25 Aprel 2024

Cümə axşamı, 10:41

«0» FAZASI

Trans-Anadolu boru kəmərinin qazla doldurulması başlayır

Müəllif:

15.01.2018

Xəzər regionundan, o cümlədən Azərbaycandan Cənub-Şərqi Avropa bazarlarına qazın çatdırılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizi (CQD) XXI əsrin ən böyük layihələrindən biri olacaq. Bu günə Azərbaycanın inkişafı "Şahdəniz" qaz-kondensat yatağının 2-ci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlanılması üçün işlər praktiki olaraq başa çatıb. İstehsalın başlanması ərəfəsində CQD üçün boru kəmərlərinin çəkilməsi üzrə işlərin əhəmiyyətli bir hissəsi başa çatacaq.

2017-ci ilin sonuna CQD-nin Azərbaycan və Gürcüstan ərazisindəki hissəsinin genişləndirilməsi çərçivəsində tikinti işləri başa çatdırılıb, 2017-ci il dekabrın ortalarından isə buraxılış-sazlama işlərinin başlaması və bütün qaz nəqli sisteminin test edilməsi üçün Türkiyə sərhədinə qədər boru kəmərinə qazın vurulmasına başlanılıb.

Eyni zamanda 2018-ci ilin yanvar ayında Trans-Anadolu (TANAP) qaz kəmərinin Gürcüstan - Türkiyə sərhədindən Eskişehir şəhərinə qədər olan (Faza "0") hissəsinin qazla doldurulmasına başlanılır. "Qaz texniki tələblərə uyğun həcmlərdə genişləndirilmiş Cənubi Qafqaz qaz kəməri ilə gələcək", - deyə TANAP konsorsiumunun başçısı Saltuk Düzyol bildirib.

TANAP boru kəmərinin ilkin gücünün ildə 16 milyard kubmetr qaz olacağı gözlənilir. Bunun 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə Avropaya veriləcək. "Şahdəniz" yatağının Mərhələ - 2 layihəsi çərçivəsində Azərbaycan qazının CQBK və TANAP vasitəsilə Türkiyəyə çatdırılması 2018-ci ilin ortalarına nəzərdə tutulur.

"Eskişehirdən Türkiyə Yunanıstan sərhədinə qədər olan hissənin tikintisi (Faza 1) planlaşdırılan plana uyğun olaraq davam edir. TANAP ilk qazı 2018-ci il iyun ayında Eskişehirdə BOTAŞ milli qaz şəbəkəsinə çatdırmaq üçün hazır olacaq", - deyə S.Düzyol bildirib.

Beləliklə, Azərbaycan CQD çərçivəsində qaz istehsalı və boru kəmərlərinin çəkilişi ilə bağlı bütün işləri planlaşdırılan dövrdə tamamlayacaq. Yada salaq ki, Cənub Qaz Dəhlizi layihəsi Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsini, Türkiyə- Yunanıstan sərhədinə qədər uzanan TANAP qaz kəmərinin tikintisini, daha sonra Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik boru kəmərinin (TAP) çəkilməsini nəzərdə tutur. Bütün layihənin dəyəri 41,5 milyard dollar təşkil edir. Azərbaycanın payı 11,8 milyard dollardır ki, ölkə bu çərçivədə artıq 7,8 milyard dollar sərmayə qoyub.

Avropa Birliyi ölkələri üçün Azərbaycan qazının əhəmiyyəti bir daha 12 dekabr 2017-ci il tarixdə Avstriyanın Baumqarten şəhərində OMV qaz habının ərazisində partlayışdan sonra aydın oldu. Partlayış nəticəsində İtaliya, Sloveniya və Macarıstan istiqamətində tranzit ötürmələr dayandı. Çox güman ki, İtaliya hakimiyyəti 2020-ci ilə qədər Azərbaycandan qaz almaq üçün TAP-da işləri sürətləndirəcək.

İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda bildirib ki, İtaliya təbii qaz nəqlində problemlərlə əlaqədar fövqəladə vəziyyət elan edəcək. Onun sözlərinə görə, İtaliya "mavi yanacaq" tədarükü ilə bağlı ciddi çətinliklərə malikdir və bu problemləri TAP layihəsinin həyata keçirilməsini sürətləndirməklə həll etmək mümkündür. İtaliya hökumətinin yüksəkçinli rəsmisinin bu bəyanatı bizə ümid verir ki, İtaliyada TAP-ın tikintisi ilə bağlı bütün maneələr aradan qalxacaq və Azərbaycan qazı 2020-ci ilin əvvəlinə İtaliya istehlakçılarına çatdırılacaq.

