24 Aprel 2024

Çərşənbə, 22:01

SƏHNƏ TƏCRİDDƏ

Teatr pandemiya şəraitində onlayn yaşaya bilərmi – mütəxəssislər müzakirə edir

Müəllif:

01.05.2020

Pandemiya şəraitində yaşamaq heç kimə asan deyil. Özəlliklə də, peşələri canlı fəaliyyətlə bağlı olanlar üçün. Söhbət teatrdan gedir. Teatr həmişə canlı sənət növü olub. İndi onun tarixində yeni mərhələ başlayıb. Virtual mərhələ. Teatr incəsənətinin bu yeni növünü qəbul etməyə hazırıqmı? Mütəxəssislər teatrın internet vasitəsilə izləyiciyə ideya - dünyagörüş və bədii təsirini qoruma imkanlarını anlamağa çalışırlar. Ümumiyyətlə, bir virtual teatra ehtiyacımız varmı?

 

«Onlayn Teatr – 2020»

Beynəlxalq Teatr Tənqidçiləri Birliyi 2019-cu ilin payızında Tbilisidə yaradılıb. Bu gün burada indiki gerçəklikləri anlamağa çalışırlar və artıq müəyyən nəticələrə gəliblər. İlk addım kimi təşkilat komitəsinin üç ölkədən olan nümayəndələri - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Anara Yerkebay (Qazaxıstan); sənətşünaslıq doktoru, professor Laşa Çxartişvili (Gürcüstan); fəlsəfə doktoru Elçin Cəfərov (Azərbaycan) tərəfindən “Onlayn Teatr - 2020” adlı virtual beynəlxalq elmi konfrans təşkil edilib. Müzakirə mövzuları sırasına karantinin teatrların işinə necə təsir etməsi, onlayn nümayişlərin müsbət və mənfi cəhətləri, distant teatr təhsili, teatrın və tamaşaçının real və virtual məkanda qarşılıqlı təsiri, "divanda izlənən teatr"ın tamaşaçılarla ünsiyyətin yeni və ya aralıq forması olub-olmaması daxil olub. Mövzuya maraq böyükdür. Konfransa Meksika, Pakistan, Rusiya, Qırğızıstan, Özbəkistan, Polşa, Ukrayna, Fransa və digər ölkələrdən 50 nəfər qatılıb. Bunlar nəzəriyyəçilər (teatrşünaslar, tənqidçilər, kulturoloqlar, jurnalistlər) və teatr praktikləri (rejissorlar, aktyorlar, dramaturqlar, menecerlər, səhnə tərtibatçıları və teatr rəhbərləri), habelə teatr ali məktəblərinin müəllimləri olublar.

 

Teatr tamaşa yeridir

Bəs, 2500 il əvvəl Qədim Yunanıstanda yaranmış teatr bu gün üçün nə deməkdir? Sözün özü yunan mənşəlidir və hərfi mənada tamaşa üçün bir yer deməkdir, salonda oturub seyr edənlər üçün məkan mənasını verir. Yəni tamaşaçılar üçün. Orkestrdə (səhnədə) əsas hərəkət daşıyıcısının aktyor olması zəruri şərtdir. Yəni yunan dilindən tərcümədə "hərəkət edən" deməkdir. Bu gün teatr sintetik bir sənətdir (ədəbiyyat, musiqi, xoreoqrafiya, vokal, təsviri incəsənət, videotəsvir, işıq və səsin istifadəsi ilə yeni texnologiyalar ona daxildir), tamaşaların qoyuluşunda bədii və texniki peşə sahəsindən çox sayda insan iştirak edir. Ancaq dramaturqun və rejissorun iradəsi altında baş verən hər şeyin mərkəzi və hər şeyin yaşandığı mərkəz aktyor-personaj və... tamaşaçı olaraq qalır!

Yalnız real zaman rejimində, "burada və indi" baş verən canlı enerjinin canlı mübadiləsi duyğuların və düşüncələrin təkrarsız uzaşmasının sehrini yaşada bilər. Nə qədər ki, insan insan olaraq qalır, onu katarsis səviyyəsinə qaldıra biləcək ruh halı, hiss və duyğular varsa, canlı, ani hərəkətin teatrına ehtiyac olacaq.

Çünki heç bir ekran ideal vasitəçi və ya bələdçi rolunu yerinə yetirə bilməz. Onlayn teatr insana gerçək teatrın duyğularını verə bilməz. Virtual teatr yalnız maarifçilik rolu oynaya bilər, geniş teatrsevərlər auditoriyasını dünyanın müxtəlif teatrlarının uğurları ilə məlumatlandırar. Eyni zamanda, «Barbikan» (London) Teatrında olduğu kimi səhnə sənətini daha mükəmməl və ifadəli, daha görkəmli hala gətirən yeni texnoloji imkanları ilə nümayiş etdirər. Ya da Stanislavski Elektroteatrında olduğu kimi texniki baxımdan daha çox təchiz edilmiş olar.

 

Teatr böhranı

Konfransın bütün iştirakçıları tamaşanın quruluşunda (dram, opera, balet və pantomimada) yeni texnologiyaların tətbiqinin səmərəliliyindən, teatrdakı böhran durumunu pandemiyadan “əvvəl” və “sonra”ya ayırdılar. Toplanan təcrübə ilə Teatr özünütəcriddən necə çıxacaq? Aktyorlarla onlayn məşqlər aparmaq və yaradıcılıq ali məktəblərində dərslər üçün Zoom.us-un tətbiq olunan texnoloji işləri nə dərəcədə səmərəlidir? Aydın olub ki, bu cür tətbiqlər konfranslar və plenar iclaslar, nəzəri mühazirələr və seminarlar üçün yaxşıdır. Hələ də real məkanda və real zamanda aktyorların birbaşa qarşılıqlı əlaqəsini nəzərdə tutan teatr fəaliyyətinin məşqləri üçün bu cür “verbal” qarşılıqlı əlaqə yalnız qısa 7-14 təqvim günü müddəti ərzində mümkündür.

