24 Aprel 2024

Çərşənbə, 20:27

“OPERA ƏBƏDİ OLDUĞUNU SÜBUT EDİB”

Tural AĞASIYEV: “Mənə hər şeyin gözəlliyini özündə cəmləşdirən dünyanın bir parçası olmaq imkanını verən Uca Yaradana minnətdaram”

Müəllif:

01.05.2023

Enriko Karuzo bir dəfə sual vermişdi: “Müğənniyə nə lazımdır?” Daha sonra buna cavabında bildirmişdi ki, müğəniyyə geniş sinə, geniş boğaz, 90 faiz yaddaş, 10 faiz intellekt, çox zəhmət və ürəyinin bir parçası lazımdır. Yəqin ki, tamaşaçının musiqi və sözlərin ecazkar dünyası ilə tanış olmağa gəldiyi hər hansı bir vokalistin əlamətdar xüsusiyyətinə məhz sonuncu çevrilir. Tural Ağasıyev təkcə alətini - səsi daşıyan insan deyil. Onun peşəkar iş yükü təsdiqləyir ki, özündə səs hiss edən insan rahat yaşaya bilməz. O, daima fikirləri ilə musiqiyə qayıdır, hər zaman oxumaq həvəsi ilə yaşayır. Ona görə də təəccüblü deyil ki, Azərbaycanın Əməkdar artisti eyni anda üç səhnəni özünə doğma məkan hesab edir. Belə ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti olan Tural Ağasıyev Azərbaycan Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin də solistidir. Bu da ona klassik repertuarla məhdudlaşmamaq imkanı verir və bu, əsl vokalçı üçün hər zaman maraqlıdır. O, həmçinin Azərbaycanın Xalq artisti Gülbacı İmanovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasına da bağlı olduğunu deyir. 

- Filarmoniya, yoxsa teatr?

- Fikrimcə, bu, düzgün müqayisə deyil. Bu iki oxşar istiqamətlərdə material fərqli tərzdə təqdim olunur. Filarmoniya kamera səhnəsidir. Teatr isə aktyorluq və vokalın sintezidir. Buna görə də səhnəyə müəyyən əhvali-ruhiyyə ilə çıxıram. Burada iki yerə bölünməyə yer yoxdur. İnsanın peşəsinə, tamaşaçıya hörməti zalın harada yerləşməsindən asılı deyil. Bu mənada işinizdə dürüst olmaq yeganə meyardır. Səhnəyə çıxmaq vokalçının özünü işinə tam həsr etməsini  tələb edən komponentin yalnız görünən hissəsidir. Səhnə yarımçıqlığı qəbul etmir, çünki tamaşaçı vokalistin hazırlıq səviyyəsini hiss edir. Buna görə də bizim işimizdə mükəmməlliyin həddi-hüdudu yoxdur. Vokalist hətta xalq artisti olsa da, daim öyrənir. Beləliklə, onun filarmoniyanın xor kapellasının və ya opera teatrının solisti olması heç bir rol oynamır. Obrazlı desək, filarmoniyada o, güclü səhnə fonuna arxalanır. Amma teatrın səhnə məkanında artist hər tərəfdən görünür. Birinci halda, ifanın müəyyən bir statistikası var. İkinci halda isə ifaçı istənilən vəziyyətdə, yəni uzanan, oturan, hərəkətdə olan zaman səsini tənzimləməyi bacarmalıdır... Gördüyünüz kimi klassik vokalçının darıxmağa vaxtı yoxdur...

- Məsuliyyət məsələsinə toxundunuz...

