19 Aprel 2024

Cümə, 23:57

OT və ya REZİN?

Futbol meydançalarında süni örtüklərdən nə vaxt imtina ediləcək?

Müəllif:

01.11.2016

Azərbaycanda futbolun inkişafı üçün yaradılan infrastruktur ölkədə bu idman növünün kütləviliyinə təkan verib. Beş-on il əvvəl olduğu kimi, artıq futbol klublarımız istər yerli, istərsə beynəlxalq yarışlarda stadion problemi ilə üzləşmir. İndi həm də gənclərin asudə vaxtını futbolla keçirməsi üçün çoxlu sayda kiçik meydançalar istifadəyə verilib. Bununla belə, meydançaların əksəriyyətində təbii əvəzinə, süniörtüklü örtüyün olması mütəxəssisləri ciddi şəkildə düşünməyə vadar edir.

Sirr deyil ki, Azərbaycan məşqçilərinin əksəriyyəti süniörtüklü meydançanın əleyhinədir. Bu da səbəbsiz deyil. Uzun illər ölkə futbolunda çoxsaylı titulların sahibi, əməkdar məşqçi Ağasəlim Mircavadov “R+”a açıqlamasında təbii otla süni örtüyün ciddi şəkildə fərqləndiyini deyir: ilk gündən süni örtüyün əleyhinəyəm. Futbolçulara ciddi şəkildə problem yaradır. Bəzən futbolçu bazada təbii otda məşq edir, ardınca çempionat matçında süni örtükdə oynayır. Süni örtük futbolçuda yorğunluğu artırır, zədə ehtimalını yüksəldir. Əgər süniörtüklü meydançada azacıq zədə alsan, fəsadları böyük olur. Süni örtüklərin bir neçə növü var. Ən yüksək keyfiyyətlisi çox bahadır. Ona görə əksər stadionlarımızda 2-3-cü dərəcəli örtüklərdir”.

Artıq Avropa ölkələri süni örtük məsələsini ciddi şəkildə müzakirə etməyə başlayıb. Əvvəlcədən qeyd edək ki, FİFA və UEFA avrokubok matçlarının hazırlığını belə təbii otda keçирməyi tələb edir. Hollandiya Futbol İttifaqı isə gələn ildən süniörtüklü meydançaları təbii otla əvəzləmək barədə düşünür. Buna səbəb holland həkimlərin araşdırma nəticəsində əldə etdiyi məlumatlardır. Müəyyən olunub ki, süni meydança цчцн rezin döşəmənin истещсалы zamanı maşınların təkərlərindən istifadə olunur. Məhz bu təkərlərin tərkibində olan maddələr gələcəkdə yeniyetmə futbolçularda onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər. Hollandiyada 2000-dən artıq süni meydança olsa belə, 2017-ci ildən peşəkar klubların hamısı çempionat oyunlarını təbii ot üzərində keçirəcək. Hazırkı mövsümdə yüksək dəstənin 6 komandası süni örtükdə oynadığından, onlara qısa zamanda problemi həll etmək üçün 4 ay vaxt verilib. Məşhur “Ayaks” klubunun akademiyası isə ümumiyyətlə, aşağı yaş kateqoriyalarında hazırlaşan uşaqların belə təbii meydançalarda məşq edəcəyini bildirib.

Futbolçuların tez-tez zədə alması Gürcüstan futbolunda da müşahidə edilib. Buna görə qonşu dövlətdə çempionat matçlarını süni meydançada keçirməyə icazə verilmir. Yeni mövsümdən isə hətta birinci divizion matçlarında da yalnız təbii meydançaları müşahidə edəcəyik.

