidd-jəhdlə dövriyyəyə buraxılmış Amaras monastırı haqqında yalançı təbliğatla başlayır, sonra Qarabağı öz qiyamçı əyaləti sayan Azərbayjanla müharibədə olub-keçənlər haqqında qeydlərlə “zənginləşir”, yerli məktəblilərin zirzəmidə təhsil almasından, uşaqların 20 saniyə ərzində “Kalaşnikov” avtomatını söküb-yığmalarından bəhs edir. Daha sonra məqalədə İrəvan ermənilərinin Ağrıdağa (təbii ki, yazıda bu dağ “Ararat” adlandırılır) baxmaları, Osmanlı Türkiyəsində “erməni soyqırımı” haqqında geniş təəssüratlara yer verilir. Nəhayət, müəlliflər sözlərinin janını deyirlər, guya ki, BU SƏRHƏDLƏR (seçmə bizimdir - red ) yalnız 1921-ji ildə meydana çıxıb. Bunun ardınja yazıda Böyük Tiqranın Fələstindən Xəzər dənizinə qədər uzanan imperiyası, ermənilərin Kilikiyaya köçürülməsi və sair haqqında geniş mülahizələr  verilib. 

Sovet tarixşünaslığında hətta Birinji Dünya Müharibəsinin də “bəxti gətirməyib”. “Marksist-leninçi dərk-etmə”nin sarsılmaz ehkamları, daha doğrusu, onun sovet tarixi ədəbiyyatında təjəssümü bu müharibənin rolunu endirib, “Böyük Oktyabr inqilabı”nın fonuna saldı. Hətta müharibə barədə əldə edilməli olan ən kiçik məlumatlar belə yalnız Avropada gedən hərbi əməliyyatlara aid idi. “Yeni tarix” adlı məktəb dərsliyinin fəsillərinin adları özlüyündə hər şeyi deyir: “Müharibənin səbəbi və başlanğıjı. II İnternasionalın süqutu”; «1914-17-ji illərdə Almaniya komandanlığının strateci planlarının iflası. ABŞ-ın müharibəyə qoşulması”; «Avropada inqilabi dirçəlişin başlanğıjı” və nəhayət, “Böyük Oktyabr sosialist inqilabı. Birinji Dünya müharibəsinin son mərhələsi”. 

“O zamanlar Avropada belə bir təhlükəsizlik sistemi mövjud idi ki, bir ölkədə elan olunmuş səfərbərlik dərhal başqa ölkələrdə də analoci tədbirlərin görülməsinə gətirib çıxarırdı”. - Vaxtilə ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Stenli Eskudero bu yazının müəllifi ilə söhbətində Birinji Dünya müharibəsinin başlanğıjını BELƏ səjiyyələndirmişdi. Serbiyalı terrorçu Qavril Prinsipin Avstriyanın ershersoqu Ferdinanda Saraybosnanın - Sarayevonun küçələrinin birində açdığı atəş, Avstriya-Majarıstanın Serbiya hakimiyyətindən  antiHabsburq təbliğatını dayandırmağı və hadisənin təhqiqatını aparmaq üçün Avs-triya polisini Serbiya ərazisinə buraxmağı tələb etməsi, Serbiyanın sonunju şərtə əməl etməkdən imtinası - beləliklə, Avropada “yıxılan domino daşları” prinsipi ilə irimiqyaslı müharibə başladı.

