10 May 2024

Cümə, 15:43

KÖLGƏLƏR HÖKMDARI

Rəssam Rəşad Ələkbərov: "Bu, şahmat oyununa bənzəyir: bir nəticəyə - qələbəyə nail olmaq üçün çoxlu sayda gediş etməlisən"

Müəllif:

21.10.2014

Rəs­sam Rə­şad Ələk­bə­rov öz əsər­lə­ri­ni... kö­lgə ilə ya­ra­dır. Mol­bert və boy­a­­nın əvə­zi­nə o ağ di­var, pro­jek­tor və ən sa­də ma­te­ri­al­lar - kağız, ağac, də­mir və hət­ta ar­tıq "həy­a­tı­nı ba­şa vur­muş" əşya­lar­dan da is­ti­fa­də edir. Rə­şa­dın qey­ri-stan­dart tə­fəkkürü və tə­xəyyülü çox ma­raq­lı və bə­zən tə­x­ri­bat­çı incə­sə­nət nümu­nə­lə­ri ya­ra­dır. Bəs, Rə­şad kö­lg­ə­lər­lə iş­lə­məyi necə öy­rə­nib? Bu qey­ri-adi "ma­te­ri­al" əsl incə­sə­nət əsə­ri­nə necə çe­v­ri­lir? "R+"un bu və di­g­ər su­al­la­rı­nı YARAT!" Müa­­sir İncə­sə­nət Mə­ka­nı­nın rəs­sa­mı Rə­şad Ələr­kə­ro­vun özü ca­vab­lan­dı­rıb.

- Əv­vəlcə da­nı­şın, gö­rək, si­zin "kö­lg­ə­lər rəs­sa­mı" ad­la­nan yo­lu­nuz necə baş­layıb?

- Mən Azər­baycan Döv­lət Rəs­sam­lıq Aka­de­miy­a­sı­nı de­ko­ra­tiv sə­nət ix­ti­sa­sı üzrə bi­tir­mi­şəm. İx­ti­sa­sca mən me­tal üzrə rəs­sa­mam. Ali mək­tə­b­dən so­nra ma­g­i­s­t­ra­tu­ra və as­pi­ran­tu­ra­nı bi­tir­mi­şəm. Əv­vəlcə rəs­sam­lıq­la mə­şğ­ul olur­dum, rəsm çə­kir­dim və bu mə­nim xo­şu­ma gə­lir­di. So­nra­dan bir qə­dər ek­s­pe­ri­ment apar­maq qə­ra­rı­na gəl­dim və kö­lg­ə­lər­lə "çək­məyə" baş­la­dım. Özümün ilk "kö­lgə" əsə­ri­mi 2000-ci il­də ya­rat­dım. O, "Bir şə­hə­rə iki nə­zər nöq­tə­sin­dən ba­xış" ad­la­nır­dı. Bu, la­zım­sız, "həy­a­tı­nı ba­şa vur­muş" əşya­lar­dan - köh­nə qu­tu­lar, "dik"lər, ka­ran­daş­lar­dan yığıl­mış in­stalya­siya idi. Mən bu əş­ya­­la­rı ma­sa­nın üzə­ri­nə elə şə­kil­də yığdım ki, pro­jek­to­run işığı al­tın­da di­var­da şə­hər görüntüsü can­lan­dı. Sol tə­rəf­də göy­də­lən­lər və müa­sir bi­na­lar, sağda isə mi­na­rə­li-mə­scid­li şərq şə­hə­ri görünürdü. Bu cür qey­ri-adi üsul­la mən Ba­kı­nın Şər­q­lə Qərb ara­sın­da yer­ləş­diy­i­ni gö­s­tər­mək is­təy­ir­dim. Ye­ri gəl­miş­kən, so­nra­dan bu işi bir italyan kol­lek­si­o­ner al­dı. O vaxtdan mə­nim ya­ra­dıcı­lığım­da ye­ni "kö­lgə" mər­hə­lə­si baş­la­dı. So­nra­dan "Za­ma­nın qa­nad­la­rı" və "7+7". Da­ha şəf­faf sə­rg­i­lə­ri, "Ori­en­ta­lism: in­si­de & out­si­de" bey­nəl­xalq müa­sir incə­sə­nət sə­rg­i­si, Ba­kı­da Bey­nəl­xalq Bi­en­na­le, İs­ve­s­rə­də "Trans­fu­si­on" sə­rg­i­si və di­g­ər­lə­ri təş­kil edil­di. 2007-ci il­də mən Azər­bayca­nı 52-ci Bey­nəl­xalq Ve­ne­siya Bi­en­na­le­sin­də təm­sil et­mi­şəm, 2013-cü ilin ya­zın­da isə mə­nim "Lost in trans­la­ti­on. This too shall pass" əsə­rim Ve­ne­siya Bi­en­na­le­sin­də "YARAT!" Müa­sir İncə­sə­nət Mə­ka­nı­nın pa­vilyo­nun­da sə­rg­i­lə­nib.

