18 May 2024

Şənbə, 08:20

GENİŞ MÜBARİZƏ

Tanınmış şərqşünas, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, professor Vladimir Sajinin "R+" jurnalına müsahibəsi

Müəllif:

03.02.2015

- "İs­lam döv­lə­ti" (İD) Ya­xın Şər­q­də sa­bit­liyə əsas təhlükə ola­raq qa­lır. ABŞ-ın rəh­bər­lik et­diyi bey­nəl­xalq ko­a­li­siy­a­nın İD-nin in­fra­struk­tu­ru­nu məhv edən, bir çox li­de­ri­ni zə­rər­siz­ləş­di­rən bom­bard­man­la­rı­na bax­­may­a­raq, qrup­laş­ma­nı sın­dır­maq mümkün ol­mur...

- "İs­lam Döv­lə­ti" təş­ki­la­tı mü­əy­yən də­rəcə­də na­dir ha­di­sə­dir. Mə­sə­lə on­da­dır ki, İD baş­qa ter­ror təş­ki­lat­la­rın­dan, mə­sə­lən, "Əl-Qa­i­də"dən böyük ma­liyyə re­sur­sla­rı­na ma­lik ol­ma­sı ilə fər­q­lə­nir. On­lar ma­liyyə­ni müxtə­lif ka­nal­lar­la əl­də edir­lər: Su­riya və İra­q­da bank struk­tur­la­rı, elə­cə də neft ya­taq­la­rı­nın ələ ke­çi­ril­mə­si və s. Xa­tır­la­daq  ki, İD neft sa­tı­şın­dan hər gün 2 milyon dol­lar qa­za­nır. Bu­raya ya­raq­lı­la­rın İraq or­du­sun­dan ələ ke­çir­dik­lə­ri Ame­ri­ka si­lah­la­rı­nı da əla­və et­mək la­zım­dır. İraq or­du­su ABŞ or­du­su­na məx­sus müa­sir si­lah­lar­la si­lah­lan­dı­rı­lıb. İD si­­lah­lan­ma ba­xı­mın­dan da, di­g­ər is­la­m­çı qrup­laş­ma­lar­la müqay­i­sə­də da­ha ön­də­dir. Di­g­ər tə­rəf­dən İD-nin tər­ki­bi heç də yekcins dey­il. Onun özəy­i­ni ideo­lo­ji fa­na­tik is­la­m­çı­lar təş­kil et­sə də, hər­bi əmə­liyyat­la­rı on­­lar apar­mır­lar.  Döyüşlər­də iş­ti­rak edən qrup­la­rın əsa­sı­nı Səd­dam Hü­sey­nin dövründə hər­bi xid­mət­də ol­muş hərbçi­lər təş­kil edir. Hüseyn re­ji­mi­nin de­v­ril­mə­sin­dən so­nra on­lar müxtə­lif ka­nal­lar­la is­lam dünya­sı­na sə­pə­lən­miş­di­lər. İn­di hə­min hərbçi­lər İD ət­ra­fın­da bir­lə­şib­lər. Bun­dan baş­qa, bu təş­ki­la­tın or­du­sun­da Av­ro­pa öl­kə­lə­rin­dən, MDB-dən və La­tın Ame­ri­ka­sın­dan olan xey­li say­da in­sa­­na rast gə­li­nir. Bə­zi mə­lu­mat­la­ra gö­rə, İD-də Ru­siy­a­dan olan min­dən ar­tıq di­ni ek­s­tre­mist var. Qrup­laş­ma­nın hər­bi bölüklə­rin­də dünya­nın 80 öl­kə­si­nin təm­sil­çi­lə­ri­nə rast gəl­mək mümkündür. On­la­rın ara­sın­da Al­ma­niya, Fran­sa, Şi­ma­li və Cə­nu­bi Qaf­qaz öl­kə­lə­ri də var.

İD döyüşçülə­ri­nin pe­şə­kar­lıq sə­viyyə­si ki­fay­ət qə­dər yüksək­dir. Ora­da ideo­lo­ji iş­lər də son də­rəcə yüksək sə­viyyə­də qu­ru­lub. Su­riy­a­nın və qi­s­mən də İra­qın işğ­al olun­muş əra­zi­lə­rin­də­ki sünni əha­li ara­sın­da po­pu­list siy­a­sət yürüdülür. On­lar yax­­­şı təb­liğat-tə­ş­vi­qat işi qu­rub­lar. İşğ­al olun­muş əra­zi­lər­də is­la­m­çı­lar İD-yə də­s­tək ve­rən əha­liyə əhə­miy­yət­li gü­zəş­tlər, im­tiy­az­lar ve­rir­lər. Bu­nun­la da, əha­li tə­rə­fin­dən İD-nin də­s­tək­lən­mə­si­nə na­il olu­nur. Odur ki, qrup­laş­ma­nın gücü heç bir şübhə doğur­mur. Dünya İD təm­sil­çi­lə­ri­nin təb­liğ et­diyi idey­a­lar­la əla­qə­dar, cid­di təhlükə qar­şı­sın­da­dır. Üstə­lik, bu təhlükə yal­nız Ya­xın Şərq üçün yox, həm də Mər­kə­zi Asiya, Av­ro­pa və dünya­nın di­g­ər re­g­i­on­la­rı üçün ak­tu­al­dır.

