18 Января 2017

Среда, 20:07

ВАЛЮТА

Gülyanaq Məmmədova: “İlk solo konsertimizə hazırlaşırıq”

22.07.2014 13:50

 Əməkdar artist, muğam ifaçısı Gülyanaq Məmmədova ilə müsahibə

Bakı, 22 iyul, Region Plus

 

- Galyanaq xanım, yəqin bu sualı sizə tez-tez verirlər, ancaq bizim də öz oxucu çevrəmiz var və düşünürük ki, sənətə necə gəldiyiniz onlar üçün də maraqlı olar...

- Mən gözümü açandan evimizdə çal-çağır eşitmişəm. Atam Zakir qara zurna, qardaşım qarmon ifaçısı olub. Anamın, bacılarımın səsi olub, onların zümzümlərini eşidə-eşidə böyümüşəm. Beləliklə, məndə də musiqiyə həvəs yaranıb.

İlk dəfə səsimin olduğunu birinci sinifdə oxuyarkən sinif müəlliməm, Xuraman müəllimə aşkar eləyib. Məktəbdə dərs arası fasilə vaxtı təsadüfən qızlarla zümzümə edəndə səsimi eşidib. Səhəri gün mənə bir şer verdi və dedi ki, get evdə anana de sənə kömək etsin, bu şeri əzbərlə. Onu “Əlifba” bayramında oxumağımı istəyirdi. Mən də əzbərləyib gəldim məktəbə. Bu, “Nargilə” mahnısının sözləri imiş. Müəlliməm də musiqisini öyrətdi və mən ilk dəfə “Əlifba” bayramında mahnı oxudum.

Bundan sonra Gülyazla bir yerdə “Azərbaycan gəncləri” mahnısını oxuduq. O zaman mənim 8, Günyazın isə 11 yaşı var idi. Mahnını Bakıda “Şəlalə” Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə televiziyada ifa etdik. Çəkiliş üçün Bakıya gələndə bizimlə bir yerdə Şəkidən qara zurna ifaçısı Ələfsər müəllim və gözəl səsi olan Ələddin Rəsulov də gəlmişdilər. Yadımdadır, balaca olduğumuza görə yol boyu bizə qayğı göstərirdilər. “Teleteatr”da baş tutan çəkilişdə aparıcı Xalidə Gözəl bizi səhnəyə çağırdı və tamaşaçılara təqdim etdi. Çox həyəcanlı idik. Çünki orada ən balaca ifaçılar Gülyazla mən idim. Çox heyflər olsun ki, həmin çəkilişin lenti sonralar baş verən yanğın nəticəsində məhv oldu.

Uşaqlıqda yadımda qalan belə xatirələr çoxdur. Heç yazdımdan çıxmaz, bir gün Şəkidə “Pionerlər” evindən müsabiqədən çıxırdıq. Böyük sənətkarımız Zeynəb Xanlarova ilə o vaxtlar Şəkinin katibi işləyən Sevil xanım qarşımıza çıxdı. Sevil xanım dedi ki, bu balaca qızların çox gözəl səsləri var, bizim gələcəyimiz olacaqlar. Zeynəb Xanlarova da əyilib üzümüzdən öpdü. İnanın ki, bir həftə üzümü yumadım ki, Zeynəb Xanlarova mənim üzümdən öüb, bunu məktəbdə hamıya deyirdim. 9 yaşımda Flarmoniyada keşirilən mahnı müsabiqəsində qalib oldum.

 - Günyanaq xanım, ailədə sizdən və Gülyaz xanımdan başqa kimin səsi var?

 -  Demək olar ki, bütün bacılarımın və anamın. Bizə bu sənətə gəlmək üçün cığır açan bacım Rəhimə, əlimizdən tutub sənətə gətirən isə böyük qardaşım Ataş olub. O, bizim üçün çox əziiyət çəkib və demək olar ki, onun sayəsində indi bu sənətdəyik.  

 - Bəs bacınız Rəhimə bu sənəti nəyə görə davam etdirmədi?

 - Rəhimənin səsi bizim səsimizdən də çox gözəl idi, Asəf Zeynallı adına Bakı Musiqi texnikumuna daxil olmuşdu. Onun səsinə maestro Niyazi qulaq asıb bəyənmişdi. O qədər gözəl, kövrək səsi var idi ki, imtahan verəndə Nəriman Əliyev, Hacıbaba müəllim kövrəlib, təsirlənmişdilər. Amma sənətlə bağlı istəkləri yarımçıq qaldı. 2-ci kursda oxuyanda kəndimizdə bir həkim oğlanla ailə qurdu və həyat yoldaşı oxumasına icazə vermədi. İndi 3 oğul anasıdır, həyatında hər şey yaxşıdır. Amma onun ürəyində bu yanğı hələ də qalıb.

 - Ailədə sizin davamçılarınız olacaqmı?

 - Gülyazın oğlu Ramazanın və qardaşım Elatın oğlu Sübhanın səsləri var. Sübhan çox istedadlıdır, səsi gurdur. Müslüm Moqamayevin və digər bu kimi sənətkarların repertuarından oxuyur. Ramazan isə, artıq Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin birinci kursunu bitirib. Tar üzrə musiqi məktəbini oxusa da, tar çalmağa o qədər də həvəs göstərmir. Daha çox akustik gitaraya meyillidir. Onun da özünəməxsus incə, şirin səsi var. 

 - Gülyanaq xanım, indiyədək solo konsertiniz olmayıb. Belə bir planınız varmı?

 - Artıq bu haqda düşünürük. Çatdıra bilsək, payızda Gülyazla bir yerdə konsert təşkil edəcəyik. Hazırda təşkilati işlərlə məşğuluq və proqram tərtib edirik. Oxumaq istədiyimiz mahnılar çoxdur, oların arasından seçim edirik.

Bu vaxtadək solo konsertimizin olmamasının səbəbi daha çox xarici ölkələrdə konsertlər verməyimizlə bağlıdır. 20 ildir səhnədəyik, onun 15 ilini ancaq xarici ğlkələrdə konsert vermişik, Mədəniyyət və Turizm Nazirliyinin xəttilə.

 - Bəs yeni klip necə, yaxın zamanlarda tamaşaçılar növbəti efir işinizi görə biləcəklərmi?

 -Yaxın zamanlarda bir klipim təqdim olunacaq. Artıq hazırdır və üzərində son işlər gedir. Ümid edirəm ki, tamaşaçılar bəyənəcək.

 - Sənət aləmində toylara münasibət bir qədər fərlidir. Elə müğənnilər var ki, toya getsələr də, bunu danırlar. Sizin buna münasibətiniz necədir?

 - Düzdü mən profisional səhnəni, sənəti toydan üstün tutmuşam, amma toylar da elimizin şənlikləridir. Xalqımız dəyər verdiyi müğənnini öz yığıncağında görmək istəyir və onları bu məclislərə dəvət edir. İndi bütün müğənnilər toylara gedirlər, o cümlədən biz də, burada danılası bir şey yoxdur. Zeynəb Xanlarovadan başqa Azərbaycanda bütün müğənnilər toylara gedirlər. Amma o doğrudur ki, bir çoxları bunu boyunlarına almırlar. Bu düzgün deyil. Biz heç vaxt bunu dana bilmərik.

 

   


Регионы:

Фото:

РЕКОМЕНДУЙ ДРУЗЬЯМ:

157
Лента новостей