23 Aprel 2024

Çərşənbə axşamı, 14:13

VƏTƏNİNİN MƏCNUNU

Səttar Bəhlulzadənin müəllif eskizləri, cizgiləri, rəsmləri əfsanəvi rəssamın 110 illiyinə həsr edilmiş sərgiyə çıxarılıb

Müəllif:

15.01.2019

Dünyaca məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadə haqqında hər şey artıq məlumdur. Ya da, demək olar ki, hər şey. Onun həyatı və işi ilə bağlı bütöv əsərlər yazılıb, onun gündəlik qeydləri öyrənilib, onun rəsm əsərləri ölkə muzeylərində və təsviri incəsənət sərgilərinin salonlarında saxlanılır. Lakin son bir neçə onillik ərzində ilk dəfə olaraq onun yaradıcılığının pərəstişkarlarına rəssamın yaradıcı axtarışlarının, bir qayda olaraq, həmişə qapalı saxlanan hissəsi təqdim olunur. Bu müəllif eskizləri, cizgilər, təsvirlərdir. 130-dan çox əsərin daxil olduğu ekspozisiyaya çox əhatəli və doğru ad - "Ştrixlərin melodiyası" adı verilib. Bu, işlərin məzmununa təşkilatçıların konseptual baxışını dəqiq əks etdirir və həmin işləri aşağıdakı bölmələrə ayırmaq olar: portret, peyzaj, natürmort, impressiya.

 

Adın sirri

Səttar - ərəb mənşəli addır və «bağışlayan» deməkdir. 1909-cu il dekabrın 15-də dünyaya gələn uşağa bu adın verilmə səbəbi bilinmir. Qohumlarımı qoyub və ya bu seçimdə hansısa məna var, ya yox - bilinmir. Lakin orfoepik səslənmə və qavranmaq baxımından sakitləşdirici xoş ahəngi var. Açıq "a" səsi, dişdən keçən "s" səsi, qoşa "tt" və sondakı şaqraq "r" məlahətli, sakitləşdirici və qalxan kimi etibarlı qoruyucu «Səttar» adını yaradır. Müasirlərinin xatirələrinə görə, o, qohumları, dostları və yaxınları üçün belə idi – gündəlik çətinliklərdən və hücumlardan qorunmaq üçün etibarlı qalxan idi. O, pislikləri unudaraq, heç kimə pislik etmədən bağışlamağı bacarırdı. İntibah insanı olmağı bacarırdı. Yüksək humanist ideallara malik bir adam idi. Onun yaradıcılığı bunun dəqiq təsdiqidir.

 

Portret

Kişi və qadın üzləri: onlara daha uzun və daha diqqətlə baxılsa, daha aydın başa düşmək olar – belələri artıq yoxdur. İdeal cizgilər güclü daxili məzmunla nurlanıb. Biz bu portretlərdə kimlərin təsvir edildiyini bilmirik. Mümkündür ki, bunlar onun müasirlərinin üzləridir: onunla yanaşı yaşayanlardır. Amma bunların yaradıcılıq fantaziyasının məhsulu olması da mümkündür. Bütün bu insanlar – rəssamın tarixi hadisələrin gedişinə təsir göstərən şəxsiyyətlər - hərbi rəislər, müdrik hökmdarlar barədə təsəvvürləridir. Onu şair Füzulinin şəxsiyyəti xüsusi maraqlandırır – bir şair və filosof kimi ona çox hörmət edib. O, şairin dünyanın quruluşu barədə fikirlərini bölüşüb, şair kimi o da öz vətənini və xalqının mədəniyyətini sevib. Rəssam Füzulinin Azərbaycan xalqının oğlu olduğuna görə qürur duyub. Məcnunun çoxsaylı eskizləri tarixə hörmətindən deyil, problemin mahiyyətinə Füzuli gözü ilə baxmaq cəhdindən qaynaqlanıb. Rəssamın yaradıcılığının tədqiqatçıları və onun müasirləri deyirlər ki, Səttarı Vətənə olan coşğun məhəbbətinə görə Məcnun adlandırırmışlar.

Qadın portreti cizgiləri elə də çox deyil. Onlarda məhz kimin təsvir edildiyini də bilmirik. Ancaq məsələ sənədlərlə bağlı deyil! Onlar rəssamın yaxın çevrəsindən bir qadın ola bilər. Bu əsas məsələ deyil. Əsas odur ki, belə əsərlərdən biz sovet dövrü görkəmini öyrənirik. Yeri gəlmişkən, zaman haqqında. Daha əvvəl heç yerdə - nə sərgilərdə, nə də toplularda rast gəlinməyən bir işin cizgiləri var. Biz onu şərti olaraq "Zamanın axını" adlandırırıq. Arxa fonda - XVII əsrin geyimləri görünür, öndə XX əsrin geyimləri var. Düşünmək üçün nələrsə var….Mündəricat üçün bir şey var...

 

Natürmortlar

Rəssam natürmort çəkməyi sevərdi, onlarda milli çalarların özəlliklərini əks etdirirdi. Buna görə narların yanında üzüm salxımı və ya budaqlar, ya da sadəcə narlar ola bilərdi. Onun gündəliklərində tez-tez elə qeydlərə rast gəlinir ki, o, həmkarlarına müraciət edərək, milli rəmzlərin yer aldığı natürmortlar yaratmağın vacibliyindən danışırdı. Milli üsluba əsaslanan rəssam öz üslubunu yaradıb: ifadəli, təkrarsız, unikal...

