25 Aprel 2024

Cümə axşamı, 10:53

YENİ DÜNYA DÜZƏNİ?

Putinlə Trampın ilk görüşü ortaya bir çox suallar çıxardı

Müəllif:

01.08.2018

Donald Tramp ilə Vladimir Putinin ilk danışıqları gözlənildiyi kimi, hər hansı ciddi razılaşma ilə yekunlaşmayıb. Bununla yanaşı, o, yəqin ki, tarixə Amerika siyasi isteblişmentinin Ağ Ev sahibinin ünvanına presedenti olmayan sərt tənqidlərlə düşəcək. Trampa ünvanlanmış tənqidlər o qədər miqyaslı xarakter alıb ki, hətta görüşün özünü bir qədər kölgədə qoyub.

 

Tramp tənqid yağmuru altında

Rusiya və Amerika prezidentləri Qərbə, Aİ və NATO-ya can atsa da, ənənəvi olaraq neytral ərazi sayılan Finlandiya paytaxtında bir araya gəliblər. Helsinkidən reportaj verən KİV isə bu zaman tarixi paralel aparmağı unutmayıb - bura vaxtilə Mixail Qorbaçovla ata Corc Buşun da görüş yeri olub. Söhbət SSRİ-nin «soyuq müharibə»ni tam uduzması ilə nəticələnmiş görüşdən gedir.

Bu dəfə isə amerikalı politoloqların, KİV təmsilçilərinin və ekspert dairələrinin də fikrincə, görüşün birmənalı məğlubu ABŞ olub. Trampın Vaşinqtondakı əleyhdarları, əslində, prezidentin Böyük Britaniyaya səfərindən və NATO sammitindəki çıxışından sonra «qaynamağa» başlamışdı. Xatırladaq ki, həmin səfər zamanı Tramp Tereza Mey, Angela Merkel və ümumilikdə, Şimali Atlantika Alyansını tənqid atəşinə tutmuşdu. Lakin apogey Trampın Putinlə birgə keçirdiyi mətbuat konfransından sonra olub. Daha dəqiq desək, tənqidlər Donald Trampın ölkəsində 2016-cı ildə keçirilmiş prezident seçkisinə Rusiyanın mümkün müdaxiləsi və Vaşinqtonun Rusiya Baş Kəşfiyyat İdarəsinin 12 əməkdaşına qarşı elə görüş ərəfəsində irəli sürdüyü ittihamlarla bağlı sualı cavablandırmasından sonra başlayıb. Ağ Ev sahibi bu məsələlərlə bağlı belə deyib: «Prezident Putin deyir ki, bunu Rusiya etməyib. Mən anlamıram, Moskva bu işə niyə müdaxilə etsin?» Lakin sonradan Tramp Ağ Evdə verdiyi açıqlamada yanlışlığa yol verdiyini söyləyib. Guya, əslində o, «Moskvanın prosesə müdaxilə etmədiyini düşünmək üçün əsasların olmadığını» demək istəyibmiş. Tramp Amerikanın kəşfiyyat xidmətlərinə tam inandığını da əlavə edib. Lakin artıq gec idi. Üstəlik, Ağ Ev sahibi Helsinki görüşündən cəmi bir neçə saat əvvəl «Twitter» hesabında Moskva-Vaşinqton münasibətlərinin, ilk növbədə, ABŞ rəhbərliyinin «axmaqlığı və kütlüyü üzündən» korlandığını yazmışdı. Putinlə görüşdə isə o, Rusiyada bu günlərdə başa çatmış futbol üzrə Dünya Çempionatı ilə bağlı bir neçə dəfə tərif söyləyib, onu tarixin ən yaxşı çempionatlarından biri adlandırıb. Bunun özü də necə deyərlər, kifayətdir.

