26 Aprel 2024

Cümə, 22:49

MUĞAM TƏBİƏTCƏ DOĞMA OLANDA...

Samir CƏFƏROV: «Heydər Əliyevin doğum gününə «Koroğlu»nu ifa etmək istəyirəm»

Müəllif:

15.01.2017

Xalq Artisti Samir Cəfərov Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı artistidir. O, dinləməkdən doyulmayan nadir güclü səsin sahibidir. Samir həm də Rəşid Behbudovun, Enrike Karuzonun repertuarına yiyələnib. Hazırda o, dünya və Azərbaycan klassikasından altı operadan partiyalar və çox sayda ariya və mahnılar ifa edir. Demək olar ki, bütün dünyada konsertlər verib. «R+» jurnalının müxbiri çoxsaylı qastrollar arasında Samir CƏFƏROVla görüşməyə nail olub.

- Samir, sizin musiqi fəaliyyətiniz necə başladı?

- Mən çoxuşaqlı ailənin altıncı uşağı idim. Əvvəlcə gitarada çalmağı öyrəndim. Ailəmizdə musiqiçi yox idi. Düzdür, atamın yaxşı səsi var idi, amma o yalnız qohumlar və dostlar üçün oxuyurdu. Sonra mən Bakıda İncəsənət Gimnaziyasında vokalın sirlərini öyrəndim, 16 yaşımda Oqtay Rəcəbovun «Xeyir və Şər» uşaq operasında baş rolu oynadım. Bizi dinləməyə gələn Tofiq Quliyevin çox xoşuna gəldik. Sonra təhsilimi İncəsənət İnstitutunun teatr və kino fakültəsində davam etdirdim.

Konservatoriyada isə SSRİ Xalq Artisti, professor Fidan Qasımovanın sinfini bitirdim. Mənim taleyimdə Naxçıvan Muxtar Respublikasının yubileyinə gəlmiş Ümummilli Lider Heydər Əliyev önəmli rol oynadı. O dedi ki, təhsilimi davam etdirməliyəm. Moskvada Qalina Vişnevskayanın (əfsanəvi violonçelist Mstislav Rostropoviçin xanımının) rəhbərlik etdiyi Opera İfası Mərkəzi seçildi. Həmin vaxt mən Qalina Vişnevskayanın musiqiyə fanatik sadiqliyinə heyran qaldım. O, istedadlı volkalçılarla pulsuz da məşğul olmağa hazır idi, halbuki illik təhsilhaqqı $10 min idi.

- Siz öz həmkarlarınıza xoş münasibət göstərirsiniz, onların qeybətini etmirsiniz. Halbuki incəsənət aləmində intriqalar, ələsalmalar qəbulediləndir və bütün bunlar xoşa gəlmir.

- İmkan daxilində istedadlı həmvətənlərimizə yardım etməyə çalışıram. Moskvada mənim xahişimlə Qalina Pavlovna Vişnevskaya həmkarlarımı dinləyib və yardım edib. İndi Elçin Əzizov Böyük Teatrın solistidir, İlahə Əfəndiyeva Azərbaycanın Əməkdar artistidir və bizim teatrda oxuyur, Cavid Səmədov Almaniyada işləyir. Bizim söhbətimizdən sonra mən daha bir gənc müğənnini dinləməliyəm.

- Gələn il sizin altı operada oxuduğunuz rollara yenisi əlavə olunacaqmı?

- «Trubadur»da, «Toska»da «Lüçii de Lamermur»da oxumağı planlaşdırıram, a «Keroqlu» xoçu ispolnitğ ko dnö rojdeniə Qeydara Alieva.

- Hansısa rolunuzu həyatda özünüzə bənzədə bilirsinizmi?

- Heç bir rolum mənim üçün yaramır, onlar bir qayda olaraq faciəli süjetlərdir, amma mən həyata optimist baxıram. Mən intizamlı ailə başçısıyam, üç övladın xoşbəxt atasıyam, ünsiyyətciləm, insanları sevirəm, səhnədə tərəfdaşlarımla dil tapmağı bacarıram.

- «Sevil» operasında fərsiz Balaşın rolu sizin ifanızda tamaşaçılar tərəfindən mənfi qarşılanmır, hətta halına acıyırlar. Bəlkə, bu onunla bağlıdır ki, siz tamaşaçıların sevimlisisiniz və sizə çox şeyləri bağışlayırlar. Çox vaxt xalq arasında xasiyyətinizə və gözəl səsinizə görə sizə Azərbaycanın Karuzosu da deyirlər...

- Təbiətdə iki eyni cür səs mümkün deyil. Əlbəttə, yamsılamaq və öz səsinlə oxumamaq mümkündür. Mənim səsim möhkəm lirik tenordur. Mənnm kumirlərim Franko Korelli, Luçano Pavarotti, Xose Karreras və başqa italyan məşhurlarıdır, onların səs yazılarından öyrənməyi davam etdirirəm, bu, bir növ, ikinci məktəb kimidir. Mənə milli opera, Azərbaycan bəstəkarlarının operaları daha yaxındır, çünki təbiətcə muğam mənə doğmadır. Bu isə improvizasiyaya meyldən xəbər verir. Ona görə də hərdən bəstələdiyim mahnılar da improvizasiya xarakterli olur.

- Yeni operanın vokal partiyası nə qədər vaxta hazır olur və siz gününüzü necə qurursunuz?

- Təxminən, 2-3 aya. Bizim dirijor, Azərbaycanın Xalq Artisti Cavanşir Cəfərov xeyir-dua verdikdən sonra aktyor işinə başlamaq olar. Peşəkarlar tövsiyyə edir ki, səhər saat 12-yə qədər oxumaq məsləhət deyil. 12-ən sonra özüm məşq edirəm, axşam saat 6-dan 8-ə kimi isə teatrda məşğul oluram.

 - Üç uşağınız - iki oğlunuz və kiçik qızınız var. Onlar musiqiyə maraq göstərirlərmi?

- Onlar da mənim uşaqlığıma bənzəyirlər, dəqiq elmləri sevirlər. Mən onları ağır musiqiçi həyatına bağlamaq istəməzdim. Amma qızım özü üçün fortepiano çalmaq öyrənəcək.

- Siz necə hesab edirsiniz, toylarda çıxış etmək səsi xarab edirmi, məsələn, opera vokalçılarının səsini?

- Səs üzrə doğru yığılmış proqram və elə də böyük olmayan yüklənmələr ifaçıya zərər vurmaz.

- Siz gəncsiniz, cəmi 40 yaşınız var. Qarşıda getməli olduğunuz çox yollar və fəth etməli olduğunuz çox zirvə var. Buna görə də yeni rollar və çoxsaylı tədbirlərdə çıxış etmək üçün Sizə yeni populyar musiqilər arzulayıram. Yeni iliniz mübarək!



MƏSLƏHƏT GÖR:

460