Teatrda bu dövr masaüstü adlanır, çünki rejissor və aktyorlar masa üstündə pyesin gələcək cərəyanının quruluşunu, janrını, personajların xüsusiyyətlərini və s. müəyyən edirlər. Sonra proses aktyorların qarşılıqlı əlaqəsinin olduğu səhnəyə çıxış tələb edir ki, Tamaşa bundan ərsəyə gəlir. Təəssüf ki, onlayn məşqlər təcrübəsi nəticə vermədi və bu artıq yetərincə aydın bir faktdır. Onlayn sistemdəki dərslərə gəldikdə, onlar da daha yaxşısı arzulanan nəticələr ehtimalını təsdiqlədilər.

 

Şübhəli nəticə

Niyə? Birincisi, müəllim - tələbə strukturunda ikitərəfli əlaqə üçün, əla olmasa da, ən azından qənaətbəxş bir texniki baza olmalıdır: kompüter - kompüter və ya kompüter - planşet, həmçinin dayanıqlı internet-siqnal təmin edilməlidir. Əgər müəllimin kompüteri varsa, şagirdinki (tələbəninki) telefondursa və yetərincə kilobaytı yoxdursa, onda məsafədən bilik əldə etmək imkanı istisna edilir. Belə onlayn təhsil strukturunda müəllim telefondan istifadə edirsə, şagird isə kompüter və ya planşet istifadə edirsə, artıq güc balansı dəyişir. İstənilən, daha yaxşı nəticəyə ehtiyac yaranır. Bu müddət ərzində pandemiya və özünü təcridetmə ilə bağlı nəzəriyyəçilər və praktiklər anladılar ki, çağdaş dünyanın inkişaf zəncirində texnologiyanın tətbiqi aparıcı yox, yardımçı həlqə ola bilər. Aydındır ki, tərəqqi dayandırıla bilməz, ancaq tərəqqi dağıdıcı deyil, yaradıcı olmalıdır. Mütəxəssislər də bu barədə artıq qazandıqları təcrübəyə istinadən danışdılar.

İkincisi, sual yaranır ki, hansı yüksək amal naminə canlı teatr fəaliyyəti virtual məkan dünyasına köçürülməlidir? Yaxud hansı ideallar və hansı rahatlıq naminə uşaqları böyüklərdən təcrid edərək internetin virtual məkanına göndərməyə dəyər? Bəs, virtual məkan özü nədir?

Biz keçən əsrin fantastlarına da müraciət edə bilərik və Rey Bradberinin «Veld» hekayəsinin süjetini yada sala bilərik. Uşaqların hədiyyə olaraq nə aldıqlarını xatırlayın? İnsanlar üçün hər şeyi edən maşınlarla doldurulmuş "Hər şey xoşbəxtlik üçün" adlı avtomatlaşdırılmış ağıllı evdə kompüterləşdirilmiş bir otaq (veld), Hekayənin sonu faciəli qurtarır...

Pandemiya fonunda yaranmış vəziyyəti təhlil edən mütəxəssislər belə bir nəticəyə gəliblər ki, bədii prosesin bu və ya başqa təzahüründə canlı insanın iştirakını ən yüksək texnoloji proqram belə əvəz edə bilməz.

Konfransa gəldikdə isə, çox yaxşı keçib və təşkilatçıların bütün gözləntilərini artıqlaması ilə doğruldub. Aydın görünürdü ki, həm məruzəçilər, həm də dinləyicilər peşəkar ünsiyyət üçün çox darıxıblar! Ən əsası, konfransın coğrafi əhatə dairəsinin bu qədər geniş olması çox xoş oldu.

Məşhur teatrşünas alimlər, teatr tarixçiləri və tənqidçilər, rejissorlar və teatr rəhbərləri, yaradıcılıq ali məktəblərinin müəllimləri peşəkar təcrübə, yaradıcı fikir mübadiləsi və teatrın aktual problemlərini müzakirə etmək üçün toplaşmışdılar. Təcrid edilmiş bir teatr. Burada dünyanın müxtəlif ölkələrində teatrların karantin həyatının necə keçdiyi, aktyorların izləyiciləri ilə evdən necə əlaqə qurmağa çalışdıqları barədə məlumat verildi. Müxtəlif cür problemlər qaldırıldı: karantindən sonra izləyicini necə geri qaytarmalı, videotamaşaların keyfiyyəti, ümumiyyətlə, səhnə sənətinin gələcəyi.

 

Daha sonrası?

Beləliklə, virtual teatr nədir: fantaziya, yoxsa gerçəklik? Birmənalı cavab yoxdur. Belə bir anlayış var ki, texnogen proseslər dünyanı ələ alır. Onlar insanı alışdığı yaşayış yerindən kənara çıxarmaqla hədələyirlər. Fantastikadır? Bəli. Keçmişdən bizə Rey Bredbernin, Stanislav Lemin, Herbert Uellssin və Corc Oruellin salam var! Sonra nə olacaq? Təzadlı informasiya axınında azmış bəşəriyyət, yenə də eyni suallara cavab axtaran bir kompüter kimi donub: "günahkar kimdir?" və "nə etməli?" Cavab yoxdur. Ancaq belə bir hiss var ki, bu, artıq bir fantaziya deyil, başqa bir gerçəkliyin başlanğıcıdır...



MƏSLƏHƏT GÖR:

292