Avropa ölkələrinin və Azərbaycanın maraq göstərdiyi süni meydançaların üstünlüyü nədir? Qeyd edяк ki, belə meydançaların ən başlıca üstünlüyü onların saxlanılmasında daha az vəsaitin xərclənməsidir. Təbii meydançalar ay ərzində tonlarla su, bahalı vitamin və dərmanlar, özəl qulluq tələb edir. Üstəlik, havanın həddən artıq isti olması təbii otu yandırmaq təhlükəsini yaradır. Süni meydançada belə deyil, daha az qulluqla belə örtüyü illərlə qorumaq olur. Ölkəmizdə süniörtüklü meydançalar az deyil. Uzun illər “İnter” klubunun ev oyunlarını keçirdiyi “İnter Arena”da əsas və ehtiyat meydançalar, “Bayıl Arena”, AZAL klubunun stadionu, Zaqatala və Tovuzdakı meydançalar süni örtüklə fərqlənir. Klublarımızın hazırda maliyyə vəziyyətinin o qədər yaxşı olmaması tez bir zamanda təbii ot örtüyünə qulluq edilməsinə imkan vermir. Bir sıra klublar stadionlarında təbii otu saxlamaq gücündə deyil. Ona görə qısa müddətdə süni örtükdən imtina edəcəyimiz inandırıcı deyil.

Hollandiya həkimlərinin əldə etdiyi nəticələr barədə tibb elmləri namizədi Səhhət Məmmədova müraciət etdik. Onun dedikləri tam fərqli oldu: “Süni meydançanın hazırlanmasında rezindən istifadə olunur. Onun bir neçə növü var. Əminliklə deyə bilərəm ki, belə meydançalarda oynamaq onkoloji xəstəlik yaratmır. Bütün dünyada həvəskar futbolu məhz süni meydançalardaoynayırlar. Holland həkimlərin nəyə görə belə qənaətə gəlməsi mənə də maraqlıdır. Digər tərəfdən, süni meydançalarda futbolçuların daha tez zədələnməsi faktıyla razıyam. İnsan daha tez yorulur və adi yıxılma zədə yarada bilər. Azərbaycandakı meydançalar barədə o qədər məlumatlı deyiləm. Amma süni meydançalar seçimi zamanı belə ən son standartları nəzərə almaq lazımdır. Elə süni örtüklər var ki, təbii meydançadan fərqlənmir. Belə meydançalar baha başa gəlsə də onlara üstünlük verilmədi daha yaxşı olardı”.

Süni meydançalarda futbol oynamağın əleyhinə olan məşqçilərimizdən biri də Şahin Diniyevdir. Azərbaycan millisinin sabiq çalışdırıcısı, hazırda Gəncənin “Kəpəz” klubunun baş məqşçisi çempionat matçlarında da fikrini çəkinmədən söyləyir: “Futbol təbii ot üzərində oynanılır. Belə meydançada hərəkət etmək, ötürmə vermək xoşdur. Son illər bütün dünyada süni meydançalar çoxalıb. Bu isə peşəkar futbolçulara ciddi problem yaradır; məsələn, “Kəpəz” futbolçuları 3 həftə ardıcıl təbii ot örtüyündə mübarizə aparırlar. Sonra yenidən bir oyunu süni meydançada keçiririk. Süni meydança bir sıra fəsadlar yaradır. Futbolçu zədə aldığı zaman daha çox müalicə olunmalı olur. İlk 45 dəqiqədən sonra fiziki göstəricilərə baxmayaraq, rahat hərəkət etmək çətinlik yaradır. İsti hava şəraitində - yayda belə meydançalarda çox əziyyət çəkirik. Rezin döşəmə özü isti ötürür, bunun üçün rahat mübarizə aparmaq çətinləşir. Klubların maddi vəziyyətini də başa düşürəm. Bununla belə, imkan daxilində daha çox təbii meydançalara üstünlük verilməsinin tərəfdarıyam”.

Araşdırma nəticəsində 2017-ci ildə bəzi stadionlarımızda süni örtükdən təbii ota keçidin planlaşdırıldığını öyrəndik. AZAL Arena isə maliyyə vəziyyəti ilə əlaqədar ən yaxşı halda meydançanı daha keyfiyyətli süni örtüklə əvəz edəcəyini düşünür.

Gələn il İslam Həmrəylik Oyunlarında futbolun idman proqramında olmasını, 2020-ci ildə Avropa Çempionatının final mərhələsinin 4 oyununun Bakıda keçiriləcəyini nəzərə alsaq, süniörtüklü meydançalardan xilas olmağın vaxtı çatıb. Mötəbər yarışlar zamanı iştirakçı komandalar yalnız təbii otda məşq edirlər. Ona görə indidən biz təbii meydançaların sayını artırmalıyıq.


MƏSLƏHƏT GÖR:

384