19 Aprel 2024

Cümə, 09:09

KAĞIZ HƏYAT

Gənc Tamaşaçılar Teatrı çox uğurla Qoqol və Şnitkeni eyni adda birləşdirib

Müəllif:

01.02.2018

"Dəlinin gündəliyi, yaxud Violonçel və fortepiano üçün Sonata". Gənc Tamaşaçılar Teatrında rejissor Cənnət Səlimova tərəfindən Qoqolun "Dəlinin gündəliyi" romanı əsasında, Azərbaycanın əməkdar artisti Şövqi Hüseynov ifasında səhnəyə qoyulan tamaşa belə adlanır.  

Uzun illər əvvəl quruluş verilmiş tamaşa izləyiciləri sevindirərək premyera kimi oynandı. Niyə? Çünki festival üçün hazırlanıb və ifa edilir. Şövqi onu Ukrayna, Rusiya və Türkiyədə keçirilən beynəlxalq teatr festivallarında Azərbaycan dilində oynayıb, münsiflər heyəti və tamaşaçılar tərəfindən ruh yüksəkliyi ilə qəbul edilib. Çünki hətta çətin dil maneəsi istedadlı aktyor oyunun izləyicilər tərəfindən qavranması üçün maneə deyil.

Yerli izləyicilərin indiyə kimi xaricilər kimi şanslı olmamışdılar, çünki teatrlarda kiçik forma tamaşalardan müəyyən qədər uzaq durmağa çalışırlar. Sanırlar ki, onlara izləyici toplaya bilməzlər, yəni bu cür yaradıcılıq sınaqlarını öncədən zərərli sayırlar. Təəssüf ki, belədir! Bu günün gerçəkliyi budur! Böyük incəsənət daşıyıcısı olmaq üçün nəzərdə tutulmuş teatr, tədricən, bu mövqeləri itirir, ticari maraq obyektinə çevrilir. Lakin Gənc Tamaşaçılar Teatrı hər halda kiçik adamın hekayəsini kiçik səhnəyə qaytarmaq qərarına gəldi və səhv etmədi.

 

Dünyanın ikili vəhdəti  

Nikolay Qoqol və Alfred Şnitke dühalarını bir adda birləşdirən quruluşçu rejissor Cənnət Səlimova Qoqolun kiçik insanı Aksentiy Poprişinin səhnə hekayəsini ətraf hadisələr qarışıq kəsişmələri ilə yükləyir. O, qəhrəmanını dünyanın ikili birliyi hissinə itələyərək onu Faust qeyri-müəyyənliyi səviyyəsinə qaldırır. Bu kontekstdə ədəbi əsasın müəllifi ilə musiqi müəllifi heç zaman olmadığı səviyyədə uyğun gəlir. Amma izləyici üçün aktyorun öz oyunu əsl sevincə çevrilir, bu, həmin axşam iki dahinin dünyagörüşünün təcəssümü üçün mükəmməl "alət" və quruluşçunun konseptual baxışının daşıyıcısı oldu.

  

Aksentiy Poprişin - Şövqi Hüseynov

Qoqolun süjeti: Aksentiy İvanoviç Poprişin - 42 yaşlı bir məmurdur, Peterburqun idarələrindən birində xidmət edir, gündəlik yazır və orada, demək olar ki, dörd ay boyunca özündən və həyatından danışır. Personaj direktorun qızına aşiqdir və onunla evlənmək arzusundadır. Sosial vəziyyətlərinin qeyri-bərabərliyi onu heç də narahat etmir. O, özünün ağıllı və gözəl olduğuna şübhə etmir. Ancaq iki itin söhbətini eşitdikdən, onlardan oğurladığı yazışmalardan sonra anlayır ki, direktorun gözəl qızı onu - Poprişini deyil, başqasını sevir. Bu, sonda bədbəxt Poprişinin ağlını birdəfəlik əlindən alır. Aksentiy iddia edir ki, o, İspaniya kralı VIII Ferdinanddır. Onu dəlixanaya aparırlar, orada başına soyuq su töküb, çubuqla döyürlər. O, bunu köhnə bir ispan ənənəsi olaraq görür: qəddar, lakin zəruri ənənə kimi. Bu dözülməz anlarda Poprişin anasını çağırır.

Rejissorun və aktyorun səhnə versiyası. Biz Qoqolun "kiçik" adamını necə təsəvvür edirik? Aciz, ürkək, təlaşlı-gülməli? Onları özümüz necə təsvir edə bilərik? Bu insanları "aşağı sosial vəziyyət və mənşəyə malik, qeyri-adi bacarığı olmayan, güclü xarakteri olmayan, lakin xeyirxah və zərərsiz, şərdən uzaq" kimi təsvir edən XIX əsrin ədəbi tənqidçilərə əsaslanmadan.  

Cənnət Səlimova və Şövqi Hüseynovun kiçik adamı Aksentiy Poprişin heç də zəif xarakterli kimi görünmür. O, təlaşlı deyil, acınacaqlı kimi görünmür, kifayət qədər adekvat insan təəssüratı yaradır.

