19 Dekabr 2024

Cümə axşamı, 12:50

XULİQANIN QAYIDIŞI

Anton FERŞTANDT: «Mənə yaşamaq üçün yer lazım idi. Oynamaq üçün yox! Yaşamaq üçün! Bunu isə mənə yalnız səhnə verir»

Müəllif:

15.07.2024

İstənilən teatr tamaşası kimi, opera da, spesifikliyinə rəğmən, emosional komponentə söykənir və ehtiraslılığı ilə seçilir. Burada yaxşı bilirlər tər nədir, qan nədir, göz yaşı nədir. Burada yaradıcılığın axtarışı, əzabı, sevinci daha maraqlıdır. Tamaşaçı öz qəhrəmanı ilə sanki  daxili dialoq aparan artistin emosiyalarını onunla birgə yaşayır.

Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Anton FERŞTANDT ilə dialoqa yalnız onun doğma teatrının səhnəsinə effektia qayıdışı yox, həm də ən parlaq səhnə obrazlarından birinə qayıtması səbəb olub…

II akt. Skarpia-Toska səhnəsi. Roma məxvi polisinin şefi Skarpia bu qadını əldə etmək üçün dəridən-qabıqdan çıxır. Rədd cavabı almağa vərdiş etməyən polis onu istənilən yolla, istənilən hiylə ilə ələ almaq istəyir. Puccini bu səhnədə inanılmaz bir musiqi kəşfindən - aşağı notdan yuxarıya qədər bir lütf notundan istifadə edir. Metropolitan Operanın keçmiş baş dirijoru Ceyms Levinin dediyi kimi,  bu elə bir emosiya dalğası, şiddət, sahib olmaq istəyidir ki, Skarpianın bu istəyi sahilləri aşır. Onun fiziologiyası Toskaya sahib olmaq üçün bütün sərhədləri keçir. Bəs qadının ona necə cavab verdiyini bilirsiniz?! Bıçaq zərbəsi kimi: «Al sənə, bu da Toskvanın öpüşü!».

Puççininin musiqisinə xas olan bu qeyri-adi obraza Anton Verstandt nə qədər maqnetizm gətirib! Operasevərlərin fikrincə o, bütöv bir palitradan istifadə edərək opera rejissorluğunda və aktyor-müğənninin dramatik ifasında mənfi obrazın cəlbediciliyindən istifadə edib.

Anton 2024-cü il mövsümündə bu partiya ilə iki dəfə çıxış edib, lakin onu tam özününküləşdirməyi bacarıb. Ümumiyyətlə, Anton Ferşnatdın hər dəfə səhnəyə çıxışı – istərsə «Qaratoxmaq qadın»dakı Tomskiy və Zlatoqor obrazı olsun, istər «Payaçolar»dakı Tonio və ya «Zoluşka»dakı ögey ana obrazı  - sanki məşğur Yelena Obraztsovanın sözlərinin illüstrasiyasıdır: «Mənim üçün opera çətinlik olmayıb. Mən operada elə hisslər yaşamışam ki, həyatda onları yaşamaq mümkün deyil. Odur ki, çox tez müdrikləşmişəm – mən səhnədə bir-birindən fərqli çox həyat yaaşmışam».

- Səhnəyə qayıtmaq çətin idi?

- Bəli! Məni üçün bu yeddi il çox ağır keçdi. Xüsusilə doğma Opera və Balet Teatrının səhnəsinə çıxmaqdan məhrum olduğum ilk mərhələdə. Haqsızlıq idi. Ən yaxınlarım belə, nə yaşadıqlarımı tam bilmirdilər, daxilimdə nələrin baş verdiyindən məlumatsız idilər. Depressiyaya belə, düşürdüm… Bunları insanların mənə yazığı gəlməsi üçün demirəm! Qətiyyən! Məni yalnız bu yolu keçmiş şəxslər anlaya bilər. Həmin vaxt mənim 33 yaşım var idi. Bu, xüsusilə vokalçı üçün yetkinlik, kamillik yaşıdır. Səhnədə olmaq, yaratmaq, var qüvvənlə işləmək. Elə anlar olurdu ki, bu peşəni niyə seçdiyimi düşünür, sahəmi dəyişib-dəyişməməyi götür-qoy edirdim. Maddi baxımdan kifayət qədər cəlbedici təkliflər də alırdım, amma onlar mənə maraqlı gəlmirdi. Səbrim çatmasa da, bunun müvəqqəti olduğunu anlayır və yoluma davam etmək üçün özümdə güc tapmağa çalışırdım… Bu yeddi il mənə müdriklik gətirdi, xarakterimi dəyişdi. Çox şeylər yaşadım…

- Bəs həmin vaxt hüquqlarınızın müdafiəsi?..

