20 Aprel 2024

Şənbə, 17:00

«GÜNƏŞ və NEON»

Qazaxıstandan on dörd rəssam Bakıda konseptual incəsənət barədə baxışlarını sərgilədi

Müəllif:

15.09.2017

«Günəş və neon». Qazaxıstanda yaşayan on dörd rəssamın «Yarat!» müasir incəsənət mərkəzində nümayiş etdirilən əsərlərindən ibarət sərgi belə adlanır. Günəşin nə olduğu hər kəsə aydındır: həm birbaşa, həm də məcazi mənada. Bəs niyə neon? Bizim ağlımıza gələn ilk şey - flüoresent lampalarından gələn soyuq, mavi işıq və XX əsrdə bütün dünyanı əlvan rəngləri ilə fəth edən neon reklamı olur. Ancaq bu fərziyyə konseptual sifarişin mənasını yetərincə asanlaşdırır. Burada hər şey daha dərindir və faktın özünə qarşı böyük bir iddiadır.

Ancaq, bu artıq sərginin hər bir ziyarətçisinin intellektual rebusları həll etmək üzrə fərdi qabiliyyətindən asılıdır. Əgər ehtimal etək ki, bu çərçivədə "neon" sözü məna vurğusu ilə istifadə edilir, onda bu, hidrogen, helium, oksigen və karbondan sonra kainatın beşinci ən çox yayılmış elementidir və "Günəş və neon" adı yetərincə maraqlı məna qazanır. Həm də yada salmaq lazımdır ki, "neon" sözü bizə yunan dilindən gəlib və "yeni" deməkdir. Belə olanda sərgi üçün daha bir məna kəsb edən ad əldə edirik.

Sərginin adı ilə bağlı araşdırmamızın strukturunda daha bir vacib məqam da var. Alimlər iddia edirlər ki, neon işıqları yalnız qırmızı işıq saçanda öz adlarını doğruldurlar. Bəs, onda Günəş hansı rəngdədir? Bəziləri üçün ağdır, başqaları üçün sarı; üçüncülər üçün qırmızı, dördüncülər üçünsə mavi-ağdır.

İnsan gözü ilə rəngin qəbul edilməsi bir çox amillərdən asılıdır. Gündüz biz günəşi ağ, səhər sarı-narıncı, qürubçağı qırmızı görürük. Atmosferin fiziki halı, şüaların yerədüşmə bucağı, günün vaxtı - bütün bunlar rəngin qavrayışı üçün önəm kəsb edir. Bundan başqa, eyni rəng müxtəlif insanlar tərəfindən fərqli şəkildə qəbul edirlir.

Bu, daha çox fiziki deyil, psixoloji prosesin nəticəsidir. Çünki eyni rəngin qavrayışı anlayışı - bu, insanlar arasında görmə sinirinin konkret rəng duyğusunu necə adlandırmaq barədə sazişin nəticəsidir. Belə alınır ki, sərginin adının mənası hər bir ziyarətçinin fərdi şərhindən asılıdır. Sərgidə təqdim olunan hər bir əsərin necə yozulması kimi.

 

Ürək və ağıl arasında azadlıq uğrunda döyüş

Müasir incəsənət ... Bu, nədir? Bəlkə, müəyyən konkret bir zamanda doğulan sənətdir? Romantizm, realizm, sərt realizm, neorealizm, pop-art və s. - incəsənətdə istiqamətlər həmişə çağların qovşağında, estetik və bədii idealların növbələşməsi zamanı yaranır. Gah "həyat gerçəkləri"nə nüfuz etmək arzu kimi, gah "köhnəlmiş formalar"a qarşı üsyan kimi, gah da "ehkamlaşmış qaydalardan kənara çıxmaq" arzusu kimi yaranır.