- Ümu­miyyət­lə, kö­lg­ə­lər­lə iş­lə­mək idey­a­sı necə ya­ra­nıb?

- Ha­mı­mız uşaq­lı­q­da ovucu­mu­zun içi ilə di­var­da at və ya it görüntülə­ri ya­ra­dır­dıq. Bir də­fə mən bu­nu ar­tıq ay­rı-ay­rı əşya­lar­la ya­rat­maq qə­ra­rı­na gəl­dim. Ma­sa­nın üzə­ri­nə müxtə­lif əşya­la­rı düzüb üzə­ri­nə pro­jek­tor işığı bu­rax­dım və ağ di­var­da qə­ri­bə bir şə­hə­rin kö­lg­ə­lə­ri göründü. O za­man hə­lə mən "kö­lgə" incə­sə­nə­ti ilə cid­di mə­şğ­ul olan rəs­sam­la­rın mö­vcud­luğun­dan, on­la­rın adi əşya­nın kö­lg­ə­si­ni əsl şe­de­v­rə çe­vir­mək baca­rığın­dan xə­bər­siz idim... Bir il­dən so­nra isə in­ter­net­də bu möv­zuya aid çox­lu mə­qa­lə­lər ta­pıb oxu­dum. İlk də­fə kö­lgə ilə ya­pon rəs­sa­mı Şi­qeo Fu­qu­da iş­ləy­ib. O, rəs­sam­lıq­la ya­na­şı, qra­fik di­zay­ner də ol­duğu üçün incə­sə­nə­tə özünə­məx­sus ba­xış­la­rı olub və "işıq-kö­lgə sə­nə­ti"nin ba­ni­si sayı­lır. Onun çə­ng­əl­lər və bı­çaq­lar­dan iba­rət məş­hur kon­struk­siy­a­sı mo­to­sikl kö­lg­ə­si ya­ra­dıb. Bu kom­po­zi­siya "Mo­to­sikl də­bil­qə­sin­də lanç" ad­la­nır.

- Ma­raq­lı­dır, bəs, si­zin ema­lat­xa­na­nız­da me­tal­dan han­sı kon­struk­siya var? O da qey­ri-adi kö­lgə sa­lır?

- Hə­min kon­struk­siy­a­da 70 me­t­rə qə­dər də­mir tir bir-bi­ri­nə bağla­nıb və ilk ba­xış­dan xa­o­tik tə­səvvür bağış­la­sa da, əs­lin­də, bu me­tal yığnağın­da "Try to sa­ve" ("Qo­ruy­ub sax­la­mağa ça­lış") cümlə­si şifrlə­nib. Mən onu xüsu­si ola­raq YARAT!-ın Pa­ri­s­də təş­kil et­diyi "Ho­me sweet ho­me" sə­r­g­i­si üçün ha­zır­la­mı­şam.

- Di­var­da söz­lə­rin və rəsmlə­rin "çə­kil­mə­si" pro­se­si ha­q­da da bir az da­nı­şın.

- Əv­vəlcə işıq qu­raş­dı­rı­lır, so­nra isə in­stalya­siya yığı­lır. Ad­dım-ad­dım, aram­la də­mir­lə­ri bir-bi­ri­nə ca­la­maq la­zım gə­lir. Söz-kö­lg­ə­lə­rin di­var­da düzgün yığıl­ma­sı üçün on­lar­la va­ri­ant­dan is­ti­fa­də et­mə­li olur­san. So­nra bütün bu kon­struk­siya bər­ki­di­lir və ta­ma­şa­çı­la­rın ix­tiy­a­rı­na ve­ri­lir. Mən öz işi­mi çox se­vi­rəm. Bi­lir­si­niz, bu, şah­mat oy­u­nu­na bən­zəy­ir: bir nə­ticəyə - qə­lə­bəyə na­il ol­maq üçün çox­lu say­da ge­diş et­mə­li­sən.

- Rə­şad, siz rə­ng­li kö­lgə əsə­ri ya­rat­mış ilk rəs­sam­lar­dan­sı­nız. Si­zə qə­dər "kö­lgə" ya­ra­dıcı­lığı ağ-qa­­ra idi. Bir az bu ha­q­da da da­nı­şın.

- 2012-ci il­də mə­ni Lon­don­da təş­kil olu­nan "Fly to Ba­ku" sə­rg­i­si­nə də­vət et­miş­di­lər. Mən qə­ra­ra al­dım ki, "kö­lgə" ya­ra­dıcı­lığın­da nə­sə qey­ri-adi və ye­ni şey gö­s­tər­mə­liy­əm - əsə­ri "rə­ng­li" kö­lg­ə­lər­lə çək­mə­li­y­əm. Bu­nun üçün müxtə­lif rə­ng­li şüşə­lər­dən 90 təyya­rəcik si­fa­riş edib on­la­rı elə for­ma­da as­dım ki, di­var­da hər bir ba­kı­lıya yax­şı ta­nış olan mən­zə­rə - Ba­kı bux­ta­sı­nın tə­s­vi­ri can­lan­dı. Ümu­miyyət­lə, Ab­şe­ro­nu mən iki rə­ng­də - ma­vi və ox­ra rə­ng­lə­rin­də tə­səvvür edi­rəm. Mə­nim üçün bun­lar ye­rin və göyün ça­lar­la­rı­dır.

