22 May 2024

Çərşənbə, 04:10

KİMİNƏ SELLÜLOİD, KİMİNƏ QIRMIZI XALI

Rejissor İlqar SAFAT: "Bu gün gənclər kino haqda az bilirlər, amma hamı artıq kino festivallarından xəbərdardır

Müəllif:

26.01.2015

Re­jis­sor İl­qar Sa­fa­tın ya­ra­dıcı­lıq yo­lu sə­nəd­li filmdən baş­layıb. Onun "Sə­ma kök­lə­ri", "Dağın nə­və­si", "Məh­sul­dar ot­laq­lar­da", "Daş­da ya­şay­an ruh" filmlə­ri dünya­nın müxtə­lif şə­hər­lə­rin­də nümay­iş et­di­ri­lib və bir çox bey­nəl­xalq ki­no fe­s­ti­val­la­rın­da müka­fat­la­ra lay­iq görülüb. İl­qar Sa­fat bə­dii ki­noya ke­ç­məyə qə­rar ver­dik­də və "Sa­hə" fil­mi­nin çə­ki­liş­lə­ri­nin sse­na­ri­si­nə baş­la­dı­q­da, o heç eh­ti­mal da et­mir­di ki, onun işi­nin nə­ticə­si "Os­kar" müka­fa­tı­nın no­mi­na­siy­a­sı­na gön­də­ri­ləcək. Hə­m­çi­nin "Hollywood Yo­u­ng Ar­tist Awards" və "Ca­li­for­nia Gol­den Awards" da da­xil ol­maq­la, bir sı­ra bey­nəl­xalq müka­fat­lar əl­də edəcək. Hər şey­in nə­dən baş­la­dığı, per­spek­tiv­lər və Azər­baycan ki­ne­ma­to­qra­fiy­a­­sı­nın gə­ləcəyi, ha­be­lə baş­qa bir çox ma­­raq­lı mə­qam­lar ha­q­da İl­qar Sa­fat "R+" jur­na­lı­na da­nı­şıb.

- İl­qar, si­zin uşaq­lığı­nız ək­sə­riyyə­tin ko­s­mo­navt və ya fut­bol­çu ol­mağı ar­zu­la­dığı so­vet dövrünə düşüb. Ma­raq­lı­dır, siz kim ol­maq is­tə­mi­si­niz?

- Mən macə­ra­lar və uzaq öl­kə­lə­rə səy­a­hət ha­q­da ki­tab­lar oxu­mağı xoş­lay­ar­dım. Ya­zı­çı ol­mağı ar­zu­layır­dım. Hə­lə mək­tə­b­də ikən ro­man, qı­sa he­kay­ə­lər yaz­mağa baş­la­dım, fo­to­qra­fiya ilə ma­raq­la­nır­dım, 8 mil­li­metrlik ka­me­raya hə­və­s­kar filmlər çə­kir­dim. So­nra mu­si­qi, müəl­lif mah­nı­la­rı, po­eziya ilə ma­raq­la­nır­dım. Bir də ki­no­nu həd­din­dən ar­tıq çox se­vir­dim. Növ­bə­ti fil­mə bax­maq üçün qon­şu ki­no­te­a­t­ra qa­çır­dım. On beş ya­şım­da ki­ne­ma­to­qra­fiya mə­ni elə cəlb elə­di ki, ki­no ta­ri­xi ha­q­da xüsu­si ədə­biyyat və ki­no­tən­qid­çi­lə­rin müxtə­lif mə­qa­lə­lə­ri­ni oxu­mağa baş­la­dım. Cid­di ki­noya - klas­si­kaya - mə­nim həmya­şıd­la­rı­mın ol­duqca köh­nə he­sab et­dik­lə­ri re­jis­sor­lar Fe­de­ri­ko Fel­li­ni, Lu­ki­no Vi­s­kon­ti, Vit­to­rio de Si­ka­nın filmlə­ri­nə bax­mağa baş­la­dım. 16 ya­şım­da mən pe­şə pla­nın­da ar­tıq se­çi­mi­mi et­miş­dim və də­qiq bil­dir­dim ki, re­jis­sor olacağam.

- Niyə aktyor yox? Mə­g­ər, şöh­rət, məş­hur­luq və pə­rə­s­tiş­kar­lar or­du­su is­tə­mir­di­niz?

