17 May 2024

Cümə, 16:12

MİQYASLI YENİDƏNQURMA

Yaxın illərdə Bakının sərhədləri, habelə ekoloji əlverişli olmayan ərazilərin mənimsənilməsi hesabına nəzərəçarpacaq dərəcədə genişlənəcək

Müəllif:

28.10.2014

Son yarım on ildə Bakının tikinti bazarı iqtisadiyyatın baza sektorlarının dayanıqlı inkişafı ilə dəstəklənən yüksəlişin bir neçə mərhələsini yaşayıb. Bu ilin əvvəlində hazırlanan Böyük Bakının 2030-cu ilə qədər regional inkişaf sxeminə əsasən, ölkədə mövcud binaların miqyaslı yenidənqurulması, eləcə də çirklənmiş ərazilərin təmizlənməsi və mənimsənilməsi planlaşdırılıb. Dövlət və özəl şirkətlər bu planların reallaşdırılmasında yaxından əməkdaşlıq etməyə hazırdırlar. Bu da əyani şəkildə bu günlərdə "Baku Expo Centre" sərgi mərkəzində keçirilən "BakuBuild-2014" XX yubiley beynəlxalq sərgidə öz təsdiqini tapdı. 

Ötən iyirmi il ərzində "BakuBuild" sərgisində dünyanın 35 ölkəsindən 3200-dən artıq şirkət, pavilyonlarında isə yüz mindən çox ziyarətçi iştirak edib. Hazırkı forumun işində dünyanın 29 ölkəsindən 490 şirkət iştirak edirdi. Bununla bərabər, onların, təxminən, 48%-i öz məhsullarını "Baku Expo Centre"də ilk dəfədir nümayiş etdirir. Dinamik inkişaf edən tikinti materialları sahəsinin məhsulları ilə yanaşı, "BakuBuild-2014"də ölkənin aparıcı tikinti şirkətləri, habelə Böyük Bakının inkişafının baş planı çərçivəsində paytaxtın yenidənqurulması ilə bağlı miqyaslı başlanğıclara yönələn layihələr də təqdim olunub.

Son illər Azərbaycanın paytaxtı 1990-2000-ci illərin əvvəllərində həmin dövrə xas olan xaotik tikinti və Bakının şəhərsalma planlaşdırılmasının pozulması ilə tikinti bumunun mənfi nəticələrini mərhələli şəkildə aradan qaldırır. Ötən dövrün nəticələrindən biri - torpaqlardan, ilk növbədə, tarixi mərkəzi hissədən və paytaxtın ətraf rayonlarından qeyri-rasional şəkildə istifadədir. Xal-xal tikinti, nəqliyyat logistikasının və yolların buraxılış gücünün hesablanmaması, lazımi kommunal və sosial infrastrukturun olmaması, paytaxtda boş tikinti sahələrinin azalmasına gətirib çıxaran amillər olub. Onların qiyməti ekonom sinif yaşayış binalarının kütləvi tikintisini aparmağa imkan verərdi. Mahiyyətcə, Bakının mərkəzində çoxmərtəbəli məhəllələrin tikintisinə yararlı torpaq sahələrinin bir çox hissəsi artıq mənimsənilib, qalan sahələrdə qiymətin baha olmasına görə, əsasən, premium-klass yaşayış kompleksləri tikilir. Azərbaycanın son 15 ildəki inkişafı kompleks qiymətləndirmə, planlaşdırma və torpaq fondunun istifadəsinin vacibliyini nəzərəçarpacaq dərəcədə artırıb. Bu aspektlər ölkə əhalisinin üçdəbir hissəsinin yaşadığı sıx tikintiyə malik paytaxt üçün xüsusilə aktualdır. 

Bu problemin öhdəsindən gəlmək üçün 2030-cu ilə qədər Böyük Bakının Regional İnkişaf Planında şəhər məhəllələrinin miqyaslı yenidənqurulması, yolların genişləndirilməsi, yeni rekreasiya zonasının yaradılması planlaşdırılıb. Bunun üçün də köhnə yaşayış fondunun sökülməsi, sənaye, inzibati, təhsil və digər binaların şəhərin kənarına çıxarılması nəzərdə tutulur. 

Əksər mütəxəssislərin hesablamalarına görə, 1950-ci illərdə, sonra isə 1990-ci illərdə sürətlə inkişaf edən qeyri-mütəşəkkil şəkildə olan qəsəbələrin tutduğu ərazi bu gün 10 min hektara bərabərdir. Bu da paytaxtın tikilməsinin optimallaşması üçün tam olaraq istifadə olunmayan resursu təqdim edir. Heç də kiçik olmayan problemi neft hasilatında istifadə olunan müqayisə edilə biləcək torpaq sahələri, həmçinin istifadə olunmayan sənaye müəssisələri, keçmiş nəqliyyat bazaları və anbarlar da əks etdirir. Əsasən, paytaxtın Suraxanı, Binəqədi, Xəzər rayonlarında yerləşən bu sənaye və infrastruktur obyektləri artıq çoxdan sənaye-təsərrüfat əhəmiyyətini itirib. 

Cari ilin üç rübü ərzində ölkənin sosial-iqtisadi inkişafının nəticələrinə dair bu yaxınlarda keçirilən hökumətin iclasında Azərbaycan Prezidenti İlham Əliyev də çirklənmiş ərazilərin təmizlənməsi və onların tikinti dövriyyəsində istifadəsinin mümkünlüyü barədə danışıb. Dövlət başçısı şəhər və rayon icra hakimiyyəti orqanlarına yararsız vəziyyətdə olan keçmiş sənaye obyektləri, yarasız ərazilərdə yerləşən zavodlar və ya ekoloji tədbirlər labüd olan ərazilərini təqdim etməyi təklif edib. Demək lazımdır ki, bu proses artıq başlayıb: söhbət "Qara şəhər" kimi tanınan Bakının şərq rayonunu əhatə edəcək "Baku White City" şəhərsalma layihəsinin həyata keçirilməsindən gedir. Yeni "Ağ şəhər" 221 ha ərazini tutacaq. Bu da, misal üçün "İçərişəhər" tarixi qoruğunun ərazisindən 11 dəfə çoxdur və bu ərazini Cənubi Qafqazda ən iri tikinti ərazisinə çevirir.