- Küveyt qə­zet­lə­rin­dən bi­ri­nin mə­lu­ma­tı­na gö­rə, İran İraq­la sər­hə­də 350 min­lik hər­bi kon­ti­ng­ent yığıb. Be­lə olan tə­q­dir­də, İran İD-yə qar­şı yerüstü əmə­liyyat­la­ra baş­la­maq qə­ra­rı ve­rə bi­lər­mi?

- Teh­ran­da an­layır­lar ki, qon­şu İra­q­da is­la­m­çı­la­rın güclən­mə­si  İran üçün də təhlükə ya­ra­dır. İD-nin ötə­nil­ki hücum­la­rı az qa­la Bağda­dın işğ­a­lı ilə nə­ticə­lə­nəcək­di. Məhz o an­da İran za­bit­lə­rin­dən və ge­ne­ral­la­rın­dan iba­rət böyük qrup Bağda­dın müda­fi­ə­si­nə qal­xmaq­la, şə­hə­rin müda­fi­ə­si­ni ef­fek­tiv şə­kil­də təş­kil et­di­lər. İn­di də İs­lam İn­qi­la­bı ke­şik­çi­lə­ri Kor­pu­su­nun hərbçi­lə­rin­dən iba­rət xüsu­si qru­pun İD-yə qar­şı vu­ruş­duğu sirr dey­il. Bun­dan baş­qa, son za­man­lar ABŞ və Böyük Bri­ta­niya avia­siy­a­sı ilə ya­na­şı, İraq avia­siy­a­sı da İD-nin İra­q­da­kı obyek­t­lə­ri­nə zər­bə­lər en­di­rir. La­kin bu iş­də ame­ri­ka­lı­lar­la iran­lı­lar ara­sın­da heç bir ko­or­di­na­siya yox­dur. Teh­ran İraq or­du­su­nun və kürdlə­rin si­lah­lı bir­ləş­mə­si olan peş­mə­rg­ə­nin si­lah­la tə­min olun­ma­sın­da da iş­ti­rak edir. Bun­dan baş­qa, iran­lı hər­bi məs­lə­hət­çi­lər və tə­li­m­çi­lər İraq or­du­su­na, hə­m­çi­nin kürd bölüklə­ri­nə tə­lim­lər  ke­çir­lər. İra­nın İra­qa tə­si­ri həd­din­dən ar­tıq böyükdür. Teh­ran he­sab edir ki, yer­üstü əmə­liyyat­lar ke­çir­mə­dən İD-yə qa­lib gəl­mək mümkünsüzdür. Hə­qi­qə­tən də, İraq­la sər­hə­də İran Si­lah­lı Qüvvə­lə­ri­nin böyük bir his­sə­si cəm­lə­nib. On­la­rın ara­sın­da İs­lam İn­qi­la­bı Ke­şik­çi­lə­ri Kor­pu­su­nun bölüklə­ri də var. La­kin on­lar dey­ir­lər ki, İD şi­ə­lə­rin Kər­bə­la və di­g­ər şə­hər­lər­də­ki müqəd­dəs mə­kan­la­rı üçün təh­lükə ya­rat­maz­sa, İraq əra­zi­sin­də bi­la­va­si­tə hər­bi əmə­liyyat­la­ra qa­rış­ma­y­acaq­lar. Yox, əg­ər be­lə təhlükə ya­ra­nar­sa, Bağda­dın ica­zə­si­lə İran hərb­­­çi­lə­ri İD-yə qar­şı dö­yüş­lə­rə  baş­­­laya bi­lər. Am­ma İra­nın be­lə təh­lükə ol­ma­dan da əmə­liyyat­la­ra start ve­rəcəy­i­ni is­tis­na et­mək ol­maz.

- Qə­ri­bə və­ziyyət ya­ra­nıb: is­la­m­­çı­la­ra İra­q­da azğın­lığı da­vam et­dir­­mək im­ka­nı ver­mək ol­maz, İD-nin məh­vi­sə təcrübə­li, təş­ki­lat­lan­mış ter­ror­çu­la­rın bütün dünyaya sə­pə­lən­mə­si­nə sə­bəb ola bi­lər. Bö­yük Bri­ta­niy­a­nın baş na­zi­ri ar­tıq İD-nin qlo­bal təhlükə mən­bəy­i­nə çe­v­ril­diy­i­ni  söy­ləy­ir...