Əvvəljə, Avstriya-Majarıstan Belqradla diplomatik əlaqələri kəsdi və iyulun 28-də Serbiyaya müharibə elan etdi. Ertəsi gün Balkandakı “serb qardaşları”nı müdafiə etmək istəyən Rusiya ümumi səfərbərlik barədə tədbir görməyə başladı. Həmin günün axşamı ölkənin müharibəyə hazır olmadığı məlum olunja, ümumi səfərbərlik haqqında qərar dəyişdirildi və qismən səfərbərlik elan edildi. Anjaq artıq iyulun 30-da Baş Qərargahın və XİN-in təzyiqi ilə imperator II Nikolay yenidən ümumi səfərbərlik haqqında fərmana qol qoydu. Almaniya səfərbərliyin ləğv olunmasını tələb etdi, anjaq Rusiya bu ultimatuma javab vermədi. Onda avqustun 1-də Almaniyada səfərbərlik başlandı və həmin gün axşam Rusiyaya müharibə elan olundu. Fransa da qonşularından geri qalmadı və ümumi səfərbərliyə başladı. Avqustun 3-də axşam Almaniya Fransaya da müharibə elan etdi və belə bir bəhanə gətirdi ki, guya Fransa təyyarələri Belçikanın neytrallığı pozub, Almaniya şəhərləri üzərində dolanıb və dəmir yolu bombalayıblar. Avqustun 2-də almanlar Lüksemburqu işğal etdilər, 4-də isə Belçikaya daxil oldular - guya, Fransa diviziyaları bu ölkəyə müdaxilə etməyə hazırlaşırmış. İngiltərə hökuməti avqustun 4-də Berlindən tələb etdi ki, günün sonuna qədər Belçikanın neytrallığa riayət etməyə hazır olub-olmadığı barədə javab versin. Almaniyanın dövlət katibi (stats-sekretar) fon Yaqov bəyan etdi ki, o, belə bir iltizam verə bilməz, ona görə ki, hərbi düşünjə bütün başqa şeylərdən üstündür. Həmin gün İngiltərə Almaniyaya müharibə elan etdi. Avqustun 6-da Avstriya-Majarıstan da Rusiyaya müharibə elan etdi və bir neçə gündən sonra, digər Antanta ölkələri ilə də müharibə vəziyyətinə düşdü. Tarixi xronikanın şahidlik etdiyi kimi, əgər Avropa dövlətləri Qavrilin Sarayevoda atdığı güllədən istifadə etməyə, öz yeni və köhnə düşmənləri ilə haqq-hesab çəkməyə tələsirdilərsə, Türkiyə Avropa müharibəsinə qarışmağa çalışmırdı. Anjaq Antanta ölkələrinin siyasəti ona heç bir çıxış yolu qoymurdu: bu ittifaqın üzvləri Türkiyəyə qarşı açıq ərazi iddiaları ilə çıxış edir, öz niyyətlərini gah Pontiya yunanlarının, gah da Türkiyə ermənilərinin müdafiəsi şüarı altında pərdələyirdilər. Türkiyənin müharibəyə Almaniyanın tərəfində qoşulması, boğazlarda gəmilərin blokadası - bütün bunlar əvvəljədən müəyyən olunmuşdu.   

Avropada Birinji Dünya müharibəsinin bitməsi ildönümünü hələ də təmtəraqla qeyd edirlər - postsovet məkanında 9 Mayın qeyd olunması kimi. Anjaq avropalılar etiraf edirlər ki, Avropanın siyasi xəritəsini yenidən jızmış və Millətlər Liqası ilə birlikdə bütün təhlükəsizlik sistemini praktik olaraq məhv etmiş İkinji Dünya müharibəsindən sonra Birinji Dünya müharibəsinin sonunda bağlanmış bütün müqavilə və sazişlər yalnız tarixçilər üçün əhəmiyyət kəsb edə bilər. 

Jənubi Qafqazın Kiçik Asiya ilə qovuşuq yeri isə başqa məsələdir. Burada qırxınjı illərdə sərhədlər bir addım da olsun, o yan-bu yana çəkilmədi: erməni mühitində hələ də, Veymar Almaniyasında olduğu kimi, “savaş-sonrası ədalətsiz sərhədlər”, “alçaldıjı sazişlər”, “tarixi hüquqların pozulması” və sair haqqında mübahisələr davam edir. Ona görə də Moskva və Qars müqavilələrinin Ermənistanda nəyə görə isterikaya çatajaq dərəjədə reaksiya doğurduğunu başa düşmək üçün XIX əsrin sonu, XX əsrin əvvəllərində olub-keçmiş hadisələrə “baş vurmaq” lazımdır. O zamanlar Osmanlı İmperiyasını açıq şəkildə “Bosforun xəstə hökmdarı” adlandırırdılar. Səltənətin dövlət institutlarının zəifləməsi fonunda avropalı siyasilər bütün güjləri ilə onun hökmran olduğu ərazilərdə möhkəmlənməyə çalışırdılar. Rusiyanın, Böyük Britani-yanın, Fransanın öz maraqları vardı. Artıq Krım müharibəsinin gedişində Avropanın böyük dövlətləri öz aralarında “Osmanlı qəniməti” üstündə bayağı bir şəkildə didişirdilər. Onların rəqabəti keçmişdə Osmanlı imperiyasının ərazisi olmuş Balkanları “Avropanın barıt anbarı”na döndərmişdi. Yunanların, serblərin, bolqarların, makedoniyalıların müstəqillik uğrunda mübarizələri, xristianların öz aralarındakı kəskin çəkişmələr, doğrudan da, “Türkiyəni Konya vilayətinə qovmaq” şüarı altında siyasi oyunlar üçün geniş meydan yaratmışdı. Burada erməni millətçiliyinə də xüsusi yer ayrılırdı. 

