25 Aprel 2024

Cümə axşamı, 22:07

FESTİVALLAR ÖLKƏSİ

«Şərq təranələri» xalqları və mədəniyyətləрi Özbəkistanda birləşdirdi

Müəllif:

15.09.2019

Səmərqənd, Termez, Kokand, Şəhrsabs… Son illər Özbəkistan, sözün əsl mənasında, festivallar ölkəsinə çevrilib. Əcnəbilər bu ölkəni artıq belə də adlandırırlar - The land of festivals.  

Sayca 12-ci olan builki «Şərq тəranələri» beynəlxalq musiqи festivalının proqramı qonaqlara əvvəlcədən maraqlı və müsbət emosiyalarla zəngin beş gün vəd edirdi.  

Artıq ənənəyə çevrиlmiş bu festival 1997-ci ildən UNESЪO-nun himayəsi ilə keçirilir. İki ildən bir Səmərqəndin mərkəzi meydanında, Şərq mədəniyyətinin incilərindən olan «Registan» tarixi-memarlıq ansamblının qarşısında açıq səma altında möhtəşəm şou baş tutur. Sehrli nağıl üçün bundan gözəl dekorasiya düşünmək qeyri-mümkündür.  

Hələ 22 il əvвəl, birinci «Şərq təranələri» festivalında 31 ölkənin musiqi kollektivləri və ifaçıları təmsil olunmuşdu. O vaxtdan bəri onun iştirakçılarının coğrafiyası iki dəfədən çox genиşlənib. Bu il Şərqin musiqi ənənələrinə ehtiramını ifadə etmək üçün Səmərqəndə dünyanın 75 ölkəsindən 340-dan çox qonaq gəlmişdi.  

Festivalın ali qonaqlarının sayı da az deyildi – onların arasında UNESЪO-nun baş direktoru Odri Azule, Müstəqil Dövlətlər Birliyi İcra Komitəsinin sədri Sergey Lebedev, müxtəlif ölkələrin nazirləri, deputat və diplomatları var idi. Qonaqları Özbəkistan prezidenti Şavkat Mirziyoyev şəxsən salamladı.  

«Bu gün bizim festival sayəsində Səmərqənd təkcə özünün qədim tarixini əks etdirən gözəl memarlıq abidələri, əfsanəvi şəhər ab-havası ilə deyil, həm də bu günlərdə burada səslənən ecazkar Шərq təranələri ilə bütün dünyadan insanların diqqətini özünə cəlb etməkdədir», - deyə Özbəkistan prezidenti bildirib.

Ən əsası isə, Ş. Mirziyoyevin fikrincə, bu tədbir müxtəif mədənyyət və sivilizasiyalar, ölkələr və xalqlar arasında dialoq meydançasına çevrilə bilib.

Özbəkistanın dövlət başçısı hesab edir ki, «möhtəşəm «Registan» meydanında səhnəyə çıxan hər bir sənətkar insanları milliyyəti, dili və dinindən asılı olmayaraq birləşdirən yüksək humanizm ideallarını vəsf edir».

Beynəlxalq musiqi ictimaiyyətinin bir araya gəlməsindən istifadə edən Ş. Mirziyoyev dünyanın gündəmində olan aktual məsələlərdən birinə də öz münasibətini bиldirdi. «Bilirsiniz ki, bu gün dünyada generativ musiqi, süni intellekt barədə fəal müzakirələr gedir. Gələcəkdə musiqinin insanın iştirakı olmadan, yalnız texnikanın köməyilə yaradılacağı ilə bağlı ehtimallar irəli sürülür. Lakin biz gözəl anlayırıq ki, heç bir texniki vasitə, nə qədər mükəmməl olsa belə, insan nəfəsini, onun ruh halını, canlı səsin gözəlliyini, bir sözlə əsl incəsənəti əvəz edə bilməz», - deyə Özbəkistan prezidenti faktiki olaraq festival çərçivəsində keçirilən «Şərq xalqlarının ənənəвi musiqi sənətinin inkişaf perspektivləri» adlı beynəlxalq elmi-praktiki konfransın gündəmini müəyyən etmiş oldu.  

Yeri gəlmişkən, builki musiqi festivalı UNESЪO-nun himayəsi altında Səmərqənddə keçirilən başqa bir konfransla da, təxminən, eyni günlərə təsadüf edirdi. Belə tədbirlər burada tez-tez keçirilir. Lakin UNESЪO-nun baş direktoru Odri Azule üçün bu, Özbəkistana ilk səfəri idi və onun bu ölkəyə valeh olduğu dərhal bilinirdi.  

