Müəllif: Tatyana İVANAYEVA
Təsviri sənət, yəqin ki, yer üzündə ən qədim sənət növlərindən biridir. Bunu petroqliflərlə də təsdiq etmək olar. Güman ki, petroqliflər başa düşülən insan nitqi formalaşmamışdan əvvəl yaradılıb. Hər bir şəxs uşaq olarkən qayaüstü rəsmlərlə belə ifadəlilik baxımından rəqabət apara biləcək şəkillər çəkib. Amma onlardan bəziləri məktəb proqramından irəli gedə bilməyib, bəziləri isə rəssamlıq yolunu seçib. Sanki onlar hansısa mənbəyə “bağlanırdı”. Bu da onu əhatə edən dünyanı tamam başqa müstəvidə, fərqli məzmunda görməyə imkan verirdi. Sanki bu yol onlara özünü müəyyən qədər yaradıcı kimi sınamağı təklif etmişdi. Demək, bununla onlara ayrılmış vaxtdan şəxsi dünyalarını yaratmaq üçün istifadə etmək və yeni hisslər yaşamaq məqsədilə bu dünyalara səyahət etmək üçün unikal imkan yaranır. Daşın üzərinə ilk rəsm həkk olunduqdan sonra təsviri sənət bir çox formalar alıb: İntibah dövrünün harmoniyasını avanqardın avantürizmi, impressionizi isə abstraktlıq əvəzləyib.
Rəssamlar hər zaman individuallıq axtarışında olublar. Bu mənada indiyə qədər heç nə dəyişməyib. Onlar hələ də özlərini, ətraflarındakı dünyanı və insanları dəyişirlər... Buna görə də Azərbaycanın tanınmış rəssamı, “EmArt” və “SalamArt” studiyasının yaradıcısı Emin Qəhrəmanova yaradıcılığını hansı istiqamətə yönəltməsi ilə bağlı sualın ünvanlanması tamamilə təbiidir.
E.Q.: - Yaradıcılığımı müəyyən ayrıca bədii istiqamətə yönəltməklə özümü məhdudlaşdıracağammı? Qəti şəkildə inanıram ki, rəssam daim inkişaf etməlidir. Demək, müxtəlif təsviri təcrübələri sınaqdan keçirmək lazımdır. Təsviri sənətin bütün tarixi rəssamın özünü, özünəməxsus dəst-xətti axtarmasından ibarətdir. Mən də istisna deyiləm. Mənim praktikamda, həm avanqard, həm abstraksiya, həm də postmodernizm və sair var. Eksperiment aparmağı xoşlayıram və bu cərəyanları öz düşüncəmə uyğun təqdim etmək maraqlı idi. Söhbət onların əks-sədasını anlamaqdan gedir. Bu gün modern üslubda işləyirəm. Bugünkü daxili aləmimi ən çox əks etdirən məhz budur. Müasir incəsənət nöqteyi-nəzərindən bu üslub artıq “tarixi qatlarla örtülsə” də, mən onda yeni bir şey axtarıram.
- Təkcə təsvirilikdə deyil, həm də süjetin məzmununda yenilik axtarır. Məsələn, gözlənilməz tərzdə təqdim edilən Şuşaya həsr olunmuş silsilə rəsmlərdəki kimi.
- Bu mövzu mənim yaradıcılığımda qaçılmaz idi. Axı, mənim əcdadlarımın kökü ora gedib çıxır. Ötən əsrin əvvəllərində bir çox ailələr kimi mənim ailəmin tarixi də faciəlidir: anam tərəfdən olan ulu babam bolşeviklərdən qaçaraq Şuşanı tərk etmiş və Lənkərana köçmək məcburiyyətində qalmışdı. Babam tez-tez Şuşada yaşadığı xoş illəri xatırlayırdı: o, Cıdır düzünə getməyi xoşladığını deyirdi. O, ən gözəl səmanın Şuşa üzərində olduğunu iddia edirdi. Babam Şuşanı yenidən görmək arzusu ilə yaşayırdı. Təəssüf ki, o, Şuşaya gedə bilmədi. Bəlkə də, təxəyyülümdəki ailəmin hekayələri ilə bağlı yaddaş bu silsilə rəsmlərdə əks olunub. Şuşa hər zaman mənim üçün xüsusi xalça naxışları, memarlıq nümunələri, binalarını bəzəyən zərif cizgiləri ilə parlaq şəhərdir. Qarabağın “qəlbi” adlandırılan şəhərin ab-havasına qərq oldum. Bundan əlavə, binaların rəsmlərini onların köhnə fotolarına baxaraq kətanlara köçürdüm. Qayaların üzərində dayanan şəhərin unikallığını, Qarabağ atlarının çox sürətli hərəkətini göstərmək istəyirdim. Buna görə də Şuşanı Qarabağ xalçalarına xas olan motivlərdə təqdim etmək ideyası yaranıb. Üstəlik, onlar silsilə rəsmlər vasitəsilə bir-birinə bağlı, tamamlayan şəkildə ərsəyə gətirilib. Həyatverici palitra bütün xalqımızın uzun illər səbirsizliklə gözlədiyi Şuşanın azad edilməsi ilə bağlı sevincini vurğulayır.
