24 Aprel 2024

Çərşənbə, 04:36

EHTİYYAT İMKANLAR

Yelena DUNAYEVA: «İranın sanksiyalar şəraitində 3 illik yaşamaq təcrübəsini unutmaq olmaz»

Müəllif:

01.08.2018

Artıq bir neçə aydır ki, İranda maddi-iqtisadi böhranla əlaqədar mütəmadi etiraz aksiyaları keçirilir. Yaranmış vəziyyətdən çıxış yollarının axtarışı çərçivəsində bələdiyyə üzvlərinin, idxal-ixrac şirkətləri rəhbərlərinin həbsinə də başlanılıb. Saxlanılanlar korrupsiya hallarında təqsirləndirilir. Lakin ehtirasları yatırmaq cəhdləri daha çox günahı kiminsə üzərinə atmaq istəyinə bənzəyir. Tehranın baş prokuroru Cəfəri Dolatabadi ad çəkməsə də, onlarla saxlanılan şəxsin hərbi prokurorluğa aparıldığını bildirib.

Maraqlıdır ki, saxlanılanlar arasında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) kimi elit birliyin hərbçiləri də var. Onlar 10 ildən artıqdır ki, Tehran bələdiyyəsində hökmranlıq edir. Keçmiş polis komandiri Məhəmməd Baker Kalibaf da həbs olunub. Hökumət korrupsiya sxemində iştirak etmiş hər bir şəxsin, arxasında kimin dayanmasından asılı olmayaraq, cəzalandırılacağını bildirir. Bəzi analitiklərsə İranda sistem böhranının yarandığını düşünür. Onların fikrincə, İİKK ilə bağlı qalmaqal gözlənilməz dəyişikliklərin sadəcə, başlanğıcıdır.

Rusiya Milli Elmlər Akademiyasının Yaxın və Orta Şərq Ölkələrinin Öyrənilməsi Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Yelena DUNAYEVA «R+»a müsahibəsində Azərbaycanın cənub qonşusunda nələrin baş verdiyi haqda danışıb.

- İranda etiraz dalğası azərbaycanlıların yaşadığı Şərq əyalətlərinə, ərəblərin məskunlaşdığı Bəndər-Abbasa və digər şəhərlərədək gedib çıxıb. İqtisadi vəziyyətdən narazılıq SSRİ dövründə olduğu kimi, milli məsələyə çevrilə bilərmi?

- Bu regionlarda narazılığın əsas məğzi güclü quraqlığın və qum burulğanlarının yaratdığı ekoloji problemlərlə bağlıdır. Bütün bunlar ciddi su çatışmazlığına, xüsusilə içməli su qıtlığına səbəb olub. Bu regionlarda ekoloji problem, əslində, yeni deyil. Onlara əvvəllər də rast gəlinib. Sadəcə, quraqlıq üzündən son günlər onlar daha ciddi xarakter alıb. Bu regionlarda əhalinin əksəriyyəti ərəb olsa da, etnik amil etirazlarda əsas məqam deyil. Maraqlıdır ki, İran mətbuatı quraqlığı Fars körfəzindəki qonşu dövlətlərin İrana doğru hərəkət edən buludları «dağıtması» ilə əsaslandırır. Əslində, isə İranda çayların quruması, su resurslarından istifadə sistemilə çoxdan məşğul olmurlar. Ölkədə çox sayda su kanalı, bənd tikilib və bütün bunlar əsas su mənbəyi olan Karun çayına son dərəcə mənfi təsir göstərib. Nəticədə, ölkənin cənub regionlarında ciddi su qıtlığı yaranıb.

Ekoloji problemlər İranın cənub-şərqində, Bəlucistan əyalətində də kəskinləşib. Yayın çox isti keçməsi üzündən bəzi şəhərlərdə elektrik enerjisi belə kəsilir. Bu, müxtəlif növ məhsulların istehsalına da mənfi təsir göstərir. Məsələn, toyuqçuluq təsərrüfatı yaranmış vəziyyətdən əziyyət çəkir.

Tehranda, İsfahanda, Kermanşəhrdə və digər şəhərlərdə isə etirazlar və tətillər, ilk növbədə, milli valyutanın devalvasiyası, ölkədə iqtisadi vəziyyətin ağırlaşması ilə əlaqədardır.