- Heç vaxt aktyor ol­maq ar­zum ol­mayıb. Hər­çənd bir ne­çə də­fə aktyor­luq et­mə­li ol­mu­şam: do­stum Fu­ad Şa­ba­no­vun dip­lom işin­də və Mos­k­va yol­daş­la­rı­mın filmlə­rin­də çə­kil­mi­şəm. La­kin bu mə­nim üçün sa­dəcə əy­ləncə olub, bir növ ek­s­pe­ri­ment, baş­qa cid­di heç nə.

Də­fə­lər­lə ki­noya çə­kil­mək tək­li­fin­dən im­ti­na et­mi­şəm, am­ma ilk növ­bə­də, ma­te­ri­a­la gö­rə - yax­şı sse­na­ri və re­jis­sor olar­sa, niyə də yox?

- Si­zin üçün cid­di iş hə­mi­şə re­jis­sor­luq olub...

- Elə­dir. La­kin nə­zər­də tut­duğum məq­sə­də qə­dər xey­li vaxt la­zım ol­du. Elə gə­tir­di ki, mək­tə­bi bi­tir­dik­dən so­n­ra, Mos­k­va Kimya-Tex­no­lo­g­iya İn­sti­tu­tu­na qə­bul ol­dum. Ora­da heç bir il oxu­­ma­dım və in­sti­tu­tu tərk et­dim. Mos­k­va­da te­atr stu­diy­a­sı­na ya­zıl­dım və Ümu­mit­ti­faq Döv­lət Ki­ne­ma­to­qra­fiya İn­sti­tu­tun­da klas­sik filmlə­rin ta­ma­şa­la­rı­na get­məyə baş­la­dım. 1988-ci il idi. Ba­kıya qayı­da­raq, "Azər­baycan­film" ki­no­stu­diy­a­sı­na işə düzəl­dim. İki il­dən so­nra öl­kə­miz üçün çə­tin dövr baş­la­dı: So­vet İt­ti­fa­qı dağıl­dı, onun­la bə­ra­bər ki­no­stu­diya da çökdü.

Və mən uzun müddət se­vim­li işi­mi unut­ma­lı ol­dum. Mən təh­si­li­mi da­vam et­mək qə­ra­rı­na gəl­dim və Azər­baycan Pe­da­qo­ji İn­sti­tu­tu­nun fi­lo­lo­g­i­ya fakültə­si­nə da­xil ol­dum. On il­dən so­nra - 2000-ci il­də ali re­jis­sor­luq kur­s­la­rı­nın tə­lə­bə­si ol­maq üçün Mos­k­vaya yol­lan­dım. Mə­nim müəl­li­mim Ru­siy­a­nın ən məş­hur re­jis­sor­la­rın­dan bi­ri Vla­di­mir Xo­ti­nen­ko olub. İki il so­nra Uzaq Şərq Ki­no­xro­ni­ka Stu­diy­a­­sı­nın də­və­ti­lə ude­g­ey şa­ma­niz­min­dən bəhs edən "Sə­ma kök­lə­ri" fil­mi­ni çək­­diy­im Xa­ba­rovsk Diy­a­rı­na get­dim.

- Və­tə­nə qayı­da­raq, siz Ame­ri­ka ki­no­aka­de­miy­a­sı­nın "Ən yax­şı xa­rici film" no­mi­na­siy­a­sın­da "Os­kar" müka­fa­tı­na irə­li sürülən "Sa­hə" fil­mi­ni çək­di­niz. Sizcə, si­zin fil­mi­ni­zin sir­ri nə­də­dir? 

