24 Aprel 2024

Çərşənbə, 22:04

«BRAVO» NİŞANLI TRUPPA

Azərbaycanlı tələbələr – aktyorlar və rejissorlar Rusiya «Şukinka»sında üçillik təhsilin nəticələrini Bakıda təqdim etdilər

Müəllif:

15.07.2019

Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının səhnəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Boris Şukin adına Teatr İnstitutunun üçüncü kursunun kiçik qastrolları keçirilib. Proqramda "Tülkü və üzüm", "Qafqaz tabaşir dairəsi" klass-konsertləri təqdim edilib. Sanki, özəl bir şey olmayıb? Amma çox vacib bir məqam vardı.

 

Pedaqoq və onun tələbələri  

Üçüncü kurs tələbələri öz uğurlarını elə-belə göstərməklə qalmadılar! Bu, yaradıcılıq hesabatı və peşəkarlıq imtahanı idi – həm soydaşlar, həm də valideynlər qarşısında, həm də ən əsası onları (aktyorları və rejissorları) Rusiyanın bu yaradıcılıq ali məktəbində - Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunda məqsədli Azərbaycan kursuna göndərmiş Mədəniyyət Nazirliyi qarşısında. Kursun rəhbəri, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, professor, psixologiya elmləri namizədi, rejissura kafedrasının müdiri Mixail Borisoviç Borisovdur və o, öztələbələri ilə Bakıya gəlmişdi.

 

Vaxtanqov ənənələri  

Qısa müddət ərzində M.Borisov klass-konsert proqramının aparıcısı oldu. Amma başlamazdan əvvəl professor zala müraciət edərək bildirdi ki, Vaxtanqov məktəbi institutun müəllimlərinin və tələbələrinin işində, teatr və həyata yanaşmada olduqca mühafizəkardır: həm peşənin təməl fənlərinin qavranmasında, həmənənələrə ciddi riayət edilməsində, həm də Vaxtanqov məktəbinə aid hər şeydə.  

Bakı tamaşaçılarına B.Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasını təqdim edən Borisovun sözlərinə görə, klass-konsert ali məktəbin qədim ənənəsidir və bu, tələbələrin il ərzində tədris zamanı əldə etdikləri biliklərin praktiki cəhətdən görülməsinə yardım edir. Bu klass-konsert Bakı tamaşaçıları üçün xüsusi hazırlanıb. Ona tələbələrin ən yaxşı işləri daxil edilib. Borisovun sözlərinə görə, Vaxtanqov məktəbi dağınıq yaradıcılıq emalatxanaları sistemini qəbul etmir.

Dördüncü semestrdən başlayaraq bütün aktyor yaradıcılığı kafedrası hər bir kurs ilə işləyir. Hamıhər kəslə işləyir. Aktyor ustalığı elementləri sərt məntiqiardıcıllıqla mənimsənilir: sadədən mürəkkəbə doğru! Bu zamanhər bir sonrakı element təbii olaraq əvvəlkiləri özündə birləşdirir. Vaxtanqov məktəbinin müəllimlərinin şüarı rus teatr rejissoru, aktyoru və müəllim Vsevolod Meyerholdun sözləridir: "Məktəb yenilikləri öyrətməli deyil, məktəb ənənələri öyrətməlidir".

"Bu gün biz ilk növbədə Mədəniyyət Nazirliyinin qarşısına yaradıcılıq imtahanı ilə gəldik. Üç il bundan əvvəl biz bu kursa başlamışıq və biz orada nə etdiyimizi bu gün göstərmək istəyirik", - deyə kurs rəhbəri vurğulayıb.

 

Məzmunsuz tamaşa  

Biz "Kabab" adlı məzmunsuz tamaşa etüdü gördük. İlk dəqiqədən başlayaraq aktyor-tələbə Abdulla İsmayılov izləyiciləri inandıra bildi, onlar da"həyat gerçəklərinə" alqışlarla reaksiya verdilər və kababçının dəqiq Abşeronda yaşadığını gülüşlərlətəsdiqlədilər! Sonra tələbə aktyorlar Bəhruz Əliyev və Anna Avqustinova Aleksandr Ostrovskinin "Dustaq qadınlar" pyesindən bir parça ifa etdilər.  

