23 Dekabr 2024

Bazar ertəsi, 22:22

MUSİQİNİN MƏNƏVİ ANASI

Musiqişünas Zemfira Qafarova: "Biz bəzən Azərbaycan musiqi sənətinin təbliğatına çoxlu güc sərf edən insanlara qarşı diqqətsiz oluruq"

Müəllif:

15.09.2015

Azərbaycanın məşhur musiqişünası Zemfira Qafarova muğamın və Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğatçısıdır. O, Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının professoru və Azərbaycan Bəstəkarlar İttifaqının katibidir. Kitablar, hesabatlar, məqalələr, Azərbaycan Dövlət Konservatoriyasının elmi qeydləri, dövri mətbuatda konsertlərin, baletlərin və operaların resenziyaları - bütün bunlar musiqişünas Qafarovanın fəaliyyət sahəsidir. Onun monoqrafiyalarında Şəfiqə Axundova, Tofiq Bakıxanov, Ramiz Mustafayev, Hacı Xanməmmədov, eləcə də əksər Azərbaycan bəstəkarlarının portretləri, onların Azərbaycan musiqinə verdikləri töhfələr geniş işıqlandırılıb. 

Zemfira Qafarovanın çoxlu davamçıları var - onun tələbələri, dissertantları və Azərbaycan musiqi təhsilinin müxtəlif sahələrində çalışan sənətşünaslığa namizədlərdirlər. Zemfira xanımın yetirmələri həm ölkəmizdə, həm də xaricdə məşhurluq qazanıblar. Bunun üşünsə onlar ilk növbədə müəllimlərinə minnətdardılar. Tələbələri etiraf edirlər ki, Zemfira xanıma məsləhət və ya kömək üçün əminliklə yaxınlaşmaq olar - Zemfira xanım heç vaxt imtina etməz. Söhbət şagirdlərindən gedirsə, o, deyir: "Mən şagirdlərimlə fəxr edirəm".

"R+" ilə müsahibəsində o, gələcək işi, planları və ailəsi barədə danışıb.

- Ailəniz barədə danışın...

- Mən rəssam ailəsində, amma musiqiçilərin ətrafında böyümüşəm. Mənim anam Güllü Mustafayeva - Azərbaycanın xarq rəssamıdır, çox gözəl qadın olub. Həmişə məşğul olmasına baxmayaraq, evə, eləcə də ictimai işə də vaxt tapırdı. Saat 11 üçün mənzil parıldayırdı və kökələr hazır idi. Saat 11-dən 2-yə qədər o, sevimli sənətinə vaxt ayırırdı. Onun vizit kartı - öz üzünün cizgilərindən istifadə edərək, yaratdığı XII əsrin şairəsi Məhsəti Gəncəvinin portreti idi. Atam Həsən Haqverdiyev Azərbaycan rəssamlığının banilərindən biridir. O, Niyazi, Rəsul Rza, Səttar Bəhlulzadə, Əzim Əzimzadə kimi Azərbaycan mədəniyyətinin bir çox xadimlərinin portretlərini çəkib. Onun "Puşkin Qriboyedovun məzarı üstündə" rəsmi Puşkinin Moskva muzeyində saxlanılır. 

Anamın qardaşı, dayım - xalq artisti, bəstəkar Ramiz Mustafayev - "Vaqif" də daxil olmaqla, bir neçə operanın, xor və iri instrumental əsərlərin müəllifidir. Müharibə zamanı bir neçə döyüş marşları və vətənpərvər mahnılar qələmə alıb. O biri dayım - Faiq Mustafayev Filarmoniyanın simfonik orkestrinə dirijorluq edirdi. Doğma qardaşım Əli Haqverdiyev - əməkdar artist, opera teatrının solistidir və rəssamdır. Çox təəssüf ki, o, incəsənət illəri çağında faciəvi şəkildə vəfat edib, bu da anamızın ömrünü çox qısaltdı. Bacım əməkdar artist, məşhur orqançı Rəna İsmayılova dünya orqan mədəniyyətini təbliğ edir. Ona görə də bizim evimizdə həmişə incəsənət mühiti hökm sürürdü, həmişə qonaqlığımıza məşhur adamlar, tanınmış artistlər gələrdi və anam onları ürəklə qarşılayardı. Daim musiqi səslənərdi. Düşünürəm ki, ona görə də mənim fəaliyyət növüm əvvəlcədən müəyyən edilib. Mənim oğullarım da əsas sənəti kimi musiqini seçiblər.

- Siz bu peşəyə necə gəldiz?

- 1966-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini bitirərək, 1968-ci ildən 1972-ci ilə qədər AzSSR-in Arxitektura və İncəsənət İnstitutunun aspiranturasında təhsil almışam. Mən öz müəllimlərimi unuda bilmərəm, çünki onların hamısı mənə əzizdir. Onlar möhtəşəm insanlar və gözəl musiqiçilər idi. Onların bəziləri ilə təhsilimi bitirdikdən sonra həmişə ünsiyyətdə olmuşam. Onların arasında bizə nəzəri fənlər, dünya mədəniyyəti və ədəbiyyatı və musiqiyə sevgini öyrədən R.Çernyaxovskini, N.Əliverdibəyovu, R.Fərhadovanı, M.Mirzəyevi, Z.Stelniki, D.Danilovu, İ.Abezqauzu, E.Abbasovanı qeyd etmək istəyərdim. 

