23 Aprel 2024

Çərşənbə axşamı, 23:25

NEFTDƏN KİMYAYA

SOCAR-ın kimya sənayesinə fəal sərmayələri şirkət üçün neftdən sonrakı dövrdə də gəlirləri təmin edəcək

Müəllif:

15.12.2017

Yeni texnologiyalar enerjidaşıyıcıları ilə bağlı ənənəvi fikirləri dəyişdirir. Bütün dünya alternativ yanacaqdan istifadə haqqında, elektromobil erasının başlamasından danışır, Londonda avtobusları qəhvə tullantıları işlətməyə hazırlaşırlar. Bütün bu meyillər neft və qaz bazarının gələcəyi haqqında müzakirələri aktuallaşdırır. Əbu-Dabidə dünyanın aparıcı neft şirkətlərinin rəhbərlərinin forumunda da bundan danışıblar. Forumda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də iştirak edib.

SOCAR-ın dünyanın aparıcı neft şirkətlərini bir araya gətirən tədbirdə iştirakı, şəksiz ki, neft-qaz sahəsində Azərbaycan rəhbərliyinin apardığı siyasətin təqdir edilməsi, eləcə də ARDNŞ-nin dünyanın nüfuzlu neft-qaz şirkətləri arasında yer alması deməkdir. Tədbirdə iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, yeni texnologiyalar bərpa olunan mənbələrdən enerji istehsalına təkan verməklə yanaşı, elektromobillərin inkişafı ilə əlaqədar neft məhsullarının istehlakını azaltmağa imkan yaradıb.

Abdullayevin sözlərinə görə, gələcəkdə neft və təbii qazın bir enerji daşıyıcısı kimi rolu azalacaq, amma bunun əvəzinə kimya məhsulları üçün xammal kimi əhəmiyyəti artacaq. Bu baxımdan, 2010-cu ildən "Azərikimya" İstehsalat Birliyinin ARDNŞ-yə verilməsi təsadüfi deyil, bu, işlərin xammal hasilatından hazır məhsul istehsalına kimi bir zəncir də birləşməsinə imkan yaradır.

 

Ucuz olmayan inkişaf yolu

Neft-kimya sektoru məhsullarının istehsalının artırılması üzrə ARDNŞ-nin fəaliyyətinin yeni istiqaməti ölkə üçün yeni iş yerlərinin açılması ilə yanaşı, həm də xeyli valyuta gəlirlərinin artması baxımından mənfəətlidir.

Mühüm amillərdən biri ölkədə neft və təbii qazın emalının təşkilidir ki, son məhsulun hesabına yeni əlavə dəyər yaradılacaq, təbii ki, yeni yaradılmış məhsulların vergi gəlirləri birbaşa dövlət büdcəsinə gedəcək.

Bununla yanaşı, ARDNŞ-nin böyük emal müəssisələrinin işə başlanması sənaye toplularının yaradılmasına təkan verəcək. Yəni neft-kimya müəssisələrinin ətrafında daha fərqli mallar istehsal edə biləcək kiçik və orta müəssisələr yaradılacaq.

Azərbaycanda neft-kimya sahəsində sənaye məhsullarının istehsalı üzrə əsas müəssisələr «SOCAR Polymer», «SOCAR Methanol» və «SOCAR Carbamide»dir.

Azərbaycanda karbohidrogen ehtiyatlarının enerjidaşıyıcılardan neft-kimya məhsullarına transformasiyası ARDNŞ üçün elə də ucuz başa gəlmir - bu üç müəssisəyə ümumi sərmayə yatırımı 2 milyard $-ı keçir, lakin bu sərmayələr yaxın illərdə özünü ödəyəcəyinə vəd verir.

 

İxracyönümlü istehsalın artırılması

ARDNŞ-nin üç emal müəssisəsində məhsul istehsalı əsasən ixracata yönəlib. Xüsusilə, 2017-ci ildə «SOCAR Methanol» fəaliyyətdə olan müəssisəsində 250 min ton metanol istehsal edilib ki, bunun da 95%-i xarici bazarlarda satılıb. 2018-ci ildə eyni miqdarda metanol istehsal ediləcək və ortamüddətli perspektivdə istehsalın ümumi tutumunun iki qat artırılması və 700 min tona çatdırılması planlaşdırılır.

İxracata istiqamətlilik gələn ilin əvvəlində istismara veriləcək «SOCAR Carbamide» zavodu üçün də xarakterik olacaq, o, gündəlik 1,2 min ton ammonyak və 2 min ton karbamid istehsal edəcək. Qeyd edək ki, zavodun istehsalının yalnız 25%-i milli iqtisadiyyatın ehtiyacları üçün istifadə olunacaq. Buna görə, karbamid bitki istehsalının 75%-i Türkiyə, Gürcüstan, Qara dəniz və Aralıq dənizi bölgəsi ölkələrinə satılacaq. Eyni zamanda karbamid zavodunun məhsullarının ixracından əldə edilən gəlir ildə, təxminən, 150 milyon dollar olacaq.   

Lakin 2018-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulan «SOCAR Polymer» zavodunun tikintisinin başa çatması və işə başlanması maksimum mənfəət vəd edir. Birinci mərhələdə ildə 120 min ton polietilen və 180 min ton polipropilen istehsalı planlaşdırılır. Eyni zamanda «SOCAR Polymer»in 2021-ci ilədək istehsal gücü 570 min tona çatmalıdır.

