19 Aprel 2024

Cümə, 09:24

RAMAZANIN SƏFASI

Müqəddəs ay insanların mənəvi və fiziki təmizlənməsinə imkan yaradır

Müəllif:

15.06.2018

Müqəddəs Ramazan ayı başa çatdı. Ramazan bayramı oruc zamanı insanların özlərinə qoyduğu bütün qadağaların aradan qaldırıldığı, Ramazan ayının mübarək günləri ilə vida günüdür. O mübarək günlərdə hər bir müsəlmana mənəvi cəhətdən yüksəlmək, oruc tutmaqla nəfsə qalib gəlmək, təqvaya doğru yüksəliş, ehtiyacı olanlara yardım üçün gözəl bir fürsət verilmişdi.

Ramazan bayramında müsəlmanlar bayramın ruhuna uyğun olaraq əylənməli, yeyib-içməlidir - bu mübarək gündə oruc tutmaq olmaz. Dəstəmazdan sonra, bütün dünya müsəlmanları bayram geyimlərini geyinib, camaat namazı üçün məscidə tələsirlər. Bundan sonra onlar bir-birlərini təbrik edir, qonaq gedirlər və ya bayram yeməyinə dəvət edirlər. Bayram həm də dinin ən vacib bir qaydası ilə qeyd olunur - ehtiyacı olan insanlara zəkat əl-fitr adlı zəruri bir ianə verilir. Həm də həmin gün valideynlərə, yaşlılara və xəstələrə baş çəkirlər, ölənləri xatırlayırlar, qəbir üzərində müqəddəs Qurani - Kərimdən ayələr oxuyurlar.

 

Müqəddəs gecələr

Müqəddəs Ramazanın son on günü xüsusilə əhəmiyyətlidir və bu ayın apogeyi Qədr gecəsinin (Laylat al-Qadr) gözləntisi ilə yaddaqalandır: Qüdrət və İqbal gecəsi - ən əhəmiyyətli gecədir. Həm də bu gecədə, İslama görə, Allah qarşıdan gələn il üçün insanın taleyini müəyyən edir və yazır.

Mömin müsəlmanlar səhərin ilk xütbəsini eşitmək üçün günəş doğana qədər yatmırlar. Sanılır ki, bu gecə Qurani-Kərim oxuyaraq, namaz qılaraq keçirilərsə, Allah törədilmiş bütün günahları bağışlayır, bu gecə hər bir insanın taleyi müəyyən edilir.

İslam alimləri bu gecənin " Laylat al-Qadr" adlandırılmasının bir neçə səbəbi olduğunu düşünürlər: "Onun qüdrət və ehtişamı ondadır ki, Qurani-Kərimin ilk surələri məhz bu gecə nazil olub. Bu gecə Yerə inanılmaz çox sayda mələk enir. Bu gecə Yaradanın lütfü, rəhmi və mərhəməti digər gecələrlə müqayisəyə gəlməz. Bu gecəni dua ilə keçirən mömin, Allahın lütfü ilə, çox inanılmaz ölçüdə güc və həyat enerjisi əldə edir".

Baxmayaraq ki, orucun son günlərində insan xüsusilə tükənmiş və gücsüz olur. Ancaq Qüdrət və İqbal gecəsinin intizarı möminlərə Müqəddəs Ramazan ayı oruclarını bitirmək üçün dözüm və güc verir.

Bu gecənin dəqiq tarixi bilinmir. Adətən, Ramazan ayının son 10 gününə düşür. İslam teoloqları Qədr gecəsinin xüsusi özəlliklərə malik olduğunu söyləyirlər. Bu gecə çox sakit və rahat keçir, ulduzlar düşmür, hava buludsuz və yağmursuz olur.

Onların sözlərinə görə, Qədr gecəsi müsəlmanların ürəkdən və dildən tövbə etməsi, Allahdan bütün günahlarının bağışlanmasını diləməsi üçün ən yaxşı zamandır. Bu gecə ötən günlərin, ayların səhvləri müzakirə edilir, keçmiş incikliklər bağışlanır, gələcək üçün planlar qurulur.

 

Qadağalar, yoxsa mənəvi təmizlənmə?

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda müqəddəs Ramazan ayı mayın 17-dən iyunun 16-dək keçirilir. Məlumdur ki, bu ay yeni ayın doğması ilə başlayır və hər il fərqli günlərdə düşür, çünki İslam təqvimi Ay dövrlərinə əsaslanır. Ramazan İslamda müqəddəs doqquzuncu aydır. Bu ay ərzində müsəlmanlar gündüzlər sudan və içkilərdən, yeməkdən, siqaretdən və digər zövqlərdən imtina edirlər.

Əslində, müqəddəs Ramazan ayı orucu sadəcə bir sıra qadağalar ardıcıllığı deyil. Ancaq bir çox insanlar bu dini buyuruğu məhz bu şəkildə anlayırlar. Bu səbəbdən, "oruc tutum, yoxsa tutmayım" tərəddüdü içində olanlar onun qadağalarını pozmaqdan qorxaraq oruc tutmağa cürət etmirlər.

