22 Февраля 2017

Среда, 01:02

ВАЛЮТА

Ehtiram Hüseynov fəxri ad aldı

13.10.2015 09:21

Bakı, 13 oktyabr, Region Plus

Beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynov Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun 12 oktyabr tarixli Sərəncamına əsasən, tanınmış muğam ifaçısına bu ad “muğam sənətinin inkişafındakı xidmətlərinə görə” verilib.

Ehtiram Hüseynov onun ifaçılığına verilən yüksək qiymətə görə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova minnətdarlığını bildirib. Xanəndə həmçinin muğam sənətinin inkişafı və beynəlxalq aləmdə təbliği istiqaməində göstərdikləri səylərə, gənc muğam ifaçılarına verdikləri dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Xatırladaq ki, oktyabrın 10-da Ehtiram Hüseynov Naxçıvan şəhərindəki Heydər Əliyev adına sarayda solo konsertlə çıxış edib.

Ehtiram Hüseynov 1980-cı il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olub. Laçın rayonunun Ermənistan tərəfindən işğalı ilə əlaqədar 1992-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. İlk musiqi təhsilini Ağdam muğam məktəbində alıb. Uşaqlıq illərində Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə” uşaq xorunda musiqi fəaliyyəti göstərib.

Asəf Zeynallı adına Musiqi Texnikumunu və Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsini fərqlənmə ilə bitirib.

2007-ci ildə "Muğam" televiziya müsabiqəsində 2-ci yerə layiq görülüb. 2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solistidir.

 

 


Регионы:

Фото:

РЕКОМЕНДУЙ ДРУЗЬЯМ:

239
Лента новостей