Zavodda istehsal edilən polipropilen qab-qacaq, toxuculuq məhsulları, ofis materialları istehsalı üçün istifadə olunur. İqtisadiyyat Nazirliyi bəyan edib ki, Sumqayıtda ilk sənaye klasteri yaradılacaq, buradan xammal əldə edən sahibkarlar son məhsul istehsalına başlayacaqlar.

ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib ki, «SOCAR Polymer»in istismarından bütün dövr üçün ümumi ixrac gəlirləri 8 milyard dollar olacaq.

İstehsal edilən məhsulların yalnız 30%-i Azərbaycanda istifadə ediləcək, 70%-i isə Türkiyəyə, Avropaya və digər bazarlara ixrac ediləcək.

 

Türkiyə cəlbedici bazardır

Neft-kimya kompleksinin inkişafı barədə danışarkən ARDNŞ-nin birbaşa Türkiyədə reallaşan aktivləri və layihələrindən yan keçmək çətindir.

ARDNŞ-nin artıq böyük aktivə - "Petkim" neft-kimya kompleksinə malikdir, o, 2008-ci ildə keçirilmiş özəlləşdirmə çərçivəsində 2 milyard dollara əldə edilib. Eyni zamanda keçən 10 ilə yaxın müddətdə "Petkim", demək olar ki, tam gücü ilə işləyərək Türkiyənin neft-kimya məhsullarına tələbatın yalnız 18%-ni təmin edə bilib.

Türk bazarının bu seqmentində ARDNŞ-nin payının artırılması və kimya məhsullarının çeşidinin genişləndirilməsi üçün şirkət İzmir yaxınlığında yerləşən Əliağa yarımadasında daha bir neft-kimya kompleksin inşa etmək niyyətindədir, «Petkim» zavodu da orada yerləşir. İşlərin 2019-cu ildə başlaması və 2023-cü ildə bitməsi gözlənilir. Eyni zamanda bu kompleksləri xammalla tikintisi final mərhələsinə qədəm qoymuş yeni «STAR» neftayırma zavodu təmin edəcək.

İldə 10 milyon ton neft emalı gücünə malik neftayırma zavodu kimya sənayesi üçün xammal, eləcə də aviayanacaq və dizel yanacağı istehsal edəcək. ARDNŞ rəhbəri R. Abdullayevin sözlərinə görə, ilk beş il ərzində «STAR»ın fəaliyyəti nəticəsində Azərbaycanın gəlirləri ildə 600 milyon $-dan artıq olacaq. Növbəti 10 il ərzində isə illik gəlir 800 milyon $-a qalxacaq. Gerçəkləşdirilən layihələr «SOCAR Turkey Enerji»ni Türkiyənin ən iri sənaye şirkətləri sırasına çıxara bilər.

Azərbaycanın Türkiyə ilə bağlı uzunmüddətli planlarını bu da göstərir ki, bu gün bu ölkədə Azərbaycanın sərmayələrinin həcmi 11 milyard $ təşkil edir və 2020-ci ilə kimi bu, 18 milyard $-a qədər artacaq.

 

Yeni logistika nəzərə alınaraq planlara düzəliş edilir

Ancaq ARDNŞ-nin yeni istehsal güclərinin yerləşdirilməsi üzrə planlarının dəyişdirilməsi imkanına ölkədə Azərbaycan dəmir yollarını Türkiyə və İranla birləşdirən layihələrin həyata keçirilməsi təsir göstərə bilər.

Xüsusilə də, Bakı - Tbilisi - Qars dəmir yolu Türkiyəyə neft-kimya məhsullarının daşınma qiymətini xeyli azalda bilər. Yeri gəlmişkən, ARDNŞ-nin Gürcüstanda dəyəri 700 milyon $ olan karbamid zavodunun tikintisinin dayandırılmasında bu, həlledici amil ola bilər.

Azərbaycan, əlbəttə ki, yalnız qərb istiqamətdə neft-kimya məhsulları nəqli planları ilə kifayətlənmir, cənub istiqaməti də gündəmdədir və Şimal - Cənub dəmir yolu marşrutunun işə salınması buna imkan yaradacaq. Azərbaycanda müasir zavodların yerləşdirilməsi logistika baxımından daha faydalı olacaq və neft-kimya məhsullarına tələb və təklifdən asılı olaraq Azərbaycan məhsullarının təchiz marşrutlarını çevik şəkildə həm qərb - Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələri istiqamətində, həm də cənub - Fars körfəzi ölkələri istiqamətində tənzimləməyə imkan verəcək.

Göründüyü kimi, Azərbaycan rəhbərliyi fəal şəkildə karbohidrogen ehtiyatlarının enerjidaşıyıcılardan birbaşa qeyri-neft sektoru məhsulları istehsalına - plastmasa, gübrəyə və digər məhsullara çevrilməsi məsələsində son meyilləri fəal şəkildə izləyir. Bu, ARDNŞ-nin müasir neft-kimya komplekslərinin yaradılmasına milyardlarla dollar sərmayə yatırmasına yaşıl işıq yandırır.



MƏSLƏHƏT GÖR:

370