Haqqımızda
«Reqion Plus» həftəlik analitik jurnalı 2006-cı ildən peşəkar jurnalistlər, analitiklər, politoloqlar, iqtisadçılar, sənətşünaslar və idman icmalçıları tərəfindən nəşr olunur. Jurnal Cənubi Qafqaz və Xəzəryanı bölgədə, həmçinin dünyanın digər ölkələrində baş verən aktual siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahələrə aid proseslərin işıqlandırılmasında ixtisaslaşıb.
Jurnalın səhifələrində yerli jurnalist və analitiklərlə yanaşı region ölkələrinin icmalçıları da mütəmadi olaraq çıxışlar edir. Nəşrdə həmçinin dövlət və hökumət başçıları, nazirlər, ictimai və siyasi xadimlərin müsahibələrinə geniş yer verilir.
«Region Plus» jurnalı həftədə bir dəfə azərbaycan, rus və ingilis dillərində nəşr olunur və abunə, pərakəndə satış vasitəsilə, eləcədə beynəlxalq aviareyslərdə yayımlanır.
Jurnalın çoxsaylı oxucuları sırasında dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər, ziyalılar var.
Obyektiv və qərəzsiz yanaşma, yerli və xarici mənbələrdən, o cümlədən nüfuzlu Reuters agentliyindən alınan fotomateriallar, cəlbedici və rahat oxunan yazı üslübü, habelə mütəmadi olaraq keçirilən sorğular bizim nəşri fərqləndirən xüsusiyyətlərdəndir.