- ...bu məsələyə sadəcə toxunmadım! Doğrudur, bu barədə çox danışılıb. Amma belə yanaşma olmadan uğur qazanmaq, demək olar ki, mümkün deyil. Səhnəyə hazırlıqsız və ya “dərsi öyrənməmiş” çıxmaq olmaz. Dram teatrında qüsurları aktyorluq ifası ilə ört-basdır etmək mümkündür. Amma operada qüsurları gizlətmək qeyri-realdır! Opera zalında olan tamaşaçılar partiyaların ifa olunduğu dili bilməsələr də, vokal tələffüz üzərində işləmək lazımdır. Səs personajın xarakterinə uyğunlaşdırılır. Bu zaman rejissorun qərarları yerinə yetirilməlidir. Opera teatrının sərt spesifikm xüsusiyyəti var. Burada səhnə tərəfdaşları ilə yanaşı, canlı orkestr və dirijorla qarşılıqlı əlaqənin yaradılması vacibdir. Buna görə daha çox diqqət tələb olunur. Amma bu komponentlər mənim üçün inanılmaz dərəcədə cəlbedicidir. Bununla insanın yaradıcı potensialının reallaşması genişlənir. Bu həm də peşəkar məsuliyyətin bir hissəsidir, çünki nəticədə məhz tamaşaçı görür. Yəni pərdə aşağı endikdən sonra onun hansı əhvali-ruhiyyədə olacağı yalnız bizdən asılıdır.

- İnsanlara gözəllik yayırsınızmı?

- İnsanlara çox şeyə kənardan baxmaq imkanı veririk. Təcrübə həmişə çətinliklər zamanı əldə olunmur. Fəlsəfə təkcə çoxcildli kitablarla deyil, həm də teatr səhnəsindən göstərilir. Hər bir tamaşa özünü personajlarda tapmağı, həmçinin hadisələrin müəyyən vəziyyətlərdə necə inkişaf edə biləcəyini və hansı nəticələrə səbəb olacağını görməyi təklif edir. Hətta komediya ssenariləri də təkcə gülüşdən ibarət deyil. Teatr bir növ mentordur, bu halda mən isə “not kostyumu” geyinirəm. Fikrimcə, bu, cəlbediciliyi artırır və qavrayış imkanlarını genişləndirir. Musiqi tərcümə tələb etmir - ürəklə dinlənilir. Bəli, bu, həm də Gözəllikdir!

- Bəlkə də buna görə filmlərdə personajların opera dinlədiyi səhnələrə tez-tez rast gəlinir?  

- Demək, musiqi materialında operadan parlaq heç nə yoxdur. Əfsanəvi filmlərin ən yaxşı musiqiləri məhz opera musiqiləridir. Onların hələ də gizli mənası qalır! “Gözəlçə”nin qəhrəmanları da mənim də yer aldığım “Traviata”ya qulaq asırlar. Opera ilə ilk tanışlığım klassikaya uyğun olaraq “Xaç atası” filminə baxarkən olub. Həmin vaxt filimdə səsləndirilən “Kənd şərəfi” operasına qulaq asmışdım. O vaxt illər sonra bu ariyaları ifa edəcəyimi təsəvvür belə edə bilməzdim! Bu cənnətdir! Buraya “О Lola ch'ai di latti la cammisa” da daxildir!!! İndi isə mən oradakı partiyalardan birini ifa edirəm... Beləliklə, əsrlər keçsə də, opera təqvim ilindən asılı olmayaraq aktualdır. Opera əbədi olduğunu sübut edib. O, sənətin digər formalarının təcəssümüdür. Gözəlliyin əhəmiyyətini dərk edənlər məhz buna görə ona sitayiş edirlər. Fikrimcə, sənətkarlar təkcə publikanın qarşısında deyil, həm də musiqinin qarşısında baş əyirlər.

- Bəs müğənni səhnə arxasında necə davranmalıdır?

- Qayğıkeş, ilk növbədə, insan olmalıdır. Deyə bilərəm ki, qurulan qarşılıqlı münasibətlərə və insani keyfiyyətlərə əsaslanaraq, varlığımla kimisə şərəfləndirə bilərəm. Hörməti onun dərinliyini göstərən bəzi jestlə göstərirəm və əksinə. Axı, bunun əsasında şəxsiyyətlərarası qavrayışların dəyər dərəcəsi dayanır. Mənim xarakterimdə olan xüsusiyyətlərdən biri sadiq dost olmaqdır. Bəzilərinin etdiyi xəyanətə haqq qazandırmağı bacarsam da, bunu özümə rəva bilmirəm, çünki bunu zəiflik hesab edirəm. Hər bir yaxşı təzahürün qədrini bilməz, yadda saxlamaq lazımdır. Hər zaman, hər kəs üçün! Minnətdar olmaq daxili xərc tələb etmir. Ona görə də mənə göstərilən etimadı doğrultmağa çalışıram.

