18 Января 2017

Среда, 20:06

ВАЛЮТА

“Sağlam həyat tərzi” layihəsi başa çatıb

08.11.2014 10:19

Bakı, 8 noyabr, Region Plus

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və 6 saylı-məktəb liseyin təşkilatı dəstəyi ilə həyata keçirilən “Sağlam həyat tərzi” layihəsinə yekun vurulub.

Layihənin yekunu olaraq, Park Bulvar AVM-də maarifləndirici təlimlərdə iştirak etmiş məktəblilərin sağlam həyat tərzinə həsr etdikləri divar qəzetləri nümaiş etdirilib, onlar arasında müsabiqə keçirilib. Müsabiqəyə tək və ya qrup halında 31 divar qəzeti təqdim edilib.  Uşaqalar təlimdə əldə etdikləri biliklərdən istifadə edərək maraqlı ideyalarla və təkliflərlə çıxış ediblər.

Divar qəzetləri işərisindən 3 ən yaxşısı seçilərək, müəlliflərinə hədiyyə təqdim edilib. Digər divar qəzetinin müəlliflərinə isə  həvəsləndirici hədiyyələr təqdim edilib.

Layihənin rəhbəri Əliyeva Elnarə layihəni dəstəklədiyi üçün Azərbaycan Gənclər Fonduna və 6 saylı məktəb-liseyin rəhbəri Gülşən Orucovaya, müəllim və şagirdlərinə dərin təşəkkürünü bildirib.

Xatırladaq ki, “Sağlam həyat tərzi” layihəsi çərçivəsində oktyabrın 13-dən 23-dək 6 saylı məktəb-liseyin 7-10 sinif şagirdləri arasındasağlam həyat tərzi ilə bağlı təlimlər təşkil edilib, mövzuya həsr edilmiş maarifləndirici bukletlər yayılıb.

 

Əsas məqsədi  gəncləri zərərli vərdişlərdən yayındırmaq olan layihədən birbaşa 200 şagird bəhrələnə bilib. 


Регионы:

Фото:

РЕКОМЕНДУЙ ДРУЗЬЯМ:

160
Лента новостей