19 May 2024

Bazar, 17:52

ŞAHMAT TACI UĞRUNDA

Sergey KARYAKİN: "Bakıda Dünya Kubokunun finalına çıxmaq dünya çempionu tituluna yol açır"

Müəllif:

20.01.2015

Bu il Azər­baycan şah­mat­çı­la­rı üçün karye­ra ba­xı­mın­dan çox vacib mövsüm olacaq. İlin əv­və­lin­də mil­li­mi­zin li­der­lə­ri Şəh­riy­ar Məm­məd­ya­­rov­la Tey­mur Rəcə­bov FİDE Qran-Pri tur­ni­ri­nin Gürcüstan mər­hə­lə­sin­də iş­ti­rak edəcək. Ar­dınca bir sı­ra tur­nir­lə­rə qa­tı­lacaq şah­mat­çı­lar Av­ro­pa Ku­bo­ku, eləcə də qi­tə bi­rinci­liy­in­də müba­ri­zə apa­­racaq.

İlin ən böyük şah­mat ya­rış­la­rın­dan bi­ri - Dünya Ku­bo­ku Ba­kı­da təş­kil edi­ləcək. Doğma pay­tax­tı­mız­da ke­çi­ri­ləcək tur­nir­də şah­mat­çı­la­rı­mı­zın mə­su­liyyə­ti da­ha çox olacaq. Çünki Ba­kı­da şah­mat­se­vər­lə­rin qar­şı­sın­da uğur qa­zan­maq həm çə­tin, həm də şə­rə­f­li­dir. Dünya Ku­bo­kun­da fi­na­la və­si­qə qa­za­nan şah­mat­çı­lar dünya çem­pi­on­luğu­na id­di­a­çı­la­rın ya­rı­şı­na və­si­qə əl­də edəcək. Bu­na gö­rə də sentyab­r­da baş tu­tacaq Dünya Ku­bo­kun­da gə­rg­in müba­ri­zə pro­qnoz­laş­dı­rı­lır.

Dünya Ku­bo­kun­da iş­ti­rak edəcək Ru­siya yığma­sı­nın üzvü, əs­lən uk­ray­na­lı Se­rg­ey Karya­kin bu günlər­də Ba­kı­da sə­fər­də olub. Qı­samüddət­li sə­fər za­ma­nı "R+"un su­al­la­rı­na ca­vab ve­rən Karya­kin Ba­kı sə­fə­rin­dən, mər­hum Vüqar Hə­şi­mov­la do­stluq müna­si­bə­tin­dən, eləcə də Le­von Aronya­nın Dünya Ku­bo­kun­da iş­ti­ra­kın­dan da­nı­şıb.

- İlk ola­raq Ba­kıya sə­fə­ri­niz haq­qın­da da­nı­şaq. Vüqar Hə­şi­mo­vun və­fa­tın­dan 1 il ke­ç­mə­si ilə əla­qə­dar sə­fə­ri­niz göz­lə­nil­məz ol­du...

- Vüqar mə­nim üçün gö­zəl in­san və əvə­zo­lun­maz dost olub. Vüqa­rın qar­da­şı ilə da­im əla­qə sax­layı­ram. Bu mə­na­da, yan­va­rın 11-də Ba­kıya gəl­mək is­tə­dim. Bu çə­tin günü bi­rgə xa­tır­la­mağı vacib say­dım. Bir il san­ki bir göz­qır­pı­mın­da keç­di. Yax­şı ya­dım­da­dır, 2014-cü ilin bu günlə­ri Veyk-An-Zee tur­ni­rin­də iş­ti­rak edir­dim. Göz­lə­nil­mə­dən Vüqa­rın və­fa­tı ha­mı üçün şok ol­du. Bu mə­nim üçün çox böyük it­ki­dir. Yan­va­rın 12-də ad gü­nümdür. Be­lə çə­tin ha­di­sə­ni xa­tır­la­y­an­dan so­nra heç ad günüm ha­q­da dü­şünmürəm.

- Ar­tıq 1 il­dir ki, Vüqar və­fat edib. Bu müddət­də da­ha çox han­sı ha­di­sə­ni xa­tır­la­dı­nız?

- Bu müddət­də Vüqar mə­nim yu­xu­ma da gi­rib. Ey­ni za­man­da, onu hər za­man düşünmüşəm. Bə­zən Bo­ris Gel­fan­d­la bi­rgə olan­da onun par­tiy­a­la­rı haq­qın­da da­nı­şı­rıq. Ge­diş­lə­ri­ni müza­ki­rə edi­rik. Ya­dım­da­dır, son də­fə te­le­fon­la da­nı­şan Vüqa­ra tez­lik­lə sağal­ma­sı­nı ar­zu­la­dım. Çünki ya­rış­la­ra bi­rgə ha­zır­laş­ma­lıy­dıq. Bi­zim bi­rgə çox ma­raq­lı günlə­ri­miz olur­du. O isə de­di ki, ona nə­sə ol­sa, bun­dan so­nra şah­ma­tı həm özüm üçün, həm də onun ye­ri­nə oy­nayım. Bu söz­lər mə­nə to­xun­du.

