23 Aprel 2024

Çərşənbə axşamı, 18:45

İNAM SƏVİYYƏSİ

Ermənistanla Rusiya arasında inamsızlıq və qarşıdurma ritorikasının gücləndiyi bir vaxtda Fransa ilə Azərbaycan daha da yaxınlaşır

Müəllif:

01.08.2018

Yay tətilinin gəlişi ilə ənənəvi olaraq beynəlxalq fəallıq azalsa da, Prezident İlham Əliyevin diplomatik qrafiki iyulda son dərəcə zəngin olub. O, ay ərzində Bakıda türkiyəli həmkarı, ölkəsində keçirilmiş prezident seçkisində inamlı qələbə qazandıqdan sonra ilk xarici səfərlə Azərbaycana gəlmiş Rəcəb Tayyib Ərdoğanı qəbul edib, daha sonra Brüsseldə NATO sammitinə qatılıb, elə oradaca Avropa İttifaqı rəhbərliyilə danışıqlar aparıb. İyulun 17-18-də İ.Əliyev Bakıda İtaliya prezidenti Sercio Mattarellanı qəbul edib, 19-20 iyulda isə özü Fransada səfərdə olub.

İlham Əliyev Parisdə siyasətçilər və dövlət xadimlərilə, həmçinin işgüzar dairələrin nüfuzlu nümayəndələrilə vacib görüşlər keçirib. Fransa parlamentində də olan dövlət başçısı orada Senatın sədri Jerar Larşe və Milli Assambleyanın rəhbəri Fransua de Ryuji ilə Azərbaycan-Fransa münasibətlərinin inkişaf etdirilməsi mövzusunda məsləhətləşmələr aparıb.

İlham Əliyevin səfərinin işgüzar tərəfi çox dolğun keçib. Bunu istər danışıqların aparıldığı nümayəndə heyətlərinin tərkibinə, istərsə də müzakirə olunmuş layihələrə aid etmək olar. Prezident Parisdə Fransanın 11 nəhəng transmilli şirkətinin rəhbərlərilə danışıqlar aparıb. Onların arasında SADE, «Iveco France», CIFAL, «Thales International», «SUEZ Group», «Rothschild and Co.», «Wilmotte & Associés Architectes», həmçinin Azərbaycanın köhnə tərəfdaşlarından olan «Total» neft konserni və dünyada sərnişin daşımaları sahəsində liderlərdən sayılan «Airbus» da olub.

İlham Əliyevin hərbi-sənaye sahəsində çalışan NAVAL qrupunun sədri və baş direktoru Erve Qiyu ilə görüşü də KİV-in diqqətini xüsusi çəkmiş məqamlardandır. Bundan başqa, Azərbaycan Prezidentinin «Rothschild and Co.»nun direktoru Devid de Rotşild ilə görüşündə qarşı tərəf Bakı ilə əməkdaşlığı genişləndirmək niyyətini dilə gətirərək, babasının ötən əsrin əvvəllərində, inqilabdan əvvəl Bakıda çalışdığını xatırladıb. Rotşildlər uzun illərdir beynəlxalq maliyyə işində aparıcı rol oynayır. Fransanın hazırkı prezidenti Emmanuel Makron da siyasətə gələnədək məhz Rotşildlərin bank strukturunda çalışıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Fransa biznes elitası ilə görüşləri və aparılmış danışıqlar konkret nəticələr də verib. Tərəflər ümumi dəyəri 2 milyard avrodan çox olan sazişlərə imza atıb. Məsələn, «Azərsu» ASC ilə «SUEZ Group» arasında operativ təlim, know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2 nömrəli Əlavə, həmçinin Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyyət Sazişi imzalanıb.

İmzalanmış digər sənədlər: “Azərkosmos” ASC ilə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi; “Azərbaycan Hava Yolları” QSC ilə “Thales” şirkəti arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı haqqında Anlaşma Memorandumu; “Azərbaycan Hava Yolları” QSC, “Modern Construction Group”, “Thales” şirkəti arasında Heydər Əliyev Beynəlxalq Aeroportu üçün radiolokasiya sisteminin quraşdırılması müqaviləsi və s.

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın dövlət başçısı Emmanuel Makron tərəfindən Yelisey sarayında qəbul edilib. Tərəflər arasında məzmunlu danışıqlar olub. Onlar Azərbaycan-Fransa münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət və s. sahələrdəki inkişafından bəhs ediblər. Siyasi mövzular arasında Azərbaycanın Aİ ilə əlaqələri, Cənub Qaz Dəhlizinin reallaşdırılması kontekstində enerji təhlükəsizliyi məsələsi də müzakirə olunub. Əlbəttə ki, tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. İ.Əliyev Azərbaycanın münaqişə ilə bağlı mövqeyini detallarınadək açıqlayıb, Makronun ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın prezidenti kimi, sülh danışıqlarının inkişafında bilavasitə işitirak edəcəyinə ümidini dilə gətirib.