- İranda defolt və hiperinflyasiya ehtimalı varmı? Real kosmik sürətlə ucuzlaşır. Milli valyutaya inam o qədər azalıb ki, azərbaycanlıların yaşadığı əyalətlərdə və Gilan regionunda Azərbaycan manatı İran valyutası ilə bərabər istifadə olunur…

- Realın devalvasiyası artıq üçüncü aydır ki, davam etsə də, rəsmi məlumatlarda inflyasiya səviyyəsinin 10%-dən artıq olmadığı deyilir. Mahmud Əhmədinejadın prezidentliyinin son ilində inflyasiya 30%, Ruhani hökumətinin fəaliyyətə başladığı ilk dövrlərdə isə az qala 40% idi. Odur ki, İranın hələ ehtiyyat imkanları çoxdur.

- Bəs, böhranın səbəbi nədir? Bəziləri deyir ki, problem islam dövlətinin iqtisadi sistemindədir. Digərlərinin fikrincə, bu vəziyyəti Suriya və Yəməndəki şiə silahlı dəstələrinin saxlanılmasına külli miqdarda pulun xərclənməsi yaradıb

- Həsən Ruhani hakimiyyəti 2015-ci ildə nüvə proqramına dair razılaşmanı imzalayan zaman ölkəyə əhəmiyyətli dərəcədə investisiyanın, yeni texnologiyaların gələcəyinə ümid edirdi. İran razılaşmada üzərinə götürdüyü öhdəliklərə əməl də etdi. Bu, uranın zənginləşdirilməsinə, sentrifuqaların sayının azaldılmasına, işlənilmiş nüvə yanacağının ölkədən çıxarılmasına və s. aiddir. Lakin Avropa ölkələri ABŞ-ın təzyiqi nəticəsində öhdəliklərinə əməl etmədi. Halbuki onlar İranı informasiyaların ötürülməsi və ödəmələrin həyata keçirilməsi üzrə beynəlxalq banklararası sistemə (SWIFT) qoşmalı idilər.

Bu gün İran Qərb banklarındakı pullarından bütün beynəlxalq bank mexanizmlərilə istifadə edə bilmir. MAQATE-nin Tehranın öhdəliklərə əməl etdiyini açıqlamasına baxmayaraq, heç də bütün Qərb şirkətləri İran iqtisadiyyatına investisiya qoymur. Bu da Vaşinqtonun təzyiqilə baş verir.

Beləliklə, Ruhani hökumətinin ölkəyə böyük həcmdə Qərb kapitalının axması planı baş tutmayıb. Bu üzdən də, başqa yolların tapılması zərurəti yaranıb. Onun əldə etdiyi yeganə nailiyyət neft emalı və ixracının həcmini sanksiyalardan əvvəlki həddə çatdırmaq olub. Söhbət günlük 3,8 milyon bareldən gedir. Amma indi neftin qiyməti də 2010-2011-ci illərlə müqayisədə çox düşüb. İran bunu nəzərə almayıb. Halbuki dövlət büdcəsinin 60%-i məhz neft satışından gələn gəlir hesabına formalaşır. İndi Tehran qeyri-neft sektorunu inkişaf etdirməyə çalışır. Lakin neft gəlirlərilə müqayisədə, bu sahədə ixrac xeyli azdır.

Nazirlər Kabinetinin də hesablamalarında çox yanlışlıqlar olub. Suriya və Yəməndəki iranpərəst qüvvələrin dəstəklənməsinə gəlincə, iqtisadi böhranda bu xərclərin əhəmiyyətli rolu yoxdur. Böhran hökumətin yanlışlıqlarından yaranmış kompleks problemdir - korrupsiyadan tutmuş, kapital axınına, daxili bazarda valyuta satışında yol verilən manipulyasiyalara və sair.

- Fikrinizcə, Tramp dünya bazarlarında İran neftinin satışını əngəlləyə biləcəkmi? ABŞ noyabrda İran neftini alan ölkələrə sanksiya tətbiq etmək niyyətindədir. Bu halda İranın aqibəti necə olacaq?

- Vaşinqtonun bunu bacaracağını düşünmürəm. İlk növbədə, qərbin İran neftin sanksiyalar tətbiq etdiyi 2013-2016-cı illərdə İranın 3 illik yaşam təcrübəsini unutmaq olmaz. Onun əsas neft alıcıları Çinlə Şimali Koreyadır. ABŞ bu ölkələri, çətin ki, fikrindən daşındıra bilsin. O, sadəcə, neftə görə ödəmələri izləyə bilər. Tehran Çindən ödənişi yuanla alır. Türkiyə də də nefti İrandan çəkilmiş boru xətti vasitəsilə əldə etmək niyyətindədir. Bundan başqa, kredit və barter məsələləri də var. Yəni ABŞ neft alqı-satqısını tam müəyyənləşdirə və əngəlləyə bilməz.