 

Peyzajlar

Elə hiss var ki, sanki keçmişə köçürsən və istər-istəməz başqa bir fəzanın həyatının şahidi olursan. Orada həyat, orada Çağın nəfəsi, orada insanların gündəlik həyatı var, onların hətta kompozisiya süjetində olmadıqda belə. Bax, bu, ən çox heyran edir: biz süjet cizgilərindən insanların həyatını hiss edirik, görürük və anlayırıq, insanların özləri isə sanki yoxdur. Ancaq onlar mövcuddurlar! Gözə görünmədən, tanış kimi, həyəcanlandıraraq. Budur, burada peyzaj cizgiləri var, orada insanların gündəlik həyatı axınını görürük. Budur, yola çıxmış ailə dincəlmək və yemək üçün dayanıb. Bu isə iş barədə cizgilərdir, səhəngli qadınlar su doldururlar, ancaq bulaqdan deyil, su kranından! Neftçilərlə bağlı istehsalat peyzajı – bu, yalnız real gerçəkliyi əks etməklə qalmır. Bu, insan duyğuları ilə dolu bitkin gündəlik həyat hekayəsidir: biz bu hekayənin personajlarını çətin istehsal problemlərinin həlli zamanı görürük. Axı, bu da ovsunlayır? Səttar Bəhlulzadə asanlıqla uğur qazanır, halbuki Kvatroçento (erkən İntibah) dövrünün böyük italyanları buna çox güc vaxt və səy sərf etmişdilər. Bu təbiətin və insanın harmonik və bütöv təsviridir.

 

İmpressiya

Belə görünür ki, bu rəssam üçün mümkünsüz və əlçatmaz bir şey olmayıb. İlk dəfə nümayiş etdirilən cizgilərdən belə görünür ki, o, asanlıqla qrafiki işdən rəsmə keçə bilirdi. Buna görə də impressiya üslubunda işlər də doğma torpağın ənginliklərinə olan məhəbbətini ifadə etmək üçün təbii bir ehtiyac kimi qəbul edilir.

Bəlkə bu, bir az yüksəkdən səslənir, ancaq bu sərgi sayəsində bunları anlayırsan: yalnız gerçək və dərin məhəbbət, vətən torpağına, öz xalqının mədəniyyətinə sevgi yaradıcı axtarışlara və eksperimentlərə belə güclü təkan verə bilər. Onun yaradıcılığının tədqiqatçıları deyirlər ki, hətta ərəb əlifbası ilə Azərbaycan dilində gündəlik qeydlərini müxtəlif rəngli qələmlərlə yazıb. Hətta bu detalda bədii mükəmməllik axtarışı və dünyanı daha mükəmməl görmək istəyi var.

 

Tərcümeyi-hal detalları

Xatırlayırlar ki, o, həddindən artıq təvazökar bir adam idi. 1966-cı ildə Bakıda olmuş və onun qrafiki işlərini görmüş çex sənətşünaslarının təşəbbüsü ilə Praqada Azərbaycan rəssamı Səttar Bəhlulzadə fərdi sərgi keçirildi – respublikda öz əsərləri ilə Avropa çıxış edən ilk rəssam idi. Sərgi möhtəşəm uğur qazandı. Məhz bu, bizim rəssamlarımızın başqa, sovetdən kənar məkana mədəni inteqrasiya prosesinin başlanğıcını qoydu. İndi də Praqa İncəsənət Muzeyində rəssamın muzeyə hədiyyə etdiyi qrafiki işlərinin ayrı-ayrı lövhələri saxlanılır. Daha sonra Azərbaycan sovet rəssamı Səttar Bəhlulzadənin əsərləri Qahirə, Dəməşq, Paris, Monreal, Havana, Vyana, Berlin, Nyu-York, London, İstanbul, Bonn şəhərlərində nümayiş etdirildi. Onun Bakı, Tbilisi, Minsk, Moskva, Riqa, Kiyev şəhərlərində baş tutmuş fərdi sərgiləri isə ayrı söhbətin mövzusudur.

 

Müasirlər üçün bədii intriqa

Deyirlər, Səttar Bəhlulzadənin heyrətamiz xasiyyətləri varmış. İndiki günlərə görə nadir xasiyyətlər imiş. O, gerçək Dost olmağı bacarırmış: alicənab, etibarlı, sadiq. Dostluq etdiyi rəssamların evlərinin divarlarında unikal rəsm əsərləri yaradıb: gələcək nəsillərə xatirə kimi. Yalnız müəllif haqqında deyil, həm də onların hamısının yaşadığı dövr – Rəssam və onun dostları haqqında xatirə kimi.

 

"Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının bülleteni", №6, 2011

"Gündəliklərin vərəqlərində çəkilmiş rəsmlər diqqəti cəlb edir. Bu eskizlər, rəsm cizgiləri, gündəliklər üçün illüstrasiya olan rəsmlər rəssamın ruhunun əhvali-ruhiyyəsini çox dəqiq çatdırır, eyni zamanda onlar nəyi və necə yaratmağı planlaşdırdığını, məqsədinə oğru necə və hansı yolla getdiyini göstərirlər. Bu gündəliklərdən aydın olur ki, rəssam "Azərbaycan" adlı monumental triptix yaratmağı arzulayırmış».

Yalnız əlavə etmək qalır ki, Müasir İncəsənət Muzeyi tərəfindən təşkil edilmiş fərdi sərgi Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı, Azərbaycanın təsviri incəsənətində lirik peyzajın banisi Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 110 illiyinə həsr olunmuşdu. O, öz yaradıcılığı ilə Azərbaycan rəssamlığında yeni bir səhifə açıb.



MƏSLƏHƏT GÖR:

354