İndi, yeni əsrin əvvəlində rəssamlar da öz forma və ifadə vasitələrinin axtarışındadırlar. Müxtəlif növ təqdimatlar və installyasiyalar konseptual sənətin düşüncə quruluşunda əsas yeri tutmağa başlayır. Yada salaq ki, konseptual sənət Amerika Birləşmiş Ştatlarında 1960-cı illərdə ortaya çıxıb və görünən obraz yaratmaq yerinə, ilk növbədə, fikir ifadə etməyə çalışır. Material kimi fotoşəkillərdən, yazılı məlumatlardan, qrafikadan, səsdən və videolentlərdən istifadə olunun. Məqsəd sənətin təbiətini öyrənməkdir.

Bu istiqamətin bir çox tədqiqatçılarının fikrincə, konseptual sənətin önəmli komponenti məqsədsiz oyundur. Məhz o, həyatın özünü aktivləşdirir. Çünki bu istiqamətin tərəfdarları iddia edirlər ki, "sənət bir ideya kimi"yalnız insan həyatının məhsulu şəklində mövcuddur.

Buna görə də Qazaxıstan rəssamları konseptual fikirlərini ifadə etmək üçün fotoşəkillərdən, mətnlərdən, monitorlardan, televizor ekranlarından, audiosəsdən, videotəsvirdən, onlayn reportajdan, ağac fakturadan, cürbəcür parça və metaldan, videoinstallyasiyadan, utilizə edilən xammaldan və s.-dən istifadə edirlər. Düşünmək olar ki, istiqamət öz yerində: insanlığın daha hansı istiqamətləri olub və indən belə də olacaq? Hər şey beldir. Amma nə üçün sənətin məhz bu istiqamətində dağıdıcı başlanğıc bu cür güclü ifadə olunub. Bəlkə, sənətkarlar ürək və ağıl arasında öz azadlıqlarını axtarırlar?

 

«Nuhun gəmisi»

Gəmi göyərtəsi kiçik çəkməcələrdən ibarətdir. Onların içində keçmişdən kollektiv şəkillər var. Onlar arasında bəlkə sənin də şəkillərin var. Çünki bizim ortaq keçmişimiz var - o, sovet dövründə insanları ümumi sovetləşmə və kollektivləşmə, hamını kommunizm qurucusunun əxlaq məcəlləsi deyilən kollektiv ideya altında hər kəsi və hamını biçimləyən ideologiya dalğaları ilə aparan bir keçmişdir. Sovet keçmişindən gələn sənətçi onu soy-kökündən məhrum edən zamanı günahlandırır. Əlqərəz, indi sovet keçmişini günahlandırmaq dəbdədir, ona ağla gələn və gəlməyən bütün günahları yükləyirlər. İstənilən halda, bir rəssamların bununla bağlı sabit mövqeyi artıq xeyli müddətdir ki, spekulyativ görünür.

 

"Daşı daş üzərinə, kərpici kərpic üzərinə..."

Müəllifin sosializm quruculuğu haqqında ideyasını təcəssüm etdirən ağac installyasiya Marqarita İvensonun (Marqarita Şor) Lenin haqqında uşaqlar üçün nəzərdə tutulmu təbliğat sətiri ilə adlandırılıb. Yenə keçmişə baxış, yenə də rəssamın ürək və ağıl arasında öz azadlığını tapmaq üçün daha bir cəhdi.

 

"Geniş bağlanmış gözlərlə"

Fotoinstallyasiya. Üç böyük, divarın yarısını tutan kişi sifəti. Ancaq onda nəsə yanlışdır. Hə! Gözlər. Onlar, sadəcə, yoxdur. Onların əvəzinə dəhşətli göz çuxuru var. İnsan dünyadan gizlənir. O, dünya ilə əlaqə yaratmaq istəmir. Gözlərini bağlayıb və problem yoxa çıxıb. Məlumat yoxdursa, problem də yoxdur. Hər şey sadədir. İnformasiya rahatlığı pozur, gərginləşməyə, qərar qəbul etməyə, uyğun olaraq məsuliyyət daşımağa vadar edir.