- İranda nəhəng sosial proqramlar icra olunur. Ölkədə müəllimlər, aztəminatlı ailələr müxtəlif güzəştlərdən, sosial yardımlardan yararlanır. Ali dini liderin nüfuzu da əsasən əhalinin bu sosial dəstəyi hesabınadır. Dövlət bu sosial yükü çəkə bilməzsə, bu, dini rəhbərliyə necə təsir göstərə bilər?

- Həqiqətən də, İran əhalisinin, təxminən, 80%-i bu və ya digər formada sosial yardımdan, dotasiyadan yararlanır. Dövlət əhaliyə 2008-ci ildən banklar vasitəsilə ünvanlı maddi yardım göstərir. Bu yardımı alan insanların sayı-hesabı yoxdur. İndisə dotasiya alan əhalinin sayının azaldılması məsələsi gündəmdədir. Amma parlament, hələ ki, hökumətin bu planını təsdiqləməkdən imtina edir. Maraqlıdır ki, ünvanlı yardımın göstərilməsi zamanı ailələrin gəlir səviyyəsi nəzərə alınmır. Yəni şəxs yardım almaq istəyirsə, hökumətə ərizə ilə müraciət edir və onun bankdakı hesabına ən azı 40 dollar köçürülür.

İndi sosial proqramın yüksək gəlirli ailələrə yardımın kəsilməsi hesabına ixtisarı müzakirə olunur. İran hökuməti, yəqin ki, sosial dəstək sisteminə yenidən baxmalı olacaq. Yeri gəlmişkən, bu yardımların böyük bir hissəsi İslam fondları vasitəsilə köçürülür. Söhbət 1979-cu il İslam inqilabından sonra şah ailəsi və yaxın ətrafına aid mülkiyyəti ələ keçirmiş fondardan gedir. Bu gün İranda bu fondların yüzlərlə müəssisəsi var - kənd təsərrüfatından tutmuş, aviaşirkətlərə və digər kommersiya strukturlarınadək. Onlar nizamnamələrinə əsasən, gəlirlərinin bir hissəsini ölkə daxilində xeyriyyəçiliyə xərcləyir. Bu fondlar xaricdə yaşayan müsəlmanlara da yardım edir. Bundan başqa, islam vəqfləri də var. Onların ən böyüyü İmam Rza vəqfidir. Onun din alimləri tərəfindən yaradılmış fondları da iqtisadi fəaliyyətlə məşğuldur və xeyriyyəçilik məqsədilə pul xərcləyir. Ölkədə hörmətli dini lider Xameneinin və digər ayətollaların adına vergi də toplanır. Ehtiyacı olan hər bir şəxs bu fondların dəftərxanasına və ya dini liderə müraciət etməklə, yardım ala bilər.

Bir sözlə, hələlik sosial dəstək üçün maliyyə var. Hər şey hökumətin Qərb banklarındakı vəsaiti çıxara bilib-bilməyəcəyindən asılıdır. Hökumət bir neçə milyon avroluq pulunu ala bilmək üçün Almaniyaya müraciət edib. Bu, bir nümunədir. Görək, Aİ ölkələri ABŞ-la həmrəylik göstərəcək, yoxsa İranla əməkdaşlığı davam etdirəcək…

- İran Hörmüz boğazını bağlayacağına dair hədələr səsləndirir. Onun buna gücü çatarmı?

- Nəzəri baxımdan Tehran bunu edə bilər. Orada keçid cəmi 40 kilometrdir və 3 adada İran Hərbi Dəniz Qüvvələrinin bazaları var. İran istəyərsə, oradan keçən tankerləri və digər gəmiləri atəşə tuta bilər.

- Bəs, etirazlara cavab olaraq İranın ictimai həyatda liberal islahatlara getməsi mümkündürmü? Məsələn, qadın hüquqları, gənclər və sair məsələlərdə.

- Ruhani hakimiyyəti ölkənin liberallaşmasına tərəfdardır. Bu, İranın bütün problemlərinin həlli üçün yeganə yoldur - istər sosial-iqtisadi, istərsə də siyasi sahədə. Məsələ ondadır ki, hakimiyyət müvəqqəti gedişlərlə etirazın artmasını sadəcə, hansısa müddətə gecikdirə bilər. Sonda etirazlar mütləq olacaq. Hələlik şəhər ziyalıları, milli burjuaziya küçələrə çıxmayıb. Etiraz edənlər yoxsullar, maddi durumu ağır olanlardır. Rejimin sərtləşdiriləcəyi təqdirdə, küçələrə daha ağıllı təbəqə və təhsilli orta sinif də çıxacaq. Bu zaman etiraz aksiyaları daha kütləvi xarakter alacaq.

Yeri gəlmişkən, İran KİV-nin ölk<span lang="EN-US" style="font-size: 10.0pt; font-f



MƏSLƏHƏT GÖR:

476