Çirklənmiş ərazinlərin təmizlənməsində fəal şəkildə Dövlət Neft Şirkətinin törəməsi olan "Ecol Engineering Services" QSC iştirak edir. Təmizlənmiş ərazilərin gələcək tikintisinin layihələndirilməsinə aparıcı yerli və xarici tikinti şirkətləri iştirak edirlər. Onların əsas məqsədi memralıq orijinallığının tikintisinin texnoloji rahatlığı, müasir infrastrukturu və həmçinin ekoloji texnologiyalarla birləşdirəcək şəhər rayonun yaradılmasıdır. Belə görünür, "Baku White City"nin icrası zamanı yığılan təcrübənin rekultivasiya işlərində və paytaxtın digər rayonlarının səmərəli tikintisində istifadə olunması planlaşdırılır.

Dövlət başçısı tərəfindən təklif edilən təşəbbüs - çirklənmiş ərazilərin təmizlənməsində və özəl sərmayəçilərin cəlb edilməsi və sonradan həmin şirkətlərin təmizlənmiş ərazilərdəki şəhərsalmada iştirak etmələri - "BakuBuild-2014" sərgisi iştirakçılarının nəzərindən qaçmayıb. Bəzi tikinti və layihələndirmə şirkətləri bu cür layihələrdə iştirak etməyə hazır olduqlarını bildiriblər. Bu da müəyyən dövlət dəstəyi nəticəsində təmizlənmiş ərazilərin kütləvi büdcə tikintisi kifayət qədər gəlirli olacaq və Bakının şəhərsalma tarixində yeni səhifə aça bilər. 

"Ölkənin bütün ekoloji və sosial problemlərinin həllini hökumətə tapşırmaq tam olaraq düzgün deyil. İlk növbədə, büdcə vəsaitlərinin məhdudluğu və səylərin konsentrasiyası üçün uzunmüddətli dövrün tələb olunması ilə bağlıdır. Ona görə sərmayəçiləri bu cür məsələlərin həllinə aktiv şəkildə cəlb etmək lazımdır. Sonuncu məsələ Azərbaycan paytaxtı üçün xüsusilə aktualdır: intensiv neft hasilatı və son yüzillikdə sənayenin inkişafı, Abşeron yarımadasının ekoloji tarazlığına kifayət qədər mənfi təsir göstərib. Nəticə böyük ərazilərin çirklənməsinə gətirib çıxarıb", - deyə "R+"a Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.  

Onun sözlərinə görə, paytaxtda çirklənmiş ərazilərin təmizlənməsini və sənaye landşaftlarının müasir yaşayış və ictimai zonalara çevrilməsini nəzərdə tutan bir sıra layihələr nəzərdə tutulub. Onların ən böyüklərindən biri "Baku White City" layihəsinin icrası olub.

"Bu yaxınlarda işlənib-hazırlanan Böyük Bakının regional inkişaf planında bu istiqamətdə sonrakı addımlar, əsasən, paytaxtın şəhər ətrafında köhnə mədən ərazilərində hektarlarla meşə zolaqları və kütləvi yaşıllığın salınmasını nəzərdə tutub. Hökumət paytaxtın ekoloji problemli zonalarının yenidənqurma layihələrinə sərmayədarların cəlb edilməsində maraqlıdır. Bu prosesdə, həmçinin istər yerli, istərsə də əcnəbi şirkətlər, habelə bu işdə maraqlı olan dövlət şirkətləri iştirak edə bilərlər. Hələlik, sərmayədarların bu cür layihələrdə iştirak formasından danışmaq erkən olardı. Amma güman edirəm ki, təmizlənmə və yenidən tikilmək üçün nəzərdə tutulan məntəqələr ekoloji nöqteyi-nəzərdən və sosial tələbatlı təkliflərin daha optimal variantlarının seçilməsi üçün tenderə çıxarıla və ya müsabiqə keçirilə bilər", - deyə Cahangir Qocayev qeyd edib. 

Bu planların yaxın vaxtlarda reallaşmasına əminlik yüksəkdir. Buna zəmanət qismində isə paytaxtın və onun ətraf hissələrinin 2030-cu ilə qədər hazırlanan paytaxtın Baş inkişaf planında qeyd edilmiş uzunmüddətli planlar xidmət edir. Yaxın 17 ildə paytaxt ərazisində əhali artımının 745 min nəfərə çatacağı gözlənilir. Bu isə ümumilikdə 3,5 mln insan deməkdir. Müvafiq olaraq yaşayış fondunun ikiqat artımı gözlənilir - bu rəqəm 64, 147 mln kv./metrə çatacaq. Eyni zamanda, bir nəfərə region üzrə 25 kv. metr yaşayış sahəsi düşəcək. İndi isə bu rəqəm 17,3 kv.metrdir. Müqayisə üçün - artıq bu gün təkcə Bakıda mənzil qıtlığı 15 mln kv.m təşkil edir və mövcud tikinti templəri ilə ölkədə mənzil problemi hələ yaxın on il ərazində həllini tapacaq. Bu da yerli inşaatçılara etibarlı sifarişlərə dair zəmanət verəcək.



MƏSLƏHƏT GÖR:

549