25 Aprel 2024

Cümə axşamı, 14:03

20 İL SONRA

Azərbaycan Dövlət Neft Fondu yığılan vəsaitlərin mühafizəkar idarəetmə mexanizminə riayət etməyi davam etdirəcək

Müəllif:

15.07.2019

Nədənsə pulun qoxusuz olduğunu söyləyirlər, adətən... Halbuk, hər bir əsginasın özünəməxsus, heç nə ilə müqayisə edilməyən "ətri" var. Azərbaycanda, məsələn, pulun "qoxusu"... neftdir. Məhz o, 19-cu əsrdən bəri ölkə iqtisadiyyatının əsas mühərrikidir.  

Doğrudur, həmin o uzaq dövrlərdə nə biz, nə də dünyanın hər hansı bir yerində dövlətin təbii ehtiyatların tükənəcək bir növünlən ixracından asılı olmasının dövlətin inkişafına zərəri haqqında heç nə bilmirdilər. İlk dəfə bu barədə 20-ci əsrdə danışmağa başladılar, çünki Hollandiya iqtisadiyyatı təhlükəli bir xəstəliyə «yoluxdu» və ondan sonra bu, "holland sindromu" adlandırılmağa başlandı.

Azərbaycanda bu sindromun qarşısının alınmasına, demək olar ki, neft dollarlarının ölkəyə ilk axını ilə eyni vaxtda başlandı. 29 dekabr 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) yaradılması qərara alınıb ki, nəticədə, neft ixracından gələn heç bir dolların bu fonddan kənar yolla iqtisadiyyata daxil olmasına yol verilmir.

 

Sabitlik buferi  

Əslində, ölkə rəhbərliyi tərəfindən suveren fondun yaradılmasını əldə olunan gəlirlərin istifadəsinə savadlı yanaşma saymaq olar. Yəni bu cür fondlar hər şeydən öncə iqtisadiyyatın daxil olan böyük gəlirləri "sinirməsi", onları yalnız iqtisadi və sosial vəziyyətin dərhal yaxşılaşdırılmasına yönəltmək üçün deyil, həm də uzunmüddətli inkişafın davamlılığını təmin etmək üzrə istifadə üçün vacibdir. Unudulmamalıdır ki, maliyyə resurslarının ev təsərrüfatlarında və ya dövlət səviyyəsində xərclənməsinin səmərəliliyindən asılı olaraq, ölkənin gələcəkdə hansı kateqoriyaya - kreditorlara və borclulara aid edilməsi müəyyən edilir.

Geniş yayılmış fikirlərin əksinə olaraq, bütün suveren fondlar heç də yalnız neft və qaz istehsal edən ölkələr tərəfindən yaradılmır. Müxtəlif hesablamalara əsasən, dünyada təxminən, 80 suveren fond fəaliyyət göstərir ki, onlar 7 trilyon dollardan artıq yığılmış maliyyə resursları üzərində əməliyyatlar gerçəkləşdirirlər. Onların əksəriyyəti resurs fondudur: suveren fondların payına bütün qlobal aktivlərin 61%-i düşür. Onlar, bir qayda olaraq, yüksək gəlirli bərpa olunmayan resurslardan alınmış vəsaitləri daha şaxələndirilmiş maliyyə aktivləri arasında paylaşdırmaq məqsədi daşıyırlar.

Suveren fondların idarə etdiyi aktivlər sürətlə artım templəri ilə xarakterizə olunurlar ki, bu da fondun sahibi olan ölkəyə qlobal investisiya bazarında fəal oyunçu olmaq imkanları yaradır. Eyni zamanda suveren fond böyük olduqca onun rəhbərliyi investisiya portfelinin yerləşdirilməsindən ən yüksək dividendləri əldə etmək üçün daha çox riskə gedə bilər ki, bunu Norveçin suveren fondunun investisiya strukturunda görmək olar: onun vəsaitləri səhmlərə (61%), sabit gəlirli qiymətli kağızlara (27%) və daşınmaz əmlaka (2%) yerləşdirilib.

Hər hansı bir suveren fondun aktivlərindəki əsas portfelə gəldikdə – bəzi fondlar topladıqları vəsait hesabına dünyanın ən böyük investisiya şirkətləri, pensiya fondları və mərkəzi bankların ehtiyatları ilə müqayisə oluna bilərlər.

Eyni zamanda suveren fondlar sahibi olan ölkənin qızıl-valyuta ehtiyatlarının artırılması üçün yalnız önəmli bir mənbə olaraq qalmır, həm də mümkün maliyyə - iqtisadiyyat fəlakətlərindən bir növ qoruyucu yastıqdır. Beynəlxalq Suveren Fondlar Forumunun İdarə Heyətinin sədri Dunkan Bonfildin dediyi kimi, bu fondlar heç kimin verməyəcəyi kapitalı təmin edir: «Biz müəyyən etmişik ki, maliyyə bazarında kapital əlçatarlılığı kimi hökumət fondlarının da reytinqi düşən zaman iqtisadiyyatın sektorlarının bərpası üçün hələ də öz kapitalımızla doldura biləcəyimiz bəzi imkanlar mövcud olur".