- Dünya teatrı “arxadan zərbə vurulması” seçilir!

- Təəssüf... Qlobal mənada belə bir klişeyə etiraz etmək çətindir. Teatrların reputasiyasında belə bir mənfi iz var. Opera artisti daxil olmaqla, artistlərin əlində bu anlayışın yanlış olmasını sübuta yetirən yalnız bir vasitə var: bizim səhnədəki işimiz və publikaya olan münasibətimiz. Bizim üçün münsiflər məhkəməsi məhz budur.

- Bəzən bütün artistlər tamaşanın sonundakı alqışlama mərasiminə gəlmirlər.

- Belə hallar olur... Amma bu məsələdə ciddi bir şey yoxdur. Artistlər arasında bununla bağlı razılıq olur: əgər artistin qəhrəmanı tamaşanın son səhnəsində məşğul deyilsə, o zaman o, azad şəkildə hərəkət edə bilər. Doğrudur, televiziya çəkilişləri zamanı alqışlama mərasiminə bütün məşğul artistlər də gedirlər. Bununla bağlı, mənzərə süjetə uyğun olmalıdır. Fikrimcə, rejissorun fikirləri əsasında səhnə əsərində ab-havanı məhz xor artistləri yaradır. Onlar təkcə süjetə daxil olmurlar, həm də onun tamhüquqlu “sakinləri”dir. Xor artistləri ilə qarşılıqlı əlaqə müəllifin düşüncələrini ortaya qoyur. Onlar da baş qəhrəmanlar qədər alqışa layiqdirlər.

- Süjetlərdən danışarkən qeyd etmək lazımdır ki, onların sxemi kifayət qədər sadədir. Çox vaxt onların hər birində xəyanət elementi var. Bəs sizin həyatda buna münasibətiniz necədir?

- Ümumiyyətlə, başqalarını xəyanətdə ittiham etmək lazım deyil. Məsələn, mən bununla bağlı bəraətverici variantlar tapa bilərəm. Razılaşın ki, belə hallarda bizim özümüzün kiminsə bağlı gözləntilərimizin özünü doğrultmadığı hallarla rastlaşırıq. Lakin mən yaranan vəziyyətin qaydaya salınması ilə bağlı şans verə bilərəm. Açığı, heç kəsin həyatına qarışmadan öz həyatımı yaşayıram. Bəli, xəyanətlə onun səbəblərini bir-birindən fərqləndirmək lazımdır. Bəli, xəyanəti bağışlamaq çox çətindir. Amma insan bunun üçün özündə çox ciddi güc tapmalıdır.

- Siz sanki müqəddəs kitablara istinad edirsiniz...

- Açıq şəkildə etiraf edirəm ki, özümü müqəddəs yerləri ziyarət etməyin həyati əhəmiyyət kəsb etdiyi insanlar sırasına daxil etmirəm və etməyəcəyəm. Mənim Tanrım bu dünyada yaşayan hər kəs üçün olduğu kimi mənim üçün də vicdanımda təcəssüm edir. Razılaşın ki, hər bir əməlin bir şahidi var. Həmin şahid məhz sizsiniz! Əgər tərəf müqabiliniz sizin müəyyən hərəkətlərinizdən xəbərdar olmasa və bununla bağlı vəziyyəti sizin baxış bucağınızdan qavrasa da, həqiqəti özünüzdən və Uca Yaradandan gizlədə bilməzsiniz. Bilirsiniz, arqumentlərin tapılmasının çətin olmasına baxmayaraq, ətrafdakıların çox da xoş olmayan hərəkətlərinə bəraət qazandıraraq yaşamaq mənim üçün daha asandır. Bu mənada mühakimə etmək mənə düşməz. Üstəlik, bu inciklik yükünü daxildə saxlamaq nəyə lazımdır? Axı, bu yük insanı çox sıxır. Bundan başqa, “qatı dostlarımızın” arxadan vurduğu zərbələr bizim müdafiə olunmaq qabiliyyətimizi artırır. Biz sanki “kirpi”yə və ya “oxlu kirpi”yə çevrilirik. Bəli, bu zərbələr ağrıdır. Amma zamanla bu ağrıya da öyrəşməyə başlayırsan. Amma belə üsullardan istifadə etmək mənim qaydalarıma uyğun deyil.

