20 Aprel 2024

Şənbə, 17:59

«ALTI»: MƏKAN VƏ ZAMAN

Rejissor Anar Əzimovun debüt və «ən yaxşı xarici» tammetrajlı filmi YARATda göstərilib

Müəllif:

15.02.2020

İkinci Dünya müharibəsi. Alman əmək düşərgəsi. Kamerada altı qadın var. Adlarına və görünüşünə görə - slavyan mənşəlidirlər. Onlardan biri alman zabiti Krauzeniöldürüb. Lağım qazaraq, qaçmağa hazırlaşarkən öldürüb. Əmək düşərgəsininkomandanlığı elan edib: zabitin qatili tapılarsa, qalan qadınların həyatı xilas olunacaq. Tapılmazsa, hamı edam olunacaq. Onlardan yaşca ən böyüyü araşdırmağa başlayır, öyrənmək istəyir ki, beş qadının hansı, necə və hansı şəraitdə hansısaqarovulçunun bilmədən itirdiyi bıçağı götürüb və zabiti öldürüb. Filmin sonu gözlənilməz olur.

 

1, 2, 3, 4, 5, 6

Azərbaycan rejissoru, hazırda Kiyevdə yaşayan Anar Əzimovun tammetrajlı debüt filmi "Altı"YARATkino klubunun yaradıcılıq fəzasında nümayiş olunub. Film 2018-ci ildə Kiyevdə dram teatrlarının aktyorlarının iştirakı ilə çəkilib. Film Plovdivdə (Bolqarıstan) keçirilən «Mind the Indie» beynəlxalq kino festivalında təqdim edilib, «La Jolla»da(Kaliforniya, ABŞ)keçirilən «Accolade Global Film Competition» yarışmasında «Award of Excellence» mükafatına layiq görülüb. Həmçinin İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalında ən yaxşı Azərbaycan filmi kimi «Zoroaster Award» mükafatını qazanıb.  

İtaliyada film «Fabrique Du Cinema» (İtaliya) jurnalının "Ən yaxşı xarici film" (2018) kateqoriyasında mükafatına nominant olub. İtalyan film festivalının münsiflər heyətinə məşhur Amerika və Kanada rejissoru, ssenarist və prodüsser, iki qat «Oskar» və «Emmi» sahibi olmuş Pol Haqqis rəhbərlik edib. Əsərin nümayişindən sonra müzakirələr keçirilib. Tamaşaçılar filmin müəllifinə bir çox suallar veriblər, o isəsualların cavablarını ətraflı cavablandırıb.

 

Rejissor haqqında  

Fəlsəfə elmləri namizədidir (1995), Bakı Dövlət Universitetinin məzunudur (Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirib), nasirdir, dramaturqdur, ssenaristdir, Britaniya Şurasının dramaturgiya kursunun məzunudur (1999-cu il, Tbilisi). Bakıda anadan olub, böyüyüb. Dostlarının və mütəxəssislərin dediyinə görə, onun nəsri tamamilə kinematoqrafiya təbiətlidir. Onun yazdığı mətnlər filmin kadrlaşması səviyyəsində yaranır. Çəkiliş meydançasında qurduğu kadrlar - düşüncə, duyğu, qeyri-xətti vaxt kateqoriyası, vizual estetika, panoramalaşdırma, epiklik və kameralıq, təxribat və volyuntarlıq, qeyri-xətti dramaturgiya və alluziya kimi anlayışları birləşdirmək cəhdidir. Ancaq, istənilən halda, filmi özünüzün izləməsi daha yaxşıdır. Çünki onu görən mütəxəssislər deyə bilər ki, əvvəlki onilliklərin kinematoqrafçıları gerçəkliyin yozumunun əsas vasitəsi kimi real fakt səviyyəsində hadisənin özünü müəyyən etməyiblər, sadəcə, onların qavrayışında, yəni insanın subyektiv şüurunda baş verən obyektiv məkan və zaman kateqoriyalarını müəyyənləşdiriblər. Bu örnəkdə - ssenari müəllifi, rejissor və bəstəkar hamısı bir şəxsdə cəmləşib.