«Səmərqənd böyük Əmir Teymurun qüdrətini, «Registan» meydanı isə Mirzə Uluqbəy dövrünün intibahını tərənnüm edir. Əsrlər boyu bu irs alimləri, sənətkarları, mədəniyyət xadimlərini özünə cəlb edib. UNESЪO-nun vəzifələrindən biri də musiqi sənətinin mədənyyətlərarası dialoqun universal dili kimi inkişaf etdirilməsidir və təşkilatımız Özbəkistanla genişmiqyaslı əməkdaşлığın inkişaf etdirilməsinə hazırdır», - deyə xanım O. Azule «Şərq təranələri»nin açılışında vurğuladı.  

Doğrudan da, musiqi sərhəd tanımır və müxtəlif xalqların təmsilçilərinin Səmərqənddə Аzərbaycan muğamına göstərdiyi maraq bunu bir daha təsdiqlədi. Azərbaycanı yarışda televiziya və beynəlxalq muğam müsabiqələrinin qalibi Pərviz Qasımov təmsil edirdi. Tar və kamanda onu Azərbaycanın əməkdar artistləri Malik və Elşən Mansuroв qardaşları, nağarada isə Ramin Abdullayev müşayiət edirdi.

Ümumiyyətlə, Аzərbaycan kvarteti festivalın lap əvvəlindən qonaqların və beynəлxalq münsiflər heyətinin favoritlərindən idi. Festivala gələn tamaşaçıların çoxu bizim əlimizdə Azərbaycan bayrağını görüb yaxınlaşır, dəstəklərini ifadə edirdiляр. Tribunada yanımızda əyləşən xarici musiqиşünasların proqramı vərəqləyib Azərbaycan ifaçılarınыn çıxışının vaxtını axtarması isə bizi qürurlandırmaya bilməzdi. Həmin gün Pərviz Qasımovun çıxışı konsertin sonuna yaxın idi. Lakin bu, musiqisevərlərə dörd saatdan artıq gözləyib Azərbaycan muğamı dinləməsinə mane olmadı. Çıxışdan sonrakı alqışlar da göstərdi ki, gözləməyə dəyərdi.

Azərbaycan kvartetinin çıxışına heç kim biganə qala bilmədi. Nəticədə, Pərviz Qasımov və triomuz nüfuzlu beynəlxalq müsabiqənin iki birinci yerindən birinə layiq görüldü. Digər birinci mükafatı Qırğızıstandan olan iki qardaşın «Qopuzçular» dueti qazandı.

İki ikиnci yeri Türkmənistanın «Ərçəbil» ansamblı və Monqolustanın «Xatan» folklor kollektivi, üç üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistandan olan musiqi kollektivləri öz aralarında bölüşdüляр.

«Şərq təranələri» festivalının Qran-prisi isə münsiflər heyətinin yekdil qərarı ilə bu il Özbəkistanda qaldı. Ali mükafata yerli konservatoriyanın tələbəsi Mehrinigar Abdurəşidova layiq görüldü.

Münsiflər heyətinin üzvü, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi bizimlə söhbətində bildirdi ki, builki müsabiqənin iştirakçıları arasında dəyərli ifaçılar çox idi və onlar bu mükafatlara layiq idilər. «Lakin tamaşaçıların gözləri yolda idi. Onlar Azərbaycanın neçənci yeri tutacağını gözləyirdilər. Bizim sənət adamları «Şərq təranələri» festivalında dəfələrlə iştirak ediblər və demək olar ki, hər dəfə onlar ilk yerlərdən birini tutublar. Bu il də istisna olmadı və bizim sənət dostlarımız birinci yerə layiq görüldülər», - deyə S. Kərimi bildirib.  

Yeri gəlmişkən, festivalın qonaqları qələbə münasibətilə bizi təbrik edərkən zarafatla deyirdilər ki, gərək bundan sonra təşkilatçılar Azərbaycanı dəvət etməsinlər, çünki onlar olan yerdə hamı birinci yerdən gözünü çəkməlidir.  

Lakin hər zarafatda bir həqiqət payı da var və bu fikri Milli Konservatoriyamızın rektoru da bölüşür. «Məsələn, İtaliyada skripka ifaçılarının yarışı var, orada italyanların özlərinin iştirakına icazə verilmir. Düşünürəm ki, artıq azərbaycanlıları da müsabiqələrdə çıxış etməkdən daha çox, master-klasslar verməyə çağırmaq lazımdır», - deyə S. Kərimi yarızarafat-yarıgerçək bildirib.

