23 Aprel 2024

Çərşənbə axşamı, 21:02

KÜTLƏ, YOXSA TAMAŞAÇI ÜÇÜN?

Teatr incəsənətinin aparıcı təmsilçiləri Bakıya yığışıb

Müəllif:

15.11.2018

Bakıda V Beynəlxalq Teatr Konfransı keçirildi. Tədbirdə 40-dan artıq ölkə, həmçinin Teatr İnstitutu, Teatr Tənqidçilər Assosiasiyası, Uşaq və Gənclər Assosiasiyası, Kukla Teatrları Birliyi, Teatr Tədqiqatları Federasiyası, Musiqili Teatrlar Assosiasiyası və s. kimi nüfuzlu beynəlxalq təşkilatlar iştirak ediblər. Tədbirdə konfransın xarici qonaqları ilə yanaşı, Azərbaycanın da teatr xadimləri -teatrşünaslar, rejissorlar, teatrların administrativ-idarəetmə strukturları, aktyorlar iştirak ediblər.

 

İncəsənət kimi qalmaq

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin yaradıcılıq forumuna təbrik məktubunu oxuyub.

Forumun başlaması ilə bağlı təbriklə yanaşı, məktubda bu yaradıcılıq prosesinin önəmi və ölkədə teatr sənətinin inkişafı barədə fikirlər səslənib. Dövlət maraqlıdır ki, Azərbaycanda teatr sənəti inkişaf etsin və dünya səviyyəsində mövqelərini gücləndirsin, güclü və inkişaf etmiş bir ölkənin sənəti kimi dünya mədəniyyətinə inteqrasiya olunsun.  

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev konfrans iştirakçılarına müraciət edərək bildirib ki, forum dünyanın bir çox ölkələrində artıq tanınan Azərbaycan teatr sənətini daha yaxşı tanıtmaqla yanaşı, 21-ci əsrdə teatr prosesinin ümumi konsepsiyasını işləyib hazırlamağa kömək edəcək ki, bu, teatr sənətinin mövqelərinin möhkəmləndirilməsinə yönələcək.

Konfransın mövzusu "21-ci əsrdə teatrın fəlsəfəsi. Mövcudluq konsepsiyası» olub. Müxtəlif ölkələrdən - ABŞ, Kanada, Yaponiya, Şri-Lanka, Cənubi Afrika, Fransa, Bolqarıstan, Sloveniya, Hindistan və s.-dən gəlmiş nümayəndələr bildiriblər ki, indi teatr tamaşaçılarla danışmaq üçün müasir "dil" axtarışındadır. Bu axtarışların yolları və üsulları fərqlidir, amma hədəf eynidır - izləyici ilə daimi dialoqda olmaq. Hər bir ölkənin teatrı üçün dialoq mövzusu məxsusidir və əvvəlki illərdə baş vermiş mədəni inkişafla yanaşı, inkişaf etmiş texnologiyalar və qacetlər dövrünün izləyicisinin bu dialoqa nə qədər ehtiyacı olmasından asılıdır. Mütəxəssislər öz praktiki təcrübələrinə əsaslanaraq bildiriblər ki, 21-ci əsrin teatrı rəqabət qabiliyyətli olmalıdır. İfadə vasitələri və üsulları axtaran teatr çox vaxt kütləvi mədəniyyət səviyyəsinə qədər enir, sözün əsl mənasında incəsənətin əsas təyinatını unudur.

Bazar iqtisadiyyatı şəraitində tamaşaçı uğrunda mübarizəyə qoşulan teatr necə incəsənət olaraq qala biləcək? Öz ali məqsədinizi itirməmək və idealların dəyişməsi uçurumuna sürüşməmək necə mümkündür? XXI əsr teatrının vəzifələri nədir? 21-ci əsrin teatr sənətinin fəlsəfəsi bir neçə müharibə yaşamış, dəfələrlə uçurum kənarına düşmüş, "ölüm, ya olum" sualını dəfələrlə tək bir şəxs üçün deyil, bütün insanlıq üçün ekzistensional problem və seçim problemi halına gətirmiş bəşəriyyətin məişət məsələləri ilə birbaşa bağlıdır.  

Buna görə, Çexov, Sartr kimi, daha sonra İonesko, Bekket, Arrabal və başqaları kimi dramaturqlar ortaya çıxıb. O dramaturqlar ki, parlaq ifadəli səsləri ilə seçilirdilər və öz çağlarının carçıları idilər. Onlar teatr və tamaşaçı arasında davamlı dialoqun birləşdirici ipinə çevrilmişdilər. Bu baxımdan, 21-ci əsrdə nə dəyişdi? Bütün dünyaya yayılmış qloballaşma prosesi teatr sənətinə də təsir göstərib.

 

İncəsənətin yerinə  

Artıq çox şey dəyişib. Mənəvi ideallarla və bəşəriyyətin əsrlər boyu qazandığı ruhani dəyərlərlə («İncil», «Quran», «Tövrat», «Vedalar» ilə) bağlı olan alışdığımız qaydaların əvəzinə «köhnə həyatımızda» olan hər şeyi inkar etmək dəbi peyda olub. İnsanın ruhunun və mənəviyyatının inkişafı ilə bağlı olan bütün hər şey "köhnə" və "maraqsız" hesab olunub. Bu prosesi insanın həyatına yüksək texnologiyaların hücumunun nəticəsi saymağa dəyərmi? Xeyr. Əksinə!