- Onlar üçün süjetlər, xətlər necə yaranır?
- Sujet xətləri bizi əhatə edir. Elə vaxt olur ki, bəzi anları tutursan. Amma bəzən bir kətan daxilində sizi məhdudlaşdırmayan həcmli bir şey hiss edirsiniz. Bədii silsilələr məhz belə yaranır. Rəssamlar... Ümumiyyətlə, bizi xüsusilə müasir dövrdə, ilk növbədə, planetin enerjisinə köklənmiş bir növ anten kimi qəbul etmək olar. Müasir incəsənətin ayrıca bir istiqamət kimi öyrənilməsi əbəs yerə deyil.Düşünürəm ki, 20-ci əsrin ikinci yarısından etibarən incəsənət aktual hadisələrə daha çox reaksiya verir. Yəni incəsənət xadimləri ismarışlarını aktuallaşdırıb, daha da parlaq edib. İncəsənət artıq bəzi klassik formatlardan imtina edərək, görünür, insanlığın sivilizasiyalı şəkildə inkişafını müəyyən dərəcədə müəyyənləşdirir.
- Bunu “rənglər”lə çatdırılan bir növ xəbər kimi xarakterizə edə bilərikmi?
- Buna bu nöqteyi-nəzərdən baxmamışam. Hesab edirəm ki, bu, çox dəqiq yanaşma deyil. Yaradıcılıq daha çox insanın daxili dünyasına yönəlib. Söhbət müəyyən şəraitə düşən zaman hissələri daxilindən keçirərək əks etdirməsindən gedir. Biz cəmiyyətdə yaşayırıq və onun çağırışlarına cavab veririk. Müəyyən amillərə görə gündəlik həyatda hər hansı bir hadisə diqqətimizdən kənarda qala bilər. Müasir dövrdə isə xəbərlər müşayiət olunan fona çevrilir. Yeri gəlmişkən, bir çox araşdırmalar göstərir ki, insan təfəkkürü daha çox “klipləşib”. Bəlkə də, buna görə müasir incəsənət bu qədər güclü inkişaf edir. İncəsənət müəyyən dərəcədə, intellektual yükə malik informasiya axınından “parlaq görüntü”nün götürülməsi arasında dirijor rolunu oynayır. Buna görə də bu gün rəssamlar klassik formatda sadəcə ağlasığmaz olan vizual vasitələrin bütün arsenalından istifadə edirlər. Sanki ən gözlənilməz ismarışları, məkan həllərini nəzərdən keçirməyə və bunlarda məna tapmağa çağırır.
- Özünüzü həcmli işlərdə sınamaq istəməzdiniz?