 

Tarixi qərar  

Beləliklə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin SOFAZ-ın yaradılması ilə bağlı verdiyi qərarı, gerçəkdən, ölkənin iqtisadi dirçəlişində və inkişafında mühüm rol oynamış tarixi qərarları sırasına aid etmək olar.

20 illik fəaliyyət tarixçəsinə baxmayaraq, SOFAZ öz institusional quruluşunu, idarəetmə mexanizmlərini və inkişaf formalarını təkmilləşdirməyə davam edir. Yalnız Fondun məqsədi - yığım və Azərbaycanın enerji resurslarının ixracından əldə olunan gəlirlərin gələcək nəsillər üçün mümkün olan səviyyədə artırılması məqsədi dəyişməz olaraq qalır. Əgər yaradılan zaman Fondun aktivləri cəmi 271 milyon dollar olubsa, 31 mart 2019-cu il tarixdə bu rəqəm 40 milyon dolları ötüb və dünyadakı bəzi analoji qurumlardan fərqli olaraq, yığım rolu heç də SOFAZ-ın tək funksiyası deyil.

Onun öhdəlikləri sırasına həmçinin xarici və daxili böhran hadisələrinin iqtisadiyyatı üçün mümkün olan mənfi təsirlərin qarşısının alınmasında hökumətə kömək etmək də daxildir. Bu sıraya milli valyutanın ucuzlaşması və yerli istehsalın rəqabət qabiliyyətinin azalması ilə mübarizə, eyni zamanda makroiqtisadi sabitliyin və maliyyə intizamının qorunması kimi fəaliyyətlər daxildir.

Xarici amillərin güclü təsirinə, qlobal iqtisadiyyatda və qonşu ölkələrin iqtisadiyyatında vəziyyətə baxmayaraq, gəlirlərin mühafizəkar və bacarıqlı idarəsi sayəsində SOFAZ-ın büdcə bəndləri ildən ilə artmaqdadır. Məlumat üçün qeyd etmək lazımdır ki, hazırda SOFAZ-da neft və qaz müqavilələrinin gerçəkləşdirilməsindən, xüsusilə dövlətin mənfəət neftinin və qazının satılmasından, ölkə ərazisindən neft və qazın ötürülməsindən, dövlət əmlakının icrəsindən və s.-dən əldə edilən gəlirlər yığılır.

 

Mühafizəkar və risksiz

Bununla yanaşı, fond bəzən konservatizmə görə tənqid olunur - bəzi iqtisadi ekspertlər, məsələn, 2018-ci ilin yekunları üzrə gəlirliliyin aşağı səviyyədə olmasını vurğulayaraq, SOFAZ-ın investisiya fəaliyyətini gücləndirilməsini təklif edirlər. Neft Fondunun investisiya portfelinin önəmli bir hissəsini dövlət istiqrazlarında tutmağa məcbur olduğu, onların gəlirlərinin isə yüksək səviyyədə olmadığını görmək çətin deyil, amma eyni zamanda onlar yüksək likvidliyə malikdirlər.

Unutmaq olmaz ki, suveren fondların, o cümlədən SOFAZ-ın əsas vəzifəsi yuxarıda qeyd olunduğu kimi, daxil olan neft dollarlarının qorunması və artırılmasıdır. Buna görə də, təsadüfi deyil ki, keçən il aşağı səviyyəli gəlirlilik yalnız Azərbaycan Dövlət Neft Fondunda müşahidə edilmədi. Səhm bazarında müşahidə edilən güclü titrəmələr, dünyanın aparıcı ölkələrində iqtisadi artım səviyyəsinin aşağı düşməsi, ticarət müharibələri və s. dünyanın ən böyük resurs fondlarından da yan keçmədi - Norveç fondunda (gəlirlilik 6.1%), Alyaskada (-1.1%), Yeni Zelandiyada (-2.18%) oldu. Bu fonda SOFAZ-ın ili kiçik də olsa, lakin müsbət artımla (+ 0.35%) başa çatdırması faktı artıq artıq kifayət qədər yaxşı göstəricidir – o, səhmdəki payı artırmamaqla bağlı strateji qərarına görə itkilərdən qaça bilib.

Üstəlik, keçən il SOFAZ Suveren Fondlar İnstitutunun tərtib etdiyi rifah reytinqə (SWFI) görə dünyanın ən nüfuzlu 10 ən yaxşı investoru sırasına daxil oldu. 100 təşkilatın, o cümlədən böyük suveren fondların, pensiya və xeyriyyə fondlarının və mərkəzi banklar daxil olduğu bu reytinqdə SOFAZ 10-cu yeri tutub. Reytinqin özü innovasiyaların tətbiqi, xüsusi proqramların və maliyyə mexanizmlərinin gerçəkləşdirilməsi, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçirilən təşəbbüslər kimi göstəricilərə əsaslanır.

