Müəllif: Namiq MAYILOV
“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovla görüşümüz Laçının işğaldan azad olunmasının ildönümü ilə eyni günə təsadüf edirdi. Laçın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il bəyanatına əsasən Azərbaycana qaytarılmış üç rayondan sonuncusu idi. Bundan cəmi bir həftə sonra isə həmsöhbətimizin rəhbərlik etdiyi Fond yaradıldı. “YAŞAT” Fondu Prezident İlham Əliyevin Fərmanı ilə qazilərə və şəhid ailələrinə dəstək üçün yaradılıb. Maraqlıdır ki, Fondun 20 əməkdaşdan ibarət bütün heyəti qazilərdən, yaxud da şəhid ailələrinin üzvlərindən ibarətdir. Elə Emin Hüseynovun özü də Xüsusi Təyinatlı Qüvvələrin zabiti olaraq cəbhədə yaralanmış Qarabağ qazisidir.
- Emin müəllim, sizinlə Laçının işğaldan azad olunmasının birinci ildönümü günü görüşürük. Qarabağ qazisi və “YAŞAT” Fonduna rəhbərlik edən bir şəxs kimi Ağdam, Kəlbəcər və nəhayət, Laçın rayonunun bir güllə atılmadan Azərbaycana qaytarılmasının əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Əvvəla, mən böyük Zəfər münasibətilə bütün xalqımızı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Doğru qeyd edirsiniz, Ağdam, Kəlbəcər və Laçının bizim üçün strateji əhəmiyyəti böyükdür. O rayonlar həm relyef baxımından, həm düşmənin qurduğu mühəndis maneələri, istehkamlar baxımından elə çətin bir mövqedə yerləşirdi ki, biz oraları savaşla azad edəsi olsaydıq, həm şəhidlərimizin və yaralılarımızın sayı xeyli çox olar, həm də müharibənin müddəti uzana bilərdi. Bu rayonların bir güllə atılmadan azad olunması bizim diplomatiyamızın, şəxsən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük uğurudur. Təbii ki, bunda qəhrəman Azərbaycan əsgərinin də müstəsna rolu var. Nədən ibarətdir bu rol? Biz digər ərazilərimizi əsgərlərimizin qanı, canı bahasına azad etdik və düşmən ordusunu pərən-pərən saldıq. Nəticədə, düşmən məcbur qalıb kapitulyasiya aktına imza atdı.
- Müharibənin fəsadlarının aradan qaldırılması qısa zamanın işi deyil. Böyük zəfərimizdən cəmi 1 ay sonra şəhid ailələri və qazilərə dəstək məqsədilə yaradılmış “YAŞAT” Fondu cəmi 1 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində nələr edə bilmisiniz?
- Bildiyiniz kimi, “YAŞAT” Fondu Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2020-ci il dekabrın 8-də yaradılıb. Ötən bir ilə nəzər salsaq, görərik ki, yeni yaradılmasına baxmayaraq, bir il ərzində fond kifayət qədər böyük işlər görüb. Bütün bunlar ianə edən vətəndaşlarımızın, iş adamlarımızın, dünya azərbaycanlılarının sayəsində mümkün olub. Onların ianələri olmasaydı, biz bu işləri görə bilməzdik.
Fond yaranan kimi dərhal struktur formalaşdırıldı, 69 qrup yaradıldı. O qruplardan biri təcili müraciətlərin daxil olduğu yerlərə yönəldildi. Qalan 68 qrup isə ölkənin bütün regionlarında şəhər-şəhər, kənd-kənd, ev-ev gəzərək şəhid ailələrinin üzvləri ilə görüşdü. Mövcud problemləri həm onların öz dilindən eşitdik, həm də öz gözümüzlə gördük. Bu günə qədər 2916 şəhidimizin hər birinin ailə üzvləri ilə ünvanlarında görüşülüb təhlil apardıqdan sonra tərəfimizdən lazımi yardımlar edilib.