- Elə anlar olur ki, dəyərli insanların xətrinə alternativiniz olmur. Teatrdan getdiyim zaman da belə idi. Yalan danışmayıb, o vaxt mən nələr yaşayacağımı tam anlamırdım. Amma ümidim niyəsə ölməmişdi. Bu gün səhnəyə qayıdarkən anlayıram ki, bu yeddi il hər şeyə rəğmən, mənə müəyyən dividentlər də gətirib. Özümü toparlamışam. İndi bütün addımlarım fərqli, daha ağıllı və ölçülüb-biçilmişdir. Pis tərəfə dəyişməmişəm. Şübhəsiz ki, yeddi ilimi geri qaytara bilməyəcəm, lakin 41 yaşımda onun əvəzini çıxmağa çalışacağam. Üstəlik, indiki rəhbərlik bir ildən az müddətdə mənə ötən on ildəkindən daha çox iş görməyimə imkan yaradıb. Məsələn, arzum olan Skarpia partiyasını oynamaq kimi. Bu, mənim üçün çox dəyərlidir və fikrimi rəhbərliyə də çatdırmışam. Ümid edirəm ki, bu imtahandan uğurla çıxa bildim.

- Niyə məhz Skarpia?

- Çünki daxilimdə bu personaja uyğun çox obrazlar yığılıb qalmışdı. İlk növbədə isə bu partiyanı çox sevirəm. Operaya ilk dəfə gəldiyim zaman ikinci aktdan sıonra çıxıb getmişdim. Anlamışdım ki, mənim üçün Skarpianın ölümü ilə opera bitdi. Həmin gündən bu partiyanı sədaqətlə sevirəm. Mənim «Playlist»imdə bütün opera yer alı rvə onu durmadan dinləyirəm. Puççininin musiqisi mənim üçün dahiyanə bəstədir. O, dramaturji baxımdan inannılmaz dərəcədə doğru yazılıb! İtaliyan dilini bilməsən belə, musiqi səhnədə baş verənləri, dialoqların məğzini sənə anladır. Bu, dahi bəstəkarın istənilən operasına aiddir. «Toska» isə zirvədir. Mən onunla bağlı materialı müxtəlif rakurslardan öyrənmək üçün əlimdən gələni etmişəm. Hətta həmin oradakı hadisələrin yaşandığı tarixi də təxminən bilirəm – 1800-cü il 14-17 iyun. Orada ayrıca araşdırılacaq o qədər qarışılıq tarixi hadisələr var ki…

- Xüsusi məqamlar?

- İkinci aktda Toskva ilə Skarpia arasında bəzi «dialoq»lar var ki, onlardan birində o, spevgilisinin hava işıqlananda edam olunacağını bildirir. Bu musiqili mövzu üçüncü aktda Toskvanın eyni şeyi Kavaradossiyə söylədiyi zaman da təkrarlanır. O qədər orijinal yazılıb ki! «Toska» boyunbağının mirvarisidir. Orada hər bir muncuq – not frazası – bu opera sənətinin möhtəşəm zinətinin müəllifi tərəfindən ustalıqla seçilib. Mən hər dinlədikdə ona yenidən vuruluram, hər dəfə orada yeni nəsə tapıram. Aydındır ki, Kavaradossinin ariasını xoşlayıram. Amma Skarpianın «Ha più forte sapore» və «Già, mi dicon venal»ı, yaxud ilk aktda onun obrazın qüdrətini göstərən çıxışı – sevməmək mümkün deyil! Etiraf edirəm ki, kollektivimizin xanım üzvlərinin bir hissəsi Skarpia partiyasını istər musiqi, istərsə də qəhrəmanın xarakterinin ifadəsi anlamında çox bəyənir. Puççini niyəsə baritonları sevməyib. Amma fikrimcə, «Toska»da o, baritonlara böyük hədiyyə edib. Onlar bütün aktyorluq və vokal bacarıqlarını nümayiş etdirmək üçün bütün imkanları qazanıblar.