Bu açıqlamaları Trampın tərəfdarları tərəfindən belə, tənqid olunmasına yol açıb. Üstəlik, bu zaman fikirlərini son dərəcə aşkar söyləməkdən çəkinən yoxdur. Məsələn, MKİ-nin sabiq rəhbəri Con Brennan Trampın Helsinkidəki çıxışını «satqınlıq», şərhinisə «imbesillik» adlandırıb. Brennanın fikrincə, indi, ABŞ prezidenti «Putinin cibindədir».

Senatın xarici məsələlər komitəsinə rəhbərlik edən respublikaçı senator Bob Korker isə Trampın Putinlə görüşdə ölkəsinin xüsusi xidmət orqanlarının fəaliyyətini şübhə altına almasından məyusluğunu dilə gətirib.

Məsələyə demokratların Senatdakı rəhbəri Çak Şumer də münasibət bildirib. O, prezidenti «Putinin tərəfinə keçməkdə» təqsirləndirib. Şumer hesab edir ki, belə mövqe «səhlənkarlıq və zəiflik» olmaqla yanaşı, həm də «təhlükəlidir».

Demokrat konqresmen Adam Şiff də ABŞ prezidentinin sözlərini «qorxaqlıq, biabırçılıq» kimi xarakterizə edir, respublikaçı senator Con Makkeyn isə Trampın çıxışını «ABŞ tarixində ölkə başçılarının ən biabırçı çıxışlarından biri» sayır.

Nümayəndələr Palatasındakı demokrat azlığın lideri Nensi Pelosi əmindir ki, Helsinki görüşü «Amerika və ümumilikdə Qərb demokratiyası üçün acınacaqlı andır». Arizonadan olan respublikaçı senator Ceff Fleyk isə Amerika prezidentinin «Rusiya prezidentilə yanaşı dayanaraq, Rusiyanın təcavüzünə görə günahı ABŞ-ın üzərinə atacağına» inanmırmış.

«Donald Tramp, sən Putinin və dünyanın gözündə çox zəif göründün. Putin gücə hörmət edir», - deyə Birləşmiş Ştatların Rusiyadakı sabiq səfiri Maykl Makfol özünün «Twitter» səhifəsində yazıb.

«New York», «Washington Post» və s. kimi nüfuzlu ABŞ qəzetlərinin səhifələrində yer almış icmalçı fikirləri də sadalananlardan fərqlənmir. Onlar Trampı gah «Putinin marioneti», gah «fanat»ı, gah da «satqın» adlandırırlar.

Məsələ o yerə çatıb ki, bəzi amerikalı məmurlar Trampın Putinlə görüşündə iştirak etmiş tərcüməçisinin Konqresdə dindirilməsinin vacibliyini bəyan edib. «Onların bağlı qapılar arxasında nə danışdıqlarını bilməliyik. Bilməliyik ki, Tramp Putinə nə danışıb, nə vəd edib», - deyə Nyu-Gempşir ştatından olan senator Cin şahin, həmçinin demokrat konqresmen III Con Kennedi bildirib. ABŞ-ın hazırkı prezidentinin Rusiyanın agenti olduğuna dair fikirlərə belə, rast gəlinir. Üstəlik, onun bu işlə 1987-ci ildən məşğul olduğu deyilir. İndi Amerika KİV-i durmadan, Ağ Ev sahibinin Rusiyaya işgüzar səfərlərinin hələ 1987-ci ildə, yəni hələ Sovet İttifaqı illərində başladığını yada salır, o vaxt Trampın Rusiyada xüsusi xidmət orqanlarının müşayiəti olmadan hərəkət etməsinin mümkünsüzlüyünə diqqət çəkir.

Maraqlıdır ki, «The Wall Street Journal» qəzetilə NBC telekanalının apardığı ictimai rəy sorğusu amerikalıların yarıdan çoxunun (51%) da Trampın Putinlə görüşdəki davranışından narazılığını göstərib. Bununla yanaşı, amerikalıların 65%-i Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxilə etdiyinə inanır. Bu müdaxilənin Trampın xeyrinə olduğunu düşünənlərin sayı isə 30%-dək artıb.

