17 May 2024

Cümə, 11:10

"MİLLİYƏ ƏN YAXŞILAR DƏVƏT OLUNACAQ"

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi əvəzi Mahmud Qurbanovun "R+"a müsahibəsi

Müəllif:

28.10.2014

Ha­zır­da fut­bol­la ma­raq­la­nan hər bir azar­keş Azər­baycan mil­li­si­nin baş məşqçi­si­nin kim olacağı ilə ma­raq­la­nır. Me­dia­da müxtə­lif ver­siy­a­lar səs­lən­sə də, AFFA-nın ye­ni ça­lış­dı­rıcı­nın adı­nı ilin so­nun­dan tez açıq­la­may­acağı görünür. AFFA rəh­bər­liyi Ber­ti Foqtsun yığma­dan ge­di­şin­dən so­nra, boş qal­mış baş məşqçi po­s­tu­nu müvəq­qə­ti ola­raq, al­ma­nın kö­mək­çi­si Mah­mud Qur­ba­no­va tap­şır­mağı la­zım bil­di. O, yığma­nı noy­a­b­rın 16-da Ba­kı­da Nor­veç­lə se­ç­mə oy­u­na çı­xa­racaq. Təy­i­na­tı və gə­ləcək plan­la­rı ilə bağlı fi­kir­lə­ri­ni Mah­mud Qur­ba­nov "R+"la bölüşüb.

- Xor­vat­lar­dan alı­nan 0:6 he­sab­lı ye­ni­lik necə tə­sir et­di? Ber­ti Foqtsun is­te­fa­sı­nı göz­ləy­ir­di­niz­mi?

- Mil­li Azər­bayca­na qayı­dan­da o bi­zim­lə gəl­mə­di. Bir ne­çə gün so­nra onun is­te­fa ver­diy­i­ni öy­rən­dik. Qə­ra­rı ba­rə­də heç ki­mə mə­lu­mat ver­mə­miş­di. Ha­mı­mız üzüldük. Rəh­bər­lik, məşq­çi­lər, fut­bol­çu­lar... Əl­bət­tə, azar­keş­lə­ri­mi­zi də məy­us et­dik. Düzdür, rə­qib güclüydü, yığma­nın Osiy­ek­dən xal­la qayı­dacağı­na inam az idi. Am­ma be­lə nə­ticə­nin qey­də alı­nacağı­nı göz­lə­mir­dik. Fut­bol­da qə­lə­bə ilə ya­na­şı, məğlu­biyyət də qa­çıl­maz­dır. Ancaq be­lə he­sab heç ki­mə ba­şuca­lığı gə­tir­mir.

- Yığma üzvlə­ri Osiy­ek­də oy­un­dan əv­vəl udu­zacağı­mı­zı bi­lir­di?

- De­mək is­təy­i­rəm ki, çox­la­rı yığma­nın ar­dıcıl iki sə­fər görüşündən üzüağ dö­nəcəy­i­nə inan­mır­dı. Ancaq bu o de­mək dey­il­di ki, Pa­ler­moya və Osiy­e­kə ge­dən­də məğlu­biyyət­lə ba­rış­mış­dıq. Ən azı, fut­bol­çu­lar mey­dan­ça­da müba­ri­zə apar­mağı, məşqçi­lər kor­pu­su im­kan da­xi­lin­də sə­fər­dən mi­ni­mum 1 və ya 3 xal­la dön­məyi plan­laş­dı­rır­dı. İta­liya ilə qar­şı­laş­ma­da bu­na ya­xın ol­saq da, so­na­dək dö­zə bil­mə­dik. Xor­va­tiya ha­q­da da­nış­maq isə yer­siz­dir. He­sab hər şeyi dey­ir.

- Xor­va­tiy­a­da məğlu­biyyət­dən so­nra, Ber­ti Foqts bütün mə­su­liyyə­ti fut­bol­çu­la­rın üstünə atıb. Doğru­dan­mı, fi­a­s­koya gö­rə baş məşqçi­ni qı­namq doğru dey­il?

- Ge­də­nin da­lınca da­nış­maq bir qə­dər düzgün çıx­mır. Məğlu­biyyət var­sa, ko­man­da­da ha­mı gü­nah­kar­dır. Gü­na­hın isə azı-ço­xu yox­dur.