- Həcmli rəsm əsərləri ilə işləmişəm. Amma mənim üçün kətan düşünmək üçün ən yaxşı platforma olaraq qalır. Onun zahirən məhdud müstəvi və sərt ölçülərlə əhatə olunduğu görünsə də, təsiredici dolğunluğu ehtiva etmək qabiliyyətinə malik konstandadır. Kiməsə müəyyən bir ismarışı ifadə etmək üçün bəzi obyektlər, işıqlandırma həlləri və ya video ardıcıllığı lazımdırsa, mənim üçün rənglər və ilham kifayət edir. Mənə rəsm çəkmək və bunun yaradıcı araşdırmalarda aniliyi dərhal əks etdirmədiyini başa düşmək xoşdur. İnstallyasiyanın müəyyən müddəti, bağlanacağı yer ola bilərsə, kətanın əvvəlcədən “qeydiyyat ünvanı” var. Beləliklə, bu məsələdə, deyəsən, klassik baxışa üstünlük verirəm. Yaxud bu məsələdə rəssamın sağlam eqoizminin kiçik bir parçası özünü göstərir. Yəni o, özündən sonra ciddi işin qalmasını istəyir. Əsərlərimin muzeylərdə, şəxsi kolleksiyalarda olduğunu gizlətməyəcəyəm. Bu, peşə və istiqamətin düzgün seçildiyinə dair nikbinlik yaradır. Amma portfoliomda bundan sonra həcmli işlərin olmayacağını iddia etməyəcəyəm. Rəssamın işini bilmək olmaz...
- Yəni heç vaxt növbəti işin nə olacağını əminliklə söyləmək olmaz?
- Axı biz detallar itiləmirik! İlham pərisinin nə vaxt gələcəyini proqnozlaşdırmaq mümkün deyil. İlham mənbəyinin nə olacağını kim bilir ki? Yeri gəlmişkən, bu yaxınlarda “Qəhrəmanlar” adlı silsilə rəsm əsərlərinə başlamışam. İnanmayacaqsınız, bu işə başlamağa Şuşa ilə bağlı silsilə əsərlər ilhamlandırıb! Hazırlıq prosesində həm şəhərin özü, həm də həmin bölgənin tarixi haqqında mövcud məlumatlarla tanış oldum. Müasir Azərbaycan ərazisində nə qədər hərbi yürüşlərin baş verdiyi ilə maraqlanmağa başladım. Bu torpaqlardan kimlər gəlib-keçməyib?! Məsələn, romalılar, ərəblər, səlcuqlar, farslar, assurlar, monqollar, skiflər, albanlar, qədim ruslar... Bu da mədəniyyətimizin bir hissəsidir. Burada müxtəlif fakturalı fərqliliklər var. Odur ki, belə sərvətdən yan keçə bilməzdim. Üstəlik, bir çox hərbi kampaniyalar azadlıq mübarizəsi idi. Yəni 2020-ci ildə biz Babəkin, Cavanşirin, Şah İsmayılın və digər Vətən müdafiəçilərinin ənənələrini davam etdirdik.
- Bu, mədəniyyətin müharibələr yolu ilə inkişafına dair rəssamın baxışıdır?
- Dərhal vurğulamaq istərdim ki, müharibə yer üzündə mövcud olan ən dəhşətli hadisədir. Mən isə hər cür zorakılığın əleyhinəyəm! Lakin bəşər tarixində silahlar, təəssüf ki, sənətlə, demək olar ki, eyni vaxtda ortaya çıxıb! Qəbilənin bir üzvü obsidiandan ox düzəldir, digəri isə daşla qayanın üzərində heyvan rəsmi cızırdı. Biri bədəninə döyüşdən qabaq boya çəkir, digəri isə mağaraların divarlarına kömür və təbaşirlə rəsmlər cızırdı. Sosial mühit formalaşdıqca ən yaxşı otlaqlar və ov yerləri üçün müharibələr başladı. İnsanlar isə öz mədəniyyətlərini yeni torpaqlara gətirir, yaxud digər qəbilələrin arasında assimilyasiya olurdular. O vaxtdan bəri heç nə dəyişməyib: yalnız insanların bir-birini öldürməsi üsulları dəyişikliklərə uğrayıb. Güc nümayiş etdirmək istəyi milyonlarla ildən sonra da var. Yalnız indi mədəniyyət daha da zənginləşdirilmir, əksinə məhv edilir. Biz Azərbaycanın müasir tarixində belə bir dövrlə üzləşmişik. Ölkəmizin bir zamanlar işğal altında olan ərazilərində mədəni irs ya tamamilə, ya da qismən məhv edilib. Bu, azərbaycanlıların əsrlər boyu yaşadığı qonşu ərazilərə də aiddir. Bundan başqa, bir hərəkətlə mədəniyyət nümunələri dəyişdirildiyinin şahidi olmuşuq. Tarixi-memarlıq abidələrimizin mənimsənilməsi ilə bağlı nümunələri misal göstərmək olar. Beləliklə, nə qədər qorxulu səslənsə də, müharibə təkcə insanların həyatına müdaxilə etmir. Bu, mədəni irsə də təsir göstərir. Müharibənin özündə cəlbedici heç nə yoxdur! İnanıram və ümid edirəm ki, insanlıq dünyamızın və övladlarımızın gələcəyi naminə yaradılışdan gözəl bir şey olmadığını dərk edəcək. Buna görə də arxiv sənədləri çox vacibdir. Bəs bunlar qərəzsizdirmi? Axı, bu sənədlər baş verən hadisələri öz düşüncəsi ilə başa düşən insanlar tərəfindən qələmə alınıb... Rəssam da əsərlərində cari tarixi hadisələri öz empatiyası ilə əks etdirir.
