20 Aprel 2024

Şənbə, 14:41

VİOLONÇEL SİNFİNƏ QƏBUL

Eyyub ƏLİYEV: «Öz musiqi alətimə və peşəmə aşiqəm, buna görə mənə ağırlıq yox, sevinc gətirir»

Müəllif:

01.04.2017

«Baharı gözləyərkən» - Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında keçirilmiş kamera musiqisi konsertinin bu cür romantik adı vardı. Konsertdə Azərbaycanın Əməkdar artisti Əyyub Əliyev (violonçel), Elina Əliyeva (skripka) və Kanadadan gəlmiş Nərmin Əfəndiyeva (fortepiano) çıxış ediblər. O, BMA-nın məzunudur, artıq 6 ildir ki, Torontoda yaşayır, «Opera in konsert» opera şirkətinin musiqi direktorudur və universitetdə pianoçudur. Həmin gecə romantik musiqi inciləri - Frankın, Bramsın sonataları və Mendelsonun triosu səsləndi. Konsertdən sonra Əyyub Əliyev «R+»un müxbiri ilə görüşdü.

- Uşaq vaxtı sizdə musiqi qabiliyyəti özünü göstərirdimi?

- Xalamın ibtidai musiqi təhsili vardı, anam isə özfəaliyyət xorunun solisti idi. Yeddi yaşımda məni Bülbül adına Musiqi Məktəbinin fortepiano və ya skripka sinfinə yazdırmağa aparmışdılar. Bu musiqi alətlərinə qəbul başa çatdığına görə, musiqi məktəbinin direktoru Nazim Əliverdibəyov violonçel sinfinə daxil olmağı təklif etdi və əlavə etdi ki, bu alət nadirdir və böyük uğurlar qazanmaq olar.

Mən bu məsləhətinə görə Nazim müəllimə minnətdaram. Bircə o görə biləydi ki, violonçeldə çalmağı tövsiyə etdiyi balaca oğlan müxtəlif ölkələrdə çıxış edən bir orkestrin - Üzeyir Hacıbəyov adına nüfuzlu simfonik orkestrin konsertmeysteridir. Məktəbdə gözəl pedaqoq Qara Əliyevin yanında oxumuşam. O məni məktəbin kamera orkestrinin tərkibində qastrola buraxmadı və məsləhət gördü ki, Asəf Zeynallı adına gənc ifaçıların respublika müsabiqəsində iştirak edim. Orada birinci yer tutdum.

Pedaqoq sarıdan bəxtim həmişə gətirib. Konservatoriyada Azərbaycanın Xalq Artisti, professor Rasim Abdullayevin, sonra Azərbaycanın Əməkdar artisti, professor Yuri Abdullayevin yanında oxumuşam. Aspirantura - magistraturanı isə Xalq Artisti, professor Eldar İsgəndərovun yanında bitirmişəm. Həm də 4 dəfə Bakıda maestro Rostropoviçin master-klassının iştirakçısı olmaq xoşbəxtliyini yaşamışam. O mənim diqqətimi nüanslara, frazirovkaya, musiqi üzərində işə yönəltdi.

- Məktəbli, tələbə, aspirant olanda, evdə nə qədər məşğul olmaq lazım gəlirdi?

- Ev məşğuliyyəti zamanı alətin arxasında keçirilən vaxt deyil, işin keyfiyyəti önəmlidir - başla məşğul olmaq lazımdır. Məktəbdə öz şagirdlərimə bunu öyrədirəm. Uşaqları çox sevirəm, onlarla söhbət zamanı zarafat edirəm ki, violonçelin arxasında oturanda darıxmasınlar. Məktəbdə ev ifasına gün ərzində 2 saata qədər vaxt ayırırdım. Peşəkar musiqiçi olmaq barədə qərar verdikdən sonra, ev məşğələlərinə daha çox vaxt ayırdım.

- Konsertmeysterin vəzifəsinə nə daxildir?

- Applikaturanı tərtib edirəm, ştrixləri qeyd edirəm, dirijorun qeydlərini izah edirəm. Əgər lazım gələrsə, orkestrdən ayrıca öz qrupum üçün kiçik dirijor kimi məşğələ keçirəm. Violonçelçilər qrupunun çıxışına görə bütün məsuliyyəti mən daşıyıram. Öz musiqi alətimə və peşəmə aşiqəm, buna görə mənə ağırlıq yox, sevinc gətirir. Amma incidən odur ki, Azərbaycan kimi müasir ölkədə bu gözəl Avropa musiqi alətini, demək olar ki, tanımırlar. Onu kontrabas, gitara, böyük skripka və s. adlandırırlar.