Görkəmli amerikan tarixçisi Jastin Makkartninin sonradan yazdığı kimi, ermənilər Osmanlı İmperiyasının heç bir vilayətində, nə Van, nə Bitlis, nə də Ərzurum və Adanada əhalinin əksəriyyətini təşkil etmirdilər. Anjaq avstriyalı tarixçi Erik Fayql sonralar xüsusilə vurğulayırdı ki, böyük siyasətin oyunlarına könüllü qoşulmaları nəinki Kilikiya ermənilərinin, hətta bütün ermənilərin məşum aldanışı oldu. Rusiya erməni ekspansionizmindən öz sərhədlərinin jənuba doğru “irəliləməsi” üçün son dərəjə fəal istifadə edirdi. Türkiyədən yeni torpaqların qoparılması ənənəvi olaraq “xristianların müdafiəsi” adı altında gedirdi. Makkartninin qeyd etdiyi kimi, Türkiyənin heç bir vilayətində əksəriyyət təşkil etməyən ermənilər bunu kompensasiya etmək üçün qəddar “etnik təmizləmə” həyata keçirirdilər. Həmin vaxt döyüş qabiliyyətli müsəlman kişilər Türkiyə ordusuna çağırıldıqlarından, kəndlərdə qalan qojalar, qadınlar, uşaqlar Rusiyadan və onun Antanta üzrə müttəfiqlərindən pul və silah şəklində səxavətli peşkəş almış erməni bandalarına real müqavimət göstərə bilmirdilər. Hər halda, 1920-ji il avqustun 10-da Fransada Türkiyənin parçalanması haqqında bədnam Sevr müqaviləsi imzalandı və onun ərazisinin bir hissəsi, həmin 6 vilayət Ermənistana verildi. Erməni millətçilərinin qələbəni bayram etməyə hər jür əsasları vardı. Hətta 1919-ju ilin 19 iyununda başda Çanaqqala döyüşünün qəhrəmanı Mustafa Kamal olmaqla, türk vətənpərvərlərinin Amasiyada Antantanın Türkiyəyə qarşı həyata keçirdliyi planların qarşısını almaq qərarlarını elan etmələrinə də fikir verməmək olardı. Həmin ilin 4-11 sentyabrında Sivasda keçirilən Ümumtürkiyə Konqresi Mustafa Kamalın başçılığı ilə Nümayəndələr Komitəsi təsis edir və  komitə faktiki olaraq, ölkənin müvəqqəti hakimiyyəti funksiyalarını öz üzərinə götürərək, Mərkəzi Anadoluda, o vaxtlar çox az adamın tanıdığı Ankara dəmir yol stansiyasında iqamətgah qurur. Nümayəndələr Komitəsinin tələbi ilə 1920-ji il yanvarın 28-də Məjlis “Milli and” - Türkiyənin suverenliyi və ərazi bütövlüyü haqqında bəyannamə qəbul edir. 1920-ji ilin 23 aprelində Ankarada, özünü ölkədə ali hakimiyyət orqanı elan edən Türkiyə Respublikası Böyük Millət Məjlisinin birinji sessiyası açılır. Ölkənin mövjudluğunu və müstəqilliyini qorumaq uğrunda mübarizədə iştirak etməyə hazır olanlar Türkiyənin bütün yerlərindən axışıb Ankaraya toplaşırlar. 

Anjaq Sevr müqaviləsinın nəsibi yalnız kağız üzərində qalmaq oldu. Artıq 1921-ji ilin 10 yanvarında türk qoşunları İsmət Paşanın başçılığı ilə İnönü şəhəri yaxınlığında yunan ordusuna ağır zərbə vurur. Martda İtaliya qoşunları Anadoludan çıxarılır. 

1921-ji il martın 16-da isə Moskvada Sovet -Türkiyə müqaviləsi imzalanır və sənədə əsasən, Ankaranın Qars, Ərdəhan və Sarıqamış üzərində suverenliyi bərpa olunur. 