- Rəssamın keçdiyi yolu həm də tarixə müraciət kimi qiymətləndirmək olar?
- Olduqca ədalətli qeyddir. Hətta əlavə edərdim ki, mədəni irsə maraq olmadan rəssamın yaradıcılığını təsəvvür etmək mümkün deyil. Bu yanaşmanın əsası tədris mərhələsində qoyulur. Sadəcə kətanın qarşısında dayanaraq nəsə çəkməyə başlamaq mümkün deyil. Baxmayaraq ki, bəlkə bəziləri bunun əksini düşünür. Amma izləyicini aldatmaq mümkün deyil. Kətandan dərhal bir hiss gəlir: orada düşüncə əsəri varmı, yoxsa bu, sırf profanasiyadır? Nəzərə alın ki, rəssamların emalatxanalarında keçmiş dövrlərin rəssamlarından bəhs edən kitablar və ya rəsmlərin reproduksiyası olan albomlar olur. Buraya tarixi populyar elmi rəylər də daxildir. Rəssam qarşılaşdığı hadisələr haqqında məlumat daşıyıcısıdır. Rəssamlar məhz bunlardan dərs alır. Məsələn, mənim əsərlərimdə Azərbaycan və gürcü motivlərini görmək olar. Mənim ailəm Gürcüstanda yaşayan zaman gürcü motivləri ilə tez-tez qarşılaşırdım. Rəssamlıqda ilk ciddi addımlarıma məhz orada başlamışam. İnsanın, xüsusən də rəssamın olduğu yerlərdə tarixlə qarşılaşmamaq mümkün deyil. Səyahət də rəssamın düşüncəsini zənginləşdirir. Sadəcə olaraq, müxtəlif xalqların və mədəniyyətlərin tarixi ilə “danışmağı” öyrənmək istəyi lazımdır. Axı, necə deyərlər, sənət tərcüməsiz başa düşülür. Tarixi proseslər kifayət qədər universaldır və onlara istinad etmək lazımdır. Bu, bəşəriyyətin və dünyanın mənzərəsi kontekstində bir insanın vəzifəsinin nə olduğunu dərk etməyin yeganə yoludur. Fikrimcə, rəssam belə sualları daha da dərindən düşünməlidir.
- Bəlkə nəzərə almalıyıq ki, rəssamlar şüuraltı olaraq tarix üçün çalışırlar?
- Rəssamın əlində ən güclü silah sənətdir. Bu, zehinlərə, qəlblərə, xarakterin formalaşmasına, təhsilə təsir göstərir. Mən tarix üçün işləyirəm? Daha çox kətan üçün. Bu, mənim müəyyən zaman kəsiyindəki şəxsi tariximdir. Mənim emalatxanam elə bir yerdir ki, orada məndən, ilhamdan və rənglərdən başqa, çətin ki, başqa nəsə tapılsın. Tarixə gəlincə, mən onu süjetlərdə əks etdirirəm. Tarixdən öyrənirəm. Daha doğrusu, mənim üçün əsas məsələ rəssam üçün ən sadə olan arzudur: əsərimin insanların qəlbində əks-səda doğurmasını, bununla onların bu dünyada öz yerlərini tapmasını istəyirəm. Orijinal olmasa da bir fikri səsləndirmək istərdim: əgər eyni “Döyüşçülər” və ya Şuşa haqqında silsilə rəsm əsərləri semantik yükün qavranılmasına yeni bir baxış bucağı açırsa, demək, mən bəzi məqsədlərə çatmışam və məni növbəti hədəflər gözləyir...
MƏSLƏHƏT GÖR: