19 Aprel 2024

Cümə, 08:03

CİSMANİ DÜNYANIN QAVRAYIŞI

İnsan və təbiət - «YAY» qalereyasındakı sərgidə təqdim olunan qarşılıqlı anlaşma

Müəllif:

01.08.2018

Təsviri incəsənət musiqi kimi ruhumuzun ən incə telinə toxunmağı bacarır, mənaların çuğlaşması və gizli fikirlər axtarışı təfəkkürümüzü ovsunlayır, onu başqa ölçüyə keçməyə məcbur edir. Bəziləri incəsənəti gözəlliyin təzahürü sayır, digərləri isə onun nümunələrinin ən yaxşılarından ilham alırlar. Bakılılara və şəhərin qonaqlarına təqdim olunan "Bədən mənzərələri" sərgisi bu iki qavrayış üsulunu özündə ahəngdar şəkildə birləşdirməklə dərin məna ilə estetik gözəlliyin sintezini yaradır. 

 

Sərgi müəlliflərinin əsas məqsədi bədən fiqurasının xarici təsviri, mülayim ton qamması və kompozisiya qabarıqlığı vasitəsilə insanın mahiyyətini göstərməkdir. 

Təbiətdə hər şey canlıdır. Allahın yaratdığı ən ali varlıq olan insan isə təbiətin ayrılmaz bir hissəsidir. Rəssamlar  Eldar Qurban, Əmrulla İsrafilov, Aida Mahmudova, Niyaz Nəcəfov, Mir Nadir Zeynalovun işləri qarşılarına qoyduqları mövzunu olduqca aydın əks etdirir. İnsan bədəninin gözəlliyi, ətrafımızdakı dünya, incəsənət vasitəsilə yaratmaq və özlərini ifadə etmək imkanı yaradıcılar üçün düşüncə qidası verir. Təbiət mənzərələri ilə insan bədəni cizgilərinin cəsarətli uzlaşdırılması, bədən cizgilərinin zərifliyinin boyalarla zəngin təbiət mənzərələrinə qarşı qoyulması İçərişəhərdə yerləşən «YAY» qalereyasında nümayiş etdirilən parlaq və mübahisəli işlərin yaranmasına gətirib çıxarıb. 

Azərbaycanın əməkdar rəssamı,  Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü, "Yeni Era" Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü, akademik Eldar Qurbanın "Yuxu" və "Ulduzlarla oynayan qız" əsərləri xüsusi diqqəti cəlb edir, bizi gündəlik həyatdan sirlər dünyasına aparır. 

"Sərgi ən xoş təəssüratlar oyadır və mən bura aldığım dəvətə görə çox minnətdaram", - deyə «R+»a müsahibəsində Eldar Qurban bildirib. 

- Əlbəttə, insan təbiətin bir hissəsidir, onlardan birinin digəri olmadan mövcudluğu mümkün deyil. "Ulduzlarla oynayan qız"  işimdə mən obrazlı şəkildə Kainatda yerləşən və ulduzlarla oyuna başı qarışmış səmavi bir qız təsvir etmişəm. İkinci əsərim "Yuxu"da isə, əksinə, dərin yuxuya dalmış gerçək bir Yer qadını təsvir etmişəm. Kətanlarımda təsvir edilən qadınların hamısı həyatdan götürülüb. Əgər obraza hansısa bir müəyyən daxili duyğular vasitəsilə daxili məzmunu ötürmürsənsə, onda portret natamam olar", - deyə rəssam bildirir. 

E. Qurbanın fikrincə, rəssamlıq Yaradanın dünya içində ən yüksək səviyyədə yaratdığı bir dünyadır. "Bu qüsursuz dünyanı yaradan Allahdır, onun sevimli bəndələri olan biz isə bu gözəlliyi öz yaradıcılığımız vasitəsilə çatdırmalıyıq. Razılaşın ki, təsviri incəsənət olmadan, həyat adi və yeknəsəq görünərdi. Buna görə də, mənim anlayışımda rəssamlar Allahın izni ilə həyatı zənginləşdirir, rəng və assosiasiyalar vasitəsilə ona öz dünya qavrayışlarını verirlər. Hər bir kətan ayrı bir dünyadır və başqasını təkrarlamamalıdır.

Sərgidə yalnız beş rəssamın əsərləri təqdim olunur. Hər birinin mövzuya öz baxışı, öz yanaşması var və buna görə də işlər maraqlıdır - hər biri özünəməxsusdur. Hər bir tamaşaçı öz zövqünə uyğun gələn və onu düşünməyə vadar edən rəssamın yaradıcılığı ilə maraqlanır. Sərginin bütün iştirakçılarına uğurlar arzulayıram ", - deyə rəssam yekunlaşdırıb. 

Uğurlu rəng təcrübəsi kimi - məsələn, otların bənövşəyi rəngdə təsvirini, qara tonlarda ulduzlu göyü və ya yaşıl palitrada ağac gövdəsini göstərmək olar. Cəsarətli, parlaq və yenidir. Bir sıra əsərlərdə izlənilən təmkinli erotizm çılpaq insan orqanlarının fraqmentlərindən ibarətdir, məsələn, rəssam Niyaz Nəcəfovun işində insan ağacla çuğlaşmış şəkildə təsvir edilib. 

"Hesab edirəm ki, ziyarətçilər mənim işlərimi özlərinə uyğun şəkildə şərh edəcəklər və bu, ən doğru izah olacaq. Axı, hər şeyin, əslində, necə olduğunu heç kim bilmir: nə mən, nə də başqa kimsə. Mən dünyanın bir hissəsində yaşayıram, Parisdə işləyirəm, Bakıda anadan olmuşam. Məni dünyanın digər hissəsində unutmadıqlarına və mənim əsərlərimi sərgidə təqdim etdiklərinə görə təşəkkür edirəm ", - deyə Niyaz Nəcəfov fikirlərini bizimlə bölüşdü.



MƏSLƏHƏT GÖR:

332