Qeyd edək ki, SOFAZ öz fəaliyyəti dövründə dünyanın 60 ölkəsinə sərmayə yatırıb və 2018-ci ilədək SOFAZ-ın investisiya portfelinin aktivlərinin böyük hissəsinin borc öhdəlikləri və valyuta təşkil edirdi - 29,5 milyard dollardan (76,48%) çox idi. Artıq 2012-ci ildən etibarən Fond aktivlər portfelini şaxələndirməyə başlayıb, ona qızıl, səhm və əmlak əlavə edib. Normativ dəyişikliklər ötən il SOFAZ-a səhmlərdəki payını 25% -ə çatdırmağ imkan verirdi, lakin bu rəqəm 13-14% səviyyəsində saxlandı, çünki sərmayələr üzrə istənilən qərar yalnız uzunmüddətli perspektivlər və ehtimal olunan risklər diqqətlə öyrənildikdən sonra verilir.

Belə ki, London, Paris, Milan, Moskva, Seul və Tokioda kommersiya daşınmaz əmlakı alqı-satqısı SOFAZ-a sabit gəlir gətirir. Əvvəllər fond əmlakı birbaşa alırdı. İndi bunun vasitəçilərin yardımı ilə etməyə üstünlük verir, çünki o, daha az resursa ehtiyac duyulur. Bununla yanaşı, keçən il portfeldə daşınmaz əmlakın payı önəmli dərəcədə dəyişməyib, amma aktivlərin strukturunda qızılın payı ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, 2% artaraq, investisiya portfelinin 5,43%-ni təşkil edib.

Özü də, Fondun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, SOFAZ 2019-cu ildə qızıl ehtiyatlarını iki dəfə artırmağı və qiymətli metalın həcmini 100 tona çatdırmağı planlaşdırır. "Biz elə bir şeyə sahib olmaq istəyirik ki, hər hansı bir kredit riski ilə yüklənməsin. Geosiyasətdə, rezerv valyutalardakı dəyişiklikləri, qlobal maliyyə sektoruna təsir edən supergüclər arasındakı münasibətləri müşahidə etdiyiniz dünyada təhlükəsiz olmaq istəyirsən", - deyə Ş. Mövsümov bildirib.

 

Nəzarət olunan xərclər

Fondun aktivlərinin gəlirliliyi ətrafında vəziyyət mübahisəyə bənzəyir, fondun yaradılması ərəfəsində bu mübahisələr ekspertlər tərəfindən büdcənin xərc hissəsiin formalaşması ilə bağlı fəal şəkildə dəstəklənirdi. Elələri vardı ki, Neft Fondunun pulunu ölkə əhalisi arasında paylamağı və ya yerli sahibkarlara kredit verməyi təklif edirdi. Lakin ilk başdan Fondun nizamnaməsində qeyd edilib ki, SOFAZ vəsaitləri yalnız dövlət başçısının icazəsi ilə və yalnız qlobal və sosial əhəmiyyətli layihələrə sərf edilə bilər. Yeri gəlmişkən, fond regional və dünya miqyaslı neft və qaz boru kəmərlərinin çəkilişində, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində Azərbaycanın payının maliyyələşdirilməsində, qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələrində və Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsində iştirak edib.

Yəni mübahisələrə baxmayaraq, zaman göstərdi ki, bunlar xərclər üzrə çox vaxtında və düzgün verilmiş qərarlar olub, nəticədə Fondun yığım funksiyasına zərbə dəüməyib, həm də ölkəyə artıq borc yükünün altına gərmədən önəmli sərmayələr yatırmağa imkan verib.

Qeyd edək ki, fondun xərcləri arasında ən böyük hissə dövlət büdcəsinə köçürmələrin payına düşür – bu, 2018-ci ildə demək olar ki, 11 milyard manat təşkil edib. Bundan əlavə, 2003-cü ildən 31 mart 2019-a qədər olan köçürmələrin ümumi məbləği artıq 91,2 milyard dollara çatıb – yetərincə böyük məbləğdir. Həm xarici, həm də yerli mütəxəssislər bu həddin aşağı salınmasının lazım olduğunu söyləyirlər. Hökumət də bu fikirlə razıdır, buna görə önümüzdəki illərdə dövlət büdcəsinə köçürmələrin azaldılması qərara alınıb. Amma eyni zamanda qeyd edək ki, bunlar sadəcə dövlət xəzinəsinə köçürmələr deyil. Bu pullar xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından ölkəmiz üçün vacib olan xüsusi sərmayə layihələri üçün nəzərdə tutulur. Bu, bir sıra ekspertlərin təklif etdiyi kimi Alyaskada variantında neft gəlirlərinin birbaşa əhaliyə paylanmasından daha məqsədəuyğundur.

Beləliklə, enerji resurslarının satışından əldə olunan gəlirlərin savadlı idarəedilməsi və onların məqsədli xərclənməsi sayəsində SOFAZ iqtisadiyyatın sabit artımını dəstəkləyir ki, bu artım iqtisadiyyatın şaxələndirilməsinə və qarşıdakı uzun illər boyunca neftdən asılılığının azaldılmasına yönəlib.


MƏSLƏHƏT GÖR:

310