 

Üslub axtarışında  

Bəs, məgər, məkan və zamanın obrazlı imkanları daha öncə müxtəlif ölkələrin rejissorları istifadə etmirdilərmi? Kinoşünaslar və kino tarixçilərinin bildirdiyinə görə, artıq 20-ci əsrin sonlarına doğru - bir əsrdən çox bir sənət forması kimi mövcud olan kinoda qulaqardına vurulması mümkün olmayan istiqamətlər müəyyənləşdi. Bu, məkan və zaman bağlılığına, assosiativ əlaqələrin və hadisələrin yozumuna əsaslanan bir bədii sistemdir. Kventin Tarantinonun, Bernardo Bertoluççinin, Rodriqo Kortesin, Nil Marşallın, Vinçenso Natalinin və başqalarının yaradıcılığı... Elə gəlir ki, hər şey tapılandan sonra axtarmaq nəyəlazımdır? Bəziləri üçün, bəlkə də, bu, bir arqument ola bilər, amma Anar Əzimov üçün deyil. O, daimi axtarışdadır: məzmun və formanın üzvi birləşməsi, özünəməxsus kino dili üslubu, özünəməxsus kinorejissor imzası.

 

Məkan və zaman  

Bu kateqoriyalar intuitiv səviyyədə başadüşüləndir və gerçəkliyin insan şüuru ilə qavranılması üçün ayrılmaz şərtlərdir. Tarixən bu anlayışların mahiyyəti ilə bağlı iki yanaşma var. Birincisi - Demokrit, Epikür, Lukretsiya və Nyutondan gəlir: "Məkan və zaman xüsusi başlanğıclardır və bir-birlərindən asılı olmayaraq mövcuddurlar." İkincisi – Aristoteldən gəlir ki, onun fikrincə, məkan cisim yerlərinin toplusudur, zaman isə "yerdəyişmələrin " sayıdır. Aristotelə görə, zaman yerdəyişmədən (oxu - hərəkətdən) fərqli olaraq, rəvan axır. Bugünkü kinematoqrafların kino dili keçmişin fəlsəfi işləmlərini təkzib etmədən gerçəkliyi yaxalamaq və dərk etmək bacarığıdır. Onlar üçün yaradıcı, texniki və texnoloji komponentlər eyni dərəcədə önəmlidir. Ancaq bütün bunlar peşəkar praktiklər üçündür. Rejissorlar üçün yəni. Sadə izləyici üçünsə kino sadəcə ekran yerdəyişməsidir və bu,emosional, estetik və intellektual qavrayış səviyyəsində qəbul edilir.

 

Rejissorla dialoqda  

Anar Əzimov yaradıcı insandır, daim axtarışdadır. Kinoya bir neçə il əvvəl gəlsə də – ideya və düşüncələrlə doludur. Belə də olur: yalnız qırx ildən artıq bir dövrü keçəndən sonrainsan toplumdakı fəaliyyət növünü seçməkdə qərar verə bilir. Anarla da məhz belə olub. İndi o, dəqiq bilir ki, kino ilə məhz ciddi şəkildə məşğul olmaq lazımdır və o, məmnuniyyətlə, bu işlə məşğul olur.

- Deyin, görək, kino - sizin üçün ünsiyyət dilidir?

- Xeyr. Özünü ifadə etmək üsuludur.

- Deməli, siz film çəkərkən tamaşaçılar barədə düşünmürsünüz?

- Onların qarşısında özümü itirmək dərəcəsində - yox. Əks əlaqə baxımından - hə.

- Yəni?

- Mən kino çəkəndə, dəqiq bilirəm ki, əks əlaqə olacaq. Müsbət işarəli və ya mənfi işarəli – önəmli deyil. İstənilən halda, bu, nəticədir. Ətraf dünyanı qavramaq baxımından mən özmodelimi təklif edirəm. Ancaq o, digər insanların dünya modelləri ilə üst-üstə düşməyə bilər. Və bu, normaldır. Rəssam dünyaya özü yanaşdığı kimi yanaşır. Rəssamın yaradıcılığı ətrafındakı dünyaya bir reaksiyadır.