Əslində, Moskva müqaviləsi çoxdan olmalı olanın kağız üzərinə həkk edilməsi idi. Üstəlik, Leninin başçılıq etdiyi hökumət o zamanlar geniş beynəlxalq nüfuzu ilə öyünə bilməzdi. Leninin əvvəljə Moskva, sonra isə Qars müqaviləsinə getməsinin səbəblərini müxtəlif inandırıjılıq dərəjələrində göstərən versiyaların içində bu da var. Tarixçilərin təsdiq etdikləri kimi, istənilən dövlət özlüyündə bir “qara qutu”dur və yəqin ki, onun hakimiyyətinin niyyətini heç kim bilə bilməz. Taleyüklü qərarların qəbulu təfərrüatları, ələlxüsus da onun dərin motivləri çox vaxt bağlı qapılar arxasında qalır. Hətta, bu görüş iştirakçılarından biri sonradan memuar çap etdirərsə, yəqin ki, hadisələr orada “jari vəziyyətin tələbləri”nin nəzərə alınması şərti ilə təsvir olunur. Bununla belə, çoxları qeyd edir ki, Mus-tafa Kamala və onun tərəfdarlarına kömək edərkən Moskvada heç də Türkiyə inqilabına rəğbət əsas götürülməyib.

Məlum səbəblərdən tarixçilər, xüsusilə də avtoritar recimli ölkələrin səlnaməçiləri bu barədə xatırlamamağı üstün tuturlar, anjaq Türkiyə parlamentinin sultanın devrilməsi və xilafətin ləğv olunması barədə qanun qəbul etdiyi 1922-ji ilədək Türkiyədə Ali Porta “de-yure” hakimiyyətdə idi. Heç kəs inanmırdı ki, Birinji Dünya müharibəsində müttəfiqlər tərəfindən ağır məğlubiyyətə uğradılmış, tərksilah edilmiş Türkiyə Ordusu Antantaya və öz hökumətinə qarşı duruş gətirə biləjək. Bu fonda Rusiyanın sultan Vahidəddinin “qiyamçılar” adlandırdığı qüvvələrə köməyi, onlarla sərfəli Qars və Moskva müqavilələri imzalaması, böyük ehtimalla, Türkiyənin mövqelərini maksimum zəiflətmək jəhdi idi.   

Buna baxmayaraq, Anadoluda “hərbi vəziyyət” sürətlə inkişaf edirdi. 1921-ji il iyulun 8-də kral Kons-tantin yunan ordusunun komandanlığını şəxsən öz əlinə götürür. Anjaq “kiçik müzəffər savaş” alınmır: 1921-ji ilin 13 sentyabrında yunan ordusu Sakarya çayı üzərində darmadağın edilir. Bunun ardınja artıq Fransa da Türkiyənin yeni hökuməti ilə qoşunların Anadoludan çıxarılması haqqında saziş imzalayır. Daha sonra həmin ilin oktyabrında Mustafa Kamal Fransa ilə qoşunların çıxarılmasına dair saziş və Türkiyənin Qafqaz respublikaları ilə sərhədlərini müəyyənləşdirən Qars müqaviləsini imzalayır. 

Artıq Türkiyə Ordusunun hüjum-larını dayandırmaq mümkün deyildi. Avqustun 30-da Dumlupinar və Afyon-Qarahisar azad olunur. Ayın 31-də Kütahya, sentyabrın 1-də Uşak düşməndən təmizlənir. Sentyabrın 2-də Çalkey nahiyəsində yunan ordusunun baş komandanı general Trikupis öz qərargahı ilə birliklə əsir götürülür. Sentyabrın 5-də Bursa azad olunur. Həmin ayın 9-da isə Türkiyə ordusu İzmir üzərinə hüjuma keçir. Bir müddət önjə bütün Anadolu üzərinə “zəfər yürüşü” planlaşdıran yunan ordusu türklər tərəfindən dənizə tökülür. 1922-ji il noyabrın 1-də Türkiyə Böyük Millət Məjlisi sultan Vahidəddinin devrilməsi, səltənətənin ləğv edilməsi haqqında qərar qəbul edir - ondan iki həftə sonra Türkiyənin keçmiş ali hökmdarı Britaniyanın hərbi gəmisində ölkədən qaçmağa məjbur olur. 