- İD-dən gə­lən təhlükə­nin ara­dan qal­dı­rıl­ma­sı üçün di­g­ər döv­lət­lər, ilk növ­bə­də, is­lam öl­kə­lə­ri bu təş­ki­la­tın nə­za­rə­tin­də olan əra­zi­lə­ri tam müha­si­rəyə al­ma­lı­dır­lar. İD-nin neft sa­tı­şı im­kan­la­rı məh­dud­laş­dı­rıl­ma­lı, onun ma­liyyə­ləş­di­ril­mə­si­nə im­kan ve­ril­mə­mə­li və sa­ir təd­bir­lər görülmə­li­dir. Və əl­bət­tə ki, qu­ru əmə­liyyat­la­rı  da  mütlə­q­dir. Bu­nun üçün İD-yə qar­şı olan bütün qüvvə­lə­rin iş­ti­ra­kı ilə ko­a­li­siya ya­ra­dıl­ma­lı­dır. Am­ma ko­a­li­siy­aya baş­çı­lığı re­g­i­on­da imici cid­di şə­kil­də kor­lan­mış ABŞ dey­il, mə­sə­lən, bu ya­xın­lar­da is­la­m­çı­la­rın ter­ro­ru­na mə­ruz qal­mış Fran­sa et­mə­li­dir. La­kin bu ko­a­li­siya BMT Təh­lükə­siz­lik Şu­ra­sı­nın qə­ra­rı ilə ya­­ra­dı­la bi­lər. İran heç za­man ABŞ-ın rəh­bər­liy­i­ni qə­bul et­məy­əcək. Fran­sa isə İra­nı bu işə cəlb edə, bu­nun­la da, İD ilə müba­ri­zə üçün ümu­mi qə­ra­rg­ah, ümu­mi plan ya­ra­dı­la bi­lər. İD həd­din­dən ar­tıq təhlükə­li ideo­lo­g­i­y­aya ma­lik­dir. Son za­man­lar təş­ki­lat tə­rəf­dar­la­rı­na edi­lən müraci­ət­lər­də de­­­y­i­lir: "Ha­mı­nı­zın İra­qa axış­ma­nı­za eh­tiy­ac yox­dur. Siz ol­duğu­nuz yer­lər­­də gə­ləcək par­t­layış­lar üçün ocaq  ya­ra­dın".

- Be­lə olan tə­q­dir­də, ya­raq­lı­lar öz öl­kə­lə­ri­nə qayıt­dı­q­da və­ziyyət ne­­cə olacaq?

- İD ilə ümu­mi müba­ri­zə stra­te­g­i­y­a­sı İraq və Su­riya ilə məh­dud­laş­ma­ma­lı­dır. Bu müba­ri­zə ABŞ, Ru­siya, Azər­baycan, Qı­rğı­zı­s­tan və di­g­ər öl­kə­lə­rin də da­xi­lin­də apa­rıl­ma­lı­dır. İD li­der­lə­ri baş­qa öl­kə­lər­də "yat­­mış qrup­lar" ya­rat­maq qə­ra­rı­na gə­lib­lər. Bu qrup­lar is­tə­ni­lən an fə­al işə ke­ç­məyə ha­zır olacaq­lar. An­ti­ter­ror fə­a­liyyə­ti hər bir öl­kə­də güclən­di­ril­mə­li­dir.

- İD ilə Fars kör­fə­zi öl­kə­lə­ri ara­sın­da əla­qə nə də­rəcə­də­dir? Bə­­zi ver­siy­a­la­ra gö­rə, bu qrup­laş­ma Sə­u­diyyə Ərə­bi­s­ta­nı ilə Qə­tə­rin məh­su­lu­dur...

- Ha­zır­da Sə­u­diyyə Ərə­bi­s­ta­nı və Qə­tər hö­ku­mə­ti sə­viyyə­sin­də bu təş­ki­la­tın ma­liyyə­ləş­di­ril­mə­si həy­a­ta ke­çi­ril­mir. Am­ma Fars kör­fə­zi re­g­i­o­nun­da zə­ng­in şey­xlə­rin sayı ki­fay­ət qə­dər­dir. On­lar­dan bə­zi­lə­ri­nin müs­tə­qil şə­kil­də, öz is­təy­i­lə İD-yə ma­liyyə də­s­təyi ver­diy­i­ni is­tis­na et­mək ol­maz. Sə­u­diyyə Ərə­bi­s­ta­nı ilə İD-nin ideo­lo­g­iy­a­sın­da bir-bi­ri­nə ya­xın­lıq var. La­kin İD qur­mağı dü­şü­nən  xi­la­fət tər­ki­bi­nə Sə­u­diyyə Ərə­bi­s­ta­nı­nı da da­xil edib və Ər-Riy­a­dın ün­va­nı­na hə­də­lər səs­lən­di­rir. Məhz bu üzdən Sə­u­diyyə Ərə­bi­s­ta­nı İD-yə qar­­şı ame­ri­ka­lı­lar­la bir ko­a­li­siy­a­da yer alıb.


MƏSLƏHƏT GÖR:

696