- Bu çox sə­mi­mi və ol­duqca fər­di filmdir. Düşünürəm, mə­sə­lə bun­dan­dır. Mən, özüm üçün mühüm olan ha­di­sə­ni da­nış­mağa, inan­dığım fi­kir­lər­lə bölüşməyə, ey­ni za­man­da əy­ləncə­li və qor­xu­lu olan dünya ya­rat­mağa ça­lış­dım. "Sa­hə" - bi­zim ki­no­muz­da ilk mi­s­tik tril­ler­dir. Bil­diy­im qə­dər, biz­də əv­vəl be­lə janr ol­mayıb. Bəl­kə, elə bu da ma­raq doğu­rub. Am­ma mən müxtə­lif öl­kə­lə­rin ta­ma­şa­çı­sı­nın bu fil­mə necə bax­dığı­nı gördüm. Və re­ak­siya hə­mi­şə ey­ni cür olub, film də­y­i­­şil­məz ma­raq­la qar­şı­la­nıb. Müm­kün qə­dər qəh­rə­ma­nı­mın fi­kir dünya­sı­na get­məyə, onun bütün qor­xu­la­rı və ümid­siz­liyi ilə onun da­xi­li alə­mi­nə nə­zər sal­mağa ça­lış­dım. Bu fil­mi çox se­vi­rəm. Bu filmdə mə­nim üçün çox vacib olan idey­a­la­rı çat­dır­mağa ça­lış­dım. "Sa­hə" fil­mi həm də ona gö­rə mə­nə dəy­ər­li­dir ki, o, Va­qif İb­ra­hi­m­oğlu ilə so­nuncu bi­rgə işi­miz­dir. "Sa­hə"də Va­qif, onun üçün ki­no­da so­nuncu olan baş rol­lar­dan bi­ri­ni oy­nayıb. 

- Uşaq­lı­q­dan han­sı film si­zə xüsu­si tə­sir bağış­layıb?

- Bu ilk dəfə ağ-qara televizorda baxdığım Va­silyev qar­daş­la­rı­nın "Ça­pay­ev" fil­mi olub. Bir də Çar­li Çap­lin, Maks Lin­der və re­jis­sor Alek­sandr Dov­jen­ko­nun "Yer" fil­min­dən al­dığım tə­əssürat­lar. Köh­nə Azər­baycan filmlə­ri­nə də bax­mağı se­vi­rəm: "Qayı­na­na", "Ar­şın mal alan", "O ol­ma­sın, bu ol­sun". Ki­no­te­at­rda isə ha­mı­sı­na dal­ba­dal bax­mı­şam: de­tek­tiv­lə­rə, ta­ri­xi filmlə­rə, me­lo­dram­la­ra, qor­xu­lu filmlə­rə. Böyük ek­ra­nın ca­zi­bə­sin­dən hə­mi­şə xo­şum gə­lər­di, bu in­sa­nı yu­xuya dal­dı­rır.

- İl­qar, bu gün bir çox ye­ni baş­lay­an re­jis­sor­lar he­sab edir­lər ki, sə­nə­ti oxu­mağa eh­tiy­ac yox­dur - azca baca­rıq və bəxt ki­fay­ət­dir. Siz necə düşünürsünüz?

- Bə­li, bu gün film çək­mək asan­dır və gənclər elə düşünürlər ki, bu­nun üçün pul­dan baş­qa heç nə la­zım dey­il. Biz baş­lay­an­da, və­ziyyət baş­qa cür idi. Biz öz filmlə­ri­mi­zi çək­məyi ar­zu­layır­dıq, bi­zim üçün əsas olan bu idi. Və biz ki­no­fe­s­ti­val­lar ha­q­da heç nə bil­mir­dik. Bu gün gənclər ki­no ha­q­da az şey bi­lir­lər, baca­rıq­la­rı az­dır, am­ma ki­no fe­s­ti­val­lar ha­q­da ar­tıq çox şey bi­lir­lər. Bi­zim üçün sellülo­id (sel­lü­loz­dan iba­rət 35 mil­li­metrlik plyon­ka - müəlf.) mühüm idi, in­di isə bu qır­mı­zı xa­lı­dır.

- Ye­ni fil­mi­niz "İçə­ri­şə­hər"dən da­nı­şın. Fil­mi nə vaxt gö­rə bi­lə­rik?

- Film bu ilin ya­zı­na ha­zır olacaq. Film Mə­də­niyyət və Tu­rizm Na­zir­li­y­i­­nin si­fa­ri­şi ilə "Azər­baycan­film" ki­no­stu­diy­a­sın­da çə­ki­lir. Sse­na­ri­ni is­te­dad­lı, gənc ak­tri­sa və dra­ma­turq Təh­mi­nə Ra­fa­el­la ilə bi­rgə ya­zı­ram. İdeya Təh­mi­nəyə məx­su­s­dur və filmdə baş ro­lu özü oy­nayır.