Şübhəlilərə, sadəcə, bu cür düşünməklə səhv etdikləri, bu ayda oruc tutmağın insanın mənəvi inkişafı üçün vacib olduğu əsaslandırılmadan söylənərsə, belə bir izahat onları razı sala bilməz.

Motivasiya və özünü inkişaf etdirmək üzrə əsərlərin müəllifi, avstraliyalı Endryu Metyuz nə vaxtsa deyib ki, "biz yalnız hansısa məlumatı qəbul etməyə hazır olduğumuz zaman özümüz üçün yeni bir şey aşkar edirik. Həmin vaxt yetişməyənə qədər biz hətta sonralar bizə açıq-aydın görünən şeyləri belə görmürük".

Buna görə də Ramazan ayı ilə bağlı hər hansı bir məlumatın həmişə səmərəli bir cücərti olması çox vacibir. Onda onu qavramaq çox asan olur; sonra o, ən qatı praqmatikləri belə inandıra bilir. "Təbliğat" sözü bu gün ürküdücüdür, çünki sətiraltı mənada "əks-radikal" kimi qəbul edilir. Lakin bu təbliğat faydalıdır. Daha aydın danışaq - bu ayın fəlsəfəsi və psixologiyası indi dəbdə olan müsbət düşüncə və həyat tərzi meyli ilə uyğun gəlir. Səbəblər barədə az sonra.

 

Mənəvi rahatlığın əldə edilməsi

Müqəddəs Ramazan ayı orucuna riayət edilməsi insanları yaxşılıqlara doğru dəyişməyə məcbur edir. Bu, hər bir müsəlmanda müəyyən məqsəd və arzularla bağlıdır. Bəlkə də, ayın mahiyyəti və bir müsəlmana bəxş etdiyi imkanlar haqqında məlumat verilərkən bəziləri hansısa möcüzə gözləyirlər. Məsələn, oruc tutanlar Ramazanda boş vaxtlarının çox olduğunu söyləyirlər. Bütün bu, ona görədir ki, vaxt səhər yeməyinə, nahara, şam yeməyinə, gün ərzində çoxsaylı qəlyanaltılara və çay süfrələrinə sərf olunmur. Məşğuliyyət üçün heç bir şey olmadığı halda və ya yemək dolu masanın yanından keçdikdə yemək üçün bir şey götürməmək çox çətindir.

"Fəqət, mənim üçün oruc tutmaq yalnız yemək və içməkdən uzaq durmaq deyil, bu, həm də mənim dilimin orucudur - pis sözlər danışmamaq, qeybət etməmək, yalan danışmamaqdır, düşüncə orucu - mənfi fikirlərdən qurtulmaqdır. Əgər insan kiminsə barəsində qeybət edirsə, birinə zərər vurursa, özünü pis aparırsa, onun oruc tutmasının heç bir mənası yoxdur", - deyə hər il oruc tutan Təhminə Manafova bizimlə söhbətdə bildirir.

Teoloqlar bildirir ki, gündəlik rejimimizi dəyişdirməklə biz, həyat tərzimizi dəyişdiririk. Bəzən, bu, məqsədli şəkildə baş verir. Bəzən, bu ətraf mühitə təsir göstərir. Ramazanın unikallığı, əslində, insanların hər gün məscidlərdə və ya dostların, qohumların evlərində bir araya gəlməsindədir. Bu ayda müsəlmanların bir araya gəlməsi vəhdətə, iftar zamanları ünsiyyət yolu ilə məlumat əldə etməyə, daha yaxşı nümunələr görməyə kömək edir.

 

Daha yaxşı olmaq

Məşhur ilahiyyatçı Hacı Şahin Həsənli «R +» ilə söhbəti zamanı bildirib ki, müqəddəs Ramazan ayında oruc tutmaq Allahın buyruğudur və bu barədə Quranda ətraflı bildirilir. Allahın buyruqları isə insanın var olma ehtiyacları ilə bağlıdır. Yəni oruc insan varlığı ilə bağlıdır, bu, insanın ruhani müraciətinə Allahın cavabıdır.

"Bununla yanaşı, Ramazan ayı özü yalnız bir zaman müddəti deyil, bir rəhmət toplusu, Cənnətin maddi dünyaya enmiş bir parçası, xüsusi bir İlahi enerjidir. Buna görə də, möminlər ruhən zənginləşir və maddi cəhətdən yeniləşirlər, fanilikdən qaçmaq və dünyaya yeni gözlərlə baxmaq imkanı qazanırlar. Biz öz üzərimizdə aclığı, zəifliyi, imkanların məhdudlaşmasını hiss edirik ki, bu da imkansızları anlamağa imkan verir. Biz malik olduqlarımızı qiymətləndirməyi öyrənirik. Görürük ki, ətrafımızda nə qədər nemət var və onları öz-özünə mövcud olan kimi qəbul edirik. Bəzi instinktlərdə qadağalarla əhatələndikcə, biz özümüzü tanıyırıq, özümüz haqqında yeni şeylər öyrənirik, yeni imkanlar açırıq, insan iradəsinin nə olduğunu dərk edirik.