- Siz qəhrəmanlarınızla birlikdə özünüz də dəyişirsinizmi?

- Birmənalı! Məsələn, yeni «Karmen»də Eskamilo mənim özümə də çox fərqli gəldi! Kostyum baxımından da, səhrə qrafikasi cəhətdən də. Gəlin, sizə tam səmimi bir etiraf edim: mən opera sənətinə nə qədər vurğun olsam da, Toreador partiyasını sevmirəm. Halbuki, debütün məhz onunla olub və bu üzdən həmin obrazla assosiasiya olunuram. Bu, əlbəttə ki, xoşdur, amma bu material müəyyən qədər «köhnəlmiş» təsir bağışlayır.

- Musiqidən yorulmaq olurmu?

- Bilirsiniz, yaxşı musiqi elə sakitlikdir. Peşəmlə əlaqədar olaraq, mənim üçün sadəcə musiqi dinləmək çətindir. Toreadoru o qədər əzbərləmişəm ki, gecə yarısı yuxudan oyadıb hansısa rəqəmi söyləsəniz, gözümü açmadan həmin hissəni oxuya bilərəm. Partiyanın özü də açıq desək, teatrallıq baxımından bir qədər «vitrin malı»dır. Burada padşah öz yoldaşları tərəfindən “oynadı”. Məhz yeni istehsalda illər keçdikcə məni bezdirməyə başlayan xarakterimi şaxələndirməyə imkan verən bir növ hərəkət meydana çıxdı. Baxmayaraq ki, “diafraqmanı ön plana çıxarmaq” hissini bəyəndiyimi gizlətməyəcəyəm. Yenə də vurğulamaq istərdim ki, Verdinin “Karmen” operası mənim üçün ikonikdir, sənətə aparır, hətta ruhumda təşviş yaratmır.

- Opera artisti üçün emosianın rolu nədən ibarətdir?

- Mən kifayət qədər emosional insanam. Artisti üçün emosia vacibdir, opera artisti üçün isə ikiqat. Musiqi hər zaman emosialara müraciət edir, onun üzərində qurulur. Bəzən səhnədə adamı kədər boğur. Teatrdan uzaq qaldığım 7 ildən əvvəl «Palyaçolar»da Tonio ilə Neddanın zorakılıq səhnəsini oynayan zaman məni elə emosiyalar bürüdü ki, boğazımı qəhər tutdu. Kulis arxasına keçdim və göz yaşlarımı saxlaya bilmədim. Təsəvvür edin, səhnəyə qayıtmalıyam… Yaxşı ki, bu, həmin epizodan sonra baş vermişdi. Bu, tamaşanın gedişində baş versə nə olardı? Anladım ki, emosiyalar bəzən mane də olur. Amma onun başqa təsirləri də var… Məsələn, Opera studiyasında «Norma» qoyulan zaman Orovezonu ifa edirdim. O an yaşadığım emosiyalar atanın qızına məhəbəttinin ifadəsi zamanı mənə cüzi göz yaşı göstəməyə kömək etmişdi. Təbii ki, bunun üçün xüsusi aktyor fəndləri var və etiraf edirəm ki, o an mən rəhmətlik anamı yadıma salmışdım. Bu, valideyn sevgisi idi, gənc yaşda anasını itirmiş uşağın emosiyası idi. Nəticədə lazımi emosiya ilə yüklənmişdim və bu, səhnədə rolumu daha yaxşı ifa netməyinə kömək etmişdi.

- Səhnə sizin üçün nədir?

