10 May 2024

Cümə, 14:42

RİSK VƏ İTKİLƏRSİZ

Azərbaycanın, demək olar ki, bütün bankları kapitallaşmanın artırılması tələbini yerinə yetiriblər

Müəllif:

21.10.2014

Hələ də ortadan qalxmayan qlobal maliyyə-iqtisadi böhran şərtlərində bütün dünyada, o cümlədən Azərbaycanda bank sektoru üçün kifayət qədər kapitallaşmanın olmaması xüsusi olaraq aktuallaşıb. Demək olar ki, bank xidmətlərinin aktiv bazaları ilə bütün ölkələr banklara kapitallaşmağa dair tələb irəli sürdülər. Bu, qəbul edilən risklərə adekvat olmalı və bankların görünməmiş itkilərini kompensasiya etmək qabiliyyətini təmin etməlidir. Axı, məlum olduğu kimi, adekvat kapitallaşmaya malik səmərəli idarə edilən banklar, itkilər baxımından daha davamlıdır və iş fəallığının bütün mərhələsi, o cümlədən onun zəifləməsi dövründə də xırda müştərilər və biznes subyektlərinə maliyyə mənbələri təqdim etməyə qadirdirlər. 

MBD ölkələrində də müşahidə edilən bu trend, Azərbaycan tərəfindən də istifadə edilib. Beşillik fasilədən sonra tənzimləyici Azərbaycanda kommersiya banklarının ümumi kapitala minimum tələbin beşqat artırılması haqda qərar qəbul edib. Belə ki, 2007-ci ilin 1 iyulundan banklar üçün ən aşağı hədd 10 mln. manat səviyyəsində müəyyənləşdirilib, 2014-cü ilin yanvarın 1-i tarixinə yaxın isə onların kapitalı ən azı 50 mln. manatadək çatdırılmalı idi. Lakin Mərkəzi Bank bank sisteminin dəstəkləməsi məqsədi ilə bu müddəti bir il uzatdı.

Müvafiq qərar bank bazarının ciddi ixtisarlarla üzləşəcəyi barədə ehtimalları və bəyanatları aradan qaldırdı. Bununla da, Azərbaycan Mərkəzi Bankı hər banka fəaliyyətinin gələcək strategiyası haqda düşünməyə və bundan əlavə, bazarda digər statusda qalmaq üçün aktivlərin konsolidasiya variantını təklif edə bilər. Mərkəzi Bankın baş direktoru Rəşad Orucov əmindir ki, 2014-cü ilin sonuna kimi bütün sistemin aktivlərinin, təxminən, 99 faizinə nəzarət edən banklar 50 mln. manatlıq ümumi kapitalın minimal həcminin tələbini yerinə yetirəcəklər. Çünki bu günə əsasən onların çoxu artıq bu normativə uyğundur və ya bu prosesin tamamlanma mərhələsindədirlər. 

2012-ci ilin iyulun sonundan ümumi kapitalın minimal həcminə olan yeni tələblərinin elan olunmasından bəri, bank sisteminin ümumi kapitalı 80% - 2,1 mlrd. dollardan 3,8 mlrd. dollaradək artıb. AMB-nin baş direktoru bunu çox yaxşı nəticə hesab edir, çünki buna qədər banklar kapitalın 1,7 mlrd. manatadək artırılmasına altı il sərf ediblər. Bu gün doqquz bankın kapitalı 100 mln. manatı üstələyir və həmin sayda özəl bankların aktivləri 1 mlrd. dollardan çox təşkil edir. Halbuki 2000-ci ildə bütün bank sisteminin aktivləri, təqribən, bu məbləği təşkil edirdi. 

İlin sonuna qədər kapitallaşa bilməyən digər bankların aqibəti necə olacaq? Bu günə, əsasən, bir neçə variant nəzərdən keçirilir - bankların birləşdirilməsindən kapitallaşdırılması üçün əlavə imkanların axtarışlarına qədər. 

Baxmayaraq ki, təyin olunmuş müddətin bitməsinə sayılı aylar qalıb, AMB-yə hələ də ayrı-ayrı banklardan konsolidasiya barədə təkliflər gəlməyib. Lakin R.Orucov istisna etməyib ki, bu qərarı onlar ilin sonunadək qəbul edə bilərlər. İstənilən halda bu banklar öz balansında, demək olar ki, əhalinin depozitlərini saxlamırlar. Çünki əmanətlərin cəlb olunmasına dair icazəyə malik deyillər. "Onları, bəzi mənada bank adlandırmaq çətindir. Həm əhali, həm də kreditorlar üçün onlar heç bir təhlükə yaratmırlar. Bu da çox vacibdir. Bu mənada AMB tənzimləyici olaraq, özünü çox rahat hiss edir. Biz əhalinin əmanətlərinin təhlükəsizliyinə cavabdehik. Bu banklar üzrə risklər planlaşdırılan şəkildə azalırdı və bu gün əhali üçün heç bir təhlükə yoxdur", - deyə R. Orucov bildirib.