 

"Heç bir yerə getməyən yol"

Otağın ətrafı taxta, kobud düzəldilmiş pilləkənlərlə doludur, onlar döşəməyə dirənərək havada elə əyilir ki, nəticədə, sizi ilkin dayaq nöqtəsinə qaytarırlar. Ölüm məskənlərini saxlayan ehkam sarkofaqına bənzər mərkəzdə kim heç bir yerə getməyən bu yolu qət etdisə, həm də ümidsizliyin ağırlığı altına düşdü.

Nərdivanlar arasındakı məkanda otağın bütün perimetri boyunca qırmızı çəkiclər asılı. Onlar nə üçündür? Versiya çoxdur: bəlkə mismarlar, bəlkə də insan başları üçündür. Necə biləsən? Divarın qarşısında isə danışan başların göründüyü çox sayda monitor var. Təkrar-təkrar təkrarlanan dairəvi hərəkət! Heç bir yerə aparmayan həyat...

 

 «Heykəl sütunlardır?»

Yunan sütunlarının yuxarı hissəsini çılpaq qadın fiqurları bəzəyir. Biz onları arxadan və yalnız qurşağa qədər görürük. Onlar çoxdur. Və hamısı bir-birinin ardınca, yuxarıya can atır. Bizim görə bilmədiyimiz hədəfə doğru.

Bu, klassik iona üslubuna (qədim yunan memarlıq üslubu) bir parafrazdır. Yalnız bir fərq var ki, bu kariatdilər antik funksiyalarını - dayaq funksiyalarını daşımır. Bu kariatidlərin (qədim yunan memarlığında sütunu əvəz edən qadın heykəli) şəxsi dayağı - öz ayaqları yoxdur. Onlar postamentə oturdulmuş ilahələr kimi hərəkətlərində və, deməli, əməl və fəaliyyətlrində də seçim hüququndan məhrum edilir ...

 

"Qorxu"

Yırtıcı quşbaşlı çılpaq bir qadın, Qrifon başına bənzəyir, gözləmə mövqeyində donub. Ya ritualdır, ya da bir yırtıcı maskası altında dünyadan gizlənmək cəhdidir... Burada tamaşaçıların təxəyyülü üçün yer qoyulur: hər kəsin öz şərhi üçün səbəbdir.

 

"Ah, əgər çiçəklərin hansı zibil üstündə böyüdüyünü bilsəydilər ..."

Metal tullantılar üzərində bir televizor. Ekranda lider obrazı yaradan rəssamın reportajı gedir. O, bir sənətkardır. O, ustaddır. Və təkcə "zibil"i əsl sənət əsərinə çevirən sehrə hakimdir.

 

"Bütpərəstlər"

Qar yığınlarının üzərində - çılpaq qadınlar. Onlar çoxdur. Onlar fərqlidir. Əllərini göyə qaldıraraq ya dua, ya qarğış edirlər: bütpərəst üsulu ilə Tanrıdan uşaq istəyirlər. Bunun niyə rəssamın maraq mövzusu olduğu anlaşılmazdır. Yalnız müəllifin hamını heyrətləndirməyə can atmasını demək mümkündür.

Bu, ekspozisiyaya çıxarılmış əsərlərin yalnız bir hissəsidir. Konseptual sənətə şərhlərin çox versiyası olduğunu nəzərə alaraq, özümüzə, əsərlərə öz adlarımızı verməyə icazə verdik.

Bəs, çağdaş konseptual sənət bizə nə verir: "sənətçinin tam olaraq nə demək istədiyi" mövzusunda intellektual rebusları açmaq həzzi, yoxsa ətraf həyata yüngül nifrət hissi? Yüngül nifrət konseptualın dağıdıcı müdaxiləsinə qarşı özünü müdafiə etmə üsulu kimi yüngül hirsə çevrilir, müqavimət göstərmək arzusu doğurur. Sual yalnız bir olur: nəyə lazımdır? "İdeyanı çatdırmaq" üsulunun özünəmi, yoxsa artıq ifadə edilmiş və çatdırılmış ideyayamı?



MƏSLƏHƏT GÖR:

412