- Durumu necə düzəltmək olar?

- Violonçelə, demək olar ki, hər bir orkestrdə tələb var, yalnız nəfəs alətləri və xalq çalğı alətləri orkestrləri istisnadır. Bu alətin səslənməsinin gözəlliyini daha geniş reklam etmək lazımdır; məsələn, Türkiyədə violonçel çox populyardır, bu alətdə ifanı öyrənmək üçün məktəbə qəbul da çox çətindir, çünki istəyən çoxdur. Bizdə isə oxumaq istəyənləri həvəsləndirmək lazımdır, hətta imkan daxilində kiçik bir stipendiya ilə də həvəsləndirmək olar.

- İndi nə üzərinizdə işləyirsiniz?

- S. Prokofyevin violonçellə-orkestr üçün konsert-simfoniyasını öyrənirəm. Bizim orkestrlə ifa edəcəyəm, dirijor isə Elşad Bağırov olacaq. Müəllif bu konserti çağdaş dünyanın görkəmli violonçel ustası Mstislav Rostropoviçə həsr edib və musiqiçi əsəri müəllifin sağlığında ifa edib. Böyük virtuoza hesablanmış çox mürəkkəb əsərdir. İfa aprelin əvvəlinə nəzərdə tutulur, Bakıda ilk dəfə səslənəcək və böyük maestronun 90 illiyinə həsr edilir.

- Xaricə getmək və hansısa məşhur orkestrdə işləmək barədə fikirləriniz olubmu?

- İmkan vardı, amma plan qurmadım. Mən Vətəndə qalıb xalqımın rifahına qulluq etməyi üstün tutdum.

- Öz həmvətənlərinizə necə kömək edirsiniz?

- Musiqi çevrələrində məni çoxdan tanıyırlar, gənc musiqiçilər və bəstəkarlar əksər vaxt öz yeni əsərlərində violonçel partiyasını ifa etməyim üçün müraciət edirlər ki, bunu həmişə əvəzsiz edirəm.

- Sizin konsertdə birgə ifa etdiyiniz trio alternativ dövlət ansamblı statusu almaq istərdimi?

- Mən öz işimi «əla» görməyə alışmışam, qorxuram ki, birləşmək çətin olar. Hələ ki, özüm üçün musiqi ilə məşğul oluram.

- Bir az da ailənizdən danışın...

- Ailəmiz kiçikdir. Həyat yoldaşım skripkaçıdır, o da orkestrdə çalır. BMA-da bir oxumuşuq. Qızım 8-ci sinifdə oxuyur. Onun çox incə musiqi zövqü var, fortepianoda özü üçün çalır. Üzgüçülüklə məşğuldur, heyvanları sevir və intellektual məsələlərin həlli ilə maraqlanır. Onları yalnız internetdə deyil, jurnal və qəzetlərdə də tapır.

- Sərbəs vaxtınızda nə ilə məşğulsunuz?

- Ailəmiz və qonaqlar üçün yemək hazırlamağı çox sevirəm. Qastrollarda həmişə milli mətbəxlə maraqlanıram. Mənim fikrimcə, Azərbaycan yeməkləri başqa xalqların yeməklərini arxada qoyur və bu, çox sevindiricidir. Kiçik avtomobillərin kolleksiyasının yığılması məni mütəəssir edir, onların hamısının kolleksiya avtomobili olması önəmli deyil. Bizim ailədə yalnız detektivləri deyil, həm də psixoloji romanları oxumağı çox sevirlər.

Musiqiyə dönərək, deyirəm ki, musiqiçi müxtəlif növ musiqi dinləməlidir. Klassik musiqidən muğama, folklora və meyxanaya kimi, həmçinin estrada, pop-musiqi, caz da. Mən konsert formasında qalmaq və illərlə əldə etdiyimi itirməmək üçün müsiqi aləti ilə hər gün məşğul olmağa çalışıram.



MƏSLƏHƏT GÖR:

420