29 Mart 2024

Cümə, 03:13

HƏMFİKİRLƏRLƏ DANIŞIQLAR

ABŞ və AB yeni ticarət münasibətləri qurmağa çalışırlar

Müəllif:

15.10.2018

Oktyabrın 24-də Ottavada 13 ölkənin və Avropa Birliyinin (AB) nazirləri toplaşaraq Dünya Ticarət Təşkilatının (DTT) gələcəyini müzakirə edəcəklər. Kanadanın ticarət naziri Cim Karr deyib ki, bu görüşdə yalnız "qaydalara əsaslanan sistemin beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olduğuna" "inanan həmfikirlər" olacaq. Müzakirələrdə AB və Kanadadan başqa Avstraliya, Braziliya, Çili, Yaponiya, Keniya, Cənubi Koreya, Meksika, Yeni Zelandiya, Norveç, Sinqapur və İsveçrə də iştirak edəcək.

ABŞ bilərəkdən dəvət edilməmişdi. Cim Karrın sözlərinə görə, onun dəvət etdiyi ölkələr qrupu Vaşinqtonu DTT-nin gələcəkdə də faydalı ola biləcəyini əmin etmək istəyir, amma indiki zamanda irəliyə ən yaxşı yol ABŞ-ın iştirakı olmadan keçirməkdir. Çin və Rusiya da dəvət olunanlar arasında olmayıb.

 

"Zəhərli həb"

Maraqlıdır ki, Ottava məcburi olaraq Amerika Birləşmiş Ştatları, Meksika və Kanada (USMCA) arasında yeni müqavilə getməli olduğu ayda Vaşinqtonu başa salırlar ki, onun hərəkətlərinin ədalətli ticarətə və beynəlxalq səviyyədə tanınmış qaydalara heç bir dəxli yoxdur. İqtisadiyyatları ABŞ-a ixracatdan çox asılı olan Meksika və Kanada Amerika rəhbərliyinin təzyiqinə qarşı çıxa bilmədilər, çünki ABŞ onları yüksək maneə rüsumları və 1994-cü ildən qüvvədə olan köhnə NAFTA müqaviləsindən çıxmaq ilə təhdid edib.  

Tramp administrasiyasının özü də etiraf edir ki, qəbul etdiyi kimi, USMCA müqaviləsində digər ölkələrlə də müqavilələr üçün şablon kimi xidmət edəcək müddəalar var. USMCA-ya onlar yalnız hüquqi presedent yaratmaq üçün daxil ediliblər.

Məsələn, "valyuta manipulyasiyalarına" görə, yəni ixracı stimullaşdırmaq üçün valyuta məzənnəsini qəsdən aşağı salmağa görə sanksiyalar nəzərdə tutulur. Əvvəllər beynəlxalq ticarət sazişlərində belə şey yox idi. Əlbəttə, Kanada və Meksika ilə bağlı bu, heç vaxt müşahidə edilməyib. Lakin Amerika Birləşmiş Ştatları dəfələrlə Yaponiyanı yenanın məzənnəsi ilə manipulyasiya etməyə görə günahlandırıb və bunu mühakimə etmək cəhdləri uğursuz nəticələnib.  

Müqavilənin bir maddəsi var ki, ABŞ ticarət naziri Uilbur Ross onu "qeyri-bazar iqtisadiyyatlı ölkə" ilə azad ticarət müqaviləsi bağlamağa çalışanlar üçün "zəhərli həb" adlandırdı. Birmənalı şəkildə Çinə işarə edir. Bu bənd belə bir ölkə ilə müqavilənin pozulmasını nəzərdə tutur.

Hələ ki, Tramp administrasiyası yalnız ABŞ-dan güclü asılı olanlarla azad ticarət sazişlərinin yeni versiyasını bağlayıb - Cənubi Koreya ilə 25 sentyabrda, Meksika və Kanada ilə 1 oktyabrda imzalayıb. Yaponiya və Avropa ilə danışıqlar üçün isə hazırlıqlar aparılır.

 

Tarif savaşına son  

İyul ayında ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bir-birinə tarif müharibəsini davam etdirməkdən çəkinməyə və ticarət maneələri aradan qaldırmağa söz verdilər. Aralıq addım olaraq, Avropa Birliyi ABŞ-dan sıxılmış təbii qazın idxalı üçün terminalların tikintisi və soya idxalının artırılması əvəzində ABŞ-ın avtomobil və avtomobil hissələri idxalına tarifləri artırılmasına mane olmağı bacardı. Bəziləri bu müqaviləni "razılaşma olmadan razılaşmaq sənəti" adlandırdılar - AB özünün etməyə artıq qərar verdiyini təklif etdi. Bunun əvəzinə, ABŞ hələ etmədiyi şeyi etməməyə razılıq verdi.