- “Altı” filminiz də ətraf dünyaya reaksiyadır, yoxsa açıq epatajdır?

- Epataj? Yox. «Altı» məkanı araşdırmaq cəhdidir. Qapalı olmayan, lakin çox məhdudlaşdırılmış məkanı. Alman əmək düşərgəsindəki mövcudluq şərtləri ilə məhdudlaşdırılmış məkanı. Əslində, onların hamısı məhkum edilib, çünki heç birinin, yəqin ki, gələcəyi yoxdur, çünki həyat iradələri yoxdur, amma qorxu var. Biz bunu hekayənin qeyri-xətti süjeti sayəsində görürük və anlayırıq.

- Keçmişi şüuraltıdan sıxışdırılıb çıxarılan qadın qəhrəmanın xatirələri sizin üçün bir zaman kateqoriyası kimi sizi maraqlandırır?

- Mümkün olan dərəcədə. Çünki bu, ümumi hekayənin ayrılmaz hissəsidir.

- Əslində, bu çəkiliş layihəsində müəllif olaraq sizin üçün ən maraqlı nədir?

- Məkan! Və zaman.

- Bəs, siz onu necə araşdırırsınız?

- Kameranın köməyi ilə, onun obyektivi bu hekayənin altıncı personajı kimi hər zaman personajların yanında olur.

- Nəzərə alsaq ki, bu hekayənin müəllifi sizsiniz, kameranın obyektivinin sayəsində hadisələrin gedişini nəzarətdə saxlayırsınız, biz deyə bilərikmi, bu hekayədə «Altıncı» sizsiniz?

- Müəyyən mənada, düşünürəm ki, hə.  

- Deməli, düşərgə əsirlərinin dünyasını məhdudlaşdıran sizsiniz?

- Belə görünə bilər. Ancaq... Əslində, hər hansı bir insanın dünyası onun beyninin əhatəsi və təklif olunan həyat şərtləri ilə məhdudlaşır. O cümlədən, filmin qəhrəmanlarının da.

- Romada «Fabrique Du Cinema» jurnalının "Ən yaxşı xarici film" kateqoriyasında mükafatın nəticələri elan edilərkən nə düşünürdünüz?

- Bu festivalın münsiflər heyətinin sədrinin Pol Haqqis olduğunu və filmimizin "Ən yaxşı xarici film" kateqoriyasında nominant olduğu barədə. Ancaq ciddi soruşursuzsa, dəqiq xatırlamıram.

- Şöhrətlə sınaqdan keçmək istəyirsiniz?

- Yalnız "pulun sınağından" keçmək üçün. Çünki şöhrət istənilən bir çəkiliş layihəsi üçün etibarlı maddi baza zəmanətidir. Müəllif kinosu çəkməyə davam etmək istərdim, amma bunun üçün pul lazımdır.

- Yeni bir layihə üçün artıq ideyanız var?

- İdeyalar çoxdur, onlar həmişə var.

- Necə bir film çəkməyi arzu edirsiniz?

- İnsanların və mətnlərin olmayacağı bir film. Yalnız məkan və zaman olacaq ...

- ???

- Mətn heç də həmişə doğru olmur. Mətn, təəssüf ki, gerçəyin yalanla dəyişdirilməsidir.

- İnsanları bu qədər sevmirsiniz? Onlar sizə maraqlı deyil?

- Məhz onlar mənim üçün maraqlı olduqlarına görə belə bir film çəkmək istəyirəm. Sözlər qiymətsizləşib. Bu gün onlar çox sürətlə ilkin mənasını itirirlər. İnsanların olmadığı bir məkanı təsəvvür edə bilərsiniz, orada ancaq onların obrazlarının musiqisi eşidilir və hər şeydə hiss olunur?

- Yetərincə təxmini. Sizdə artıq ssenari hazırdır?

- Ssenari var, onun həyata keçirilməsi üçün pul axtarıram.

- Bu, insanlar üçün film olacaq?

- Həm də insanlar haqqında!

- Sizə yaradıcılıq uğurları, nailiyyət və bütün planlarınızın icrasını arzulayırıq.

- Təşəkkür edirəm.



MƏSLƏHƏT GÖR:

353