Mənim bu möhtəşəm müəllimlərlə bağlı ən xoş xatirələrim qalıb. Onların hamısına mən minnətdaram. Mən konservatoriyaya daxil olanda, oraya dahi Azərbaycan bəstəkarı Cövdət Hacıyev rəhbərlik edirdi. Mən çox xoşbəxt insanam ki, həmin dövrdə təhsil alırdım. Tarix-nəzəriyyə fakültəsini bitirdikdən sonra, musiqi tarixi kafedrasında işə başladım. İşimə qarşı sevgimi, müəllimlərimə qarşı təşəkkürümü öz şagirdlərimə öyrətməyə çalışıram.

- Yeddi il siz Türkiyənin Ədirnə şəhərində işləmisiniz və orada da gənc musiqiçilərin formalaşmasında əməyininzi əsirgəməmisiz...

- Mən Trakya Universitetində dərs deyirdim. Elə alındı ki, bu şəhərdə məcburən yaşamalı oldum - mənim həyat yoldaşım orada müalicə alırdı. Vətənim üçün, digər oğlum Samir üçün çox darıxırdım, hər dəfə evimə tələsirdim.

- Siz alim kimi Üzeyir Hacıbəyovun yaradıcılığını, xüsusilə "Koroğlu" operasına avtoqrafları tədqiq edirsiniz. Siz indi də bu istiqamətdə çalışırsınız?

- Dahi Üzeyir Hacıbəyov "Koroğlu" operası ilə mənim fəaliyyətimdə əsas yer tutur. Bu mövzu ilə tələbəlik vaxtından maraqlanırdım və ömürboyu bu mövzunu kənara qoymamışam. Ona görə də ümumi təhlillə "Koroğlu" operası barədə ilk geniş monoqrafiyanı yazdım. Ümumilikdə, bu il 130 illik yubileyini qeyd etdiyimiz Üzeyir Hacıbəyovun, Azərbaycan musiqisində ən dəyərli və perspektivli olanı əks etdirən zəngin yaradıcılıq irsi, onun gələcək inkişafını müəyyən edirdi. Azərbaycan musiqi mədəniyyətinin elə sahəsi yoxdur ki, dahi bəstəkarın adı ilə bağlı olmasın.

- Sizin arsenalınızda 15 yazılmış kitab var, hazırda nə üzərində çalışırsınız?

- Daha iki kitab nəşr olunma mərhələsindədir: bu, məşhur tarçalan Bəhram Mansurov və Üzeyir Hacıbəyovun 130 illik yubileyinə və Müslüm Maqomayevin yubileyinə həsr olunmuş "Azərbaycan musiqisinin tarixi" kitabıdır. Konfransların təşkil edilməsi, broşürlərin nəşr edilməsi, yeni kitabların, konsertlərin təşkil edilməsi istiqamətində geniş iş görülür. Əgər əvvəllər biz broşürləri yalnız bəstəkarların yubileyinə hazırlayırdıqsa, indi buraya musiqişünaslar barədə hekayələr də əlavə olunub.

- Təkcə bəstəkarlar barədə deyil, həmçinin ifaçılar - qardaşınız, vokalçı və rəssam Əli Haqverdiyev və fleytaçı Telman Hacıyev barədə kitablar.. Çox gözəldir ki, siz kitabları iki dildə nəşr edirsiniz. Maraqlısı odur ki, təkcə bizim musiqiçilərin incəsənətini deyil, həmçinin onların şəxsi həyatından da çox şey bilirsiniz, beləliklə, onların sanki mənəvi anası olursunuz...

- Mən musiqimizi və musiqiçiləri sevirəm və ona görə çox şey bilməliyəm, çünki bu barədə yazıram... Biz bəzən Azərbaycan musiqi incəsənətinin təbliğatına çoxlu güc sərf edən insanlara qarşı diqqətsizik. O zaman, gəlin, bir-birimizə qarşı diqqətli olmağa çalışaq və bizə əziz olan insanları unutmayaq! Ümumiyyətlə, hesab edirəm ki, bizim incəsənətin indiki və gələcəyi əzizdirsə, onun inkişafına töhfə verməliyik. 

Söz düşmüşkən, mən İctimai Televiziya yanında Musiqi və İncəsənət üzrə Şuranın üzvü olmaqdan xoşbəxtəm. Bunun sayəsində mən Azərbaycan klassikası və dünya musiqi mədəniyyətinin yaxşı nümunələrini təbliğ edə bilirəm.

- Özünüzü güclü və cəsarətli insan sayırsınızmı?

- Yaşadıqlarıma baxmayaraq (çoxlu kədərli səhifələr), mən həyatda güclü, incəsənətdə cəsarətli qaldım...

- Pop-musiqisinə necə yanaşırsınız?

- Pis janr olmur, pis musiqi olur... Sevindirici haldır ki, gənc bəstəkarlar təkcə avanqard cərəyanlarla deyil, həm də daha çox öz yaradıcılıqlarında milli musiqisinin ənənələrinə söykənirlər.


MƏSLƏHƏT GÖR:

736