İyul anlaşması qeyri-avtomobil sənayesi məhsulları tariflərini, xidmət, əczaçılıq, kimya və tibb məhsulları ilə, soya taxılı ilə ticarəti, həmçinin DTT islahatlarını əhatə edir. Bununla yanaşı, işçi qrup ticarətə dəstək üzrə qısamüddətli tədbirləri müəyyən etməlidir, həmçinin AB və ABŞ arasında mövcud tarifləri qiymətləndirməlidir.

İki prezidentin razılığını təmtəraqla ikitərəfli münasibətlərdə sıçrayış adlandırmağa başladılar, ancaq hadisələrin sonrakı gedişatı göstərdi ki, hər şey heç də ilk baxışda ABŞ administrasiyasına göründüyü kimi sadə deyil.

Birincisi, səlahiyyətlərinə xarici ölkələrlə ticarətin tənzimlənməsi də daxil olan Konqres yeni prezidentə NAFTA-nın yenidən baxılmasından başqa, əlavə olaraq, yeni müqavilələr üzrə danışıqlar aparmaq hüququ prezidentə verməmişdi. ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer yalnız bu yaxınlarda AB ilə gələcək ticarət müzakirələri mövzusunda Konqreslə müzakirələrə başlayıb.

Məlumatlardan belə görünür ki, Konqres buna yalnız son nəticənin mal və xidmət qiymətlərinin liberallaşdırılması, intellektual mülkiyyətin və sərmayələrin qorunması, standartların tənzimlənməsi və ya qarşılıqlı tanınması və s. daxil olan tammiqyaslı azad ticarət sazişi olduğu halda razılaşacaq.

Amma Avropa buna getməyəcək. 2016-cı ildə o, Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığını (TTİT) blok edib və hələlik ona geri dönmək fikri yoxdur. Fransa prezidenti Emmanuel Makron, məsələn, bəyan edib: "Yaxşı biznes danışıqları yalnız bərabərhüquqluluq, qarşılıqlılıq əsasında həyata keçirilə bilər və heç bir halda təhdidlərə əsaslanmamalıdır. Mən TTİT kimi geniş ticarət razılaşması üzrə danışıqlara başlamağın tərəfdarı deyiləm, çünki vəziyyət buna icazə vermir".

Artıq AB daxilində Trans-Atlantik tərəfdaşlığına qarşı ciddi müxalifətlə üzləşən Avropa liderləri təkid edirlər ki, yalnız əmtəə rüsumlarına yönəldilən daha dar bir ticarət sazişindən söhbət gedə bilər. Avropa vətəndaşları TTİT-ə Avropa qida və ekologiya standartlarını pozmaq üçün Amerikadan göndərilmiş Troya atı kimi baxırlar.

İkincisi, Avropa açıq şəkildə bəyan edir ki, Tramp administrasiyasının sərbəst ticarət üzrə Şimali Amerika sazişinə yenidən baxmaq üçün seçdiyi təzyiq taktikası bazar həcmi ABŞ-dan heç də aşağı olmayan Avropa ilə danışıqlarda keçməyəcək, çünki Avropanın Meksika və Kanada kimi ABŞ-a ixrac asılılığı yoxdur.

AB-nin ÜDM-i ABŞ-ın 19,4 trilyon dollara bərabər ÜDM ilə müqayisə oluna bilər - 17,7 trilyon dollara barəbarədir. 2017-ci ildə Vaşinqton və Brüssel arasında ticarət dövriyyəsi 726 milyard dollar təşkil edib və bu, Avropa İttifaqının ümumi ticarət dövriyyəsinin yalnız 16,9%-ni təşkil edir. Müqayisə üçün, Kanada ixracatının 74%-ni Birləşmiş Ştatlara edir.

Bununla yanaşı, Trampın xarici ticarət kəsirini azaltma cəhdlərinə baxmayaraq, ABŞ-ın AB ilə mənfi ticarət balansı artmağa davam edir. Bu ilin ilk 7 ayı üzrə AB-nin ABŞ-a ixracatı keçən ilin eyni dövrünə nisbətən 5% artaraq 267 milyard dollara çatıb, ABŞ-dan idxal isə 690 milyon dollar azalaraq 176 milyard dollara qədər geriləyib. Ötən il ABŞ-ın AB ilə ticarət kəsiri 150 milyard dollar olub, böyük ehtimalla, bu il bu rəqəm artacaq.

