31 Марта 2017

Пятница, 00:29

ВАЛЮТА

Bakıda gənclərin işsizlik probleminə həsr olunmuş beynəlxalq təlim başa çatıb

23.07.2014 16:44

Bakı, 23 iyul, Region Plus

Bu gün Bakıda “Gənc Sahibkarlar  Klubu” İctimai Birliyinin təşkil etdiyi “Gənclərin işsizlik problemi” adlı beynəlxalq təlimə yekun vurulub. İyulun 15-dən 23-dək keçirilmiş təlim kursu Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının maliyyə dəstəyi ilə keçirilib.

Böyük Britaniya, İtaliya, Polşa, Litva, Moldova, Ukrayna, Gürcüstan və Azərbaycandan olan 24 gəncin qatıldığı kurslar Azərbaycan  və Böyük Britaniyadan olan təlimçilər tərəfindən aparılıb.

“Gənc Sahibkarlar  Klubu” İB-dən verilən məlumata görə layihənin keçirilməsində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gənclərin və gənc ailələrin işsizlıyə qarşı mübarizədə fəallığını artırmaq və onların cəmiyyətə sosial inteqrasiyasını təmin etməkdən ibarət olub. Layihə çərçivəsində həmçinin müxtəlif etnik və mədəni dəyərlərin daşıyıcıları olan gənclərin işsizlik probleminə münasibəti öyrənilib, informasiya mübadiləsi aparılıb.

Təlim iştirakçıları həmçinin Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ilə görüşüb və Heydər Əliyev Mərkəzində olublar. 

Sonda “Gənc Sahibkarlar  Klubu” İctimai Birliyinin sədri Salman Umudov təlim iştirakçılarına Avropa Komissiyası və İctimai Birliyin sertifikatlarını təqdim edib. 


Регионы:

Фото:

РЕКОМЕНДУЙ ДРУЗЬЯМ:

267
Лента новостей