Filmdə çox gö­zəl ar­tist­lər çə­ki­lib: Meh­ri­ban Zə­ki, Fir­do­v­si Ata­ki­şiy­ev, El­mi­ra Şa­ba­no­va, Mu­rad Ye­gi­za­rov, Vi­da­di Hə­sə­nov, Mid­had Ay­dın, Anar Xə­li­lov və baş­qa­la­rı. Bu re­al­lığın his­s­lər­dən güclü ol­duğu baş tut­may­an se­v­­gi he­kay­ə­si­dir. 

- Siz cid­di film çə­kir­si­niz. Siz həy­at­da da sa­kit və təm­kin­li in­san­sı­nız. Özünüzü ko­me­diya ja­n­rın­da sı­na­maq is­təy­ər­di­niz­mi?

- Fel­li­ni ko­me­di­an­t­la­rı bə­şə­riyyə­tin xi­la­s­ka­rı he­sab edər­di. Bu ol­duqca ali is­te­dad­dır - in­san­la­rı güldürmək. Axı, həy­a­tı­mız faci­ə­vi­dir. Bu ja­n­rı se­vi­rəm və bəl­kə də, nə vaxtsa ko­me­diya çə­kə­rəm. La­kin düşünürəm ki, bu özünə­məx­sus yu­mor his­si ilə səciyyə­vi ko­me­diya olacaq.

- Azər­baycan ki­ne­ma­to­qra­fiy­a­sı­nın ha­zır­kı və­ziyyə­ti­ni necə qiy­mət­lən­di­rir­si­niz? Sizcə, müa­sir mil­li ki­no­mu­zun gə­ləcəyi var­mı?

- Bi­zim ki­no­muz­da­kı və­ziyyə­tə nik­bin ba­xı­ram. Azər­baycan ki­ne­ma­to­qra­fiy­a­sı­nın in­ki­şa­fı­na çox inan­maq is­təy­i­rəm, ən azın­dan bu­nun üçün bütün il­kin şər­t­lər mö­vcud­dur. Son il­lər dər­ket­mə, dünya görüşünə gö­rə ye­ni filmlər çə­kən ye­ni re­jis­sor­lar pey­da olub. Bu filmlər bey­nəl­xalq fe­s­ti­val­lar­da iş­ti­rak edir, müka­fat­la­ra lay­iq görülür. Bu da, əl­bət­tə ki, mə­ni se­vin­di­rir.

Ye­ni çox­lu debüt iş­lər, çox­lu ye­ni ad­lar ya­ra­nır, ki­ne­ma­to­qra­fiy­a­da nə­sil­lə­rin plan­lı dəy­iş­mə­si baş ve­rir. La­kin bu pro­se­sin da­ha ak­tiv irə­li­lə­mə­si üçün bi­zim ki­no sə­nay­e­miz in­ki­şaf et­mə­li­dir. Hə­m­çi­nin ba­zar ya­ran­ma­lı­dır, ki­no­te­atrlar şə­bə­kə­si ya­ran­ma­lı­dır - təkcə Ba­kı­da dey­il, hə­m­çi­nin re­g­i­on­lar­da da ol­ma­lı­dır ki, ta­ma­şa­çı öl­kə­miz­də nə baş ver­diy­i­ni gö­rə bil­sin. Və əl­bət­tə ki, ki­no­stu­diya tex­ni­ki cə­hət­dən təchiz olun­ma­lı­dır, çünki tex­no­lo­g­iya son də­rəcə irə­li ge­dib.

- Ki­no­te­at­rda so­nuncu də­fə han­sı fil­mi iz­lə­mi­si­niz?

- (fi­k­rə ge­dir) Hət­ta ya­dı­ma gəl­mir ki, bu nə vaxt olub. Dey­ə­sən, "Hob­bit"i. Pi­ter Cek­so­nun filmlə­ri­nin bu sil­si­lə­si­ni çox se­vi­rəm. Tex­ni­ki im­kan­la­rı qiy­mət­lən­dir­mək, kompüte­rin xüsu­si ef­fek­t­lə­ri­nə bax­maq, se­vim­li per­so­naj­la­ra qayıt­maq ma­raq­lı idi. Ümu­mi­lik­də isə in­tel­lek­tu­al ki­no­la­rı se­vi­rəm. İn­san his­slə­ri­nin çıl­paq­laş­dığı və xüsu­si mə­na kəsb edən filmlə­ri xoş­layı­ram. Am­ma əzə­mət­li, mə­i­şət xa­rak­ter­li, is­te­dad­lı şə­kil­də çə­ki­lən filmlər də mə­nə ma­raq­lı­dır. Ek­ran da bu­nun üçün mö­vcud­dur, bi­zi yu­xuya qərq et­mək üçün və bə­zən də bu­nun­la biz­də re­al­lığın qə­bul edil­mə­si­nin da­ha də­rin sə­viyyə­si­ni oy­a­dır. Yu­xu, nağıl, po­eziya - ki­ne­ma­to­qraf öz gücünü bun­lar­dan al­ma­lı­dır.