- Bir qə­dər şah­mat­dan da­nı­şaq. Çem­pi­on­luq mat­çın­da Ma­qnus Karl­sen qə­lə­bə qa­zan­dı. Vi­ş­va­na­tan Anan­dın ye­nə məğlub ol­ma­sı göz­lə­ni­lən idi?

- Anand bu də­fə çem­pi­on­luq gö­rü­şündə da­ha yax­şı oy­na­dı. Hət­ta uğur qa­zan­maq üçün şan­s­lı idi. Məğlub ol­duğu par­tiy­a­lar­da səh­vlə­rə yol ver­di. Əks hal­da, ar­dıcıl oy­un­lar fər­q­li nə­ticə ilə ba­şa ça­taca­q­dı. İs­tə­ni­lən hal­da Karl­sen lay­iq­li qə­lə­bə qa­zan­dı.

- 2015-ci il­də han­sı plan­la­rı­nız var?

- Hər za­man ol­duğu ki­mi, rey­tin­qi­mi yüksəl­tmə­liy­əm. FİDE rey­tin­qin­də da­ha yüksək yer­lər­də ol­maq is­təy­i­rəm. Ba­kı­da Dünya Ku­bo­ku ke­çi­ri­ləcək. Bu ya­rış­da, ey­ni za­man­da, Qran-Pri­də çı­xış edəcəy­əm. Əsas hə­dəf id­di­a­çı­lar tur­ni­ri­nə və­si­qə qa­zan­ma­q­dır. İd­di­a­çı­lar tur­ni­rin­də iş­ti­rak­la ən böyük ti­tul - dünya çem­pi­on­luğu uğrun­da ya­rı­şa qo­şu­lur­san.

- Dünya Ku­bo­kun­da er­mə­ni­s­tan­lı şah­mat­çı Le­von Aronya­nın iş­ti­ra­kı hə­lə də­qiq­ləş­məy­ib. Sizcə, Aronyan ol­ma­sa, bu, ya­rış­da­kı müba­ri­zəyə ne­cə tə­sir edəcək?

- Le­von Aronyan güclü şah­mat­çı­lar­dan bi­ri­dir. Fi­k­rimcə, siy­a­sət id­man­dan kə­nar­dır. Ona gö­rə, Dünya Ku­bo­kun­da iş­ti­rak et­mək­də heç bir prob­lem ol­ma­y­a­caq. Əl­bət­tə, son qə­ra­rı özü qə­bul edir. Am­ma onun Dünya Ku­bo­kun­da iş­ti­rak et­mə­si­ni is­tər­dim.

- Müxtə­lif ya­rış­lar­da görüşür­sü­nüz. Bu ba­rə­də Aronyan­la söh­bə­ti­niz olub?

- Son də­fə da­nış­dığı­mız za­man Aronyan Dünya Ku­bo­kun­da iş­ti­rak edəcəy­i­ni bil­dir­di. Ona gö­rə qə­ra­rı­nı dəy­i­şəcəy­i­nə inan­mı­ram. Dünya Ku­bo­ku­na ən güclü şah­mat­çı­lar də­vət alır. Bu mə­qam­da Aronya­nın ol­ma­sı rə­qa­bə­ti da­ha da ar­tı­racaq.

- Dünya Ku­bo­kun­da əsas rə­qib ki­mi han­sı şah­mat­çı­nın adı­nı çə­kə bi­lər­si­niz?

- Son il­lər şah­mat bütün öl­kə­lər­də sürət­lə in­ki­şaf edib. Bütün rə­qib­lər Ba­kıya fi­na­la çıx­maq üçün gə­ləcək­lər. Rə­qa­bət çox güclü olacaq. İlk ola­raq yer­li şah­mat­çı­lar Tey­mur Rəcə­bov­la Şəh­riy­ar Məm­mədya­ro­vun oy­u­nu­nu qeyd edər­dim. Hər iki qross­mey­ster yüksək sə­viyyəyə ma­lik­dir. Bu­na gö­rə də on­lar­la eh­tiy­at­lı ol­maq la­zım­dır. Kon­kret fa­vo­rit ol­may­acaq. Ilk mər­hə­lə­lər­də hət­ta sürpriz nə­ticə də ola bi­lər.

- Şah­mat­la əla­qə­dar Ba­kı­da tez-tez olur­su­nuz. Bəl­kə bir qə­dər şə­hə­ri­miz­dən da­nı­şaq?

- Ba­kı­da çox ol­mu­şam. Hər də­fə pay­tax­ta böyük ümid­lər­lə gə­li­rəm. Ya­şa­dı­ğım Mos­k­va şə­hə­rin­dən Ba­kıya gün ər­zin­də 4 də­fə təyya­rə uçur. Ona gö­rə Azər­bayca­na gəl­mək çə­tin dey­il. Həyat yoldaşım Qaliya Bakını çox sevir. Ən çox İçərişəhər və Milli Parkı. Xəzərin sa­hilində olan Bakı çox ecazkardır. Təkcə Bakı yox, Şəmkirdə də olmuşam. Ora çox gözəldir. Mətbəxiniz çox dadlıdır desəm, yəqin, təəccüblənməz­si­niz. Hər dəfə Bakıdan qayıdanda çəkim artır.


MƏSLƏHƏT GÖR:

648