Donald Trampa gəlincə, o, bütün tənqidlərə özünəməxsus reaksiya verib. Prezident məsələyə münasibətini yenə də «Twitter» vasitəsilə bildirib: «Bəziləri məni Rusiya prezidenti Putinlə münasibətlərimin yaxşı olmasını qəbul də bilmir. Onlar bunu qəbul etməkdənsə, müharibəyə başlamağı daha məqbul sayardılar. Tramp onların ağlını başından alıb». Ağ Ev sahibi fikrini belə davam etdirib: «Nə vaxt ki, guya hər şeyi satdığıma dair saxta xəbər eşitsəniz, bilin ki, mən heç nəyi satmamışam. Biz sadəcə, hər iki tərəf üçün gələcək faydalardan danışmışıq». Tramp sülh naminə siyasi risklərə getməyə hazır olduğunu, lakin daxili siyasət üzündən sülhü riskə atmayacağını bildirib. O, bütün tənqidlərə rəğmən, Putini payızda Vaşinqtona səfərə dəvət edib. Bununla da, kifayətlənməyən Tramp Konqresə payızda keçiriləcək seçkiyə rusların Demokrat Partiyasının xeyrinə müdaxilə edə biləcəyini söyləyib.

Müşahidəçilər bunu siyasi rüsvayçılıq və demokratların trollanması kimi qiymətləndirir. Konqresə aralıq seçki noyabrın 6-da keçiriləcək və onun gedişində Nümayəndələr Palatası (aşağı palata) tamamilə yenidən seçiləcək. Bununla yanaşı, həmin vaxt Senatın (yuxarı palata) 35 üzvünün seçimi də nəzərdə tutulub. Eyni vaxtda, bir sıra ştatlarda quberniya başçıları, ərazi rəhbərləri də seçiləcək. Bu seçkilərə Respublikaçılar Partiyasının heç də yüksək şansla getmədiyi düşünülür.

 

Putin yenə danışdı

Rusiyada isə Helsinki görüşünə reaksiyalar tam əksinədir. Ona hər kəs müsbət yanaşır. Üstəlik, bu, futbol üzrə uğurlu Dünya Çempionatının yaratdığı eyforiya ilə üst-üstə düşüb. «Əla, gözəl, super!» - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Mayk Pompeo ilə ayrılıqda keçirdiyi danışıqlarda sammitin nəticələrindən bəhs edərkən bildirib. Bununla da, o, əslində, Rusiyanın ümumi əhvalını ifadə edib. Əksər müşahidəçilərin fikrincə, Putinin mövqeyini bir daha ortaya qoyması üçün meydana, auditoriyaya ehtiyacı var idi və o, istəyinə nail olub. Üstəlik, Putin bunu yalnız birgə mətbuat konfransında deyil, həm də «Fox News»un məşhur jurnalisti Kris Uollesə görüşdən sonra verdiyi müsahibəsi zamanı edib. O, sonradan Putinin görüşə bir şərtlə razılaşdığını deyib - söhbət tam nümayiş olunmalı imiş (maraqlıdır ki, Uolles müsahibəsini yaydıqdan sonra məzuniyyət götürərək, xanımı ilə birlikdə… Rusiyaya yollanıb).

Putinə ünvanlanmış suallar da əsasən Rusiyanın ABŞ-da keçirilmiş seçkiyə müdaxiləsi haqda olub. Kreml sahibisə bildirib ki, «Rusiya ərazisindən ABŞ-da keçirilən seçkiyə müdaxilənin, milyonlarla amerikalının seçiminə təsir etməyin mümkünlüyünü düşünmək, sadəcə, gülməlidir». Rusiya prezidenti, yəqin ki, xüsusi prokuror Müllerin adını bilərəkdən bir neçə dəfə səhv salıb və bildirib ki, onu Dövlət Kəşfiyyat İdarəsinin əməkdaşlarından ifadə almasına razılıq verilə bilər, amma bir şərtlə ki, Rusiya Hermitage Capital Fondunun rəhbəri Uilyan Brauderə (söhbət Rusiyadan milyonlar dolların oğurlanmasından gedir) «yaxın buraxılsın». Maraqlıdır ki, Putin, nəhayət, Trampın qələbəsinin onlar üçün arzulanan olduğunu etiraf edib və bunu, hazırkı Ağ Ev sahibinin «münasibətlərin normallaşdırılması tərəfdarı kimi çıxış etməsi» ilə əsaslandırıb.