Səfərin sonunda Yelisey sarayında İlham Əliyevin şərəfinə nahar təşkil olunub.

İ.Əliyevin Fransaya Qarabağ probleminin nizamlanması prosesində fəallığı artırması çağırışı Paris tərəfindən qəbul olunub. Hər halda, Yelisey sarayının yaydığı kommunikedə deyilir: «İki ölkə prezidenti Dağlıq Qarabağ münaqişəsilə bağlı fikir mübadiləsi aparıb. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi, regionda uzunmüddətli sülhün əldə olunmasına görə xüsusi məsuliyyət daşıyır. Fransa prezidenti bildirib ki, o, münaqişənin region xalqlarının marağına uyğun uzunmüddətli sülhə nail olunmasının yeganə yolu - sülh danışıqları əsasında çözülməsi üçün səylərini davam etdirəcək».

Kommunikedə bildirilir ki, Emmanuel Makron Azərbaycan və Ermənistanın XİN başçıları arasında iyulun 11-də Brüsseldə baş tutmuş görüşü alqışlayır: «Fransa prezidenti vəziyyəti diqqətdə saxlayacaq, Paris münaqişənin həllində irəliləyişə nail olunması üçün rusiyalı və amerikalı həmsədrlərlə birlikdə bütün təşəbbüsləri irəli sürəcək».

İlham Əliyevin Fransaya səfəri Parislə Bakı arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, iqtisadi-ticari və mədəni əməkdaşlığın inkişaf etdiyini təsdiqləyib. Azərbaycanla Fransa münasibətləri bərabərhüquqluluq, qarşılıqlı maraqların nəzərə alınması əsasında qurur. Münasibətlər məhz bu prinsiplər əsasında dərinləşir, konkret məzmun qazanır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəniyyət və təhsil layihələri Bakı-Paris münasibətlərinə xüsusi hərarət qatır. Belə layihələr arasında Fransanın tarixi abidələri olan Versal, Strasburq Kafedral Kilsəsi, həmçinin Normandiyada yerləşən kilsələrin bərpası, Luvra yardım, Fransız liseyinin fəaliyyəti, Bakıdakı Azərbaycan-Fransa Universiteti, həmçinin Fransada müntəzəm keçirilən Azərbaycan mədəniyyəti günləri, Azərbaycanda təşkil olunan Fransa incəsənət sərgiləri var.

Sadalananlar Azərbaycanla Fransanın getdikcə, daha yaxın olduqlarını təsdiqləyir. Bütün bunların Ermənistanda aşkar narahatlıqla qarşılanması isə təəccüblü deyil. Bəzi erməni KİV-i Azərbaycan Prezidentinin Paris səfərinə dair məqalələrini narahatlıq saçan başlıqlarla təqdim edib. Yazırlar ki, «Ermənistan Fransanı itirir», «ənənəvi olaraq ermənilərə himayədarlıq etmiş bu Avropa fövqəldövlətilə münasibətlər təhlükə altındadır» və s. Fikrimcə, bu, jurnalistlərin şişirtməsindən başqa bir şey deyil. Çünki ermənilərin Fransadakı lobbisi hələ də çox güclüdür. Lakin Ermənistanın yeni hakimiyyətinin kriminal-oliqarx rejiminin «məxməri» yolla devrilməsindən sonra Qərbdən (ilk növbədə, Fransa, Aİ və ABŞ-dan) ölkəyə maliyyə axınının başlayacağına dair xülyaları da xülya olaraq qalır. İrəvanın bundan sonra Qarabağ münaqişəsi kontekstində onlara dəstəyin artacağına olan ümidləri də əriməkdədir. Bu məsələdə yeni hakimiyyətə müsbət yanaşan KİV-də belə, Paşinyan və silahdaşları səriştəsizlikdə, yüngüllükdə təqsirləndirilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə nəticəsiz səfəri də bunun təsdiqidir. Səfər zamanı Paşinyanın ünvanına komplementlər səsləndirilsə də, o, evə əli boş yola salınıb - baş nazir Avropadan əlavə maddi yardım ala bilməyib.