Biz istəsək də, istəməsək də, ən azından bir müddət istehlakçı kultundan uzaqlaşırıq, nəyi kimlə paylaşacağımız barədə düşünürük. Orucun qanunlarına tabe olaraq, biz yalnız qaydalarla yaşamağı öyrənməklə qalmırıq, həm də özümüz barədə düşünməyə fürsət əldə edirik: ətrafımızdakı dünyadan nə qədər asılıyıq, arzularımız nədir, özümüzə nə qədər sahibik? Bütün bunlar zəif cəhətləri görməyə və Allahdan onları düzəltməyə kömək istəməyə imkan verir. Bizim Kainatın qanunlarını görmək, ətrafımızdakı dünyanın mahiyyəti barədə düşünmək imkanımız yaranır. Biz bütün məhdudiyyətlərə müvəqqəti hal olaraq görürük, çünki iftar vaxtı tezliklə gələcək və bütün çətinliklər bitəcəkdir. Yəni bir ay ərzində biz yenilənirik. Bəlkə, kimsə daha az, kimsə daha çox, amma istənilən halda biz tamamilə fərqli qaydalar üzrə həyat təcrübəsi, eqoistliyin olmadığı bir həyatın təcrübəsini əldə edirik".

 

Sağlamlıq qidası

Mənəvi təmizlənmədən əlavə, oruc müddətində qidadan uzaq durmaq bədənin fiziki sağlamlığına da müsbət təsir göstərir. Ramazan ayında bir müddət fasilə əldə edir, həzm sisteminin yükü azalır, bədən kirəclərdən və toksinlərdən təmizlənir. Bu dövrdə qastrit və mədə yaralarının ağırlaşması üçün narahat olmaya bilərsiniz - əgər mədə şirəsi qida ilə zərərsizləşdirilmirsə, onu öd şirəsi yox edir, aclıq vaxtı öd fəal şəkildə şirə ifraz edir.

İslamda müqəddəs Ramazan ayında səfərdə olanlar, yaşlılar, xəstələr, hamilələr və həddi buluğa çatmayan uşaqlar oruc tutmaya bilərlər. Prinsipcə, bu, ümumi təsəvvürlərə uyğun gəlir, xəstələr müalicə edilməlidir və oruc vəziyyəti ağırlaşdırmamalıdır.

Bir çoxları sanır ki, ağır kilolu insanlar oruc tutarkən yeməyi axşam yediklərinə görə çox kökələ bilərlər. Bu baxımdan, diyetoloqların güclü arqumentı var - insan kökəlmir, çünki kalori üçün gündəlik ehtiyacını axşam saatlarında alır. Gündüzlər bu kalorini almadığı üçün, axşam saatlarında qaydalara əməl edərsə, lazım olduğundan çox qəbul etməz.

Nəzərə almaq lazımdır ki, güclü yeməklə yuxuya getmək arasında ən azı 2-3 saat keçməlidir. Burada bir daha nüans var - oruc zamanı hər axşam yeməyə bir stəkan su və ya bir xurma ilə başlamaq lazımdır. Bu təsadüfi bir ritual deyil - bu quru meyvənin kimyəvi tərkibini öyrənən elm adamları aşkar ediblər ki, onda bədən üçün 10-dan çox vacib mikroelement var. Bundan əlavə, xurma pəhriz saxlamaq üçün də faydalıdır - o iştahanın azalmasına kömək edir, uyğun olaraq insanın yeməyi tələsmədən qəbul etməsinə və gün ərzində ac qaldıqdan sonra ifrat yeməməsi üçün stimul yaranır.

Müqəddəs oruc zamanı diyetoloqlar digər quru meyvələri: qaysını, kişmişi, quru gavalını da unutmamağı məsləhət görürlər. Onların istifadəsi çox miqdarda su içilməsi ilə müşayiət olunur: məhsulların bu cür birləşdirilməsi bir tərəfdən bədəni lazımi vitaminlərlə doydurur, digər tərəfdən isə susuzluğun qarşısını alır.

Beləliklə, müqəddəs Ramazan ayı münasibətilə oruc tutmaq yalnız ruh üçün deyil, həm də bədən üçün faydalıdır. Xüsusilə də təmizlənməyə xüsusi bir ruhani köklənmə sağalma effektini gücləndirir.

 

Oruc tutan həyatdan zövq alır

Hər şeyə müsbət baxış insana çətinlikləri asanlıqla dəf etməkdə yardımçı olur. Oruc tutanlar üçün artıq bu suallar yoxa çıxır: "Nə etməli? Necə olmalı? ". Ona şübhələr və sabaha inamsızlıq əzab vermir.

Dinclik - hər kəs buna can atır. Ramazan ayında oruc tutmaq bu önəmli keyfiyyətə alışmaq üçün bir fürsətdir. Ramazan orucu nankorluqdan, qeybətdən və söyüşdən qurtularaq müsbət düşünməyə alışmaq üçün bir fürsətdir. Yalnız sakit insan müqəddəs ayda oruc tutmağın bütün lütfünü başa düşə bilər.



MƏSLƏHƏT GÖR:

478