- Şəxsi reseptləriniz var?

- Hesab edirəm ki, biz – artistlər xoşbəxt insanlarıq. Bizə peşəmiz çərçivəsində stresdən xilas olmaq imkanı verilib. Bəs stres nədir? Reallaşmamış emosiyalar. Artistlər özlərini müxtəlif obrazlarda təqdim edə bilir. Onların vasitəsilə isə gündəlik həyatda yaşamadıqlarını yaşaya bilirlər. Səhnədə hisslərin, hərəkətlərin, vəziyyətlərin bəzi hipertrofiyası prizmasından çox şey baş verir. Beləliklə, musiqinin də tamamladığı səhnəni bir növ terapiya seansına aid etmək olar.

- Amma musiqinin belə olmasına gətirib çıxarmaq lazımdır!

- Hər şey uşaqlıqdan formalaşır. Buna misal olaraq, özümü göstərə bilərəm: anam mahnı ifa edir, atam musiqi ilə məşğul oldurdu. O vaxt məni ciddi vokalçının yolu maraqlandırmırdı. Musiqiyə xüsusi həvəsim yox idi. Gənclik illərimdə Mark Şapironun xor kollektivində ifa etmişdim. Yeri gəlmişkən, həmin xorda indiki səhnə həmkarlarım, həmçinin Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev ifa edib. Beləliklə, yaradıcılığa həvəs uşaqlıqdan yaranır. “Yumşaq” tərbiyə uşağın psixikasının inkişafının vacib hissəsidir. Buna, məsələn, opera sənətində ehtiyac duyulur. Musiqiyə qulaq asmağı və eşitməyi öyrətmək lazımdır. Doğrudur, bununla bağlı vaxtı və yeri də nəzərə almaq lazımdır. Bəli, hər bir kəsə onları bezdirmədən başa salmaq lazımdır ki, daxili aləmin inkişafı insanın təməlinin əsasıdır. Yalnız opera və ya baleti seçmək labüd deyil. Müxtəlif teatrlara, müxtəlif dramatik və musiqili tamaşalara getmək lazımdır. Onlarda, ilk növbədə, onların özünü axtarıb tapmaq vacibdir! Onlara səhnədə ifa olunan insanlara xas qüsurları görməyi öyrətmək lazımdır. Teatr sənəti təkcə “diaqnoz” qoymayacaq, həm də “dərman yazacaq” və hətta ondan imtinanın nəyə gətirib çıxara biləcəyini nümayiş etdirəcək. Opera mənə daha yaxındır. Əminliklə deyə bilərəm ki, onun süjetlərindən şöhrətpərəstlik və tamahkarlığın, xəyanət və nadanlığın göstərildiyi hadisələr gözümüzün önündə cərəyan edən zaman öyrənilə biləcək dərslər var. Əminəm ki, həm yaz çiçəklərinin olduğu bizi əhatə edən dünya, həm də musiqi alətlərinin və vokalçıların səsi daxili dünyamızın cavab verdiyi duyğular yaradır. Mənim üçün ən qorxulu yuxu belədir: kabinet, iş masası, “Qoqolun şineli” rolunu oynayan kostyum. Mənə ruhu zənginləşdirən, hər şeyin gözəlliyini özündə cəmləşdirən dünyanın bir parçası olmaq imkanını verən Uca Yaradana minnətdaram.



MƏSLƏHƏT GÖR:

75