Amansız və alçaldıjı Sevr müqaviləsini əvəz edən Lozanna sazişi 1923-jü il iyulun 27-də imzalanır. Məhz bu saziş erməni millətçilərinin hələ də müqəddəs kitab kimi əzizlədikləri Sevr müqaviləsini yumşaq desək, “tarixin sakit bujağına” göndərib. 

Bununla belə, erməni mühitində Lozanna sazişinin yenidən baxılmasını tələb etmədən, məhz Moskva və Qars müqavilələri barədə mülahizə yürütməkdədirlər. Nəzəri baxımdan belə bir fikir yürütmək mümkündür ki, Sevr müqaviləsini birinji məhz Moskva müqaviləsi pozub. Üstəlik, məhz bu müqavilə erməni “strateq”lərinin düzəliş etmək istədikləri sərhəd məntəqələrini müəyyən edir. Anjaq bir məsələ də aydındır: Yerevanda əsaslı olaraq güman edirlər ki, onlar məhz Moskvada müəyyən dairələrdə başa düşülə və dəstək tapa bilərlər. Lakin bu gün Moskvada da, Ankarada da hər iki ölkənin yaxınlaşması və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi xətti götürülüb.  Bununla yanaşı, ermənilər hətta dövlət telekanallarında belə zərərli antiTürkiyə təbliğatı aparmağa, qonşu ölkəyə qarşı ərazi iddiaları irəli sürməyə müvəffəq olurlar. Bu nədir - ermənilərin mövqeyi, yoxsa dövlət televiziyalarının mövqeyi?

Xatırladaq: 2004-jü ilin dekabrında “Rossiya” dövlət televiziyasında “Leninə kim pul ödədi?” filmi ilk dəfə efirə çıxdı. Bu, özlüyündə Rusiyada “məxməri inqilab” perspektivi qarşısında qorxunun jövhəri idi. Mahiyyətjə isə tamaşaçıya belə bir fikir təlqin olunurdu ki, 1917-ji ilə Rusiyanın düşmənləri tərəfindən ələ alınmış bir neçə üçünjüdərəjəli siyasətçi tərəfindən düşmən pulları ilə çevriliş təşkil olunub. Həmin ittihamlar, həmin “texnologiya”: mətbuatı “alıblar”, ordunu nahaqdan söyürlər, hətta Stokholmda “hərb və sülh institutu” təşkil ediblər və sair. Filmboyu Rusiyada xariji qrantlara görə Çeçenistanda müharibənin da-yandırılmasını istəyənlər və ölkədə “narınjı inqilab” hazırlayanlar ön plana çıxarılır. 

Maraqlıdır ki, bu həyati əhəmiyyətli mövzuya həsr olunmuş filmdə müsahibə verən yeganə siyasətçi, “Daşnaksütyun” partiyasından Ermənistan parlamentinin üzvü kimi təqdim olunan Vaan Ovannisyandır. O, filmdəjə “erməni soyqırımı”ndan bəhs edir, daha sonra isə Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Ovannisyan bəyan edir ki, Qars və Moskva müqavilələrinə əsasən, filmin də məntiqinə uyğun olaraq, Leninin hakimiyyətə gəlməsi üçün “Qərbi Ermənitsan” və əzəli rus torpaqları olan Şərqi Ermənistan, o jümlədən Qars və Ərdəhan Türki-yəyə verilib. Daha sonra erməni deputat onu da qeyd edir ki, “Buna görə də xristian dünyasının rəmzi - Ararat dağı xristianlara aid olmayan ərazidə qalıb”.

Qeyd edək ki, filmin premyerasından önjə, erməni mətbuatında bu “əsər”in hansısa erməni fondlarının vəsaiti hesabına yaradılması faktı geniş anons edilirdi. Bu il yanvarın 23-də həmin film yenidən, bu dəfə “RTR-planeta” telekanalında efirə verildi. Bu, “erməni lobbisi”nin jidd-jəhdlə guya ki, Naxçıvanda erməni abidələrinin dağıdılması barədə hay-küy saldıqları günə düşürdü. Doğrudanmı Moskvada, xüsusilə də Jənubi Qafqazdakı geosiyasi yenidən biçmə zamanı erməni kartını yenidən işə salmaq, Moskva və Qars müqavilələrini şübhə altına almaq arzusunda olan tapılajaq? Hər halda, yeni Rusiyanın tarixində MDB-nin yaradılmasına dair Belovec sazişini ləğv etmək ideyası ilə çıxış edənlər olub. 

 


MƏSLƏHƏT GÖR:

472