Səhnələr olduqca inandırıcı səslənirdi, hər iki personajın xarakterini və onların qarşıdurmasının təbiətini ortaya qoyurdu. Bir sözlə, bu pedaqoji parça imkan verdi ki, sevgili-qəhrəmanların ampluasını açmaq bu tələbələrin gücü daxilindədir. Daha aktyor-tələbə Ramil Bayramlı "Sarı gəlin" oxudu, öz vokal və musiqi improvizasiya bacarığı iləheyran qoydu. Abdulla İsmayılov yenidən göründü və Nodar Dumbadzenin "Kukaraça" hekayəsindən bir parça oxumağa başladı. Tələbənin səhnəyə çıxması öncəsi Mixail Borisoviç salona bildirdi ki, Abdulla hər il Sankt-Peterburqda yaradıcı universitet tələbələri üçün keçirilən Leonid Filatov adına oxu yarışmasının qalibi olub.

 

Etüdləri

"Gecə oğruları". Tələbələr Bəhruz Əliyev, Telman Süleymanov və Ramil Bayramovun səhnə döyüşü, plastika və səhnə hərəkəti elementləri ilə ifa etdiyi etüd bütünlüklə komediya janrına uyğun idi, izləyici zalında canlı reaksiyaya və uzunmüddətli gülüşlərə səbəb olurdu. Abdulla İsmayılov tərəfindən ifa edilən "Bakıdan bağlama"orqanik səssizlik etüdü göstərdi ki, qarşımızda müxtəlif planlı aktyor potensialına malik tələbə dayanıb. Çağımıza görə, hətta yalnız çağımızda deyil, hər zaman üçün çox nadir, qeyri-adi fenomendir. Tələbələr Bəhruz Əliyevin və Mikayıl Əliyevin Fyodor Dostoyevskinin "Cinlər " adlı romanı (Albert Kamyunun səhnələşdirməsi) üzrə müstəqil işi personajların psixoloji işənməsinin dəqiqliyi sayəsində öz doğruluğuna görə yetərincə inandırıcı olan əsər ortaya çıxarmışdı. Yetərincə çağdaş tiplər idilər. Olduqca aktual problemləri səhnədən danışmaq lazım gəlir.

 

Rəqslər  

Əlbəttə, pedaqoq Aida Tsomayevanın rəhbərliyi altında rəqs dərsləri şagirdlərin caz-stript stilində ifa etdiyi cazibədar rəqsdə özünü göstərdi. Anna Lutsenko (Polina) və Telman Süleymanov (Cadov) Ostrovskinin "Gəlirli yer" pyesindən bir parçanı (pedaqoji işi) gözəl oynadılar. Sonra yerlərini musiqili-ritmik qavrayış üslubunda "Taksi dayanacığı" eskizini ifa edən Anna Avqustinova və Ramail Bayramlıya verdilər. Məlum oldu ki,ritmik ayaq taqqıltıları ilə çox şey barədə anlaşmaq olar: tanış olmaq, özün barədə danışmaq və görüş təyin etmək. Daha sonra Bəhruz Əliyev qadına sevgi barədə kiçik bir əhvalat oxudu, daha doğrusu, oynadı və bunu Qarsia Lokanın ifasından bir romansero (ispan xalq mahnısı) vasitəsi ilə etdi. A.Volodinin "Böyük bacı"sından bir parçanı Anna Avqustinova (Nadya), Anna Lutsenko (Lida), Vüsal Mehrəliyev (Dayı), Abdulla İsmayılov (Volodya) ifa etdilər. Kamilla Ələsgərova və Bəhruz Əliyev hər kəsi lirik rus xalq rəqsi ilə təəccübləndirdilər. Daha sonra izləyici zalının coşqun alqışları altında Anna Avqustinova və Ramail Bayramlı fransız dilində "Əbədi sevgi" mahnısını səsləndirdilər. Yenə rəqs gəldi, ancaq bu dəfə caz-salon üslubunda. "Müşahidələr" bölməsindən etüdlər seriyasını Abdulla İsmayılov, Mikayıl Əliyev, Fidan Məmmədova, Vüsal Mehrəliyev, Ramail Bayramlı, Telman Süleymanov və Bəhruz Əliyev ifa etdilər.

