29 Mart 2024

Cümə, 10:35

HƏR ŞEY AZDAN BAŞLAYIR

Azərbaycanın mikromaliyyə bazarı yeni inkişaf ərəfəsindədir

Müəllif:

15.10.2019

Mikromaliyyə kiçik və orta sahibkarlığın inkişafına ciddi dəstək kimi maliyyə sektorunun ən önəmli seqmentlərindən biri, əksər sahibkarların kredit bazarına çıxması üçün ilk addımdır. Əslində, mikromaliyyə qurumları sırf kredit təşkilatlarıdır, onlar kreditlər verilməsində qısa müddətləri, maliyyələşdirmə müraciətlərinə dərhal baxılması və girov üçün liberal tələbləri sayəsində yeni başlayan iş adamları arasında "böyük qardaşları" - banklardan daha populyardırlar. Azərbaycanda bu bazarın potensialı təxmini hesablamalara görə bir neçə milyard dollarla qiymətləndirilə bilər.

Artıq altıncı ildir ki, oktyabrın əvvəlində mikromaliyyə təşkilatlarının toplantısı keçirilib, burada uğurlar ilə yanaşı, problemlər və onların həll yolları da müzakirə edilib. Bu il, sərmayəçilər yarmarkası adı da verilən tədbirin mövzusu "Mikromaliyyə yol ayrıcında: Rəqəmsal texnologiyalar dövründə dayanıqlı inkişaf" olub.

 

Maliyyəyə çıxış sadələşir  

Mikromaliyyələşdirmənin Azərbaycanın maliyyə bazarı üçün önəmli vasitələrindən biri olması faktı da rəqəmlərlə təsdiqlənir: son 20 ildə ölkənin bank olmayan kredit təşkilatları (BOKT) əhaliyə, təxminən, 4 milyard manat dəyərində kredit xidməti göstərib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu ilin avqust ayının sonunda BOKT-ların kredit portfeli 339,1 milyon manat və ya ölkənin ümumi kredit portfelinin 2,4%-ni təşkil edib.  

Azərbayccan Mikromaliyyə Assosiasiyasının (AMFA) idarə heyətinin üzvü Süleyman Kələşovun sözlərinə görə, bu vəsaitlərdən 500 min nəfər, dolayısı ilə, təxminən, 2 milyon Azərbaycan vətəndaşı istifadə edib. Özü də, savadlı biznes plan tərtib edilməsi üçün elementar biliklərin olmaması və ya girov təminatının tapılmaması səbəbindən istəyən hər kəs maliyyəyə çıxış əldə edə bilmir.

Bundan başqa, bu yaxınlara qədər mikromaliyyə təşkilatlarının özləri də vəsait çatışmazlığı problemi ilə üzləşirdilər. Məsələ bundadır ki, 2015-ci ildə manatın devalvasiyasından sonra kreditləşmə yalnız milli valyutada aparılıb və kredit verilməsi çərçivələri xeyli sərtləşdi. Bir sıra kredit təşkilatlarında yaranan əlverişsiz və qeyri-sabit vəziyyət xarici sərmayəçilərin, kreditorların və maliyyə fondlarının bazardan uzaqlaşmasına səbəb olub. Bundan əlavə, borcluların kredit tarixçələrində də gecikmələr müşahidə olunub və təbii ki, yeni kreditlər onlar üçün əlçatmaz olub.

Lakin Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinnin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı göstərilən problemlərin əksəriyyətinin həllinə kömək edib. Əslində, son beş ildə mikromaliyyənin inkişafı iki mərhələyə bölünə bilər - bu fərmandan əvvələ və sonraya.

Bu sənəd bankların və bank olmayan kredit təşkilatlarının likvidliyinə də müsbət təsir göstərib, çünki fərmana görə, borcalanların kredit vəsaitləri güzəştli şərtlərlə yenidən strukturlaşdırılır. Mikromaliyyə Assosiasiyası hesab edir ki, fərmanın daha bir müsbət nəticəsi bu sektorda faiz dərəcələrinin aşağı düşməsi ola bilər ki, bu da öz növbəsində kiçik biznesə və mikro biznesə əlavə kreditlər ayırmaq üçün geniş imkanlar açacaq.