Üçüncüsü, ABŞ nümayəndələri ilə müqavilə ilə bağlı məsələləri müzakirə edən Avropa Komissiyası nümayəndələri hələ də Avropa Şurasından danışıqlar aparmaq üçün mandat almayıblar. Avropa Komissiyasının ticarət üzrə komissarı Sesilia Malmstromun sözlərinə görə, AB-ABŞ işçi qrupunun yaradılması yeni ticarət sazişinin yaradılmasına dair danışıqların başlanması demək deyil.

İşçi qrupun sentyabr ayında keçirilmiş ilk toplantısı bu məsələyə aydınlıq gətirməyib. İkinci görüş noyabr ayına planlaşdırılır. Bəlkə, Tramp 6 noyabrda keçiriləcək Konqres seçkilərindən əvvəl onu keçirməyi tələb edəcək. Çünki ona nəticə lazımdır. Heç olmasa, bir neçəsi.

 

Bütün vasitələr yaxşıdırmı?

Danışıqların istənilən qədər sürətli irəliləməsi hesab edilirsə, deməli, ABŞ prezidentinin Avropaya təzyiq göstərməsi ilə bağlı qorxular var. AB liderlərinin mövqeyinin möhkəm olmasına baxmayaraq, Tramp administrasiyasının təzyiq etmək üçün yetərincə çox imkanları var. İqtisadi imkanlar var - Avropa avtomobillərində və ya digər məhsullarda maneə rüsumları tətbiq etmək mümkündür.

Siyasi imkanlar da var. Avropada Amerika Birləşmiş Ştatlarının Baltikyanı ölkələr, Polşa və Rumıniya kimi bir çox sadiq müttəfiqləri vardır ki, onlar Vaşinqtonun tələblərinə cavab verə biləcək şəkildə Qərbi Avropa ölkələrinə təsir göstərməyə çalışa bilərlər.

Trampın əlində qarşı tərəfin sıralarını onlardan birini ələ almaqla dağıtmaq kimi vasitə var. Özü də, təsadüfi birini deyil, Avropa inteqrasiyanın dərinləşməsinin tərəfdarı - Fransa prezidenti Emmanuel Makronu. «Washington Post»un yazdığına görə, ABŞ prezidenti ona Avropa Birliyindən ayrılmağı təklif edib, bunun əvəzində Avropa Birliyindən daha yaxşı şərtlərdə ikitərəfli ticarət müqaviləsi bağlamağa söz verib. İnandırıcıdır ki, belə təkliflər digər AB ölkələrinin rəhbərlərinə də edilib.

 

Kövrək sülh  

Bütün bunlar mümkündür, amma hələ ki, ekspertlər qeyd edirlər ki, ABŞ yalnız kiçik simvolik zəfərlərə nail ola bilib. Məsələn, iyul-sentyabr aylarında Avropada ABŞ-dan soya idxalını iki dəfə artırıb. Lakin ilk növbədə, Çin ilə ticarət müharibəsi üzündən soya qiymətləri son beş il üzrə ən aşağı səviyyəyə düşüb, ona görə də satın almaq sərfəli olub. İkincisi, Avropanın soyaya ildə 15 milyon tona bərabər olan tələbat amerikalılar üçün 115 milyon ton tələbatı olan Çin bazarını əvəz edə bilməz.

Avropa Amerikadan sıxılmış təbii qaz idxalını da bir qədər artırıb, lakin bu çox azdır və hətta Avropanın qaza olan tələbatının 1%-ni belə təşkil etmir.

Bu ay avropalılar hormonsuz Amerika mal ətinin idxalını ikiqat artırmağa söz veriblər. Ancaq burada da vəziyyət olduqca gülməli görünür. Məsələ bundadır ki, 2009-cu ildə Avropa Birliyi mal əti idxalı üçün ildə 45 min tona bərabər sərt kvota müəyyən edib. Həmin il bu kvotanın 100%-i Birləşmiş Ştatların payına düşüb. Lakin illər ərzində ABŞ-ın payı azalıb və hazırda 30%-dir. Avstraliya, Uruqvay və Argentina onunla rəqabətə girib. ABŞ-dan satınalmaları artırmaqla avropalılar özlərinə zərər vurmadan digər ölkələrdən idxalı azaldacaqlar.

Normal şəraitdə, illər lazımdır ki, ABŞ və AB-nin razılaşdırmağa çalışdıqları kimi müqavilələr bağlansın və illər lazımdır ki, onların nəticələri hiss edilən olsun. Amma alman qəzeti «Die Welt» yazır ki, Vaşinqtonun xaotik qərarlar qəbul etməyi nəzərə alınarsa, Donald Tramp və Jan-Klod Yunker arasında bağlanmış sülhün neçə müddət davam edəcəyi aydın deyil. Buna görə qəzet bu sülh razılaşmasının uzun müddət davam edəcəyinə çox güvənməməyə çağırır.



MƏSLƏHƏT GÖR:

300