Bilirsiniz ki, “YAŞAT” Fondunun 4 fəaliyyət istiqaməti var. Bu, məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditlərinin bağlanılması, təhsil haqlarının qarşılanması və tibbi xidmətin göstərilməsidir. Bu dörd fəaliyyət istiqamətinin hər biri üzrə fondumuz həm şəhid ailələrinə, həm də qazilərimizə dəstəyi bu gün də davam etdirir.
- Bu dörd istiqamətin hər biri üzrə bu gün səsləndirə biləcəyimiz rəqəmlər varmı?
- Təbii ki, var. Ümumiyyətlə, bu günə qədər “YAŞAT” Fonduna 64,7 milyon manatdan artıq vəsait daxil olub ki, onun da 49 milyondan çoxu artıq xərclənib. Hal- hazırda fondda 15,7 milyon manat vəsaitimiz qalmaqdadır. Xərclənən vəsaitin qarşılığında 15 461 irili xırdalı müraciət öz həllini tapıb. Xərclərin strukturuna nəzər salsaq görərik ki, ən çox vəsait, daha dəqiqi 32,2 milyon manata yaxını məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunub ki, bunun da nəticəsində 8403 müraciət öz həllini tapıb. Xərclərin strukturunda ikinci yerdə tibbi istiqamət gəlir ki, bu istiqamətdə 5459 müraciət əsasında müalicə və psixoloji dəstəyin göstərilməsinə 11 milyon manatdan artıq vəsait xərclənib. İstehlak kreditlərinin qarşılanmasına 5,4 milyon manat sərf olunub ki, bu da 1595 şəhid, qazi və itkin ailəsinin kreditinin bağlanmasına yönəldilib. Təhsil istiqaməti üzrə isə 156 müraciətin cavablandırılmasına 443 min manatdan artıq vəsait yönəldilib.
- Yeri gəlmişkən, ianələrdən başqa, şirkətlər və ya ayrı-ayrı fərdlər başqa hansısa formada fondu dəstəkləyirmi? Ümumiyyətlə, belə imkanlar varmı?
- Bəli, bizim fondun rəsmi internet saytı var. Biz orada şirkətlərimiz tərəfindən olunan dəstəyi açıq şəkildə görə bilirik. Məsələn, “Kapital bank” öz təşəbbüsü ilə 20-dən çox şəhid ailəsi üzvünün üst-üstə 100 min manatdan artıq kreditini bağlayıb. Saytımızda da göstərilir ki, həmin məbləğ “YAŞAT” Fondu tərəfindən deyil, “Kapital bank” tərəfindən qarşılanıb. Başqa bir misal da deyim. 2021-ci ilin Novruz bayramı ərəfəsində “Bravo” marketlər şəbəkəsi bütün şəhid ailələrinə bayram sovqatı göndərdi. O yardımın ümumi dəyəri 300 min manatdan artıq idi. Və ya Lənkəranda yerləşən “Springs” hoteli altı həftə ərzində öz qapılarını şəhid övladlarının yay düşərgəsinə açdı. Digər şirkətlər də öz məhsullarını bizim şəhidlərimizin düşərgədə istirahət edən övladlarına hədiyyə etdilər. Stomatoloqların cəmləşdiyi “Dayaq” xeyriyyə cəmiyyəti var, onlar şəhid ailələrinin üzvləri və qazilərin dişlərini pulsuz müayinə və müalicə edirlər. Bundan başqa, 7 özəl liseyimiz bizimlə əməkdaşlıq çərçivəsində şəhid övladlarına ödənişsiz yer ayırıb. Yəni ianədən əlavə bu şəkildə də dəstək almaqdayıq tərəfdaşlarımızdan.
- Müharibə zamanı Azərbaycan xalqı çox böyük həmrəylik nümayiş etdirdi. Ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, insanlar son qəpiklərindən belə cəbhə üçün keçməyə hazır idi. Lakin adətən ekstremal şəraitdən doğan emosional fon səngidikcə, sadə dillə desək, yaralar qaysaq bağladıqca insanlar yenidən öz gündəlik həyatlarına qayıdır. O zaman xeyriyyəçilik zərurətini gündəmdə saxlamaq üçün müxtəlif aksiyalar keçirmək lazım gəlir. “YAŞAT” Fondu ianələrin davamlılığını təmin etmək üçün hansı işləri görür?