Təbii ki, CQD layihəsinin gerçəkləşdirilməsi, xüsusilə TAP-ın tikintisi, vaxtaşırı çətinliklərlə qarşı-qarşıya qalır, bu çətinliklər aradan qaldırılan olmasına baxmayaraq, iş tempini yavaşıdır. Belə ki, TAP-ın tikintisi üzrə konsorsiumun məlumatına görə, nəzərdə tutulan 878 km boru xəttinin yerinə 633 km boru xətti çəkilib. 2018-ci ilin əvvəlində tikinti işlərinin başa çatmasından sonra TAP-ın buraxılış gücü ildə 10 milyard kubmetr olacaq, sonra bunu ildə 20 milyard kubmetrə qədər artırmaq mümkün olacaq.

Qeyd edək ki, CQD-nin düşmələrinin işi İtaliyada xüsusilə "uğurlu" alınıb, orada müxtəlif bəhanələr hesabına boru kəmərinin işə salınma tarixi 2019-cu ildən 2020-ci ilədək uzanıb - məsələn, iddia edirlər ki, TAP layihəsi ətraf mühitə zərər vurur (bölgədə zeytun ağaclarının yeri dəyişdirilməlidir), italyan fermerlərinə zərər vurur, bölgənin turizm imicinə mənfi təsir göstərir və s. Buna görə də, TAP rəhbərliyinin 2018-ci il iyulun ortalarından avqustun sonuna qədər, yəni İtaliyada turizm mövsümünün pik dövründə TAP kəməri üzrə tikinti işlərinin dayandırılacağı barədə bəyanatına təəccüblənməyə dəyməz.

Yeri gəlmişkən, ilkin mərhələdə İtaliyaya 8 milyard kubmetr təbii qazın nəqli planlaşdırılır ki, bu da ölkənin mövcud istehlakının, təxminən, 12 faizini təşkil edir. Azərbaycan qazın qiymətinin digər təchizatçılar tərəfindən təklif ediləndən daha aşağı olduğu nəzərə alınarsa, İtaliya hakimiyyəti təchizatı şaxələndirməklə yanaşı, həm də italyan istehlakçıları üçün qiymətin azalmasına da nail ola bilərlər.

Bununla yanaşı, 2018-ci ilin fevral ayında Bakıda Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin enerji nazirlərinin Məsləhət Şurasının 4-cü iclasının keçirilməsi planlaşdırılır. İclas çərçivəsində boru kəmərinin gücünün və Azərbaycan qazının yayılma coğrafiyasının Cənub-Şərqi Avropa ölkələri istiqamətində genişləndirilməsi də nəzərdən keçirilə bilər. Yəni elə İtaliya və digər ölkələrdən Azərbaycan qazının nəqlinin artırılması üzrə təkliflər daxil ola bilər.

Belə ki, yığıncaqda yalnız tikinti ilə bağlı olan məsələlərlə yanaşı, Avropa ölkələrinə Azərbaycan qazının tədarükünün artırılması perspektivləri də diqqət mərkəzində olacaq. Xatırladaq ki, Avropa Komissiyası 2017-ci ilin noyabr ayında yenilənmiş "Ümumi maraq layihələri" siyahısını təsdiq edib və Cənub Qaz Dəhlizi layihəsi siyahıda saxlanıb. Xüsusilə də, siyahıya Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP, TAP və hətta Trans-Xəzər qaz kəmərinin çəkilməsi kimi layihələr daxildir. "Mavi yanacaq" nəqli coğrafiyasını necə dəyişdirilə bildiyini Gürcüstanın nümunəsində izləmək olar. Gürcüstanda təbii qaz tələbatı bu il 2,659 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Bunun 2,6 milyard kubmetrini Azərbaycandan təbii qaz idxalı təşkil edəcək. Gürcüstanın öz qaz hasilatı, təxminən, 9,4 milyon kubmetrdir.

Yeri gəlmişkən, Azərbaycanın "Şahdəniz" yatağından CQD üzrə təbii qaz ixracatının artımı Gürcüstan hökuməti üçün istehlakçıların "mavi yanacaq"la tədarükü məsələsini asanlaşdırır, çünki tranzit həcminin 5%-i Gürcüstana qalır. Unutmaq olmaz ki, Gürcüstan vasitəsilə tranzit ilkin olaraq 24 milyard kubmetrə qədər artacaq, amma daha sonra 30-35 milyard dollara çata bilər.

Eyni zamanda Azərbaycan etibarlı təbii qaz təchizatçısı və istehlakçılar üçün daha rəqabət qabiliyyətli "mavi yanacaq" qiymətləri təqdim edən ölkə kimi Gürcüstanda özünü təsdiq edib. Buna görə də, qonşu ölkə rəhbərliyinin İran və Rusiyanın xidmətlərindən imtina edərək Azərbaycanın təbii qazın seçməsi təəccüblü deyil.

Bir sözlə, Azərbaycan irimiqyaslı qaz ixracı təşəbbüslərinin təşviqi üzrə atdığı hər addım ilə bir daha göstərir ki, o, yalnız qarşısına iddialı hədəflər qoymaqla qalmır, həm də tərəfdaşları ilə uğurla birlikdə onların uğurla həyata keçirilməsini bacarır.



MƏSLƏHƏT GÖR:

396