 

«Musiqili müşahidələr»  

Başqasına çevrilmiş tələbələr. Nani Breqvadze və Sofiya Rotaru (Kamilla Ələsgərova), Yolka və Anna German (Nərmina Məmmədova), Maykl Cekson və vokal müəllimi Luçano Pavarotti (Ramail Bayramlı), Diana Arbenina və Emmi Vaynhaus (Anna Avqustinova). Bir sözlə - dünya şöhrətlilər və ulduzlar. Onları heç kimlə qarışıq salmaq olmaz. Səsləri, plastikaları, psixofiziki durumları - birə-bir eynidir! Burada Mixail Borisoviç aydınlaşdırdı ki, aktyorun musiqi müşahidələri Yevgeni Vaxtanqov tərəfindən düşünülüb və tətbiq edilib, institutun var olduğu müddət ərzində həmişə tədris proqramında olub - artıq 105 ildir! Televiziya kanallarının onu mənimsəməsinə və hal-hazırda "Birə-bir" kimi populyar proqramlara çevrilməsinə gəldikdə isə, yalnız fərq ondadır ki, estrada musiqisi ifaçıları üçün vokal və plastika müəllimləri tərəfindən təqdim edilir, ali məktəbdə isə tələbələr hər şeyi özləri edirlər. Bu səylərin nəticələri müəllimlər tərəfindən qiymətləndirilir. Bizim halda isə Bakı şəhərinin izləyiciləri qiymət verirdi - coşqun və sürəkli alqışlarla, "bravo" sədaları ilə səhnədə baş verənlərə ən yüksək qiyməti verdilər.

 

Truppa mövcuddur

Gələcək aktyorların Bakı tamaşaçıları ilə ilk tanışlığı baş tutdu. Biz hər birinin adını yadda saxladıq və anladıq ki, bu uşaqların kursu maraqlı alınıb. Onların hər biri müəyyən bir ampluada maraqlıdır: qəhrəman sevgililər, sadə qəhrəmanlar, xarakterli sadə insanlar, antaqonistlər və proqonistlər, lirik romantiklər var. Bir sözlə, kurs yaradıcı bir universitetə qəbula uyğun qaydada -ampluaya uyğun olaraq qurulub. Bu, ali məktəbdə kursun, teatrda truppanın formalaşmasına çox doğru bir yanaşmadır.

 

İncəsənət naminə  

Tələbələr hələ qabaqda bir il oxumalıdırlar. Bu, çox tez keçəcək. Bəs, onların taleyi necə olacaq? Onlar geri artıq qurulmuş truppa və öz diplom tamaşaları ilə qayıdacaqlar. Onların öz yerləri olacaqmı? Bu uşaqların peşə gələcəyindən narahat olan Mixail Borisoviç elə səhnədən Mədəniyyət Nazirliyinə müraciət edərək, onları müxtəlif teatrlar arasında bölməməyi, mümkünsə, onlar üçün gənclik teatr-studiyası yaratmağı xahiş etdi. Onun fikrincə, müxtəlif teatrlara paylanaraq onlar qarışıq atmosferdə "əriyəcəklər", yaradıcı axtarışlar arzusu, cəsarətli təcrübələr keçmişdə qalacaq və nazirliyin yaradıcı ali məktəblərdə məqsədli təhsil üçün hədəfli kursa göndərməklə bağlı təcrübəsi nəticəsiz olacaq. Lakin uşaqların, hətta kiçik olsa belə, öz yerləri olsa, şəhər yeni bir teatr əldə edər və orada cəsarətli quruluş düşüncəsi, yaradıcılıq, heyran qoymaq və təcrübə aparmaq ehtirası hakim olar, qeyri-peşəkarların teatr əyalətçiliyinin cansıxıcılığı onları boğmaz. Nəhayət, Teatr başladığı yerə – böyük hərflərlə yazılan İncəsənətə dönər, saxtalıqdan, yalançı çevrilmə ideallarından uzaq olar.



MƏSLƏHƏT GÖR:

272