“Dövlət başçısının fərmanı, ilk növbədə, sosialyönümlüdür, eyni zamanda maliyyə qurumlarını çox sayda işləməyən kreditlərdən azad edərək, onlara yardım etdi. Xüsusilə də, ilin əvvəlindən bank olmayan kredit təşkilatlarının işləməyən kreditlərinin portfeli 70% azalıb. Bundan əlavə, əhalinin maddi vəziyyətinin yaxşılaşması ona gətirdi ki, kreditləşmə templəri artmağa başlayıb və mikromaliyyə bazarı canlanır", - deyə AMFA İdarə Heyətinin sədri Cəlal Əliyev bildirib.

AMFA-da hesab edirlər ki, daha bir vacib cəhət - borcalanların gəlirlərinin daha şəffaf olmağa başlayır. Məsələ bundadır ki, kreditləşməyə uyğunluğunun təhlil olunması üçün kiçik və mikro müəssisələrin gəlirləri qeydə alınmalıdırlar. Vergi sahəsində islahatlar gerçəkləşdirildikcə bu proses daha da sürətlənir, daha çox sahibkar öz biznesini qanuniləşdirmək istəyir. Beləliklə, mövcud bazar potensialı artır və müştəri bazası müvafiq olaraq genişlənir.

 

Risklərin sığortası  

Çox tezliklə mikrokredit təşkilatlarının kiçik və orta müəssisələr arasında etibarlı müştəri tapması asanlaşacaq, beləliklə, maliyyəyə çıxış problemlərini həll etmək daha asan olacaq.

Bununla bağlı, yarmarkanın gedişində qeyd olunduğu kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi hazırda vahid platformadan təkcə dövlətdən - özəl sektora deyil, həm də biznesdən - biznesə xidmət göstərilməsi üzrə geniş bir layihə həyata keçirir. Mikromaliyyə təşkilatlarının da bu prosesə cəlb edilməsi planlaşdırılır.  

Agentlik təmsilçiləri bildirir ki, bu gün banklardan və mikromaliyyə təşkilatlarından vəsaitlərinin cəlb edilməsində problemlərdən biri risklərin sığortası məsələsidir. Onun həlli ilə yeni yaradılmış Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi məşğul olacaq, işin mahiyyətində biznes layihələrini müşayiət edərək, uğurla başa çatdırmaq dayanır, bu da onların dayanıqlığını və resurslara çıxışın təmin edir. Qeyd etmək lazımdır ki, hələlik ölkə daxilində 17 KOB Dostu fəaliyyət göstərir, lakin düşünülür ki, onlar digər şəhər və bölgələri də əhatə edəcək. Bu təşkilatların məqsədi dövlət qurumları ilə əlaqələrin qurulmasında informasiya və məsləhət dəstəyi, hüquqi yardım göstərməkdir.  

Kredit bazarındakı risklər, eyni zamanda ona azalır ki, indi bazarın bütün iştirakçıları, daha doğrusu, kreditorlar borcalanların kredit tarixçələrini yoxlaya bilirlər. Bundan əlavə, Kredit Bürosunun baş direktoru Elçin Həbibovun qeyd etdiyi kimi, 2020-ci ilin aprel ayında yeni xidmətlərin istifadəyə verilməsi planlaşdırılır ki, xüsusilə kredit skorinqinin (borcalanın kredit qabiliyyətinin qiymətləndirilməsinin) istifadəyə verilməsi bazarda yeni analitik xidmətlərin istifadəyə verilməsinə imkan verəcək.  