3 oktyabr - gündəlikdə ilk qeydin yazıldığı gündur - hələ qəhrəmanın özü və ətraf dünya ilə təzadının başladığını göstərmir. Şövqi qəhrəmanının bu gününü elə yaşayır ki, sanki adi insanın alışılmış həyat məntiqinə uyğun gəlməyən qeyri-adi heç bir şey olmayıb. Təbii ki, burada Meci və Fidelkanın - onun departamentə gedərkən Sankt-Peterburq mağazalarından birində rast gəldiyi iki otaq köpəyinin eşidilən söhbəti istisnadır. Əlbəttə, onlar mağazaya xanımları ilə gəlirlər. Həmin andan Aksentiy öz istintaqına başlayır! Aktyor niyə gözəl Sofiyanın onu - ağıllı, zərif, mükəmməl Aksentiyi deyil, başqasını sevməsi ilə bağlı öz "araşdırmasına" başlayır. Hansısa zavallı, amma gözəl kamer-yunkeri seçir? Niyə?

Aksentiyi -Şövqi bu sualı araşdırarkən, özünün böyük və önəmli olduğunu düşünən kiçik insanın yazıqlığı və acizliyi müşahidə olunmur. Aktyor öz işində, həqiqətən, peşəkar olan bir personajın həyatını yaşayır! Bu "kiçik" şəxs dəli kimi olmasa da, sadə bir inamla öz imkan və bacarıqlarından əmindir. Aktyor özünə həddindən yüksək qiymət verən və ya ölçüsüz, əsassız iddiaları olan qəhrəmanda yaranmış "xəstəliyi" oynamır. O, qəhrəmanının düşüncələrini, hisslərini və duyğularını hadisələrin axınına uyğunlaşdırır ki, bu axının qəhrəmanın mənəvi və fiziki imkanlarından daha güclü olduğu ortaya çıxır. Bununla da, əvvəlki nəsil tədqiqatçılar üçün iddialı kiçik uğursuzların ümumiləşdirilmiş obrazına çevrilən Poprişin yüksələrək yararlanmayan peşəkar şəxsiyyəti səviyyəsinə qədər qalxır.  

Onun şəxsi keyfiyyətləri, bilikləri, praktiki təcrübəsi, sadəcə insan olmaq istedadı heç kəsə lazım deyil! Bu keyfiyyətlər birdən-birə tələb olmayan, artıq bir şeyə çevrildi: nə onun rəhbərlərinə, nə də gözəl Sofiyaya. O, lazımsız peşəkar və lazımsız adamdır? Həyatı boş yaşamış biridir? Bax, onda beyin sözə baxmır. "Partlatmamaq" üçün gerçəklikdən qaçır, şəxsiyyətə "doğru" münasibətin doğuşdan diqtə edildiyi uydurma krallar dünyasına sığınır.  

Bundan sonra Hüseynovun Poprişini tacı vasitəsi ilə ədalətsizlikdən qorunur. Əfsus! Qəddar gerçəklik zəif insanın müdafiəsindən çox güclüdür: o, bu yazığı yaxalayaraq çubuqlarla döydürür, qaranlıqda başına soyuq su tökdürür. Aydın olur ki, hətta dəlilikdə belə gerçəklikdən qaçmaq, müvəqqəti olaraq orada gizlənmək mümkün deyil!

Sonda tamamilə tükənmiş Aksentiyi-Şövqü özünü və yalnız özünə məxsus həqiqətini qorumaqdan yorulur, ağlayaraq anasını çağırır, gücsüz halda mələfənin altında bükülərək sakitləşir.

O, çox sayda cırılmış kağızlar arasında adaya bənzəyir. Onun döşəmədə uzanmış bədəninin arxa tərəfində isə gündəlik səhifələrindən qoparılmış xaç rəsmi görünür. Həyatı kimi, kağıza həkk edilmiş şəxsi Qolqofası ​​kimi bir xaç: onun dəftərxana keçmişi, epistolyar gerçəkliyi kimi. Hətta sevimli Sofi və onun köpəyi də ağ kağızdandır! Sofi steril ağ kağızdandır, təkcə həcmdən deyil, ruhdan da məhrumdur. Təmizdir, gözəllik arzusu kimi. Ancaq soyuq və ruhsuzdur. Kağız Sofi! Və kağız həyat! Bu, gerçək həyat deyil! Sadəcə, bir illüziyadır. Baş verə biləcək, amma heç cür alınmamış bir illüziya. Həyatsa artıq keçdi...

 

Epiloq

Ölməz rus klassikasının çağdaş qiraəti salon tərəfindən yüksək qiymətləndirildi və qəbul edildi. Sürəkli alqışlar altında aktyor bir neçə dəfə izləyicilərin görüşünə çıxdı, ancaq tamamilə aydın idi ki, tamaşaçı bu dialoqun davamını eşitmək istəyir. Mövzu aktual çıxdı.

Bu səbəbdən, düşüncələrimizi belə nəticə ilə bitirmək istərdik. XIX əsrin birinci yarısında rus ədəbiyyatında meydana çıxan kiçik adam mövzusu yox oldu. O, sadəcə görüntüsünü dəyişdi və dil maneəsini keçərək Kafkanın, Kamyunun, Bekketin əsərlərinin qlobal ölçüsünə qədər böyüdü.



MƏSLƏHƏT GÖR:

404