- Haqlısınız. İndiyədək topladığımız ianələrin, təxminən, 30 milyon manatı, yəni 50%-ə yaxını Fondun yaranmasının ilk ayı ərzində daxil olub. Görünür bu, sizin dediyiniz kimi, müharibənin yeni bitməsi və yaraların təzə olması ilə bağlı idi. Sonralar dinamika dəyişkən olsa da, ianələrin ardı kəsilməyib. Elə olub ki, bir ay ərzində 700 min manat toplamışıq, elə olub ki, bir gün ərzində 1 milyon manat. Yəni sabit bir dinamika yoxdur. Amma biz ianələrin davamlı olması üçün müxtəlif aksiyalar keçiririk.
Bilirsiniz ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Diaspor Fondu ilə birlikdə bir xeyriyyə marafonu keçirdik və dünya azərbaycanlılarını bu marafonda iştiraka təşviq etdik. Marafon çərçivəsində, təxminən, 25 gün ərzində təxmini 1 milyon manat toplanmışdı. Eyni zamanda hal-hazırda İctimai TV-də bu marafon davam edir və orada da kifayət qədər iri məbləğ toplanıb. Sonda bu məbləğ də ictimaiyyətə açıqlanacaq. (marafon dekabrın 8-də başa çatıb və Fonda …. manat ianə edilib – N.M) Bununla yanaşı bilirsiniz ki, oktyabrın 29-dan noyabrın 9-na qədər Dənizkənarı Milli Parkda tərəfimizdən Zəfər yarmarkası təşkil olunmuşdu. Yarmarkada 20-yə yaxın şirkət öz məhsullarının satışını təşkil etmişdi və onların satışdan əldə etdikləri gəlir “YAŞAT” Fonduna ianə edildi.
- Bu tədbirlər gözləntiləri doğruldurmu?
- Təbii ki. Məsələn, Zəfər yarmarkasından 64,5 min manatdan çox vəsait daxil olmuşdu.
- Az deyil?
- Xeyr. Düşünürəm ki, az deyil, çünki bu yarmarka ilk dəfə idi keçirilirdi, müddət də, şirkətlərin sayı da çox deyildi. Bunları nəzərə alsaq, yığılan məbləğ kifayət qədər ciddidir.
- Növbəti il üçün açıqlanması mümkün olan planlar artıq varmı?
- Təbii ki, var. Əgər biz vəsaitlərin davamlı daxil olmasını istəyiriksə, bu tip tədbirlər həyata keçirilməlidir. Əlbəttə, tədbirlərin mahiyyəti tək ianələrlə bağlı deyil. Misal üçün, şəhid övladlarının yay tətilinin səmərəli keçirilməsi ola bilər ki, bunun birbaşa ianələrlə bağlılığı yoxdur. Bu, məhz o uşaqların dünyagörüşünün formalaşdırılması ilə bağlıdır. İanələrə gəldikdə isə, dediyim kimi, yenə marafonlar təşkil olunacaq, market şəbəkələrində “YAŞAT” günləri keçirilə bilər ki, həmin gün əldə olunan gəlirin bir qismi Fonda ianə olunsun. Yəni bunların hamısı qarşıdakı illər üçün nəzərdə tutulub və həyata keçiriləcək.
- Mediada, sosial şəbəkələrdə ara-sıra qazilərin problemləri ilə bağlı narahatlıq doğuran xəbərlər yayılır. Adətən, bu problemlər onların müalicəsi, əlillik alması ilə bağlı olur. Belə hallara “YAŞAT” Fondunun reaksiyası necə olur?