"Bundan əlavə, bu, proseslərin avtomatlaşdırılmasına təkan verəcək və vətəndaşlara öz kredit tarixçələrində baş verən dəyişikliklərə nəzarət imkanı yaradacaq", - deyə E.Həbibov iddia edir. Bu sistem türk həmkarlarla birlikdə hazırlanır. 2019-cu ilin sonuna qədər kredit təşkilatlarının büroya eyni anda çox sayda sorğu göndərmək imkanı yaradan başqa bir xidmətin istifadəyə verilməsi də planlaşdırılır. Hazırda kredit təşkilatları bir anda yalnız bir sorğu göndərə bilərlər. Yeni xidmət, baş direktorun sözlərinə görə, sorğuların sayını 5-10 minə çatdırmağa imkan verəcək.

O, vurğulayıb ki, büroya göndərilən ümumi müraciətlərin sırasında skorinqlərin payı getdikcə artır. Fəaliyyətə başladığı gündən, yəni 2017-ci ilin dekabr ayından bu yana büroya 3,6 milyon sorğu daxil olub ki, onlardan 1,9 milyonu skorinq olub. Əgər keçən il ümumi sorğularda skorinqlərin payı 43,5% idisə, bu ilin 8 ayı ərzində bu göstərici 61,5%-ə çatıb. Bu artım, problemli kreditlər haqqında fərmandan sonra kreditləşmə həcmlərinin artması ilə bağlı ola bilər. Sənədin əhatə etdiyi şəxslər köhnə kredit yükündən azad olunduqdan sonra rahat şəkildə bank olmayan kredit təşkilatlarının və digər maliyyə institutlarının yeni potensial müştərilərinə çevrilə bilərlər.

 

Vahid platforma

Son illərdə Azərbaycanın bank bazarına fəal şəkildə rəqəmsal maliyyə xidmətləri daxil olur və bu gün əsas məsələ bütün maliyyə bazarı üzrə əhalini ucuz maliyyə xidmətləri ilə təmin edəcək və və bu xidmətlərin alınmasını asanlaşdıracaq innovativ modellərin tətbiq edilməsidir. Bu, xüsusilə maliyyə imkanlarının çətin olduğu dağlıq rayonlar və kənd yerləri üçün vacibdir.  

Bununla əlaqədar, VI İnvestorlar Yarmarkasında Azərbaycanın maliyyə bazarındakı bütün iştirakçıların vahid platformadan tənzimləməsi ideyası səsləndirilib. Belə bir təklif Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevdən gəlib. O sanır ki, maliyyə bazarında birbaşa və ya dolayı yolla eyni iş və xidmətləri həyata keçirən ayrı-ayrı iştirakçıların tənzimlənməsinə fərqli yanaşmalar mənfi nəticələrə gətirir.  

“Biz fəaliyyətimizin yaxşılaşdırılması və rəqəmsal xidmət kanallarının inkişaf etdirilməsi üçün müxtəlif strukturlarla əməkdaşlıq edirik. Lakin bu məsələ hüquqi bazanın təkmilləşdirilməsini tələb edir. Biz də banklar kimi uzaqdan, yəni borcalanların ofisdə fiziki iştirakı olmadan kredit verilməsinə nail olmağa çalışırıq. Düşünürəm ki, lazımi düzəlişlər qəbul edildikdən sonra vəziyyət xeyli yaxşılaşacaq", - deyə AMFA İdarə Heyətinin sədri bildirib.

Nəticədə, bütün bu planların gerçəkləşdirilməsi mikromaliyyə təşkilatlarının müəssisələrin kreditləşməsində rolunun artmasına, sahibkarlığa verilən kreditlərin ümumi həcmində onların payının yüksəlməsinə səbəb olacaq. Axı, nəticədə, mikrokreditlər tərəfindən yalnız qeyri-neft sektorundakı layihələr maliyyələşdirilir və bu istiqamətdə irəliləyişlər birbaşa ölkənin iqtisadi siyasətinin neft amilinin azaldılmasına yönəlmiş əsas xəttinə uyğundur.


MƏSLƏHƏT GÖR:

284