- Foqtsun is­te­fa­sın­dan so­nra, mil­li­nin si­zə tap­şı­rıl­ma­sı göz­lə­nil­məz ol­du?

- Yığma­da iş­lə­mək şə­rə­f­li­dir. Ona gö­rə də mə­nim üçün bu, göz­lə­nil­məz ol­du. Baş­da AFFA pre­zi­den­ti Röv­nəq Ab­dul­lay­ev və baş ka­tib El­xan Məm­mə­dov ol­maq­la, inan­dı­lar və bu işi mə­nə hə­va­lə et­di­lər. Ça­lı­şacağam ki, Nor­veç­lə se­ç­mə oy­un­da mil­li­mi­zin xal qa­zan­ma­sı üçün əlim­dən gə­lə­ni əsi­rg­ə­məy­im. Mə­nim üçün bu, böyük bir şan­s­dır. Asan bir iş yox­dur. Am­ma ina­nı­ram ki, bu işin öh­də­sin­dən gə­lə bi­ləcəy­əm.

 - Mil­li­dən əv­vəl "Kə­pəz"də baş məşqçi ol­mu­su­nuz. Am­ma ora­da karye­ra­nız elə də uğur­lu ol­ma­dı...

- Fi­k­rimcə, klu­b­da ça­lış­maq­la mil­li­də iş­lə­mək ara­sın­da fər­q­lər var. Mil­li­də ça­lış­maq da­ha mə­su­liyyət­li, da­ha ağır iş­dir. Mə­nə yığma ko­man­da eti­bar olu­nub­sa, bun­dan ya­rar­lan­maq üçün əlim­dən gə­lə­ni edəcəy­əm. Hər hal­da, ilk növ­bə­də, mə­ni şəx­si uğu­rum­dan çox, yığma­nın uğu­ru da­ha çox ma­raq­lan­dı­rır.

 - Ye­ni baş məşqçi­nin adı nə vaxt mə­lum olacaq?

- Hə­lə bu ba­rə­də mə­lu­mat yox­dur. Am­ma As­lan və Ra­u­f­la, əl­bət­tə ki, bir yer­də iş­ləy­əcəy­ik. Düşünmək ba­xı­mın­dan bir-bi­ri­mi­zə kö­mək edəcəy­ik ki, yığma­mız Nor­veç­lə matçda, ən azın­dan, yax­şı oy­un nümay­iş et­dir­sin. AFFA rəh­bər­liyi ilə da­nış­mı­şıq­sa, 1 aya ye­ni baş məşqçi­nin gə­ləcəy­i­ni düşünmürəm. Nor­veç­lə oy­u­na ko­man­da­nı mə­nim çı­xa­racağım də­qi­q­dir. Bu mat­ça mil­li­ni biz ha­zır­lay­acağıq. On­dan so­nra ye­ni baş məşqçi­nin kim olacağı ba­rə­də heç nə deyə bil­mə­rəm.

- AFFA rə­s­mi­lə­ri ilə görüş za­ma­nı si­zin han­sı müddə­tə mil­liyə rəh­bər­lik edəcəy­i­niz dey­i­lib?

- Mə­nə bu po­s­tu müvəqqəti tapşı­rıb­lar. Am­ma şübhə­siz ki, mə­su­liyyət çox böyükdür. Gecə-gündüz qar­şı­da­kı Nor­veç oy­u­nu ha­q­da düşünürəm. Çünki nə­ticəyə məhz mən ca­va­b­deh olacağam. Görüş za­ma­nı yal­nız Nor­veç­lə oy­un ba­rə­də da­nış­dıq. Yə­ni, bi­li­rəm ki, mil­li bir oy­un­luq mə­nə tap­şı­rı­lıb.

- Nor­veç­lə oy­un­da müsbət nə­ticə qa­za­nacağı­nız hal­da, ta­ley­i­niz necə olacaq?