- “YAŞAT” Fondu dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək üçün yaradılıb. Bilirsiniz ki, 2021-ci ilin aprel ayından bütün ölkə üzrə icbari tibbi sığorta tətbiq edilir. Bu gün icbari tibbi sığortanın xidmətlər zərfinə 2550-dən çox müalicə və əməliyyat növü daxildir. Yəni bunu dövlət edir. Bu paketə daxil olmayan tibbi xidmət növü varsa, onun xərcini “YAŞAT” Fondu qarşılayır. Çox vaxt bizim şəhid ailəmizin üzvü və yaxud qazimizin sadəcə yaşadığı rayon üzrə xəstəxanaya müraciət etməsi kifayətdir ki, məsələ yerindəcə İcbari Tibbi Sığorta hesabına həll olunsun. Eyni zamanda “YAŞAT” Fondunun dəstəyi şamil olunan şəxslərə bir ildə 2 min manatlıq dərman limiti ayrılıb. Yəni şəhid ailəsinin üzvü və ya qazimiz həkim reseptini bizə təqdim etməklə yaşadığı ünvana yaxın apteklərdən o dərmanları pulsuz əldə edə bilər. O ki qaldı sosial şəbəkələrdəki müraciətlərə, əgər, həqiqətən də, problem “YAŞAT” Fonduna aiddirsə, biz onları dərhal araşdırırıq və ən uyğun tədbir nədirsə, görürük. Ancaq əksər hallarda o paylaşımlar həqiqəti əks etdirmir. Yəni o adamlarımıza, ümumiyyətlə, heç kimin sahib çıxmaması barədə deyilənlər həqiqətə uyğun ola bilməz. Mümkün deyil ki, hansısa qazinin ağır yaralanması olsun və biz onunla maraqlanmayaq. Başqa məsələ ki, adam özünün müharibədə yaralandığını deyir, lakin bu barədə həkim rəyi yoxdur.
- Bəlkə, bu problemlərin səbəbi hansısa bürokratik əngəllərdir? Beləproblemlərolandasizoyaralanmışinsanlaranecəköməkedirsiniz?
- Əslində,“YAŞAT”Fonduşəhidailəüzvüvəmüharibəəlilistatusualanlaradəstəküçünyaradılıb. Fondyaranandaheçkiminnəşəhidailəsistatusuhaqqındasənədi, nədəəlillikvəsiqəsivaridi. Lakinbizgözləmədik, oqazilərləhospitallarda, eləmüalicəmüddətindəgörüşdük, müraciətləriqəbuletdikvədəstəyimizigöstərdik. Hansıki, əlillikbəlkəondanaltıay, birilsonraveriləcəkdi. İndininözündəbeləqazilərintibbiproblemininhəlliüçünbizəlilliksənəditələbetmirik. Ammadigəristiqamətlərdə, yənitəhsil, məişətşəraiti, kreditlərinbağlanılmasıiləbağlıəlillikvəsiqəsiistəyirik. Nəüçün? Çünkihəminşəxslərəheçbirvəsiqəolmadanbizartıq2500 manatbirdəfəlikmaddiyardımetmişikvəyaxudkreditininbağlanmasınadəstəkgöstərmişik. Ammaartıqüstündən 1 ilkeçibvəəlillərinbəllisayıvar. Bugünə 2200 nəfərbustatusualıbvəbizdə tədricənözsubyektimizimüəyyənləşdirməliyikki, onlaradaha effektivyardımgöstərəbilək.
- Səhvetmirəmsə, qazilərinmüayinəvəmüalicəsiüçünxaricdənhəkimheyətləridədəvətolunurvəyayaralılarınözlərixaricəgöndərilir. Builərzindənəqədərqazimizbuxidmətlərdənyararlanabilib?
- “YAŞAT”Fondunundəvətiləbuilfevralınsonu-martınəvvəlindəİsraildən 8 nəfərgözcərrahıdəvətedildi, onlartərəfindən 150-yəyaxınqaziningözlərimüayinəedildi, 50-dənartıqqazininyaralıgözləriənmüasirprotezlərləəvəzləndi. Hansıki, yaxınməsafədənbeləgözlərinprotezolduğunubilməkolmur. Daha 2 qazimizingözündəbuynuzqişasıəməliyyatolunduvəbugünhəminqazilərimizinhərikigözügörür. Eləhəmin<span lang="AZ-LATIN" style="fo
MƏSLƏHƏT GÖR: