18 May 2024

Şənbə, 17:13

BÖYÜK ŞƏHƏRİN HƏYATI

Bakı nefti kimin əlində idi və erməni tələbələr hansı təqaüdləri alırdılar

Müəllif:

14.05.2013

1913-cü ildə Rusiyada Romanovlar ailəsinin hakimiyyətinin 300 illiyi qeyd olunub. Bununla bağlı, fevralın 21-i bayram günü elan edilib, Bakıda qoşunların paradı keçirilib, şəhərdə pulsuz yemək paylama məntəqələri yaradılıb. Dumanın qərarı ilə Telefonnaya küçəsi (indiki 28 May küçəsi) Romanovskaya adlandırılıb. Romanovların hakimiyyətinin 300 illiyi şərəfinə H.Z.Tağıyev Bakı gəmi mexanikləri məktəbinin tələbələrinə təqaüd kimi 5 min rubl bağışlayıb. Ölkədə əfv elan edilib - cəza müddəti az olanlar azadlığa buraxılıb. Qradonaçalnikin sərəncamı ilə Şamaxinkada yerləşən mərkəzi türmədən 60 dustaq buraxılmışdı, Bayıl türməsindən isə 13 cinayət dustağı və 52 inzibati saxlanılan azad edilib. 

Şəksiz ki, əsas təntənələr Sankt-Peterburqda olub. Orada iştirak üçün paytaxta Bakıdan da nümayəndə heyəti yola düşmüşdü. Şəhər Duması tərəfindən təntənələrdə iştiraka namizəd kimi qlasnılar İsa bəy Hacınski və Yusif Dadaşov irəli sürülmüşdü. Səsvermə keçirilmişdi və onun gedişində Y.Dadaşov  22 səs, Hacınski isə 18 səs almışdı. 

Bəy zümrəsini təmsil etmək isə Hacı Mehdi bəy Qulu bəy oğlu Aşurbəyova və Rza bəy Səlimxanova həvalə edilib. Bakı neft sənayeçilərini isə Emmanuel Nobel, Qukasov, Muxin təmsil edirdi. Bu, onda Bakı neftinin kimlərin əllərində olmasının sübutu deyildimi!? 

Qeyri-azərbaycanlıların əlində olan sahə yalnız neft sənayesi deyildi.Yadellilərin yerli əhaliyə yanaşmasına bu yaxşı misaldır. Onda şəhər upravasında məktəb komissiyası varmış və Bakıdakı bütün məktəb işləri onun səlahiyyətində imiş. Bu komissiya, həmçinin şəhər təqaüdlərinin imperiyanın ali məktəbləri, həmçinin şəhərin məktəbləri və ixtisas məktəbləri arasında bölməklə də məşğul olurmuş. Ali məktəb tələbələri üçün sərbəst şəhər təqaüdləri o vaxt S.Şamçiana, V.Melkumyana, D.Ter-Davidyana, İ.Arutyunova, İ.Palatxanova və V.Suxarevə verilmişdi. Tələbələr A. Manafov, M.Qasımov isə 50 rubla bərabər olan birdəfəlik müavinət almışdılar. Hər şey sadədir: komissiya sədri qlasnı İoanesyans olub.

Məktəb komissiyasının fəaliyyətindəki bu fakt müsəlman yumor jurnalı  "Kəlniyyət"in karikaturaçıları üçün mövzu verib. Jurnalın yanvar sayında iki karikatura dərc edilib. Birində şəhər məktəb komissiyasının erməni tələbələrə təqaüdlər paylayan sədri, o birində isə Peterburq küçələrinin birində daş döşəyən, yəni  dərsdən sonrakı vaxtlarda oxumaq üçün pul qazanan müsəlman tələbələr təsvir edilib. 



MƏSLƏHƏT GÖR:

601