Əsas odur ki, Mərkəzi Bank strateji məqsədinə çatıb və kapitallaşma nöqteyi-nəzərdən ölkənin bank sistemi demək olar ki, ikiqat artıb. AMB burada hələlik dayanmaq niyyətindədir və gələcək kapitallaşma məsələsini nəzərdən keçirmir. Amma bu o demək deyil ki, banklar Mərkəzi Bankın növbəti qərarını gözləməlidirlər. "Böyümək istəyən banklar öz kapitalını fərdi və öz strategiyası çərçivəsində artırmaq məcburiyyətində olacaqlar", - deyə Mərkəzi Bankı baş direktoru hesab edib.

Bankların kapital vəziyyətinin gücləndirilməsinin vacibliyi ona görə yaranıb ki, bu gün Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə üç dəfə artıb. Və bu miqyaslarda banklar bazarda müəyyən mövqeyi dəstəkləmək, əhaliyə bank xidmətlərinin geniş çeşidini təklif etməsi üçün tələb olunan kapital həcminə malik olmalıdırlar. 

Aydındır ki, bank sektorunun kapitallaşdırılması bank biznesinin effektivliyini və şəffaflığını artırmağa, strateji sərmayəçilərin ona qarşı marağını artırır, bank sisteminin inkişafına və onun beynəlxalq bank cəmiyyətinə tam inteqrasiya etməsinə şərait yaradır.

Hazırda bütün sektorun kapitalının adekvatlığı, yəni kapitalın kifayətliyinin göstəricisi 18% təşkil edir. Bu da AMB normativini altı faizlik bənd və Bazel komitəsinin tələblərindən 2,25 dəfə çoxdur. Bu, R. Orucovun fikrincə, bank sektorunun maliyyə dayanıqlığını təsdiqləyir və bankların kreditləşmə imkanlarını genişləndirir. Kredit adekvatlığı isə öz növbəsində daha çox öhdəliklər və daha çox kreditlər cəlb etməyə imkan verir. 

Bu günə əsasən, Azərbaycan bankları 10 mlrd. manat həcmində biznesi, ölkə iqtisadiyyatını əlavə kreditləşdirmək imkana malikdirlər. "Bu isə kreditləşməyə cəlb olunan əlavə maliyyə resurslarıdır, bu da faiz dərəcələrinin azalmasına gətirib çıxarıb", - deyə AMB baş direktoru bildirib. Bu, həm də ciddi rəqabət və ucuz resursların cəlb edilməsi üçün xarici bazarlara çıxış imkanlarına işarə edir. 

Bundan başqa, gözlənildiyi kimi, kapitala qarşı minimal tələbin beşqat artımı xarici sərmayəçilər üçün müsbət siqnal olub. Xarici banklar Azərbaycana gəlişi ilə bağlı marağını yenidən bildirməyə başlayıblar. Düzdür, danışıqlar prosesinin tamamlanmadığına görə həmin bankların adları hələlik açıqlanmır. Lakin R. Orucov Türkiyənin iri bankı olan "İş Bankası"nın Azərbaycan bank bazarına daxil olması planlarını saxladığı barədə məlumat verib. Bundan əvvəl Almaniyanın "Commerzbank" və Amerikanın "Citibank" kimi bir sıra brend bankları artıq bazarda iştirak etməsi arzusunu bildiriblər, rep-ofisləri və s. yaradıblar. Bazara daxil olma prosesinin uzadılması həmin bankların daxilində qlobal böhran da daxil olmaqla, bankların daxili problemləri ilə bağlı idi. Lakin Azərbaycan bazarına çıxmaq arzusu qalır və bu vaxt məsələsidir. 

O ki, qaldı Azərbaycan banklarının xarici bazarlara çıxmasına, bu hər birinin kommersiya strategiyasından asılıdır. Bundan əlavə, Mərkəzi Bank həmin banklara xarici bazarlara, maliyyə institutunun özünün və Azərbaycan bank sisteminin dayanıqlığı nöqteyi-nəzərdən məsləhət köməkliyini göstərə bilər. Bununla da, tənzimləyicinin istəyi ondan ibarətdir ki, bir-iki bankın dominantlığı əvəzinə, iri oyunçuların kifayət qədər böyük sayına malik olsun. 

Hər bir ölkə maliyyə sisteminin yolunu özü seçir və Azərbaycan bank sisteminin mahiyyətcə ciddi və ardıcıl tənzimlənməsi istiqamətində addımlayır. Bu siyasət nəticəsində Azərbaycanın maliyyə sistemi çətin böhran dövrü ərzində postsovet məkanında ən möhkəmlərindən biri olub.


MƏSLƏHƏT GÖR:

615