- Çə­ki­liş mey­dan­ça­sın­da necə olur­su­nuz? Necə düşünürsünüz, si­zin­lə iş­lə­mək asan­dır­mı?

- (gülür) Aktyor­lar­dan heç kim şi­kay­ət et­məy­ib. Çə­ki­liş mey­dan­çam­da hə­mi­şə sa­kit və ra­ha­tam. Əv­vəlcə əmək­daş­lıq və tə­rəf­daş­lığın eti­bar­lı və açıq mühi­ti­ni ya­rat­mağa ça­lı­şı­ram. Ya­ra­dıcı pro­se­sə ma­ne olan müna­qi­şə ya­ra­dan in­san­lar­dan ya­xa qur­tar­mağa ça­lı­şı­ram. Tə­əssüf ki, qrup­da be­lə in­san­la­ra hə­mi­şə rast gə­li­nir. Am­ma qar­şı­sı­nı al­sa­nız, bu müa­licə olu­nan "xə­s­tə­lik­dir".

- Ailənizdən kim­sə ki­no ilə əla­qə­li­dir­mi, yox­sa siz hə­lə ye­g­a­nə "ki­no pə­rə­s­tiş­ka­rı­sı­nız" ?

- Bu ya­xın­la­ra ki­mi düşünürdüm ki, ancaq mən və qar­da­şım, prodüser Nə­ri­man Məm­mə­dov... Nə­nəm Na­dej­da Məm­mə­do­va­nın ötən yüzil­liy­in 30-cu il­lə­rin­də Cə­fər Cab­bar­lı adı­na ki­no­stu­diy­a­nın mon­taj se­xi­nin rə­i­si ol­duğu­nu öy­rən­diy­i­mə qə­dər. Mən onun mon­taj ma­sa­sı­nın ar­xa­sın­da day­a­­nan köh­nə por­t­ret şək­li­ni tap­dım. Nə­nəm əmək ve­te­ra­nı idi və "Fə­x­ri ni­şan" or­de­ni ilə müka­fat­lan­dı­rı­lıb. Bu yüksək müka­fa­tın tə­q­dim olun­ma­sı məq­sə­di­lə onu Krem­lə, Mi­xa­il Ka­li­nin­in əlin­dən or­de­ni al­maq üçün Mos­k­vaya də­vət edib­lər. Nə­nə­min bacı­sı isə - An­na Stri­jo­va hə­min il­lər məş­hur mon­taj­çı olub. Onun adı­nı məş­hur mil­li filmlə­rin, ha­be­lə "Ar­şın mal alan"ın da alt ya­zı­la­rın­da gör­mək olar. Odur ki, mə­nim ki­ne­ma­to­qra­fiy­aya olan eh­ti­ra­sı­mın ha­ra­dan qay­naq­lan­dığı dey­ə­sən ay­dın­dır.

- Ki­no­re­jis­sor­lu­q­dan sa­vayı siz te­atrla da ma­raq­la­nır­sı­nız. Ya­ra­dı­cı­­lığı­nı­zın bu sa­hə­si ha­q­da da da­nı­şın.

- İki il bun­dan əv­vəl Rus Dram Te­a­t­rın səh­nə­sin­də Ceyn Os­ti­nin "Qürur və qə­rəz" ad­lı əsə­ri əsa­sın­da ey­ni­ad­lı ta­ma­şa­nı qur­muş­dum. Ötən il isə - Azər­bayca­nın xalq ar­ti­s­ti Mu­rad Ye­g­i­za­rov­la bi­rak­t­lı mo­no­ta­ma­şa "Ar­tist və onun kö­lg­ə­si" ta­ma­şa­sı­nı qur­muş­duq. Te­atr - mə­nim əsas zə­i­f­li­y­im­­­dir, onu çox se­vi­rəm.



MƏSLƏHƏT GÖR:

630