- Ha­zır­da məşqçi­lər kor­pu­su Nor­veç­lə oy­u­na ha­zır­lığa baş­layıb. Ba­şa düşürük ki, nə­ticəyə gö­rə biz mə­su­liyyət da­şıy­acağıq. İs­təy­i­rik, azar­keş­lə­ri yax­şı nə­ticə ilə se­vin­di­rək. So­nra­kı mə­sə­lə­lər biz­dən ası­lı dey­il.

- Mah­mud Qur­ba­nov in­di­ki hal­da mil­li­də baş məşqçi ol­mağa ha­zır­dır­mı?

- Bəl­kə də bir qə­dər tez ol­du. Məşqçi­liyə tə­zə baş­la­mı­şam. Təcrübə top­la­mağa vaxt ol­mayıb. O mə­na­da çox çə­tin­dir. Mil­li­də iş­lə­mək şə­rəf­dir, la­kin uzun müddət baş məşqçi ol­maq çə­tin iş­dir. İn­di AFFA mil­liyə ye­ni məşqçi ax­ta­rır, ona gö­rə ar­tıq şər­hə eh­tiy­ac yox­dur.

- Ye­ni baş məşqçi təy­in olu­nan­dan so­nra, kö­mək­çi ki­mi işi­ni­zi da­vam et­di­rəcək­si­niz?

- Ki­min təy­in olu­nacağı­nı bil­mi­rəm. Am­ma yə­qin ki, mil­li­də­ki çı­xı­şı­mı da­vam et­di­rəcəy­əm. Bütün bun­lar gə­ləcəy­in möv­zu­su­dur. İn­di bütün diq­qə­tim qar­şı­da­kı oy­u­na yö­nə­lib.

- Təy­i­na­tı­nız­dan so­nra­kı ilk açıq­­la­ma­nız­da le­g­i­o­ner­lər­dən im­ti­na edəcəy­i­ni­zi açıq­la­mı­sız...

- Ha­mı­sın­dan im­ti­na et­məyi dü­şün­mürəm. Böyük eh­ti­mal­la, Dmi­t­ri Na­za­ro­vu də­vət edəcəy­əm. O, son oy­un­lar­da gö­s­tər­di ki, ko­man­da­mı­za la­zım­dır.

- Va­qif Ca­va­dov­la Ma­hir Şükü­ro­va də­vət gön­də­rəcək­si­niz?

- Nor­veç­lə oy­un­da təcrübə­li fut­bol­­çu­la­ra eh­tiy­acı­mız olacaq. Ca­vid İmam­ver­diy­ev­lə Rəh­man Hacıy­e­və də­vət gön­dər­məyi plan­laş­dı­rı­ram. Yığma­da oy­un təcrübə­si olan fut­bol­çu­lar çı­xış et­mə­li­dir.

- Ar­dıcıl 3 məğlu­biyyət­dən so­n­ra, mil­li­də is­la­hat­la­ra eh­tiy­ac var?

- On­suz da böyük se­çim ol­mur. İn­di əsas məq­səd Nor­veç­lə oy­u­na ha­zır ol­ma­q­dır. Mil­liyə ən yax­şı­lar də­vət olu­nacaq. Biz doğma azar­keş­lər önün­də qə­na­ət­bəxş nə­ticə qa­zan­mağa ça­lış­­ma­lıyıq. Ona gö­rə ən yax­şı də­vət olu­­nacaq.

- Sizcə, mil­li­nin ye­ni baş məşqçi­si yer­li mütə­xəs­sis ol­sa yax­şı­dır, yox­­sa əcnə­bi...

- Han­sı ca­va­bı ver­səm be­lə, baş­qa mə­naya ya­xın­la­şacaq­lar. Qə­ra­rı AFFA qə­bul edir.

Ha­mıya mə­lum­dur ki, mil­li üçün ide­al şə­ra­it ya­ra­dıb­lar. Biz­dən uğur tə­ləb et­mək düzgündür. Ki­min rəh­bər­lik et­mə­sin­dən ası­lı ol­may­a­raq, Azər­baycan mil­li­si­nin sə­viyyə­si­ni yüksəl­tmək vaci­b­dir. Ye­ni məşqçi tez bir za­man­da fut­bol­çu­la­rı­mı­zı öy­rən­mə­li olacaq.


MƏSLƏHƏT GÖR:

463