- Səhnə özünü inanılmaz dərəcədə yaxşı hiss etdiyin nəhəng akvariumdur. Xaraktercə, uşaqlıqdan diqqət mərkəzində olmağı sevmişəm. Hələ 1,5-2 yaşımda qarşı cinsin nümayəndələrindən diqqət görmək istəyir, kimisə yamsılayaraq diqqət çəkməyə çalışırammış. Mənim oturaq həyatı sevməməym də içimdəki aktyorluq həvəsindən qaynaqlanıb. Peşə seçmək zamanı çatdıqda – 15-16 yaşımda dəqiq bilirdim ki, ofis formatı mənə görə deyil. Mənə elə yer lazım idi ki, orada yaşayım. Oynamaq yox! Yaşamaq! Bunu isə yalnız səhnə verə bilər. Yaşadıqlarımdan bilirəm ki, Allah, İlahi… onu müxtəlif adlarda çağırırlar… məni əlimdən tutum irəli aparım,bəzən horla, bəzən könüllü olaraq bu yolu aparıb və sonda bu sənətə gətirib. Səhnəyə çıxmağı, yalan deməyim, hər şeyi ətrafımdakılardan daha yaxşı etməyi, ustalığımı göstərməyi sevirəm… Açıq danışıram, Soffitlərin parlaq işığı altına dəqiq bildiyin partiya ilə çıxmaq çox yaxşıdır. O zaman özünə tam əmin olursan. Mən insanların coşqun baxışlarını çox sevirəm. Dolu zal, orkest, xor – möhtəşəmdir. Kütləvi səhnə səhnədə olmağın verdiyi sevincin konsistensiyasıdır.

- Onda dramatik formatlı «avantüra» nə idi?

- Təcrübə idi… Açıq danışacağam, Lalə Əliyeva-Klıçkovanın tanışlıq üçün mənə göndərdiyi pyes xoşuma gəlmişdi. Bu avantüraya yalnız ona görə razılaşdım ki, «oxumamaq» janrda gücümü bir daha sınayım. Çünki tələbəlik illərimdən belə bir təcrübəm var idi – Gülcahan Güləhmədova-Martınova bizimlə tamaşalar qoyurdu. Məsələn, «Qaranlıq hekayə»də iki rol oynamışdım. Görünür «Özgə dünyadan gələn qonaq» ortaya çıxdıqda eksperiment istədim. Məni Ölüm rolu özənə çox cəlb etdi…

- Bu obrazda ovsunlayıcı nə ola bilər?

- Mən zarafatı xoşlayıram. Ötən il 40 yaşım tamam olurdu və xalq arasında belə bir fikir var ki, 40 yaşı qeyd etməzlər. Ona görə bu yaşımı yalnız Rus evindəki solo konsertimlə qeyd etdim. Konsertdən bir qədər sonra isə mənə dramatik tamaşada oynamaq təklifi gəldi və məlum oldu ki, rejissor meni Ölüm obrazında görür. Mən də 40 yaşımı elə bu formatda qeyd etməyə qərar verdim. Bununla sanki, heç kəsin qaça bilməyəcəyi Ölüm qaşısında həm də günahımı yudum.

- Yeri gəlmişkən, bu obrazda Skarpinin gizgiləri görünürdü…

- Amma o, xeyli sonra olub. Amma… izah edim. Pyesdə Ölüm xarakterində bütün bürokratik nüansları birləşdirən özünəməxsus məmurdur. Odur ki, onda Roma məxfi polisinin əlamətlərinin də görünməsi normaldıor. Özüm özümdən plagiat etmişəm…

- Sözəbaxan aktyorsunuz?

- Xeyr. Hətta səhnədə xuliqanam! Dram rejissoru ilə ilk iş təcrübəm diplom işim olub – «Faust»dan proloq, mən Mefistofelin partiyasını oxuyurdum. Tamaşanı oynayan zaman zarafat edərək tərəfdaşlarımı güldürürdüm. Bu, məşq mərhələsindən başlamışdı – mən pesonajımın «arxasında» gizlənərək, «xuliqanlıq» edirdim. O zaman Gülcahan xanım dedi ki, mənim bütün bu «dəcəlliklərim» səhnədə olduğu kimi qalajaq. O vaxtdan səhnədə zaman-zaman dəcəllik edirəm. Bəzən rejissorlar mənim hansısa təklifimi rədd edirlər, amma yaratdığım obrazın mahiyyətini daha yaxşı açmağa kömək edən təfsirləri qəbul edirlər. Bəzən isə məşq zamanı rejissorlar razılaşır, tamaşada isə öz variantımı oynayıram. Yeri gəlmişkən, bu, publika tərəfindən çox xoş qarşılanır. Tamaşanın sonunda tamaşaçıdan alınan alqışdan yaxşı isə heç nə ola bilməz.



MƏSLƏHƏT GÖR:

89