Lakin istər birgə mətbuat konfransında, istərsə də sonrakı müsahibəsində V.Putin diqqəti təkrar-təkrar bir məqama da çəkib. Rusiya liderinin sözlərinə görə, Trampın prezident seçilməsi nə Rusiyanın xüsusi xidmət orqanları, nə də şəxsən onun özü üçün bir maraq kəsb edib. Putin deyib ki, o, 2013-cü ildə Moskvaya səfər etmiş «sadəcə, milyonçu Trampı» ümumiyyətlə, tanımırmış: «Bizdə heç bir kompromat yoxdur və ola da bilməz. Cənab prezident Trampın xətrinə dəymək istəmirəm və bir qədər nəzakətsiz səslənsə də demək istəyirəm ki, o, prezidentliyə namizəd olacağını açıqlamasınadək bizim üçün heç bir maraq kəsb etməyib. Onun nə vaxtsa ABŞ prezidenti olacağı heç kəsin ağlına belə, gəlməzdi».

Uolles Putinə martda şəxsən özü tərəfindən təqdim olunmuş yeni rus silahları və əlbəttə ki, Suriya ilə bağlı da suallar ünvanlayıb. Helsinkidə keçirilən mətbuat konfransında DÇ-2018 ilə bağlı növbəti xatırlatma zamanı V.Putin haradansa mundialın topunu götürərək, həmkarına hədiyyə edib. Bununla da, o, sanki rəmzi olaraq, Suriya münaqişəsinin həllində təşəbbüsü Amerika tərəfinə ötürüb. Tramp topu qəbul edib… və onu oğluna verəcəyini söyləyib.

Cənubi Korolinadan olan respublikaçı senator Lindsi Qrem isə Donald Trampa topu «ciddi şəkildə yoxlamağı» məsləhət görüb. Prezidenti topu heç bir halda Ağ Evə aparmamağa çağıran senator deyib ki, topda «dinləmə qurğusu quraşdırıla bilər».

 

Aşkar paradoks

Beləliklə, indiki məqamda və mövcud kontekstdə Rusiya-ABŞ münasibətlərindən danışmaq çox çətindir. Həqiqətən də, görünməmiş vəziyyət yaranıb - sanki Amerika siyasi isteblişmentinin əksər nümayəndəsi Putindən çox öz prezidentindən şübhələnir, Rusiya prezidentindən çox ona kin bəsləyir. Bir tərəfdən Tramp az qala Moskva ilə əlaqələrdə, Rusiyanın xeyrinə çalışmaqda şübhəli bilinir, üstəlik, bəzən bilavasitə müttəfiqləri olan siyasətçilərdən çox Rusiya prezidentinə hörmət bəsləməkdə günahlandırılır. Digər yandan Trampa yalnız müttəfiqləri deyil, az qala ailə üzvləri tərəfindən də yağdırılan sərt tənqidlər avtomatik olaraq, Putinin xeyrinə işləyir. Ağ Ev sahibi bunu anlamaya bilməz. Halbuki Tramp administrasiyası indiyədək Kremlə heç bir məsələdə güzəştə getməyib - nə Suriya, nə Ukrayna məsələsində, nə sanksiyalarda. Bir sözlə, heç yerdə! Əksinə, Tramp «Şimal axını-2» layihəsində iştirakına g&



MƏSLƏHƏT GÖR:

363