Bu arada Ermənistan-Rusiya münasibətlərində də geriləmə müşahidə olunur. Paşinyan Rusiya-Ermənistan ittifaqına sadiqliyini, ölkəsinin geosiyasi istiqamətini Aİİ ilə KTMT-dən Aİ və NATO-ya tərəf çevirməyəcəyini nə qədər təkrarlasa da, bu vədlər Paşinyanın hökumətə yığdığı kadr heyəti və onun Qərbdən dəstək almaq üçün göstərdiyi səylərlə uyğun gəlmir. Paşinyanın Brüsseldə səsləndirdiyi qeyri-müəyyən, birmənalı olmayan bəyanatı da Moskvanın şübhələrini aradan qaldırmayıb. O, Brüsselə səfəri zamanı bildirib ki, «Ermənistan üçün demokratiya xarici siyasi istiqamət yox, sistem dəyəridir».

Tərəflər arasında yaranmış qarşılıqlı inamsızlıq və qıcıq Şirak vilayətinin Panik kəndində baş vermiş insidentlə, sanki, «partlayıb». Səbəb Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının hərbçilərinin yerli sakinlərə xəbərdarlıq etmədən təlim keçirməsidir. Boş güllələrin də atıldığı təlim kəndlilərin qorxmasına səbəb olub və onlar rusiyalı hərbçiləri sözün əsl mənasında mühasirəyə alaraq, onlara aşkar etiraz etməyə başlayıb. Hərbçilər kəndlilərdən üzr istəyib və hər kəs insidentin bitdiyini düşünüb. Çünki hadisə zamanı sakinlərə və onların mülklərinə hər hansı zərər də dəyməyib. Lakin ölkənin baş naziri Nikol Paşinyan, deyəsən, baş verənləri Moskvaya narazılığını ifadə etmək üçün yaxşı bəhanə kimi qiymətləndirib. O, insidenti «Ermənistan-Rusiya münasibətlərinə və ölkənin suverenliyinə qarşı təxribat» adlandırıb. Baş nazir günahkarların aşkarlanaraq məsuliyyətə cəlb olunmasının vacibliyini bildirib.

Nəticədə, rusiyalı hərbçilər əlavə izahat vermək məcburiyyətində qalıb və bir daha üzr istəyib. 102-ci bazanın komandirisə Ermənistanın müdafiə naziri Tonoyanla görüşdə tədbirin əvvəldən planlaşdırıldığını, baza komandanlığının Ermənistanın müvafiq orqanlarına bu haqda lazımi qaydada məlumat verdiyini deyib. Lakin təlimin yeri seçilən zaman sakinlərə narahatlıq yaranacağının nəzərə alınmadığını etiraf edən komandir gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini söyləyib.

Bundan sonra Rusiya-Ermənistan münasibətlərinin nə cür inkişaf edəcəyini söyləmək çətindir. Paşinyanın Rusiya ilə ittifaqa sadiqlik haqda dedikləri, sadəcə, sözdür. Belə bəyanatları vaxtilə Mixail Saakaşvili də az səsləndirməyib. Lakin onun hakimiyyətinin bu kontekstdə nə ilə nəticələndiyi hər kəsə bəllidir.

Görünən odur ki, Moskvanın Ermənistanın yeni hakimiyyətinə inamsızlığı davam edir. Bunu səsləndirilən bəyanatlar, KİV-də yer alan məqalələr də təsdiqləyir. Rusiyanın ən məşhur KİV-i Paşinyanın Brüssel səfərilə bağlı mənfi fikirlər dərc edir, onu Ermənistanı «Ukraynanın yolu» ilə aparmağa çalışmaqda «şübhəli bilir». Bəzi rusiyalı deputatlar, ekspertlər, hətta ermənilərə simpatiyasını gizlətməyənlər belə, İrəvana xəbərdarlıq etməyi lazım bilir.

Bu arada Paşinyanın «Exo Moskvı» radiosuna müsahibəsində səsləndirdiyi yaltaqlığına da Rusiyanın nə siyasi dairələrindən, nə generalitetindən reaksiya gəlib. O, deyib: «Mən və bütün ermənilər, bütün Ermənistan əmindir ki, Rusiyanın regionumuzda yeni gərginliyə imkan verməmək, Azərbaycanın Ermənistana, Qarabağa hücumunu əngəlləmək üçün bütün imkanları var. Strateji tərəfdaşımızın, əsrlərdir qardaşımız, dostumuz olan dövlətin müharibəyə imkan verəcəyinə inana bilmərəm. Buna inanmağım mümkün deyil».

Bütün bunların fonunda yeni ildən Ermənistanda qaz və neft məhsullarının bahalaşacağı bəyan olunub. Bu qiymət dünya bazarlarında az qala 2 dəfə artıb və Moskva «özgəsinin hesabına yaşayan» Aİİ üz



MƏSLƏHƏT GÖR:

413