26 Aprel 2024

Cümə, 01:34

BAKI DUBLI

«Mercedes» praktiki olaraq «Ferrari»ni çempionluq ümidindən məhrum etdi

Müəllif:

01.05.2019

"2017-2018-ci illərin ən yaxşı yarışları", "Bədbəxt hadisələrlə dolu gözlənilməz final" – bu, Bakıda keçiriləcək «Formula 1» dünya avtomobil yarışı çempionatının dördüncü mərhələsi ərəfəsində məhz belə anonslar verilirdi.  

Həqiqətən, Bakı şəhər magistralının analoji yollardan, məsələn, Monte-Karlo şəhərindəkindən əsas fərqi ötməyə imkan verən xüsusi konfiqurasiyasındadır. Amma eyni zamanda, yol pilotların səhvlərini bağışlamır, dəsti qızğın şəkildə qarışdırır və komandaları yarışın gedişində strategiyanı dəyişdirməyə məcbur edir. Yəqin ki, məhz bu, kral yarışlarının sahibləri öz taclarından belə bir incini buraxa bilmədilər və Azərbaycan Qran-Prisinin keçirilməsini 2023-cü ilə qədər uzatdılar.

Kral yarışlarının həvəskarları «Ferrari»nin məhz Bakıda «Mercedes» komandasına döyüş elan edəcəyini gözləyirdi, çünki «Mercedes» bu mövsümün əvvəlki yarışlarında üç dəfə dalbadal dubl təmin edə bilib - beş dəfə dünya çempionu Luis Hamilton iki dəfə birinci gəlib, onu komanda yoldaşı Valter Bottas müşayiət edib. 1992-ci ildən etibarən komandalardan birinin belə açıq üstünlüyü olmayıb. Halbuki mövsüm başlamazdan əvvəl Barselonada qış testlərinin nəticələrinə görə, demək olar ki, hər kəs deyirdi ki, «Ferrari» qalan hər kəsi çevrədə 0,3-0,5 saniyə geridə qoyur və bu, «Mercedes»in altıncı dəfə dalbadal titul qazanmasına icazə verməyəcək. Bakıda «Mersedes»in qələbəsi İtaliya ilxısının çempionluq ambisiyalarına son qoydu. Buna görə, «Ferrari» bolid üçün Azərbaycan Qran-Prisinə yeniliklər gətirmişdilər ki, bu, döngələrdə sürət göstəricilərini yaxşılaşdırılmasına kömək edir – düz yolda onsuz da italiyalılara çatan yoxdur.  

Bakıdakı trassın çempionatın ən uzun düz yoluna malik olduğu nəzərə alınarsa - 2 km-dən artıqdır, «Ferrari»nin bu mərhələdə udmaq iddiasının daha çox əsası var idi. Aprelin 26-27-dəki sərbəst gedişlər göstərdi ki, bu iddialar əsassız olmayıb - hər iki halda da ən yaxşı nəticəni «Ferrari»nin gənc pilotu Şarl Lekler göstərib. Yarışa başlamazdan əvvəl o, Bakıdakı yolu sevdiyini bildirib: "O sadəcə mənim xoşuma gəlir və mən orada həmişə yaxşı çıxış etmişəm, yarışda qalib gəldim və «Formula 2»də podiuma qalxdım, keçən il «Formula -1»də ilk xalları mən qazandım. Orada pilotluq eləmək mənim həmişə xoşuma gəlir, xüsusilə qala divarları boyunca gedən hissəsini, bütün bu dar döngələr ordadır. Yol unikaldır, dünyanın heç bir yerində belə bir şey yoxdur".  

Başlanğıc mərhələdəki təsnifat da «Ferrari»nin ciddi olaraq poul uğrunda mübarizə aparmağı planlaşdırdığını göstərdi, lakin təsnifatın ikinci seqmentində Şarl Lekler öz bolidini qala divarları yaxınlığında yolun ən dar yerində dağıtdı. Yolda tək qalan Sebastyan Vettel isə Hamiltonla və Bottasla rəqabət apara bilmədi, startda üçüncü yerlə kifayətləndi. Öz səhvi üzündən Lekler startı 10-cu yerdə başlamağa məcbur oldu, halbuki final təsnifat mərhələsinə keçsə idi, yarışa rəhbərlik etməliydi. Bunu «Ferrari»nin əsas rəqibi «Mercedes»in başçısı Toto Volf da etiraf edib: "Bizim poula şansımız yox idi, amma sonra temperatur birdən-birə bir neçə dərəcə düşdü və maşının yolda dırmanması önəmli dərəcədə yaxşılaşdı. Əgər Şarl təsnifatın üçüncü seqmentini keçsəydi, poulu məhz o udmuş olacaqdı".  

Əvvəlki illərdən fərqli olaraq, yarışın startı dinc oldu, Hamilton dərhal liderliyi ələ almağa çalışsa da, amma onun həmkarı Valter Bottas onun bütün hücumlarının qarşısını aldı.

Lakin onların şinləri daha yumşaq idi və dəyişdirməyə ehtiyac vardı, buna görə 11-14-cü dairələrdə dalbadal baş verən pit-stoplar müvəqqəti olaraq Lekleri lider etdi. Artıq 32-34-cü dairələrdə Lekler sürtülmüş şinlər üzündən Bottas, Hamilton və Fetteli qabağa buraxmaq məcburiyyətində qaldı və şinləri dəyişdirmək üçün boksa üz tutmağa məcbur oldu, bu zaman «Red Bull»dan Maks Ferstappeni də irəli buraxdı. «Ferrari» ümid edirdi ki, liderlər daha bir pit stopa getmək məcburiyyətində qalacaqlar və bu, avtomatik olaraq Lekler üçün qələbəni təmin edəcək. Lakin şinlərə qarşı həmişə çox tələbkar olan Bakı trassı bu dəfə rezinə qarşı daha mülayim oldu və «Mercedes» ikinci pit-stopdan imtina etdi.

Nəticədə, Bottas və Hamilton finiş xəttinə qədər problemsiz getməyi bacardılar, son dairələrdə onların arasında bir növ mübarizə yaranmışdı. Bottas yarışın başlanğıcında olduğu kimi, Hamiltonun hücumlarının qarşısını alaraq finişi birinci tamamladı. Üçüncü «Ferrari»də Sebastyan Fettel gəldi, dördüncü Ferstappen, beşinci Lekler oldu.

Yarışa başlayan 20 pilotun ümumilikdə 16-sı finişə gələ bildi, Pyer Qasli («Red Bull») və Roman Qrojan («Haas») mexaniki problemlər üzündən, həmçinin toqquşmuş pilotlar Daniel Rikkardo (Renault) və Daniel Kvyat («Toro Rosso») finiş xəttinə çata bilmədilər.  

Bir möcüzə baş verməzsə, bu mövsüm çempion yenidən «Mersedes» olacaq. Bütün qalmaqal yalnız onunla bağlıdır ki, görəsən, Hamilton altıncı dəfə titulu ala biləcəkmi, yaxud Bottas sübut edəcək ki, komandada yalnız Luisə dəstək üçün yer almır. Elə də uzaq olmayan 2016-cı ildə «Mercedes»in heyətində Niko Rosberq bunu sübut edə bildi və Hamilton ilə mübarizə aparıb dünya çempionu ola bildi. İndi növbə Bottasındır, öz adını avtomobil idmanının kralının tarixinə qızıl hərflərlə yazmağa gücü çata bilər.



MƏSLƏHƏT GÖR:

288