Bununla belə, professor hesab edir ki, belə festivallarda tez-tez iştirak etmək lazımdır. «Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, ölkəni onun mədəniyyəti vasitəsilə tanıyırlar. Biz Azərbaycan mədəniyyətini nə qədər çox təbliğ etsək, ölkəyə o qədər xeyri var. Üstəlik, ona görə ki, bizim musiqimiz unikaldır və onu bütün dünyada sevirlər», - deyə S. Kərimi vurğulayıb.

Səmərqənddə Azərbaycana birincilik gətirən xanəndə Pərviz Qasımov da etiraf edir ki, festivalda rəqabət yüksək idi. Lakin onun sözlərinə görə, müsabiqəyə çox güclü hazırlaşmaqları onlara tamaşaçı dəstəyini və münsiflərin obyektiv qiymətini qazanmağa kömək edib. «Səmərqənd festivalında iştirak etmək mənim arzum idi, çox istəyirdim ки, birinci yerə çıxım. Buna görə də üç ay dayanmadan, fasiləsiz məşq etdik və əziyyətimiz yerdə qalmadı. Əlbəttə, rəqabət böyük idi, çünki festivala çox güclü ifaçılar qatılmışdı. Lakin biz meydanı ələ almağa hazır idik», - deyə P. Qasımov bizimlə söhbətində bildirdi.  

Gənc xanəndənin fиkrincə, onlara olan böyük maraq həm də Azərbaycan muğamına dünyada olan rəğbətdən irəli gəlirdi. «İnanın ki, mən şokdayam. Tamaşaçıların o alqışları, o diqqəti məni heyrətə gətirmişdi. Bizi səhnədən buraxmaq istəmirdilər», - deyə P. Qasımov təəсsüratlarını bölüşür.

Xanəndə həmçinin festivala qatılmağı ona tövsiyə edən professor Siyavuş Kərimiyə və müsabiqəyə təqdim etdikləri kompozisiyanı hazırladığına görə əməkdar artist, gözəl tarzən Malik Mansurova təşəkkürünü bildirdi.  

Malik Mansurovun özü də bizimlə söhbətində bildirdi ki, onlar Səmərqənd səfərinə çox böyük əzmlə hazırlaşıblаr, çünki bilirdilər ki, peşəkarları təəcъübləndirmək o qədər də asan olmayacaq.  

«Ənənəvi muğam Шərq ölkələrinin hamısında var. Sən mütləq nəsə qeyri-adi yanaşma göstərməli, gedişlər etməlisən ki, fərqlənəsən. Ancaq təbii ki, bu da süni olmamalıdır», - deyə əməkdar artist vurğulayır.  

Onun sözlərinə görə, hazırladıqları kompozisiyanın ana xəttini Ramiz Mirişlinin, təxminən, 60-70-ci illərdə yazdığı «Neynim, neynim, gülüm, mənə naz edirsən…» mahnısı təşkil edib. Kompozisiyanın əвvəlində isə böyük Fikrət Əmirovun «Şeyx Sənan» dramına yazdığı məşhur «Kor ərəbin mahnısı»na müraciət edilib.  

«Azərbaycan mahnılarında bir azadlıq var. O da Üzeyir bəydən qalma bir şeydir. Məsələn, Üzeyir bəydə muğamın içindən başqa muğama keçid var. Bu, dəsgahda mümkün deyil, amma mahnılarda edirlər və məntiq də var. Bax, Ramiz Mirişlinin həmin mahnısı elə bir mahnıdır. Yəni bizim muğam demokratik bir musiqi növüdür və biz də ondan bəhrələnməliyik», - deyən M. Mansurov məhz seçdikləri əsərlərin verdiyi sərbəstliyin onlara qələbə qazanmaqda kömək etdiyini vurğulayıb.

Bu arada Azərbaycan kvartetinin çıxışı müxtəlif ölkələrdən Səmərqəndə gələn «alıcı»ların da marağına səbəb olub. Məsələn, Çindən olan impressario artıq onları dekabrda öz ölkəsinə konsertə dəvət edib.  

Bir sözlə, necə ki, Səmərqənd özü tarixən İpək Yolunun üzərində ən vacib məntəqələrdən biri olub, eləcə də burada keçirilən «Şərq тəranələri» musiqi festivalı müxtəlif xalqları və mədəniyyətləri birləşdirən bir meydana çevrilib. Ən əsası isə, Özbəkistan prezidentinin də dediyi kimi, «planetimizdə müxtəlif münaqişələrin və silahlı qarşıdurmaların artdığı, insanların daha çox virtual aləmdə yaşadığı bir vaxtda, musiqi insan qəlbində gözəl, nəcib hisslər, gələcəyə ümid və inam oyadır».



MƏSLƏHƏT GÖR:

310