Yeni texnologiyaların istifadəsi quruluş imkanlarını genişləndirməklə teatra kömək edə bilər və edir də. Bəs, böhranın səbəbi nədədir? Məlum olur ki, insanın özündədir. Çünki o və yalnız o, çox sayda insanın (tamaşaçıların) ağlına və qəlbinə güclü təsir göstərən fəzada eyni zamanda həm vasitəçi, həm də ifaçı ola bilər. Qədim yunanlar, romalılar, bolşeviklər bunu yaxşı anlayırdılar və teatrı ideoloji rupor istifadə edirdilər. O, dövlət quruluşunun ayrılmaz tərkib hissəsi idi və tamaşaçıları "tərbiyə etmək, öyrətmək, savadlandırmaq" məcburiyyətində idi. Ancaq dövrlərin dəyişimi baş verdi. İndi tamaşaçıları getdikcə daha çox "kütlə" adlandırırlar. Bu anlayışlar arasında bir fərq varmı? Bəli.

Tamaşaçılar həssas və tələbkardırlar, "Teatr" adlı incəsənət haqqında öz konsepsiyalarına sahibdirlər, intellektual inkişafa və biliklərini genişləndirməyə can atırlar. Kütlə isə bəşəriyyətin həssas və tələbkar olmayan, əyləncəyə can atan hissəsidir, ona təklif edilən hər şeyi seyr edir və istehlak edir, bu topluma qarşı rusdilli KİV-lərdə hansısa jurnalistin sayəsində onun intellektual və prinsipsiz, həm də mənəvi (daha doğrusu – mənəviyyatsız!) komponentini tamamilə dəqiq izah edən «pipl xavaet» ifadəsi işlədilir.  

Bəs, niyə getdikcə daha çox teatrların tamaşaçıya baş əyən yerdə donub qalmış xörək paylayana bənzədiyi vəziyyət yaranır? Nəticə: əgər dövlət teatrın auditoriya ilə münasibətlərinin bazar sisteminə keçməsini təklif edərsə, böyük gerçək İncəsənət mövqeyində qalmaq çətindir. Bu, teatrları yeni bir rolu mənimsəməyə – durmadan və diqqətlə kütləni izləyən xörəkpaylayan rolunu oynamağa məcbur edir.

 

Məsələn

Yüksək sənət mövqeyini qoruyan, peşə ləyaqətini itirməyən, lakin bununla yanaşı postsovet məkanının iddiasız kütləsi və tələbkar izləyicisi tərəfindən tələb duyan çağdaş teatr nümunəsi kimi E.Vaxtanqov adına teatrı göstərmək olar. Bu teatrın direktoru Kirill Krok, eləcə də bədii rəhbəri Rimas Tuminas teatr və zal arasında incəsənət kimi qalmağa imkan verən ideal münasibətlər modeli qura biliblər, teatr zalında kütlə ilə tamaşaçını birləşdirməyi bacarıblar.  

Bu, bütünlüklə dövlət subsidiyasında qalan teatrın maliyyə-iqtisadi komponentini yaxşılaşdırmağa imkan verdi. Teatrın müxtəlif tamaşaçı tutumuna və funksiyalara malik altı səhnə meydançası var. Ona tamaşaçı tələbi var və onun repertuar siyasəti sübut edir ki, XXI əsrin teatrı özünün fundamental funksiyalarını itirməyib, məhz o, cazibə nöqtəsidir, çünki "insanlar üçün teatr həm də insanlar haqqında teatr olmalıdır". Buna görə də, bu teatrda tamaşa, K.Krokun sözlərinə görə, "insan taleyi"dir. Çünki QİTİS (Rusiya Teatr İncəsənəti İnstitutu) tərəfindən yeniyetmələr arasında aparılmış sorğuya görə, bütün texnologiyalara baxmayaraq, səhnədə və zalda əsas element insan olacaq. Nə qədər ki, insanın insana marağı yaşayır - teatr da yaşayacaq...

Forum tez başa çatdı. Bakıda iki gün - şəhəri görmək və bizim mütərəqqi fikirli və sülhməramlı insanlar olduğumuz barədə mümkün qədər çox öyrənmək üçün yetərli deyil. Amma şairin dediyi kimi – hər ayrılıqdan görüş yaranır. Bu günlər ərzində artıq dostumuza çevrilmiş qonaqlarımız da bizimlə ayrılan zaman «sağ ol» dedilər.

Onlar bizə əlvida demədilər, dedilər ki, Bakıda yenə görüşənə kimi.

"Yalnız xahiş edirik, - deyə onlar konfransın təşkilatçılarına və nazirə müraciət edirdilər, - gəlin konfransın çərçivələrini genişləndirək və ən azı daha iki gün də uzadaq. Bizə plenar çıxışlardan və fasilələrdə ünsiyyətdən əlavə, seksiyalar üzrə "dəyirmi masa" lazımdır. Çünki rejissorların, teatrşünasların, nəzəriyyəçilərin və praktiklərin bir-birlərinə deməyə çox sözü var. Lakin bu, ümumi deyil, dəqiq yönəldilmiş olacaq. Azərbaycan məhz o ölkədir, o ərazidir ki, dünya teatrına XXI əsrdə konseptual görüşü müəyyən etmək və qlobal problemlərə münasibətdə konkret mövqeləri işləmək üçün kömək edə bilər". Axı, teatr, cəmiyyətdə baş verən bütün həyati prosesləri əks etdirən bir güzgüdür.


MƏSLƏHƏT GÖR:

283