- Ha­zır­da nəy­in üzə­rin­də iş­ləy­ir­si­niz?

- Eko­lo­g­iy­aya həsr olu­nan bey­nəl­xalq sə­rg­iyə ha­zır­la­şı­ram. Me­tal­lar­dan hey­van si­lu­et­lə­ri yığmı­şam. İn­stalya­siy­a­nın ya­nın­da dünya­nın ən qəd­dar hey­van­la­rı­nın ad­la­rı qeyd olun­muş löv­həcik qoy­u­lacaq. İkinci yer­­də go­re­şən, üçüncü yer­də ca­na­var, bi­rinci yer­də isə üç nöq­tə... Qoy, hər kəs özü müəyyən­ləş­dir­sin ki, dünya­nın ən yır­tıcı can­lı­sı han­sı­dır, am­ma mə­nim ca­va­bım di­var­da əks olu­nacaq - Hu­man ("İn­san"). Çünki məncə, pla­ne­ti­miz­də ən qəd­dar yır­tıcı can­lı məhz in­san­dır. O öz ma­raq­la­rı na­mi­nə bütün can­lı­la­rı məhv et­məyə ha­zır­dır, bə­zən isə bu­nu elə-be­lə - heç bir məq­səd güdmə­dən də edir.

- İn­diy­ə­dək iş­lə­diy­i­niz ən qey­ri-adi ma­te­ri­al han­sı­dır?

- Mə­nim su­dan kö­lgə əsə­ri ya­rat­maq idey­am var idi. Bu­nun üçün, hət­ta fon­tan və ho­vuz­dan iba­rət xüsu­si kon­struk­siya da fi­kir­ləş­miş­dim. İdeya be­lə idi ki, fon­tan­dan qal­xan suy­un kö­lg­ə­si di­var­da "ya­zı­lar" ya­zacaq. Mən bu in­stalya­siy­a­nı Ve­ne­siya sə­r­g­i­sin­də nümay­iş et­dir­mək is­təy­ir­dim, am­ma so­nra­dan idey­a­dan da­şın­ma­lı ol­dum. Kom­po­zi­siy­a­nın tə­q­dim olu­nacağı sə­rgi za­lı köh­nə ti­ki­li­nin ikinci mər­tə­bə­sin­də yer­lə­şir­di və dö­şə­mə­nin 5 ton­luq ho­vu­za tab gə­tir­məy­əcəy­i­ni an­la­dım. Odur ki, bu idey­a­nı so­nraya sax­la­dım. Am­ma nə vaxtsa bu­nu müt­ləq re­al­laş­dı­racağam...

- Siz bir ne­çə il­dir YARAT!" Müa­sir İncə­sə­nət Mə­ka­nı ilə əmək­daş­lıq edir­si­niz. Bu təş­ki­la­tın si­zin ya­ra­dıcı­lığı­nı­za tə­si­ri necə olub?

- Mən bu əmək­daş­lı­q­dan çox məm­­nu­nam. "YARAT!" mə­nə də­s­tək ve­rir və hər iş­də kö­mək edir. Bu ya­xın­lar­da biz ye­ni bi­naya köçmüşük və bu­ra­da hər rəs­sa­mın öz ema­lat­xa­na­sı var. Bi­zə iş­lə­mək və ya­rat­maq üçün bütün şə­ra­i­ti ya­ra­dıb­lar. "YARAT!" icti­ma­iyyə­ti gənc rəs­sam və hey­kəl­tə­raş­la­rın ya­ra­dıcı­lığı ilə ta­nış et­mək üçün əlin­dən gə­lə­ni edir. Tək iş­lə­diy­im vax­tlar mən ya­ra­dıcı­lıq ba­xı­mın­dan öz gə­ləcəy­im­dən əmin dey­il­dim. Yal­nız bir günlə ya­şayır­dım. 2011-ci il­də "YARAT!"la əmək­daş­lığa baş­la­dığım gündən ar­tıq öz ad­dım­la­rı­nı plan­laş­dı­rır, ko­or­di­na­siya edi­rəm, ha­ra get­diy­i­mi və nə is­tə­diy­i­mi də­qiq bi­li­rəm. Məncə, ya­ra­dıcı in­san üçün ən vacib mə­sə­lə bu­dur - nə is­tə­diy­i­ni bil­mək və idey­a­la­rı­nı həy­a­ta ke­çir­məyi bacar­maq...

 



MƏSLƏHƏT GÖR:

613